Məhkəmə qərarları › İş №2(102)-716/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-716/2021

09.02.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-716/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyi İddia tələbi: “Azərbaycan Respublikası “Kinoloqlar” X10 Heyətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının X2 tərəfindən təsdiq edilmiş çiftlik isminin (vom Krawetz) bərpa edilməsinin Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə həvalə edilməsi” Açar sözlər: qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qə mər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3073/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı 2018-ci ildə “Kinoloqlar” X10 Heyətinin qərarı ilə Birliyin üzvü olmuş və ona həmin Birlik vasitəsi ilə X2 tərəfindən təsdiq edilmiş “vom Krawetz” çiftlik ismi verilmişdir. Sonradan xx.xx.2019-cu ildə İddiaçı Natalya Jerebsovanın şikayəti əsasında cütləşdirmə qaydalarını kobud surətdə pozduğuna və Birliyin prezidentini Zaur Ağabəylinin işgüzar nüfuzuna xələl gətirdiyinə görə, bununla ümumilikdə Birliyin ic timai nüfuzuna zərər vurduğuna görə üzvlükdən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli protokola əsasən X12, X4, X3, X5, X6 və X7 tam səs çoxluğu ilə İdarə Heyətinə üzv seçilmişlər, həmin şəxslər və Birliyin prezidenti X9 xx.xx.2019-cu il tarixdə keçirilmiş X11 iclasında iştirak edərək, İddiaçı Birliyin üzvlüyündən çıxarılmasına səs vermişlər. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə qarşı Azərbaycan Respublikası “Kinoloqlar” X10 Heyətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının X2 tərəfindən təsdiq edilmiş çiftlik isminin (vom Krawetz) bərpa edilməsinin Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə həvalə edilməsinə dair iddia ərizəsi ilə b irinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7844/2019 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə qarşı - Azərbaycan Respublikası “Kinoloqlar” X10 Heyətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının X2 tərəfindən təsdiq edilmiş çiftlik isminin (vom Krawetz) bərpa edilməsinin Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3073/2020 nömrəli,xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-7844/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi hallara səthi qiymət vermiş,”İdarə Heyətinin” qərar vermək üçün səlahiyyətinin olmamasına dair apelyasiya şikayətinin dəlilinə düzgün hüquqi qiymət verməmiş, Birliyin Prezidentinin işgüzar nüfuzuna, Natalya Jerebsova ilə qarşılıqlı razılaşmaya əsasən Birliyin nüfuzuna ziyan vurulması ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı və cavabdeh Azərbaycan Respublikası “Kinoloqlar” İctimai Birliyinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci və 10.3-cü maddələrinə əsasən ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.İctimai birliyin üzvlüyünün əldə edi lməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. “Kinoloqlar” X1: 4.3-4.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar. Birliyə üzvlərin qəbulu X16 tərəfindən aparılır. 4.10-cu maddəsinə əsasən Birliyin üzvləri Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək; Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək; Nizamnamə tələblərinə riayət etmək; Birliyin tədbirlərində iştirak etmək kimi vəzifələrin daşıyıcılarıdır. 4.12-ci maddəsinə əsasən Birliyə üzvlüyə könüllü olaraq Birliyin üzvlüyündən çıxanda və Birliyin üzvlüyündən çıxarıldıqda xitam verilir. 4.13-cü maddəsinə əsasən Birliyin üzvü Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda, nizamnamə tələblərini yerinə yetirmədikdə üzvlükdən xaric edilir. 4.14-cü maddəsinə əsasən, üzvlükdən,təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir. 5.9-cu maddəsinə əsasən X17 üzvlüyünə qəbul və üzvlükdən çıxarılma məsələlərini həll edir. 5.10-cu maddəsinə əsasən İdarə Heyətinin iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Yetişdirmə haqqında Beynəlxalq qaydaların (FCİ) 12-ci maddəsinə əsasən, cü tləşdirmə qaydalara uyğun baş vermişdirsə, erkək it tərəfindən göstərilən xidmət baş tutmuş hesab olunur və onun sahibinin bu xidmətə görə müvafiq ödəniş almaq hüququ vardır. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İşin hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə “Kinoloqlar” X10 Heyətinin qərarı ilə üzvü olmuş və ona həmin Birlik vasitəsi ilə X2 tərəfindən təsdiq edilmiş “vom Krawetz” çiftlik ismi verilmişdir. Sonradan xx.xx.2019-cu ildə İddiaçı Natalya Jerebsovanın şikayəti əsasında cütləşdirmə qaydalarını kobud surətdə pozduğuna və Birliyin prezidentini Zaur Ağabəylinin işgüzar nüfuzuna xələl gətirdiyinə görə, bununla ümumilikdə Birliyin ictimai nüfuzuna zərər vurduğuna görə üzvlükdən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli protokola əsasən X12, X4, X3, X5, X6 və X7 tam səs çoxluğu ilə İdarə Heyətinə üzv seçilmişlər, həmin şəxslər və Birliyin prezidenti X9 xx.xx.2019-cu il tarixdə keçirilmiş X11 iclasında iştirak edərək, İddiaçı Birliyin üzvlüyündən çıxarılmasına səs vermişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Kinoloqlar” İctimai Birliyi X2nın partnyoru olduğuna görə yalnız qeyd edilən İctimai Birliyin üzvü beynəlxalq səviyyədə itlərin yetişdirməsi ilə məşğul ola biləcəyi üçün İctimai Birlik tərəfindən iddiaçının adına alınmış çiftlik isminin adı altında fəaliyyətin göstərilməsinin iddiaçıya İdarə Heyətinin özü tərəfindən qadağan edilməsi həm beynəlxalq, həm də daxili qaydalara uyğun olmuşdur. Belə ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci və 10.3-cü maddələrinə əsasən ictimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəali yyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. “Kinoloqlar” X1 4.14-cü maddəsinə əsasən, üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir. Yetişdirmə haqqında Beynəlxalq qaydaların (FCİ) 12-ci maddəsinə əsasən, cütləşdirmə qaydalara uyğun baş vermişdirsə, erkək it tərəfindən göstərilən xidmət baş tutmuş hesab olunur və onun sahibinin bu xidmətə görə müvafiq ödəniş almaq hüququ vardır. İşin hal larına əsasən həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə Natalya Jerebsova arasında onlara məxsus itlərin cütləşdirilməsi ilə bağlı razılıq mövcud olmuş, yəni onlar bununla bağlı açıqca iradə ifadələrini bir-birilərinə bəlli etmişlər. Apelyasiya instansiyası məhkəməsi həmin razılığın mövcudluğunu işin mübahisə edilməyən halı kimi qiymətləndirmiş və cavabdehin imza ilə bağlı dəlillərinə qiymət verməyi məqsədəmüvafiq hesab etməmişdir. Cavabdehin İdarə Heyətinin qərar vermək səlahiyyəti olmaması ilə bağlı iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,“Kinoloqlar” X10 Heyətinin iclasının xx.xx.2018-ci il tarixli protokolunun surətindən görünür ki, İddiaçı Birliyə eyni tərkibdə olan üzvlərin tam səs yetkinliyi ilə üzv qəbul edilmiş dir.İddiaçının üzvlüyünə cavabdeh tərəfindən xitam verilməsi səbəblərinin əsaslandırılmaması arqumentləri ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı itlərin yetişdirilməsi ilə bağlı ümumi qəbul olunmuş qaydaları kobud surətdə pozaraq, Respublikanı beynəlxalq səviyyədə təmsil edən İctimai Birliyin nüfuzuna zərər vurduğundan “Kinoloqlar” İctimai Birliyinin İddiaçı Birliyin üzvlüyündən çıxarılma və eyni zamanda X2 (FCİ) çərçivəsində kinoloji fəaliyyət göstərməsinə qadağa qoyulması barədə qərarı əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətində göstərdiyi hallara səthi qiymət verildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3073/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar