Məhkəmə qərarları › İş №2(102)-5524/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5524/2022

21.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5524/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(103)2554/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, X3 məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən, 1966-cı ildə tikilmiş korpus 3, 152 saylı evin hüquqi qeydiyyata alınmasına sərəncam verilib və həmin sərəncamın verilməsinə əsas kimi TİB tərəfindən 1983-cü ildə verilmiş Texniki Pasport qeyd edilib. Sözügedən ev 15 dekabr 1993-cü il tarixdən mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçib. Cavabdeh atası X4 öləndən sonra ev 26 dekabr 2020-ci il tarixdən mülkiyyət hüququ üzrə onun anası X1 adına qeydiyyatdan keçib. İ qrup əlil Cavabdeh müraciətinə əsasən yaşadığı ev şəraitsiz olduğu üçün ona dövlət tərəfindən 37.000.000 manat pul ayrılıb və orada ona tam şəraitli 2 otaqlı ev tikilərək istifadəsinə verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X (bundan sonra id diaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan, kəmərin mühafizə zonasında olan ünvanda yaşayan cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında yerləşən ünvan 1 ünvanında yaşayan cavabdeh tərəfindən elə həmin ünvanda yeni tikinti işlərinin aparılması 05 may 2020-ci il tarixdə aşkar edilib. Neft boru kəmərlərinin strateji əhəmiyy ətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan orada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Cavabdeh iddiaçının iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edib. Etiraz onunla əsaslandırılıb ki, neft kəməri 2003-cü ildə inşa edilərkən onun ailə üzvləri ilə yaşadığı ev və evin yerləşdiyi ərazinin divarları indi yerləşdiyi yerdə mövcud idi, həmin tikililər 1966-cı ildə inşa edilib. Həmin ərazinin hüquqi qeydiyyata alınmasına dair Bakı şəhəri, Binəqədi Rayon İHB-nın 11 oktyabr 1993-cü il tarixli, 807 saylı sərəncamı mövcuddur. Həmin sərəncam əsasında 15 dekabr 1993-cü il ta rixli mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilib. Həmçinin, cavabdeh iddiaçıya qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan onun xeyrinə 100.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının heç bir qanuni əsas və səbəb gətirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən atası Hafiz Səttarov infarkt keçirərək 03 iyun 2020-ci il tarixdə ölüb. Bu hal isə onda və ailə üzvlərində mənəvi sarsıntı yaradıb. İddiaçı ilk olaraq məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini məhkəmədən xahiş edib və məhkəmənin 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə ekspertiza təmin edilib və Məhkəmə Ekspertiza Mərkəzi tərəfin dən qoyulmuş sualların cavablandırılmasının mümkün olmamasına dair 16 aprel 2021-ci il tarixli rəy verilib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) ilk və qarşılıqlı iddia tələbləri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ilk iddia tələbinin nə ümumi olaraq irəli sürülməsinin əsasları, nə də ki, sırf cavabdehə qarşı irəli sürülməsi əsasları iş materiallarından aydın deyil. Qeyd olunanlar tərəflərin iştirakı ilə məhkəmə iclaslarında dəfələrlə müzakirə edilib və ilk iddia üzrə iddiaçının nümayəndəsi ilk olaraq məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib və müvafiq ekspertiza isə qoyulmuş sualın cavablandırılmasının mümkün olmaması barədə rəy verdikdən sonra isə yenidən müəyyən daxili araşdırmanın aparılması üçün işə baxılmasını təxirə salınmasını xahiş edib, lakin nəticə etibarılə ilk iddia üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməyib. Məhkəmə qarşılıqlı iddia tələbinə dair hisədə qeyd etmişdir ki, mülki iş materiallarından qarşılıqlı iddia üzrə iddiaçının mənəvi sarsıntılarının qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən edilmir. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, ilk iddia tələbi əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən cavabdehin atasının xüsusi mülkiyyəti kimi, atası öləndən sonra isə anasının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş əmlaka dair mülkiyyət sənədinə istinad edib. İlk iddia üzrə iddiaçının nümayəndəsi ilk olaraq məhkəmə tikinti-texniki ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib və ekspertiza qoyulmuş sualın cavablandırılmasının mümkün olmaması barədə rəy verdikdən sonra, yenidən müəyyən daxili araşdırmanın aparılması üçün işə baxılmasını təxirə salınmasını xahiş edib, lakin nəticə etibarilə ilk iddia ü zrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməyib. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mülkiyyət sənədinin mübahisləndirilən qanunsuz tikili ilə eyniyyət təşkil etməsini təsdiq edən heç bir sübut təqdim edilməyib. İddiaçının nümayəndəsi tərəfindən sözügedən eyniyyətin dəqiqləşdirilməsi barədə şifahi vəsatətini də məhkəmə nəzərə almayıb. Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 2 ünvanda inşa edilmiş uzunluğu 18 metr, hündürlüyü 2.6-2.8 metr olan, mişar daşından inşa olunmuş hasarın Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərindən 29 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiqlənmiş Magistral n eft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3. bəndinə əsasən magistral neft kəmərlərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov sədrlik edən, məruzəçi, M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, sökülməsi tələb olunan tikililər özbaşına inşa edilməyib və həmin tikililər mülkiyyət hüququ üzrə cavabdehin anasına məxsusdur. İddiaçı həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətinin dəlili kimi bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin sökülməsi tələb edilən evə aidiyyəti sübuta yetmir. Mülki iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi cavabdehin anası Pəriş Muradovanın xüsusi mülkiyyətindədir. Belə olduğu təqdirdə, iddiaçının qeyd edilən mülkiyyət hüququna dair sənədləri şübhə altına alması və sökülməsi tələb edilən evə aidiyyətinin əlavə olaraq sübuta yetirilməli olmasını bildirməsi anlaşılan deyil. Bundan başqa sökülməsi iddia edilən tikililərin cavabdehin anası X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünv anda yerləşən fərdi yaşayış evi olması mülki iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, iddiaçının mübahisəli tikilinin sökülməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ ilə X1 adına qeydiyatdan keçməsinə dair 26 dekabr 2020-ci il tarixli Çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 60,80 kv.metr, evin yerləşdiyi torpaq sahəsi isə 0,011220 kv.metr təşkil edir. Həmin Çıxarışla müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, onun istifadəsindədir. İddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi sənaye əhəmiyyətli torpaq sahəsində deyil, yaşayış mən təqələrinin torpaq sahəsində yerləşir və bu torpaq sahəsi cavabdehin istifadəsinə verilib. Qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilməyib. İddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi yaşayış məntəqələrinin torpaqlarında yerləşir və evin yerləşdiyi torpaq sahəsi mülkiyyətçinin qanuni istifadəsində olmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barəd ə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, həmin tikili iddiaçının istismarında olan, Bakı-Binəqədi DŞ 200 mmlik magistral neft kəmərinin mühafizə zonasında, kəmərin 29 metr məsafəsində inşa edilib. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olamayaraq, istismarına normal normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mü hafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən magistral neft kəmərinin 50 metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Mühafizə zonasında hər hansı tikilinin olması daim təhlükə mənbəyidir, kəmərin zədələnməsi partlayışa, yanğına və digər bədbəxt hadislələrə səbəb ola bilər. Qanuna görə neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilib. Apelyasiya instansiyası məhkəməsi tərəfndən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməyib. Belə ki, apellyasiya məh kəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticənin əsası kimi həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması ilə əsaslandırmışdır. Məhkəmə nəzərə almamışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilində yerləşir. Bu isə o deməkdir ki, həmin tikili magistral neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə s on qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kasasiya instansiyası məhkəməsinin mövqey i Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X3 məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən, 1966-cı ildə tikilmiş korpus 3, 152 saylı evin hüquqi qeydiyyata alınmasına sərəncam verilib və həmin sərəncamın verilməsinə əsas kimi TİB tərəfindən 1983-cü ildə verilmiş Texniki Pasport qeyd edilib. Sözügedən ev 15 dekabr 1993-cü il tarixdən mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçib. Cavabdeh atası X4 öləndən sonra ev 26 dekabr 2020-ci il tarixdən mülkiyyət hüququ üzrə onun anası X1 adına qeydiyyatdan keçib. İ qrup əlil Cavabdeh müraciətinə əsasən yaşadığı ev şəraitsiz olduğu üçün ona dövlət tərəfindən 37.000.000 manat pul ayrılıb və orada ona tam şəraitli 2 otaqlı ev tikilərək istifadəsinə verilib. Apellyasiya instansiyası məhkəməsi iş ə əlavə edilmiş sübutları və iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, sökülməsi tələb olunan tikililər özbaşına inşa edilməyib və həmin tikililər cavabdehin anasına mülkiyyət hüququ ilə məxsusdur. İlk iddiaçı həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətinin dəlili kimi bildirmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin sökülməsi tələb edilən evə aidiyyəti sübuta yetmir. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi cavabdehin anası Pəriş Muradovanın xüsusi mülkiyyətindədir. Belə olduğu təqdirdə, iddiaçının qeyd edilən mülkiyyət hüququna dair sənədləri şübhə altına alması və sökülməsi tələb edilən evə aidiyyətinin əlavə olaraq sübuta yetirilməli olmasını bildirməsi anlaşılan deyil. Bundan başqa, sökülməsi iddia edilən tikililərin cavabdehin anası X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi olması mülki iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, iddiaçının mübahisəli tikilinin sökülməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ ilə X1 adına qeydiyatdan keçməsinə dair 26 dekabr 2020-ci il tarixli Çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 60,80 kv.metr, evin yerləşdiyi torpaq sahəsi isə 0,011220 kv.metr təşkil edir. Həmin Çıxarışla müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, onun istifadəsindədir. İddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi sənaye əhəmiyyətli torpaq sahəsində deyil, yaşayış məntəqələrinin torpaq sahəsində yerləşir və bu torpaq sahəsi mülkiyyətçinin istifadəsinə verilib. Qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilməyib. İddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi yaşayış məntəqələrinin torpaqlarında yerləşir və evin yerləşdiyi torpaq sahəsi mülkiyyətçinin qanuni istifadəsində olmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılıb. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və y a müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddianın təmin edilməsi üçün əsaslar olmadığına görə birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğu nu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti t əmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2(103)-2554/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar