Məhkəmə qərarları › İş №2(102)-5531/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5531/2019

28.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5531/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı qızının, onun vəkili Vəkil və Cavabdeh YYY vəkili Heydərov Sücayət Hüseyn qızının iştirakları ilə, İddiaçı qızının Cavabdeh qızına (3-şəxs Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(105)-1782/2019 nö mrəli qətnaməsindən İddiaçı qızı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qızına və 3-cü şəxs Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı istifadə hüququnun kompensasiya verilməklə itirilməsi haqqında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi, N.Əsgərov küçəsi, döngə 5, 7 saylı evin real bazar qiymətinin müəyyən edilməklə müəyyən olunmuş pul vəsaitinin 50% ona və azyaşlı övladına ödənməklə, onun və övladının istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10 yanvar 2017-ci il tarixdə cavabdehin oğlu 000 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikah ından 20 sentyabr 2017-ci il tarixdə Davud adlı uşaqları anadan olmuşdur. 28 aprel 2018-ci il tarixdə onun əri, cavabdehin oğlu vəfat etmiş və bununla bağlı ölüm haqqında şəhadətnamə verilmişdir. Bir müddət o, mərhum ərinin inşa etdiyi ünvan 1 ünvanda və azyaşlı övladı qeydiyyatdadır) lakin cavabdehlə münasibətləri gərginləşmiş, ərinin bacısı narkotik vasitələrinin istifadəçisi olduğu üçün, həmin ünvan 88 kv.m olmasına baxmayaraq çox saylı insanların yaşayış yeri olduğu və azyaşlı övladını həmin yaşayış sahəsinə böyütməyin mümkünsüz olması səbəbindən həmin ünvanı məcburiyyət qarşısında qalıb tərk etmiş və azyaşlı övladı ilə kirayədə yaşamağa məcbur qalmışdır. Hazırda ölkədə ardıcıl devalvasiyadan sonra bütün xidmət sektorunda qiymətlərin qalxması, həmçinin, mənzilin kirayə ödənişi, kommuna l xidmətləri və övladının qidası və sair xərclərini qarşılamaq onun üçün kifayət qədər çətin olmuş, həmçinin azyaşlı övladının sağlam gələcəyi naminə onun yaşayış sahəsinə ehtiyacı vardır, övladı ilə birlikdə qeydiyyatı üzrə evə köçmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsini dəyişdirərək özünün və azyaşlı övladının qeydiyyatda olduğu 000 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı qızının uşağı ilə birlikdə 000 ünvanına köçürülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh qızından tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) 22 aprel 2019-cu il tarixli 2(105)-1782/2019 nömrəli qətnaməsi ilə Cavabdeh YYY apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin iş üzrə 28 noyabr 2018-ci il tarixli 2(012)5407/2018 saylı qətnaməsi ləğv edilmış, İddiaçı qızının Cavabdeh qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(105)-1782/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş bununla da, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qızının, onun vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh YYY vəkili Heydərov Sücayət Hüseyn qızının kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məl umat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, İddiaçı qızı 2017-ci il tarixdən qeyd olunan fərdi yaşayış evində cavabdehlə birgə təsərrüfat aparmaqla orada istifadə hüququ əldə etmişdir. Mübahisəli evə faktiki sahibliyini həyata keçirən Cavabdeh qızı ilə birgə yaşayan ailə üzvlərinin - iddiaçının və uşağının yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququnun mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yarandığı kimi qiymətləndirib iddianın təmin edilməsini qanunauyğun s aymışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, Yusifova X1 rayonu, 000 saylı evin mülkiyyətçisidir. İddiaçı qızının iddia tələbi üzrə cavabdeh olan Cavabdeh qızına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində sadalanan qohumların dairəsinə daxil deyil. Belə olan halda, İddiaçı İddiaçı qızının həmin mənzildə istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən mülkiyyətçinin razılığı verilməli və həmin razılıq ərizəsi DƏDRX-də qeydiyyatında alınmalı idi, lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin razılıq fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh qızı tərəfindən verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişd ir ki, mübahisənin predmeti olan mənzil 29 iyun 2016-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış,tərəflər arasında münasibətlər isə 2017-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə əsasən də mülkiyyətçinin ailə üzvü kimi onun əri (arvadı), uşaqları və valideynləri aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2017-ci ildə yarandığından, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu mübahisənin həlli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının K onstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsi ndə birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri ), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvləri a rasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsi ndə yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir Həmin qərara əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəsl inin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən isə qardaş və bacıların (88-ci maddə) baba və nənənin nəvələrini saxlaması (89-cu maddə) nəvələrin baba və nənəni saxlaması (90-cı maddə) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlaması (91-ci maddə) ögey oğlu və qızların ögey ata və anası saxlaması (92-ci maddə) vəzifələri müəyyən edilmişdir. Həmin qərarda eyni zamanda göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə edilməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, digər qanunvericiliyin müvafiq normaları i lə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir ki, İddiaçı qızı mülkiyyətçi Cavabdeh qızına məxsus evə 2017-ci ildə gəlin köçərək yaşamasına, birgə təsərrüfat aparmasına, hətta qeydiyyata alınmasına baxmayaraq mülkiyyətçinin ailə üzvü statusuna malik olmadığı üçün onun mübahisəli mənzilə də heç bir hüququ yaranmamışdır. Hazırki iş üzrə İddiaçı qızı mənzilin mülkiyyətçisinin digər qohumu, yəni oğlunun keçmiş arvadı olduğundan onun yaşayış sahəsindən istifadə hüququ yalnız Mülki Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma əsasında yarana bilərdi. Lakin mülkiyyətçi ilə iddiaçı arasında belə bir razılaşma mövcud olmamışdır. Belə olan halda, iddiaçının mübahisəli evə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmadığından onun həmin evə köçürülməsi və evdən istifadəsinin təmin edilməsi barədə tələbləri təmin edilə bilməz. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə predmetini təşkil edən evdə qeydiyyatda olması, həmçinin həmin evin azyaşlı övladının da yaşayış yeri olması barədə qeyd edilənlər iddianın təmin edilməsinə əsas vermir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hi ssəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq alt ında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasi bətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(105)-1782/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar