Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5538/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X8 oğlunun, cavabdeh X7nın və onun vəkili ** qızının, cavabdeh X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(105)-1307/2019 nömrəli qətnaməsindən cavabdeh X7nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elman Məmmədov) 05 noyabr 2018-ci il tarixli, 2(060)-7343/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı mərhum anası X1 miras qalmış Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı binadakı 36 kv. m sahəsi olan 41-ci mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vaxtının uzadılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Abbasov, Ş.Abasov və T.Məmmədov) 10.04.2019-cu il tarixli, 2(105)-1307/2019 nömrəli qətnaməsi ilə cavabdeh X7nın apelyasiya şikayəti qismən təminedilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edimiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh X7 və onun vəkili ** qızı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlə r. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, S* 3-cü mərtəbəsində yerləşən 36 kv. m sahəsi olan 41-ci mənzilin mülkiyyətçisi X2 qanun üzrə bir nömrəli varisidir. Anası 03.01.2018-ci ildə vəfat etmişdir. Ondan miras qalmış mənzili miras kimi qəbul etmək üçün bacıları X7 və X5 maraqlı tərəfə müraciət etmişlər. Ancaq bundan sonra o, başa düşmüşdür ki, həmin mirasda onun da payı var. Ona görə də maraqlı tərəfə rəsmi ərizə ilə müraciət etmiş, sonuncu onun müraciətlərini təmin etməmişdir. Səbəbi də bu olmuşdur ki, o, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. O, hüquqi savadsızlığı və mirası qəbul etmək üçün qanuni hüquqi olan bacıların olduğu üçün mirasın qəbul edilməsinin bir yerdə olacağını güman etdiyinə görə fərdi q aydada notariusa müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X7 və onun vəkili ** qızı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini kobud şəkildə pozmuşdur. Əslində məhkəmə onun prosesin tam hüqu qlu tərəflərindən biri kimi cavabdeh qismində iştirakı qənaətinə gəldiyi üçün qətnaməni ləğv etməklə işi baxılmamış saxlamalı idi və məhkəmə prosesində onun cavabdeh kimi hüquqlarına təminat verilməli idi. Belə ki, o, 1-ci instansiya məhkəməsində cavabdeh qismində cəlb edilmədiyi üçün bu prosessual hüquqlarından istifadə edə bilməmiş, yalnız apellyasiya məhkəməsində qətnamə elan olunan vaxt qətnamənin ləğv edildiyini, lakin yenə də qarşı tərəfin iddiasının təmin olunması barədə qətnamənin qəbul edildiyini bilmiş, hazırki qətnamənin surətini aldıqda isə ona məlum olmuşdur ki, apellyasiya məhkəməsi onu bu iş üzrə cavabdeh qismində cəlb etmişdir. Halbuki əgər 1-ci instansiya məhkəməsi onu cavabdeh qismində cəlb etsəydi və ya apellyasiya məhkəməsi onu cavabdeh qismində tanıyaraq hüquqlarını iz ah etsəydi, o, bundan sonra qarşılıqlı iddia vermək hüququndan da istifadə edərdi, bütün bunlar isə ona dəlalət edir ki, məhkəmə tərəfindən onun prosessual hüquqları pozulmuş və həmiin hüquqlarına təminat verilməmişdir. Konkret halda mirasın qəbul edilməsi müddətinin uzadılması üçün heç bir əsas olmamış, çünki miras əmlak artıq 2 vərəsə tərəfindən qəbul edilmişdir və iddiaçının iddia tələbində qoyduğu dəlillərin heç bir hüquqi əsası yoxdur, həmin dəlillər müddətin bərpası üçün üzürlü hal kimi qəbul edilə bilməz. Məhkəmə iddianı təmin etsə də, qətnamədə həmin müddəti hansı əsaslardan üzürlü hesab etdiyini göstərməmiş və işdə müddət ötürülməsini üzürlü sayan hər hansı bir dəlil də yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili ** qızı kassasiya şikayətini müda fiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X7 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat verdi. Cavabdeh X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkə məyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişd ir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 17 saylı binanın 41-ci mənzili iddiaçı və cavabdehlərin anası X2 mülkiyyətində olmuş, Hənifə Qədirova 03 yanvar 2018-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra sözügedən mənzil miras qalmışdır. İddiaçı miras qoyan X2 birinci növbədə vərəsəsi hesab olunur və İddiaçı 05 iyul 2018-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzində xususi notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş və həmin tarixdə notariat kontoru tərəfindən müddətin buraxılması əsası ilə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apell yasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə cağırıldığını bildiyi və ya bilməli olduğu gündən üc ay ərzində mirası q əbul edə bilər. Miras acıldığı gündən altı ay kecdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Məhkəmə kollegiyası bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab etmişdir ki, Sumqayıt şəhəri, 13 mkr., 17 saylı evin, 41 saylı mənzili X2 mülkiyyətində olmuş, X2 03 yanvar 2018-ci ildə vəfat etməklə həmin mənzilə vərəsəlik açılmış, qeyd edilən mənzil miras əmlak toplusuna daxil olmuş, İddiaçı da miras qoyanın övladı olduğu üçün birinci növbə vərəsəsi sayılır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciə t etməməklə, müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iddiaçının savadsızlığı ucbatından mirasın bacıları ilə bir yerdə qəbul edilməli olmasını, bunun üçün 6 aylıq müddətin keçməli olmasını güman etməsi və buna görə müddəti ötürməsi barədə dəlillərini əsaslı saymışdır. Çünki cavabdehlərdən Heyran Qədirova da iddiaçının bu səbəbdən müddəti ötürməsini təsdiq etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mirasqoyanın 03 yanvar 2018-ci ildə ölməsi ilə açılan miras 3 ay ərzində, yəni 03 aprel 2018-ci ilədək qəbul edilməli olsa da, iddiaçı bu müddəti cəmi 3 ay ötürmüşdür və Mülki Məcəllənin 1322-ci maddəsində vərəsəlik şəhadətnaməsinin vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilməsinin müəyyən edilməsi nəzərə alınarsa, bu da iddiaçın ın 6 aylıq müddəti gözləməsi barədə dəlillərinin əsaslı olduğunu göstərir. Bundan əlavə, cavabdeh S.Qədirova da iddiaçının müddəti üzrsüz səbəbdən ötürməsinə deyil, onun miras əmlakdan imtina etməsi barədə anasına verdiyi ərizəsinə istinad etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi halları mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbi kimi üzrlü sayaraq, düzgün olaraq hesab etmişdir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası iddia tələbini təmin edərkən həmçinin iddiaçının vərəsəlik hüququna dövlət tərəfindən təminat verilməsini də nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi cavabdeh S.Qədirovanın iddianın rədd edil mə əsası kimi apellyasiya şikayətinin dəlillərini – anasının Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 6b saylı evi bağışlama müqaviləsi ilə iddiaçının adına keçirərkən iddiaçının hazırki mübahisə predmeti olan mənzildən pay istəməyəcəyi barədə 09 mart 2016-cı il tarixdə ərizə yazması, həmin ərizənin mirasdan imtina ərizəsi olması – qəbul etməmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəla, iddiaçının Sumqayıt şəhəri, 13 mkr., 17 saylı evin, 41 saylı mənzilinə heç bir pay tələbi olmaması barədə ərizələri (i.v.81, 82) kserosurət olduqları üçün sübut kimi yolverilməzdir. Bundan başqa, həmin ərizələr mirasdan imtina kimi də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtin a edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Qeyd edilən qanunvericilik normasından da görünür ki, mirasdan imtina üçün üç şərt məcmu halında götürülməlidir: miras açılmalı, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasdan imtina etməli və bu imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bu şərtlərdən hər hansı birinin olmaması mirasdan imtinanı istisna edir. Hazırki işdə də iddiaçının mübahisə predmeti olan mənzildən pay istəməyəcəyi barədə ərizəsi 09 mart 2016-cı il tarixdə, mirasın açılmasından təxminən iki il əvvəl yazılmış və həmin ərizə notariat orqanında rəsmiləşdirilməmişdir. Bu da qeyd edilən üç şərtdən ikisinin hazırki işdə möv cud olmadığını göstərir. Buna görə də apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən yazılan ərizələri mirasdan imtina kimi qəbul etmişdir. Qeyd edilənlər baxımından kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası işin faktiki hallarına qiymət vermədən əlavə olaraq qeyd etməyi zəru ri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin müddəti ötürməsi əsası kimi istinad etdiyi halları işdə olan sübutlar əsasında qiymət verməklə həmin əsasların üzürlü olması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin normalarına uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X7nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(105)-1307/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5538/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5538/2019
28.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver