Məhkəmə qərarları › İş №2(102)-554/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-554/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-554/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-554/2024 (Açar sözlər: “sığorta ödənişinin verilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Sığorta fəaliyyətindən irəli gələn mübahisələr: İcbari sığortadan irəli gələn mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli 2(103)5692/2023 saylı qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 mart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) xidməti dövrünü xx.xx.1998-ci il tarixdə başlamaqla xx.xx.1999-cu tarixdə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2003-cü il tarixli qərarına əsasən ona İİ dərəcəli əlillik verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra cavabdeh Sığorta şirkət) müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommer siya Şirkətinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə sığorta ödənişinin verilməsinin sığorta hadisəsindən 3 il müddət keçməklə İİ qrup əlillik dərəcəsi alması səbəbindən qeyrimümkün olması bildirilmişdir.

2. Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktuba əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata va ya istefaya bu raxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, o, 1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 23 iyun 2004-cü ildə İİ qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən qanunvericiliyin istinad olunan maddəsinə əsasən, ona sığorta ödənişinin verilməsi qeyrimümkündür.

3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən Yevlax RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmiş, vətəndaş İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1999-cu ildə aldığı travma - diaqnoz: «Davamlı ağrı sindromu ilə müşaiyət olunan sağ ayağın donvurmadan sonrakı İİ məhələ angiotrofonevrozu, qan dövranı və funksiyanın mülayim, dərəcədə pozulması ilə. Sağ ayaq barmaqlarının İV dərəcəli donvurmasına görə İ-İV barmaqların əsas falanqalarının distal ucları, V barmağın ayaqdarağı falanqa oynağı səviyyəsində amputasiyasından sonrakı güdülləri», nə səbəbə ki, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi N saylı hərbi hissədə və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi MHKH-da müayinə və müalicə olunmuşdur (N saylı hərbi hissənin xx.xx.1999-cu il və MHKH-ın xx.xx.1999-cu il tarixli çıxarış epikrizləıi, MHKH-m xx.xx.1999-cu il tarixli 5876 saylı xəstəlik tarixi, N saylı hərbi hissə komandirinin verdiyi xx.xx.1999-cu il tarix li 150 saylı travmanın alınma şəraiti haqqında arayışı Yevlax RHK-nın xx.xx.2003-cü il tarixli 1730 saylı arayışı), «hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır».

4. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Yevlax rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən iddiaçının xidmət etmə dövrü xx.xx.1998-xx.xx.1999-cu illər, tərxis olunduğu tarix xx.xx.1999-cu il qeyd edilmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən, iddiaçıya “sağ ayağın donvurmaya görə İ-İİ barmaqların falanqadan və barmağın əsas falanqadan səviyyəsində amputasiyasından sonrakı vəziyyət sağ ayağın angitrofonevrogen davamlı a ğrı sindromu ilə sağ a/ə qan dövranın pozulması sağ dirsək oynaqlarının deformasiyası” diaqnozu qoyulmuş, xx.xx.2014-cü il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin edilməklə, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması qeyd edilmişdir. 6. 15.10.1997-ci il tarixdə iddiaçının adına açılmış hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Yevlax şəhər hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən xx.xx.1998-ci il tarixdə xidmətə yararlı hesab edilməklə hərbi hissəyə göndərilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.1997-ci il tarixli 30 № əmri ilə Azərbaycan Respublikasını Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (tərxis edilmişdir).

7. Həmin hərbi biletdən həmçinin görünür ki, xx.xx.2 004-cü il tarixində tibbi müayinələr və peyvəndlər haqqında məlumatlar qrafasında xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının MN-nin MHK-nin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 68v, 45q maddəsinə Azərbaycan Respublikası MN-nin xx.xx.1997-ci il tarixli əmrinə əsasən “Hərbi xidmətə məhdudiyyətlə yararlı” hesab edilir qeydi aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununda sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduğu üçün nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin 60% hissəsində sığorta ödənişinin Azərbaycan Respublik ası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən 1998-ci ildə hərbi xidmətə çağrılmışdır. xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə, posta gedərkən qar uçurumuna düşmüş və bir sutkadan artıq qar uçurumunda qaldığına görə ayaqlarını don vurmuşdur, bundan sonra o, Gəncə şəhərində N saylı hərbi xəstəxanada, sonra isə Bakı şəhərində Papanin xəstəxanasında bir neçə ay müalicə olunmuşdur. Don vurma nəticəsində sağ ayaq barmaqlarının dördüncü dərəcəli donvurmasına görə birinci və dördüncü barmaqların əsas falanqalarını n distal ucları, beşinci barmağın ayaqdarağı falanqa oynağı səviyyəsində amputasiya olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən Yevlax Rayon Hərbi Komisarlığı tərəfindən 1998-ci ildə hərbi xidmətə çağrılmış İddiaçı hərbi xidmət keçərkən, xx.xx.1999-cu ildə aldığı travma-“Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələri) yerinə yetirərkən alınmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə məlumatına əsasən xx.xx.2004-cü ildən sağ ayağın donvurmaya görə birinci və ikinci barmaqların falanqadan, beşinci barmağın əsas falanqadan amputasiyasından sonra sağ ayağın anqilrofanevrogen davamlı ağrı sindromu ilə sağ və qan dövranın pozulması sağ dirsək oynaqların deformasiyası diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olaraq əlilik müəyyən edilmişdir. Əmək qabiliyyətsiz hesab edilir. O, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət edərək "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanununa əsasən ikinci qrup dərəcəsi təyin olunması ilə əlaqədar ona düşən sığorta ödənişinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 16 fevral 2023-cü il tarixli məktuba əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunun 5-ci maddəsinin “ç” bəndi əsas gətrilərək bildirilmişdir k i, o, 1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq keçdikdən sonra, yəni 23 iyun 2004-cü ildə ikinci qrup əlillik dərəcəsi almışdır və bu səbəbdən sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanı ş) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi verilir. Cavabdeh orqanın imtinasını tam əsassız hesab etmişdir. Belə ki, o, sığorta edilən hərbi qulluqçu statusuna malik olmuş və hərbi xidmət dövründə vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə ona ikinci dərəcəli əlillik verilmişdir. Hərbi xidmətdə olduğum dövrdə sığorta hadisəsi baş vermiş və bununla da Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Qeyd etmişdir ki, ona əlilliyin müəyyən edilməsi üçün vaxtında müraciət etsə də, ondan asılı olmayan səbəblərdən əlillik gec təyin edilmişdir. Yəni qanunla müəyyən edilən müddət üzrlü səbəblərdən ötürülmüşdür. Həmin vaxtdan hələdə, səhh əti yaxşı deyil, daimi olaraq müalicələr alır. Əmək qabiliyyətini itirmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası X1 Şirkəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan vətəndaşın hərbi xidmət dövrü barədə arayışa əsasən, şəxs xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş AR MN-nin MHHK-nın xx.xx.2003-cü il tarixli, 343 nömrəli qərarına əsasən, şəxsin almış olduğu travma hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İş materiallarına əlavə olunmuş TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixində müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçının sığorta öd ənişinin alınması ilə bağlı şirkətə edilmiş müraciətinə əlavə olunmuş müayinə aktından çıxarışa əsasən, şəxsə ilk dəfə xx.xx.2004-cü il tarixində İİ qrup ilkin əlillik təyin edilmişdir. İddiaçının hərbi xidmət dövründə xəsarət almasına görə ona əlilliyin təyin olunması təyinatın həyata keçirildiyi zaman qüvvədə olan qanunvericiliyə və kassasiya instansiyası məhkəməsinin formalaşdırdığı praktikaya uyğun olaraq sığorta hadisəsi hesab edilmir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 5-ci maddəsinin “ç” bəndinin xx.xx.2013-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (topla nışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:İ qrup — 80 faiz; İİ qrup — 60 faiz; İİİ qrup — 40 faiz. İstinad olunan normanın mənasına görə, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün sığorta olunan həqiqi hərbi xidmətdən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar, yəni hərbi xidmət keçdiyi zaman xəsarət almış və bu səbəblə vaxtından əvvəl ehtiyata buraxılmış olmalı, habelə, bundan sonra 3 il müddətində sığorta olunana bu səbəblə əlillik təyin edilməlidir. Lakin, işin hallarından görünür ki, iddiaçı həqiqi hərbi xidmətdən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vaxtından əvvəl deyil, xidmət müddətinin basa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. Bu halda təyin olunan əlillik isə normanın tələbi baxımından hadisənin sığorta hadisə si hesab edilməsini istisna edir. “İcbari sığortalar haqqında” AR Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 8.1.3-cü maddəs inə əsasən, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. İşin hallarına əsasən, iddiaçı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ehtiyata buraxılmış olsaydı belə, yenə də hadisə yuxarıda istinad olunan normaların tələbi baxımından, sığorta hadisəsi hesab edilməyəcəyindən, sığorta ödənişi verilə bilməzdi. Belə ki, iddiaçı xx.xx.1999-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, hərbi xidmət dövründə alınmış xəsarətə görə ona istinad olunan normalarla müəyyən olunmuş 3 illik kəsici müddət ötürüldükdən sonra, yəni xx.xx.2014-cü ildə ilk dəfə əlillik təyin edilmişdir. Sığorta qanunvericiliyinin istinad olunan normalarına əsasən, əlilliyin sığorta hadisəsi hesab edilməsi və sığortaçının sığorta ödənişi vermək öhdəliyini yarada bilməsi üçün əlillik sığorta olunana xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxıldığı gündən 3 il müddətində təyin edilməlidir. Bu kəsici müddətin sığorta olunan tərəfindən ötürülməsi Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığorta hadisəsi hesab edilmədiyinə görə, dolayısı ilə sığorta təminatına da daxil deyildir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(006)-2132/2023 saylı qətnaməsi ilə (hakim X2) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası s ığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s.öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin ma hiyyətini (təbiətini) dəyişdirə bilməz. «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanı ilə sığortalanmanın qaydasının, şərtlərinin və məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına əsasən, sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «ç» bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta ödənişi: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalar ının 61-80 faiz pozulmasına görə — 60 faiz orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz nisbətlərində verilir.Göstərilən Qanunun 3-cü maddəsinə və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Göründüyü kimi iddiaçı hərbi xidmətdən “hərbi xidmətə məhdudiyyətlə yararlı” hesab edilməklə xx.xx.1999-cu il tarixdə ehtiyata buraxılmış, həkim komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən aldığı travmaların hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması müəyyən edilməklə 3 ildən artıq müddət keçdikdən sonra İİ qrup əlillik dərəcə sini almışdır. Bu səbəbdən, iddia tələbi əsassız olmaqla təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «Hərbi qulluqçuların və digər dövlət qulluqçularının dövlət tərəfindən mütləq şəxsi sığortalanmasına dair» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli 563 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş xx.xx.1992-ci il tarixli, 99-6 saylı qərarına, Azərbaycan Respublikasının xx.xx.1997-ci 377İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə, «Hərbi qulluqçuların dövlət ic bari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 3, 4, 5-ci maddələrinə, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2132/2023 saylı qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

16. İddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sığortanı n mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. İddiaçının əlilliyinə əsas olan vəziyyət (amputasiya) hərbi xidmət dövründə yaranmışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5692/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N. Cəfərov (sədrlik edən və məruzəçi), İ. Şirinov, E. Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunması və iddia təmin olunmağla, 6.600 (altı min altı yüz) manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

18. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 2-ci qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət (əqli və ya fiziki qüsurlar) 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra tanınıbsa, bu halda da sığorta olunan əlillik dərəc əsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin (əqli və ya fiziki qüsurların) səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən 3 ildən sonra əlillik kimi tanına bilər. Həmin səbəblərə aid olan bilər: sığorta olunanın əlilliyin müəyyən edilməsi üçün səlahiyyətli orqana müraciət hüququndan məlumatsız olması, həmin h üquqdan məlumatı olsa da səlahiyyətli orqana gec müraciət etməsi, səlahiyyətli orqana lazımi sənədləri vaxtında təqdim edə bilməməsi, səlahiyyətli orqanın müraciətə vaxtında baxmaması və s. İddiaçının əlilliyinə əsas olan vəziyyət (amputasiya) hərbi xidmət dövründə yaranmışdır. Odur ki, əlilliyin səlahiyyətli orqan tərəfindən nə zaman tanınmasından asılı olmayaraq iddiaçı 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir.

19. Məhkəmə öz mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə, həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh Sığorta şirkəti (Vəkil ) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il, 2(103)-5692/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbi birmənalı şəkildə norma imperativ norma olmaqla, sığorta ödənişi almaq hüququnun yaranması üçün əlilliyin 3 il ərzində müəyyən olunması tələbini müəyyən edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan Qətnaməsində qanunvericiliyin bu tələbi pozularaq iddiaçının 3 il müddəti ötürməsinə müxtəlif səbəblər gətirilərək həmin səbəblər sırasında “sığorta olunanın əlilliyin müəyyən edilməsi üçün səlahiyyətli orqana müraciət hüququndan məlumatsız olması, həmin hüquqdan məlumatı olsa da səlahiyyətli orqana gec müraciət etməsi, səlahiyyətli orqana lazımi sənədləri vaxtında təqdim edə bilməməsi, səlahiyyətli orqanın müraciətə vaxtında baxmaması və s.” qeyd edilmişdir. Mövcud heç bir qanunvericilik aktında əlilliyin təyin olunması üçün Qətnamədə sadalanan səbəblər göstərilməmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş müddətin hazırki qərarın 15-ci bəndində qeyd olunmuş formada şərh edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Qərara əsasən, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırı lmamışdır.

22. Kassator şikayətinin əsası kimi Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun (bundan sonra – Qanun) 2.1.6-cı maddəsinə, 5-ci maddəsinin “ç” bəndinə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətlərinə qarşı etirazla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il, 2(103)-5692/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İddiaçı əlilliyinin müəyyən edilməsi üçün vaxtında müraciət etməsini bildirmişdir, lakin ondan asılı olmayan səbəblərdən əllilik gec təyin edilmişdir. Qanunla müəyyən olunmuş müddət üzürlü səbəb lərdən ötürüldüyünü bildirmişdir. Mülki işə tətbiq edilən hüquq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: 24. 4-cü maddəsinin 1-ci hissəsi hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. 25. 5-ci maddəsinin “ç” bəndi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə, bu, sığorta hadisəsi hesab olunur və 2-ci qrup əlillər üçün sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiym ətləndirilməlidir.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

40. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

41. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Res publikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər; - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. «Hərbi qu lluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. - 3-cü maddəsinin tələbinə görə hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; - 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; - 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, tr avma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İ qrup əlilliyə görə — 80 faizi nisbətində verilir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” 43. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. 44. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və v əzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

45. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xidmət zamanı alması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir.. Əgər əlilliyə əsas olan vəziyyət (əqli və ya fiziki qüsurlar) 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra tanınıbsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin (əqli və ya fiziki qüsurların) səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən 3 ildən sonra əlillik kimi tanına bilər. Həmin səbəblərə aid olan bilər: sığorta olunanın əlilliyin müəyyən edilməsi üçün səlahiyyətli orqana müraciət hüququndan məlumatsız olması, həmin hüquqdan məlumatı olsa da səlahiyyətli orqana gec müraciət etməsi, səlahiyyətli orqana lazımi sənə dləri vaxtında təqdim edə bilməməsi, səlahiyyətli orqanın müraciətə vaxtında baxmaması və s. İddiaçının əlilliyinə əsas olan vəziyyət (amputasiya) hərbi xidmət dövründə yaranmışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla və formal əsaslar kimi qiymətləndirilməklə məhkəmə qətnaməsinin ləğvinə əsas vermir.

47. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayə t edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli 2(103)5692/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar