Məhkəmə qərarları › İş №2(102)-5540/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5540/2021

21.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5540/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “Pablisis Zenitoptimedia” MMC Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5540/21 (Açar sözlər: əmək haqqı tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1, Cavabdeh: Cavabdeh MMC Azərbaycan Respublikasındakı filalının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-c i il tarixli, 2(103)-3832/2021 saylı qətnaməsindən Cavabdeh MMC Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh MMC Azərbaycan Respublikasındakı filialına qarşı iddia qaldıraraq, cavabdehdən ona 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsi səbəbi ilə 1.000 manat peniyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilərək, cavabdehdən 2019-cu ilin dekabr ayından (dekabr ayı da daxil olmaqla) 2020-ci ilin oktyabr ayına qədərki (sentyabr ayı da daxil olmaqla) ödənilməmiş əmək haqqının tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında 27 noyabr 2014-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanıb və həmin əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “bölmə rəhbəri, reklam; Əmək müqaviləsi üzrə: BTL Meneceri vəzifəsində işləyib. İddiaçının əmək haqqı 2.451,96 manat təşkil edib. Hazırda əmək müqaviləsinə xitam verilməyib və əmək müqaviləsi qüvvədədir. Həmçinin iddiaçıya, 2019-cu ilin dekabr ayından ( dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödənilməyib. Eyni zamanda iddia 1.000 manat peniya tələbinə aid hissədə əsaslandırılmadığından təmin edilə bilməz. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 7, 154, 195, 196-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi il ə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 7, 154, 195-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh MMC Azərbaycan Respublikasındakı filialının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Türkel Süleymanov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əm ək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hü quqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddian ı əmək haqqı tələbinə aid hissədə təmin etməklə səhv nəticəyə gəldiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında 27 noyabr 2014-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanıb və həmin əmək müqaviləsinə əsasən, iddiaçı cavabdehdə “bölmə rəhbəri, reklam; Əmək müqaviləsi üzrə: BTL Meneceri vəzifəsində işləyib. İddiaçının əmək haqqı 2.451,96 manat təşkil edib. Hazırda əmək müqaviləsinə xitam verilməyib və əmək müqaviləsi qüvvədədir. Həmçinin işdən görünür ki, iddiaçıya, 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödənilməyib. Belə ki, işə ə lavə edilmiş hesabat sənədlərinə görə, iddiaçıya sonuncu dəfə 2019-cu ilin oktyabr ayında həmin ilin avqust ayının əmək haqqı ödənilib. İddiaçı, sentyabr ayından noyabr ayı daxil olmaqla öz hesabına məzuniyyətdə olub. 2019cu ilin dekabr ayından isə iddiaçı daimi işə çıxıb, əmək vəzifələrini tam həcmdə yerinə yetirsə də, 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün ona əmək haqqı ödənilməyib. Eyni zamanda, "xxxx" ASC-nin iddiaçıya məxsus ödəniş kartı üzrə təqdim etdiyi çıxarışdan da görünür ki, ödəniş kartına mədaxil edilmiş əmək haqqı məbləğləri də 2019cu ilin sentyabr ayınadək olan əmək haqqı məbləğləridir və iddiaçıya 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ümumiyyətlə ödənilməyib. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələri n, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının mart ayından sentyabr ayınadək işə çıxmadığı, bunun səbəbinin isə ümumi məlum olan halla, yəni “COVİD-19” pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iş yerlərində işçilərin sayına məhdu diyyətin tətbiq edilməsi ilə bağlı olub. Apellyasiya instansiyası məhkəməsi, eyni zamanda cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddia olunan müddətdə həqiqətən tərəflər əmək münasibətində olub, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməyib və əmək müqaviləsi qüvvədə olmaqla iddiaçı əmək vəzifələrini yerinə yetirib. Ona görə də cavabdeh, iddiaçıya 2019-cu ilin dekabr ayından (dekabr ayı daxil olmaqla) 2020-ci ilin oktyabr ayınadək (sentyabr ayı da daxil olmaqla) olan dövr üçün əmək haqqı ödəməyə borcludur. Cavabdeh kassasiya şikayətində, fəaliyyətini pandemiya dövründə dayandırdığını, dövlət tərəfindən Filialın işçilərinə əmək haqqının ödənilməsi üçün heç bir yardım göstərilmədiyini, bunun nəticəsində işçilərə əmək haqqını tam həcmdə ödəyə bilmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququn un pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, “COVİD-19” virusunun yayılması ilə bağlı işçilərin işə cəlb edilməsinə qadağaların qoyulması işəgötürənin iradəsindən asılı olmadıqda və bu son nəticədə boşdayanma hallarına səbəb olduqda, əməyin ödənilməsi Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilə bilər. H əmin maddənin mənasına görə, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmin Məcəllənin 233-cü maddəsinin 5-ci hissəsində göstərilir ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hazırki halda, iddia olunan müddətdə cavabdehin öz fəaliyyətini dayandırması mülki iş materialları ilə istisna olunur, lakin pandemiya dövründə işçilərin təqsiri olmadan cavabdehdə həqiqətən boşdayanma hallarının baş verməsi mülki iş materialları, o cümlə dən iddiaçının özünün izahatı (öz hesabına məzuniyyətdə olması və sair), apellyasiya və kassasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Belə olan halda iddiaçının təqsiri olmadan boşdayanma vaxtı üçün işəgötürən ona müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayan əmək haqqı ödəyə bilər. Ona görə də kassasiya şikayətində göstərilən digər dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas sayıla bilməz. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün n əticəyə gəlib və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC Azərbaycan Respublikasındakı filialının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)-3832/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar