Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5542/2018 13.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 13 sentyabr 2018-ci il İş № 2(102)-5542/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, kassatorun vəkili X4, üçüncü şəxslər X5in vəkili X1 və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2nin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11911/2017 saylı 04 dekabr 2017-ci il tarixli qərardadından İddiaçı tərə findən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-5944/2017) İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı “hərrac təşkilatının 19.04.2016-cı il tarixli, 33/02 nömrəli protokolunun, 18.02.2017-ci tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və mənzilin yenidən qiymətləndirilməsi”nə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı iddiadan imtina barədə ərizə ilə müraciət etmiş, iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam veril məsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər – İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov, iş № 2(103)-11911/2017) İddiaçının cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı “hərrac təşkilatının 19.04.2016-cı il tarixli, 33/02 nömrəli protokolunun, 18.02.2017-ci tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və mənzilin yenidən qiymətləndirilməsi”nə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, icraata xitam verilmişdir. Bundan sonra mülki iş, İddiaçı və vəkil X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Şikayətə R.Hacılının adına verilmiş order əlavə olunmuşdur. Daha sonra İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermədiyini, şikayətdəki imzanın ona məxsus olmadığını, şikayəti tərtib etmiş vəkil X7 kassasiya şikayətinin tərtib olunması və hüquqlarının Ali Məhkəmədə müdafiəsi ilə bağlı müraciət etmədiyini və həmin vəkillə müqavilə bağlamadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq larını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində təsbit edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 402-ci maddəsinin mənasına görə, kassasiya qaydasında yalnız apellyasiya məhkəmələrinin qətnamə və qərardadlarından verilmiş kassasiya şikayətlərinə baxılır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı göstərilən qərardaddan kassasiya şikayəti vermədiyini bəyan etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mü lki işə kassasiya qaydasında baxılması üçün əsaslar yoxdur. Odur ki, iş kassasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin görülməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bununla belə məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı bir neçə dəfə biri-birinə zidd fikirlərə gəlmiş, məhkəməyə müxtəlif müraciətlər etmiş, nümayəndəsi vasitəsi ilə və özü mülki işlə tanış olmuşdur, daha sonra vəkil X8 ilə müqavilə bağlamış, vəkil də iş materialları ilə tanış olmuşdur. Bundan sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, vəkil Ş.Məmmədova ilə bağlanmış müqavilədən imtina etdiyini bildirmiş, daha sonra yenidən həmin vəkillə müqavilə bağlamışdır. Məhkəmə kollegiyası göstərilənləri prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 407, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə qarşı “hərrac təşkilatının 19.04.2016-cı il tarixli, 33/02 nömrəli protokolunun, 18.02.2017-ci tarixli RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi və mənzilin yenidən qiymətləndirilməsi”nə dair mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-5542/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5542/2018
13.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver