Məhkəmə qərarları › İş №2(102)-555/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-555/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-555/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X7 və X4) vəsiyyətnamənin etibarsız sayılması və vərəs əlik paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-342/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdə keçirərək, müəyyən etdi:

6. İddiaçılar İddiaçı1, X5, İddiaçı3 və X6 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X3 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras kütləsinə daxil olan mənzilin 5 nəfər vərəsə arasında bölünməsi və hər birinin payının 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov) iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdə ölmüş X2 miras qalmış mübahisəli mənzilin 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə Cavabdeh vərəsəlik hüququnun tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qalan hissədə, digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iddiasının tam rədd edilməsi qət edilmişdir.

8. Həmin qətnamədən bütün iddiaçılar apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2525/19 nömrəli, 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsini n qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X3 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin mübahisəli mənzilin 1/9 hissəsinə pay hüququnun tanınması, 4/9 hissədə payın açıq saxlanılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Cavabdeh qeyd olunan qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1822/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, apelyasiya instansiyası məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

10. Ape llyasiya instansiyası məhkəməsinin 2(105)-226/21 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

12. Kassasiya instansiyası məhkəməsinin 2(102)-4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, apelyasiya instansiyası məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi miras paylarının həcmi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyi şdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin miras əmlakın 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququnun, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, mübahisəli mənzilin 1/18 hissəsinə İddiaçı1, 1/18 hissəsinə İddiaçı3 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Cavabdeh vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmişdir.

14. İddiaçılar İddiaçı1 və İddiaçı4 bu qətnamədən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri 27 dekabr 2022-c i il tarixli qərardadla kassasiya icraatına qəbul edilmiş, lakin sonradan müəyyən edilmişdir ki, kassasiya şikayətləri mümkünlük baxımından mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

16. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli Qərardadına müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin icraata qəbulunun mümkünlüyünü yoxlayarkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da müəyyən etməlidir.

18. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.

19. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə vəsiyyətnamənin etibarsızlığı və iddiaçılar İddiaçı4 və İddiaçı2 aid hissədə iddia rədd olunmuş, digər iddiaçılar iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiası isə qismən təmin edilərək, miras əmlakda payları müəyyən edilmişdir. Qeyd olunan qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 2(105)-226/21 nömrəli, 01 fevral 2021ci il tarixli qətnaməsi ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişdir. Belə olan halda, İddiaçı4 ona münasibətdə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmış və ona aid hissədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsini almışdır. Bu səbəbdən də işin sonrakı məhkəmə baxışında, o cümlədən üçüncü apellyasiya icraatında ona aid hissə məhkəmə araşdırmasının predmetinə daxil olmamışdır.

20. Belə olan halda, İddiaçı4 işin üçüncü apellyasiya icraatında qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 2(105)-342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmad ığından, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

21. Ali Məhkəmənin yuxarıda istinad olunan qərardadında, həmçinin qeyd olunmuşdur ki, kassasiya icraatı qaydasında məhkəmə aktının yoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlü kdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır.

22. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 2(105)-342/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etsə də, şikayətin dəlilləri yalnız iş üzrə mübahisələndirilən vəsiyyətnamənin etibarsızlığı ilə bağlıdır.

23. Halbuki, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında yoxlanılmışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən həmin iddia rədd olunmuş, apellyasiya instansiya məhkəməsinin 2(105)-226/21 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaç ı1 və İddiaçı2 həmin qətnamədən verdiyi kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin 2(102)-4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi yalnız miras paylarının həcmi hissəsində ləğv edilərək yeni apellyasiya baxışına göndərilmiş, qətnamə vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

24. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçı Rasim Səmədovun kassasiya şikayətinin dəlillərinin aid olduğu hissədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, onun şikayəti də qeyri-mümkün hesab edilməlidir.

25. MPM-ə uyğun olaraq, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edi lməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2).

26. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

27. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə 27 dekabr 2022ci il tarixli qərardadı İddiaçı1 və İddiaçı4 aid hissədə ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3 42/22 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri kassasiya baxışından çıxarılsın və qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar