Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5550/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(105)-1384/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin ha llarına görə, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. Qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinə görə verdiyi 10.000 manat pulun qaytarılması və ya 3.52 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi” barədə iddiası rədd edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3.5218 ha torpaq sahəsinə dair Cavabdeh4 ilə cavabdehlər arasında bağlanmış 18 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesa b edilməsi” barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3.5218 ha torpaq sahəsi 1998-ci ildən onun istifadəsində və sahibliyindədir. 1998-ci ildən 2004-cü ilə kimi həmin torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə edir. Cavabdeh1 2004-cü ildə torpaq sahəsini ona satmaq istədiyini və torpağı almağı təklif edib. O, torpaq sahəsini almaq istədiyini bildirib. Həmin vaxt yerli icra hakimiyyəti orqanında alqı-satqı aparıblar. Bu yolla o cavabdehin pulunu ödəyib mübahisəli torpaq sahəsini ondan satın alıb. Sonradan ona məlum olub ki, aralarında olan alqı-satqı rəsmiləşdirilməlidir. Dəfələrlə alqı-satqını rəsmiləşdirmək üçün cavabdehin yanına gedib, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək alqı-satqı müq aviləsinin bağlanmasını yubadıb. Sonradan ona məlum olub ki, torpaq sənədinin əsli onda ola-ola cavabdehlər hansı yollasa mülkiyyət sənədi əldə edərək, torpaq sahəsini 18 aprel 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən digər Cavabdeh4 satıb. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən ona satılıb və həmin torpaq sahəsi uzun illərdir ki, onun faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinə dair xeyli xərc çəkib, orada təsərrüfatı və malqarası vardır. Torpaq sahəsini almaq üçün cavabdehə 1.400 ABŞ dolları, yəni hazırki pula nisbətdə 10.000 manat pul verib. Torpaq sahəsindən istifadə etdiyi müddətdə hər hektara görə hər il 90 manat subsidiya alıb. Torpaq sahəsi onun istifadəsində və sahibliyində olmasına baxmayaraq cavabdehlər onun xəbəri olmadan torpaq sahəsinə dair d igər cavabdehlə alqı-satqı müqaviləsi bağlayıblar. 18 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətlərində olan Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3.5218 ha torpaq sahəsini Cavabdeh4 satıblar. 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3.5218 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla Cavabdeh1 və digərlərinin xüsusi mülkiyyətində olub və həmin torpaq sahəsinin üzərində iddiaçının hər h ansı hüququ olmayıb. Cavabdeh1 və digərləri həmin torpaq sahəsini Cavabdeh4 satarkən hər hansı qanun pozuntusuna yol verilməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.1, 340.1, 347.1, 567, 646.1, 646.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərlə əsa slandırılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov sədrlik edən, məruzəçi, Z.İ.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339.1, 340.1, 347.1, 567, 646.1, 646.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəmə sində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul edib. Belə ki, məhkəmə iddiaçının məhkəmədə verdiyi ifadəsində qeyd etdiyi xüsusatları nəzərə almayıb. Əslində, cavabdehin birinci instansiya məhkəməsində verdiyi ifadəsindən görünür ki, mübahisələndirilən alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir Kassasiya şika yətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 3 47.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kass asiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 18 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətlərində olan Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3,5218 ha torpaq sahəsini Cavabdeh4 satıb. 31 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 3.5218 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 ad ına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Habelə, qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. Qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsinə görə verdiyi 10.000 manat pulun qaytarılması və ya 3.52 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi” barədə iddiası rədd edilib. Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla Cavabdeh1 və digərlərinin xüsusi mülkiyyətində olub və həmin torpaq sahəsinin üzərində iddiaçının hər hansı hüququ olmayıb. Bundan başqa, Cavabdeh1 və digərləri həm in torpaq sahəsini Cavabdeh4 satarkən hər hansı qanun pozuntusuna yol verilməyib. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hər hansı hüququ əmələ gəlməyib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının cavabdehlərə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” və “torpaq sahəsinə görə verdiyi 10.000 manat pulun qaytarılması və ya 3.52 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi” barədə iddia tələbləri rədd edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya in stansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(105)-1384/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5550/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5550/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver