Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5553/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətna məsi ilə (iş № 2(003)-90/2019, hakim Z.Ə.Axundova) İddiaçı ASC-nin Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kreditlər üzrə üçün borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh1 MMC və Cavabdeh6 xx.xx.2015-ci il tarixli, K1638/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 15537,19 (on beş min beş yüz otuz yeddi manat on doqquz qəpik) manat, faiz borcu üzrə 172,29 (yüz yetmiş iki manat iyirmi doqquz qəpik) manat, cərimə borcu üzrə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 17209,48 (on yeddi min iki yüz doqquz manat qırx səkkiz qəpik) manat, xx.xx.2015-ci il tarixli, K1638/03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 22683,53 (iyirmi iki min altı yüz səksən üç manat əlli üç qəpik) manat, faiz borcu üzrə 748,27 (yeddi yüz qirx səkkiz manat iyirmi yeddi qəpik) manat, cərimə borcu üzrə 2000 (iki min) manat olmaqla, cəmi 25431,80 (iyirmi beş min dörd yüz otuz bir manat səksən qəpik) manat, xx.xx.2015-ci il tarixli, K1638/04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən əsas borc üzrə 14000,86 (on dörd min manat, səksən altı qəpik) manat, faiz borcu üzrə 642,86 (altı yüz qırx iki manat, səksən altı qəpik) manat, cərimə borcu üzrə 1300 (bir min üç yüz) manat olmaqla, cəmi 15943,72 (on beş min doqquz yüz qırx üç manat yetmiş iki qəpik) manat, xx.xx.2016-cı il tarixli, K1638/05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, əsas borc üzrə 146450,39 (bir yüz qırx altı min dörd yüz əlli manat, otuz doqquz qəpik) manat, faiz borcu üzrə 17826,76 (on yeddi min səkkiz yüz iyirmi altı manat, yetmiş altı qəpik) manat, cərimə borcu üzrə 10000 (on min) manat olmaqla, cəmi 174277,15 (bir yüz yetmiş dörd min iki yüz yetmiş yeddi manat on beş qəpik) manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan XXX yerləşən 0,02 ha torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evinə, Cavabdeh4 mülkiyyətində olan XXX yerləşən 0,04 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə, Cavabdeh7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh5 mülkiyyətində olan XXX, Cavabdeh2 mülkiyyətində olan XXX yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 55000 manat, Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 110000 manat, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 74, 15 saylı mənzilin ilkin satış qiymətinin 89000 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi, 10 C saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 110000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19, 96 saylı mənzilin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən olunması, həmin daşınmaz əmlaklar satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülk iyyətçilərə təhvil verilməsi qət edilmiş, “xxxx MMC və qeyrilərinin İddiaçı ASC-yə qarşı ilkin iddianın qismən rədd edilməsi və.s tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7938/2019, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçı ASC və Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 apellyasiya şikayətləri təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti vermişdir. Kassatorların nümayəndəsi və vəki li məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək kassasiya şikayətindən imtinanın qəbul edilib icraata xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassa siya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. Həmin Məcəllənin 410.3-cü maddəsinə görə kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. İş üzrə kassatorların kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassatorların kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixl i qətnaməsindən Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5553/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5553/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver