Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-556/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraata qaydasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh1 23.09.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 02.01.2008-ci il təvəllüdlü X3 və 30.10.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları var. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yolda inşa etdiyi 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini İddiaçı 43.123 manata satmışdır. Müqaviləyə əlavə edilmiş maliyyə arayışından müəyyən edilir ki, "xxxx" MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yolda yerləşən 22 nömrəli kooperativ yaşayış binasının 2 otaqlı 101 nömrəli mənzilinin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. A ğdaş rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli 2(014)-58/2020 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında Ağdaş rayon VVADQ şöbəsində 23.09.2005-ci il tarixdə 167 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - 02.01.2008-ci il təvəllüdlü X3 və 30.10.2009-cu il təvəllüdlü X4 anaları Cavabdeh1 himayəsində saxlanmışdır. İddiaçı 04.09.2019-cu il tarixdən başlayaraq 02.01.2008-ci il təvəllüdlü X1 və 30.10.2009-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və p ul tutulması” tələbinə dair iddia ərizəsi ilə 05.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 ilə 23.09.2005-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 02.01.2008-ci il təvəllüdlü X3 və 30.10.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları var. İddiaçı 23.09.2017-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilini "xxxx" MTK-dan almış və ailəsi ilə birlikdə həmin mənzilə köçərək yaşamışdır. Ağdaş rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 23.09.2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları anaları Cavabdeh1 himayəsində saxlanmışdır. Nikah pozulmamışdan bir neçə ay əvvəl tərəflər ayrı yaşamağa başlamışlar. Cavabdeh1 yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 101 nömrəli mənzilindən çıxaraq valideynlərinin yaşadığı Ağdaş rayonu, Heydər Əliyev prospekti, 7/16 nömrəli evə getmişdi r. Cavabdeh1 2019-cu ilin oktyabr ayında əşyalarını götürmək adı ilə İddiaçı müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 101 nömrəli mənzilinin qapısının açarlarını almışdır. Həmin vaxtdan Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 101 nömrəli mənzilinin qapısının açarlarını dəyişdirməklə, valideynləri Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə orada yaşayır və İddiaçı mənzilə buraxmırlar. İddiaçı 23.03.2020-ci il tarixdə DİN 102 xidmətinə zəng edərək, mənzilin qapısının kilidinin dəyişdirildiyi və mənzilə buraxılmadığı barədə polisə məlumat vermişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nöm rəli evin 101 nömrəli mənzilində qanunsuz olaraq yaşayırlar. Bu səbəbdən İddiaçı öz mənzilinə girə bilmir və kirayədə yaşamağa məcbur olmuşdur. İddiaçı ayda 450 manat kirayə haqqı ödəyir. Hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyindən götürülməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları və cavabdehlərdən 2019-cu ilin oktyabr ayından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (sədr lik edən hakim V.Hacıyev, iş № 2(004)-1877/2021) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23.09.2017-ci il tarixli 13 nömrəli kooperativ binada mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılmaları, iddia tələbinin - Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilinin Cavabdeh1 qanunsuz sahibliyindən götürülməsi və Cavabdeh1 İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 2019-cu ilin oktyabr a yından məhkəmə qətnaməsi icra edilən günə qədər hər ay üçün 450 manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi hissələrində rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 23.09.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı adına əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzili Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə və birgə vəsait hesabına əldə etdikləri ümumi birgə mülkiyyətidir. Bu səbəbdən Cavabdeh1 və övladları 02.01.2008-ci il təvəllüdlü X3 və 30.10.2009-cu il təvəllüdlü X4 birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 2 otaqlı 101 nömrəli mənzilində qanuni əsaslarla ya şayır, həmin mənzilin üzərində sahiblik və istifadə hüquqlarını qanuni əsaslarla həyata keçirir, mənzil Cavabdeh1 qanunsuz sahibliyində deyildir. Cavabdeh1 valideynləri olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 daimi yaşayış yerləri Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 7/16 nömrəli fərdi yaşayış evi olsa da, onlar Bakı şəhərinə gələrkən müvəqqəti olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xarici Dairəvi yol, 22 nömrəli evin 101 nömrəli mənzilində qalmaları İddiaçı iradəsinə ziddir. Çünki, mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququ dövlət qeydiyyatına alınmasa da, o, həmin mənzil üzərində sahiblik və istifadə hüququna malik olduğuna və mənzilin pay dəyərini tam şəkildə ödədiyinə görə, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları idd iaçıya məxsusdur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-7135/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1877/2021 saylı, 29 aprel 2021-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində cavabdehlər tərəfindən ona ziyan vurulduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7135/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsinin qismən – “pulun tutulması” hissəsində ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilmə sini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, tərəfindən ayrı-ayrılıqda həm cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində evinə girə bilmədiyi üçün bağladığı kirayə müqaviləsini, həm də cavabdehlərin yaşadığı mənzilin kirayə qiymətlərinin əks etdirən rəsmi sənədləri təqdim etmişdir. Lakin məhkəmələr bu sübutlara qiymət verməmişlər. İddia tələbində vurulmuş zərərin maddi zərər olması və maddi zərərin ödənilməsi xahiş olunmuşdur. İddiaçı və cavabdehlər arasında olan münasibətlərin mənəvi tərəfi də mövcuddur. Lakin hazırda tələb edilən maddi ziyanla bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu normaya (mənəvi zərərlə bağlı normaya) istinadı maddi hüquq normasının pozulması-tətbiq edilməli olmayan maddi hüquq normasının tətbiq edilməsi kimi qiymətləndirilməlidir. b) Kas sasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə kassasiya şikayəti İddiaçı tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – “pulun tutulması” hissəsində ləğv olunmas ı xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsasında qismən yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini əda lətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifa də edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətində iddiaçı icarə müqaviləsinin olmasına və kirayə haqqı i lə bağlı qiymətləndirmə rəyinin olmasına baxmayaraq həmin sübutlara məhkəmələr tərəfindən qiymət verilməməsini göstərmişdir. Bu dəlillərlə bağlı qeyd edilməldir ki, iş materiallarında müvafiq icra müqaviləsi olmuş olsa da həmin müqaviləninin icra edilməsi, yəni müvafiq mənzilin iddiaçıya təhvil verilməsi və 28.11.2020-ci ildən 6 ay ərzində icra müqaviləsinin icrası ilə bağlı hər hansı məbləğin ödənilməsi təsdiq olunmur. Bu isə iddiaçıya cavabdeh tərəfindən zərər vurulmasını istisna edilir. Məhkəmələr məhz bu hallara istinad edərək iddianın mübahisələndirilən hissədə təmin olunmasının istisna edildiyini göstərmişlər. Digər tərəfdən məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində istinad edilən dəlillərlə eynilik təşk il edən dəlilləri işdə olan sübutlarla qarşılıqlı olaraq qiymətləndirmiş və haqlı olaraq əsassız olması nəticəsinə gəlmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələdirilən hissədə dəyişdiri lmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-556/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-556/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver