Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5561/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Bakı şəhəri Cavabdeh3nə qarşı “hərracın nəticələri haqqında protokolun və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)2875/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli qətnaməsi ilə X1 Cavabdeh2 xeyrinə 35000 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 65000 manata açıq hərracdan satılması və əldə edilmiş pul hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2017-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2018-ci il tarixli qərarı ilə cavabdehin müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı hərrac təşkil edilmiş, əmlak "xxxx" MMC tərəfindən 25 sentyabr 2018-ci il tarixdə keçirilmiş birinci və 29 oktyabr 2018-ci il tarixdə keçirilmiş ikinci hərracdan satılmamış, nəticədə hərrac baş tutmamış elan edilmiş və bu barədə müvafiq məlumat dərc edilməklə əmlak ipoteka saxlayana, yəni Cavabdeh2 təklif edilmişdir. İddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia qaldırılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə baxıb müvafiq qətnamə qəbul edilənədək ünvan 1 saylı mənzilinin hərrac da satılması "xxxx" MMC-yə qadağan edilmişdir. Bu qərardad Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh2 və "xxxx" MMC arasında 01 iyul 2019-cu il tarixdə bağlanmış hərracın yekunları barədə 43/02 saylı protokola əsasən ünvan 1 saylı mənzilini 41.437,50 manata almış və onun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona bu barədə müvafiq çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh 2 və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 otaqdan, 41,71 kv.m ümumi, 29,01 kv.m yaşayış sahəsindən ibarət olan 91 saylı mənzilinin açıq hərracdan satılması ilə bağlı cavabdeh "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 43/02 nömrəli, 01 iyul 2019-cu il tarixli protokolun və onun əsasında dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər hərracı iddiaçıdan gizli keçirdərək, onu mülkiyyətini satın almaq hüququndan məhrum etmişlər. Hərracın keçirilməsinin yeri və vaxtı barədə ona məlumat verilsə idi o, mənzilin dəyərini ödəməklə, özü satın alardı. Hərracın keçirilməsi və mənzilin Cavabdeh2 mülkiyyətinə keçməsindən, Cavabdeh3ndə xəbər tutmuş dur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)1134/2020 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, Mülki Məcəlləsinin 337.1, 415.2, 415.5, 416.1, 416.2, 560.2, 560.3.2-ci maddələrinə, “İpoteka haqqında” Qanununun 36.1, 36.2, 41.2, 42.1, 42.3, 43.7, 43.8, 46.1-ci maddələrinə, “Poçt haqqında” Qanununun 1.0.10-cu maddəsinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 30 dekabr 2008-ci il tarixli və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə (iddia ərizəsində göstərilən ünvana) ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən sifarişli poçt bildirişləri göndərilmişdir. Həmin bildirişlərin ipoteka qoyanın faktiki ünvanı, habelə həmin vaxt olduğu yer üzrə göndərilməsi, habelə qəzetlərin ona göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilm əsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə sifarişli poçt göndərişi (məktubu) üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Məhkəmə müəyyən etmişdir ki, bütün bildirişlər sifarişli poçt göndərişi üsulu ilə iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilmiş və hərracla bağlı qəzetlərdə mərhələsindən asılı olaraq müvafiq elanlar dərc edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əmlakın hərracdan almaq imkanından məhrum edilmə barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, qanunverici (“İpoteka” haqqında Qanunun 46-cı maddəsi) hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsinin, həmçinin müəyyən müddət daxilində göndərilməsinin və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil, əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının həmin əmlakı almaq üçün tələb olunan vəsaitə malik olması müəyyən edilməmişdir. Hətta əmlakın hərracdan satıldıqdan sonra da iddiaçının cavabdehə borcunun qalmasına baxmayaraq, iddiaçı qala n borcunu da ödəməmişdir. Bu əsasla məhkəmə iclası təxirə də salınmışdır. Lakin bu bir nəticə verməmiş, cavabdehə hər hansı real təklif edilməmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın bu əsasla etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Məhkəmə, cavabdehin, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, ipoteka predmeti həqiqətən də təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində cavabdeh tərəfindən əldə edilməmişdir. Lakin bu cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, 29 oktyabr 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda ipoteka predmetini əldə edən olmadığından hərrac baş tutmamış elan edilmiş və bu barədə qəzetdə elan dərc edilməklə 02 noyabr 2018-ci il tarixdə "xxxx" MMC tərəfindən tərəflərə, o cümlədən Cavabdeh2 məktub ünvanlanaraq, ipoteka predmeti haqqında qəbul edilmiş son qərar barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin həmin ərəfədə iddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia qaldırılmış və bu mülki iş çərçivəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə baxıb müvafiq qətnamə qəbul edilənədək ünvan 1 saylı mənzilinin hərracda satılması "xxxx" MMC-yə qadağan edilmişdir. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Bununla belə, həmin əmlakın Cavabdeh2 tərəfindən 25 oktyabr 2018-ci il tarixdən 21 fevral 2019-cu il tarixədək məhz bu, 01 iyul 2019-cu il tarixədək (hərracın yekunları barədə protokolun imzalanması tarixi) isə mülki işə baxılması və bununla bağlı aidiyyəti prosedurların keçirilməsi səbəbindən əldə edilməsi qeyri-mümkün olmuşdur. Belə ki, qeyd edilən iddianın hər hansı formada təmin edilməsi ipoteka predmetinin qiymətinin dəyişməsinə səbəb olmaqla hərracın yenidən keçirilməsini şərtləndirmiş olacaqdır. Həmin iddianın rədd edilməsi barədə qətnamə isə 26 aprel 2019-cu il tarixdə qəbul edilmişdir. Bu qətnamənin tərtib edilməsi, tərəflərə göndərilməsi, onlar tərəfindən qəbul edilməsi və qəbul edildiyi tarixindən hesablanmaqla qanuni qüvvəyə minməsi də müddət tələb edir. Əmlakın əldə edilməsinin 25 oktyabr 2018-ci il tarixdən qadağan edilməsi isə 30 günlük əldə etmə müddətini bütünlüklə dayandırmışdır. Başqa sözlə, bu müddətin axımı 26 aprel 2019-cu il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlamışdır. Bu baxımdan əmlakın Cavabdeh2 tərəfindən 01 iyul 2019-cu il tarixdə əldə edilməsi onun ipoteka saxlayan kimi öz hüquqlarından vaxtında istifadə etməməsi və əmlakı gecikdirmə ilə əldə edilməsi, habelə ona bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra yenidən verilməsi kimi qiymə tləndirilə bilməz. Bunun səbəbkarı həmin hərracı hazırda mübahisələndirən iddiaçı özü olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia ilə cavabdehə münasibətdə öz vəzifələrini, xüsusilə də ipoteka predmetini boşaltmaq vəzifəsini kobudcasına pozmasına baxmayaraq, qanunvericiliyin tələblərinə uyğun təşkil edilmiş və keçirilmiş hərracı mübahisələndirmək hüququnu həyata keçirir. Bu baxımdan onun hazırki iddiası hüquqi nəticə etibarı ilə hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1134/2020 nömrəli, 22 sentyabr 2020-ci il qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)2875/2021 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)-1134/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə (iddia ərizəsində göstərilən ünvana) ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məl umatları əks etdirən sifarişli poçt bildirişləri göndərilmişdir. Həmçinin ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi cavabdehin təqsiri üzündən baş verməmişdir. Belə ki, 29 oktyabr 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda ipoteka predmetini əldə edən olmadığından hərrac baş tutmamış elan edilmiş və bu barədə qəzetdə elan dərc edilməklə 02 noyabr 2018-ci il tarixdə "xxxx" MMC tərəfindən tərəflərə, o cümlədən Cavabdeh2 məktub ünvanlanaraq, ipoteka predmeti haqqında qəbul edilmiş son qərar barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin həmin ərəfədə iddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia qaldırılmış və bu mülki iş çərçivəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon M əhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, işə baxıb müvafiq qətnamə qəbul edilənədək ünvan 1 saylı mənzilinin hərracda satılması "xxxx" MMC-yə qadağan edilmişdir. Həmin əmlakın Cavabdeh2 tərəfindən 25 oktyabr 2018-ci il tarixdən 21 fevral 2019-cu il tarixədək məhz bu, 01 iyul 2019-cu il tarixədək (hərracın yekunları barədə protokolun imzalanması tarixi) isə mülki işə baxılması və bununla bağlı aidiyyəti prosedurların keçirilməsi səbəbindən əldə edilməsi qeyrimümkün olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il tarix li, 2(103)-2875/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər və ya vəkilləri məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxt ı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafi q surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerlə şdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olm ayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Sübutların qiymətləndirilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(103)-2875/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5561/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5561/2021
22.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver