Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5576/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə sahiblik hüququ, hüququn keçməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən və mənzildən çıxarılması, onun faktiki sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3260/2021 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vəliyev X3 Natiq Nərçə oğlu tərəfindən 218000 ABŞ dolları pulunun ələ keçirdiyini bildirməklə, dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sonuncu hüquq mühafizə orqanlarına verdiyi izahatında İddiaçı borcu olduğunu etiraf etmişdir.
2. X4 Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsi Firuddin Ramazanov küçəsi, 200 kv.m olan torpaq sahəsində yerləşən ikimərtəbəli 180 kv.m-dən ibarət fərdi yaşayış evini maliyyə hesab vərəqəsinin onun adından çıxarılması barədə 9 saylı MİS-ə müraciət etmişdir. 3. “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 02 may 201 9-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında ünvan 1 ünvanı üzrə istehlakçının keyfiyyətli qazla təmin edilməsi razılaşdırılmışdır. 4. "xxxx" MMC-nin 03 mart 2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi 59 saylı məktəbin yanında yerləşən evin sahibi İddiaçıdur. Torpaq sahəsinin faktiki ölçüsü 212 kv.m, tikintinin sahəsi hər mərtəbəsi 98,04 kv.m olmaqla cəmi iki mərtəbədə 196,08 kv.m, dəyəri 130000 manat təşkil edir. Fərdi yaşayış evi 2008-ci ildə tikilmişdir.
5. Bakı şəhəri, Xətai rayonu 1-ci Dairəvi küçəsi 159 saylı məktəbin yaxınlığında yerləşən 0,002 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə Cavabdeh və qeyrilərinin çıxarılması, torpaq sahəsinin və onun üzərindəki evin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova) iddia tələbi təmin edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda 212 kv.m olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və onun üzərində ki evin iddiaçının faktiki sahibliyinə verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər X2 faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən X4 tərəfindən İddiaçı borclu olduğu 110000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydi yyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri iddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Komstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasınən Mülki Məcəlləsinin 152, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi yalnız iddiaçı tər əfin şifahi mülahizələrini qəbul etmiş, cavabdeh tərəfin iddia tələbinin rədd olunmasına yönəlmiş əsaslı dəlillərinə düzgün hüquqi qiymət verməmiş, qətnamə işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi və kimə məxsus olması istiqamətində heç bir qanuni araşdırma aparmayaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin istinad etdiyi Avropa Məhkəməsinin bir neçə qərarlarında qeyd olunanlar hazırkı işin hallarına uyğun gəlmir, lakin məhkəmə öz maraqlarına çatmaq üçün şablon və əsassız olaraq həmin məhkəmə qərarlarına istinad etmişdir. Qeyd olunan Avropa Məhkəməsinin qərarlarında əmlak faktiki olaraq şikayətçinin sahibliyindədir. Lakin hazırkı mülk i işin hallarından da görünür ki, mübahisə predmeti olan əmlaklar iddiaçının heç vaxt istifadəsində olmamış və hazırda da iddiaçının istifadəsində deyil. İddiaçı tam qanunsuz yolla əmlakını əlindən almaq niyyətindədir. İddiaçı onun ehtimal etdiyi pulu əsl cavabdeh Natiq Şirməmmədovdan tələb etmək əvəzinə əlindəki qanunsuz yollarla əldə etdiyi və heç bir hüququ əsası olmayan sənədlər istinad edərək əmlakını qanunsuz yolla, yəni məhkəmənin əli ilə əlində almaq niyyətindədir. Onun sözügedən vəsatətləri məhkəmə tərəfindən təmin edilmədikdən sonra və mülki iş tələm-tələsik yekunlaşdıqdan sonra, onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vəsatətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq sorğular göndərilmiş, lakin hazıradək həmin sorğulara cavab alınmadığından həmin cavab məktu blarını yeni sübut qismində təqdim edə bilmir, lakin həmin sorğularına cavab məktublarını hazırkı şikayəti üzrə apellyasiya baxışında məhkəmə kollegiyasına təqdim edəcək.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3260/22 saylı 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Qətnamə onunla əsaslandırılmışdır ki, sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 kv.m sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər X2 faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlə t reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən X4 tərəfindən İddiaçı borclu olduğu 110000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri İddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. ünvan 2 ünvanda 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evi hazırda Cavabdeh faktiki sahibliyində və istifadəsində olsa da o, mübahisənin predmeti olan daşınma z əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan mübahisə predmeti olan əmlakda yaşamaqla, həmin əmlakla bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququ iddiaçıya məxsus olduğu halda iddiaçıya həmin hüququn həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə maneə törətdiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında 212 m2 olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evindən ailəsi ilə birlikdə çıxarılmalı, torpaq sahəsi və onun üzərindəki ev İddiaçı faktiki sahibliy inə verilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 43cü maddəsinə, Mülki Məcəllənin 146.1, 146.2, 152, 157.1, 157.8, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məməsinin və Bakı Apellyasiya Məhkəmələrinin qətnamələri işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətini n yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclas ının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçının etiraz daxil olmuşdur. Etirazda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3260/22 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sa yılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisə ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
32. İddia tələbinin əsasını cavabdehin özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi təşkil edir.
33. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 34. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdır malıdır.
35. Yəni, qanunverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
36. İddiaçı hazırda cavabdehin çıxarılmasını və onun faktiki sahibliyinə verilməsini tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evini Natiq Şirməmmədov adlı şəxsdən sonuncunun ona olan borcunun əvəzi olaraq əldə etdiyini, yəni fərdi yaşayış evi üzərində hüquqların hüquq sahibi tərəfindən ona keçirildiyini bildirir.
37. Bununla bərabər cavabdehin artıq onun sahibliyində olan evdə heç bir qanuni əsası olmadan yaşadığını göstərir.
38. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrin i müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
39. Bununla bərabər, həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
40. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır.
41. Deməli, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.
42. Eyni zamanda Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir.
43. Təkrar vurğulanmalıdır ki, qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir.
44. Bu hal da ilk əvvəl iddiaçının özbaşına tikili üzərində sahiblik hüququna malik olubolmamasının müəyyən edilməsidir.
45. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi Natiq Şirməmmədov adlı şəxsin hüquq mühafizə orqanlarına verdiyi ifadəyə, MİS arayışına və istehlak müqavilələrinə istinad edir.
46. Halbuki, Natiq Şirməmmədov iddiaçının onun barəsində verdiyi şikayətin araşdırılması zamanı polis orqanına verdiyi ifadəsində iddiaçıya olan 123.000 ABŞ dolları məbləğində borcunu 3 gün müddətində ödəyəcəyini bildirmişdir.
47. Nəticə etibarilə, Natiq Şirməmmədov iddiaçının göstərdiyi məzmunda ifadə verməmişdir. Digər tərəfdən, bu cür öhdəlik götürməsi təsbit edilsə belə, polis orqanında əmlakın verilməsi barədə öhdəliyin şəxsin həqiqi iradə ifadəsini əks etdirdiyi iradə ifadə sinin zədələnib-zədələnməməsi müəyyən edilməlidir.
48. Bundan başqa, aşağı instansiya məhkəmələrinin mötəbər sübut kimi qiymətləndirdiyi MİS arayışlarında Natiq Şirməmmədovun sözügedən fərdi yaşayış evində 2016-cı ildən 2018-ci ilə qədər yaşadığı və sonradan onun arvadı ilə birlikdə ərizəsi əsasında evə dair maliyyə hesab vərəqəsinin iddiaçının adına keçirildiyi, bunun səbəbi kimi isə iddiaçının həmin evi sonunculardan 110.000 manat müqabilində aldığı göstərilmişdir.
49. İşdən mübahisəsiz qaydadan görünən odur ki, iddiaçının üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev 2008-ci ildə inşa edilmişdir.
50. Bu halda, məhkəmələr tərəfindən aydınlaşdırılmalı məqamlardan biri də Natiq Şirməmmədovun özbaşına tikiliyə sahiblik hüququnu necə əldə etməsi, ümumiyyətlə həmin əşya üzərində b elə bir hüquqa malik olub-olmamasıdır.
51. X5 özbaşına tikili üzərində sahiblik hüququnun olması və bu hüququnu qanuna zidd olmayan əsaslarla iddiaçıya ötürməsi müəyyən edilmədən, hazırki iddianın təmin edilməsi barədə gəlinən qənaət qanuni və əsaslı sayıla bilməz.
52. Digər tərəfdən də, evin dəyəri 110.000 manat göstərilmişdir ki, həmin məbləğ iddiaçıya olan borc məbləğini əvəzləşdirmək üçün kifayət etməməklə, borc məbləğindən xeyli aşağı məbləğdir.
53. Məhkəmələr tərəfindən sadalanan qeyri-müəyyənliklərin aradan qaldırılması Natiq Şirməmmədovun məhkəmə iclasında dindirilməsi ilə mümkün olduğu halda, bu təmin edilməmiş, həmin qeyri-müəyyənliklər iddiaçının xeyrinə təfsir edilmişdir.
54. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin ünvanı iddia ərizəsi ndə, istehlak müqavilələrində və qiymətləndirmə rəyində fərqli göstərilmişdir.
55. Belə ki, iddia ərizəsində fərdi yaşayış evinin ünvanı kimi ünvan 4rmə rəyində isə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəs, 59 saylı məktəbin yaxınlığı kimi qeyd edilmişdir.
56. Məhkəmə kollegiyası iş materiallarında sonuncu ünvanda yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən çıxarışın mövcud olduğunu nəzərə alaraq xüsusilə vurğulayır ki, həmin xüsusat da məhkəmələr tərəfindən lazımınca araşdırılmamışdır.
57. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyətdə olması halında, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili üzərində hüquq sahibi kimi məhz torpaq sahəsinin mülkiyyətçisi çıxış edir.
58. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən qəbul edil miş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
59. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
61. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılma dığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3260/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.