Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-558/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən irəli gələn mübahisələr; özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X5 cəlb edilməklə) qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105) -77/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli Çıxarışına əsasən, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli Çıxarışına əsasən, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışından müəyyən ol unur ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmuşdur.
4. Xaçmaz rayon məhkəməsinin qanuni qüvvədə olan 06 sentyabr 2005-ci il tarixli 2310,2005 saylı qətnaməsindən görünür ki, iddiaçının adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsinin Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir. 5. 05 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh tam mülkiyyət hüququ ilə özünə məxsus olan Xaçmaz rayonu, Yergüz kəndi, Xaçmaz Xudat yolunun sol tərəfində yerləşən sahəsi 583,4 kv.m olan qeyri-yaşayış sahəsini i ş üzrə üçüncü şəxs qismində çıxış edən X1 mülkiyyətinə vermiş, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
6. Üçüncü şəxs X4 iddiaçıya məxsus olan çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-489/2024 saylı xx.xx.2024-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, daha sonra apellyasiya instansiya məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadı ilə həmin məhkəmə qərarı qismən- üçüncü şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə (yalnız 0,153 ha hissənin üst-üstə düşməsi nəzərə alınmaqla) çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsinə aid h issədə ləğv edilərək, həmin hissədə iddia tələbi mümkün sayılmamış, qeyd edilən məhkəmə qərarı və məhkəmə qərardadı qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz sahibliyindən 0.39 ha torpaq sahəsinin alınaraq ona geri qaytarılması və 0.39 ha torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətinə Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çayının yaxınlığından 0.39 hektar torpaq sahəsi verilmişdir. 0.39 hektar torpaq sahəsi onun mülkiyyətinə verilməsinə baxma yaraq Cavabdeh onun mülkiyyətini əsassız və qanunsuz olaraq istifadə edir. Cavabdehin əsassız olaraq onun 0,39 hektar torpaq sahəsində apardığı tikintilərlə əlaqədar olaraq Xaçmaz rayon PŞ-də ərizəsi ilə 2005-ci ildə müraciət etmiş, 2005-ci ildə cavabdehin barəsində cinayət işi də açılmışdır və zəbt olunmuş 0,39 hektar torpağın boşaldılması cavabdehə tövsiyyə olunmuşdur.
9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli (hakim S.Səmədzadə) qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz rayon məhkəməsinin 2310,2005 saylı mülki işi Xaçmaz rayon məhkəməsinin arxivindən sorğu edilərək götürülmüş, iş materiallarına baxış keçirilmiş və Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Mə hkəmə Kollegiyasının 1MK-1959/2077 saylı 21 iyun 2007-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən qətnamənin qanuni qüvvəsini aldığı və icraya yönəldildiyi müəyyən edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında İddiaçı Meyralı oğlu şifahi izahatında iddia ərizəsində göstərdiyi 0,39 ha torpaq sahəsinin halhazırda 0,10 ha və 0,29 ha hissələrə bölünməsini qeyd etsə də, bununla bağlı iddianın dəqiqləşdirilməsini aparmaqdan imtina etmiş və cavabdehin qanunsuz sahibliyində olan 0,39 ha torpaq sahəsinin geri tələb olunmasına dair iddiasını müdafiə etmişdir. İddiaçının izahatından və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli Çıxarışlardan m üəyyən olunur ki, İddiaçı Meyralı oğlunun mülkiyyətində iddia tələbində göstərilən Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində 0,39 ha torpaq sahəsi hal-hazırda mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Meyralı oğlunun iddia tələbində cavabdehdən tələb etdiyi Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi faktiki olaraq mövcud olmadığından, iddiaçının mövcud olmayan torpaq sahəsinin cavabdehdən tələb etməsi əsassızdır. Bundan başqa, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2016-cı il tarixli çıxarışı ilə 0,29 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2017-ci il tarixli çıxarışı ilə 0,1 0 ha torpaq sahələri əvvəllər 0,39 ha sahəli vahid torpaq qismində olmuşlar və İddiaçı Meyralı oğlunun həmin 0,39 ha torpaq sahəsinə olan xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli Çıxarışla təsdiq olunmuşdur. Lakin iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan “Torpaq sahəsinin planı və ölçüsü haqqında” A№034249 nömrəli sənəddən görünür ki, İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş 0,39 ha torpaq sahəsinin verilməsinə olan əsas DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. Həmin DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə Xaçmaz rayon məhkəməsinin 06 se ntyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş və mülkiyyət hüquqları 2015-ci ildə rəsmiləşdirilmiş Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi ona DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verildiyindən məhkəmə bu sənəd əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışları mötəbər hesab edə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152, 157.2, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfin dən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışlardan da görünür ki, mübahisəli torpaq sahəsi 0,29 və 0.10 ha ümumilikdə 0,39 ha olmaqla onun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair DTXK Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi səbəbindən həmin torpaq sahəsi ilə bağlı ona verilmiş çıxarışların etibarsız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi özü-özlüyündə həmin torpaq sahəsi ilə bağlı İddiaçı Meyralı oğlunun adına rəsmiləşdirilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsızlığına səbəb ola bilməz.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 08 oktyabr 2024-cü il tarixli 2(105)-77/2024 nömrəli qətnaməsi ilə, (hakimlər G.İ.Cabbarova (sədrlik edən və məruzəçi), A.H.Süleymanova, S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, üçüncü şəxs X2 məxsus olan 583.4 kv qeyri-yaşayış sahəsi iddiaçıya yuxanda qeyd edilən Çıxarışlar əsasında məxsus olan 0,39 ha (0,10 ha+0,29 ha ) torpaq sahəsinin hüdudları daxilində yerləşir(sxemdə əks olunur). Cavabdeh və üçüncü şəxs X4 tərəfindən iddiaçıya məxsus həmin torpaq sahəsində xx.xx.2017-ci il tarixli Seriya RX ******* №li Çıxarışa məxsus həmin torpaq sahəində xx.xx.2017-ci il tarixli Seriya RX ******* №li Çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 11x9 metrə ölçüdə talvar quraşdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş “Torpağa mü lkiyyət hüququna dair” JN-0987 KOD30219088, 13 yanvar 2005-ci il tarixli Dövlət Aktına əsasən iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsinin koordinatları ilə yuxarıda qeyd edilən Çıxarışlar (2015-ci il, 2016-cı il və 2017-ci il tarixli) əsasında iddiaçıya məxsus olan 0,39 ha sahəsinin, 0,10 ha və 0,29 ha torpaq sahəsinin koordinatları eynilik təşkil edir. Torpaq sahələrinin plan-ölçüsündəki olan koordinatlarda sürüşmə mövcuddur. Həmin sürüşmələrin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanına əsasən işlənmiş “Torpaqların elektron kadastrı uçotu informasiya sistemində” (TEKUİS) uyğun işlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kada strı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahələrinin koordinatları və ölçüləri Torpağa mülkiyyət hüququna dair JN-0987 KOD30219088, 13 yanvar 2005-ci il tarixli Dövlət Aktına əsasən iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi və yuxarıda qeyd edilmiş çıxarışlar əsasında iddiaçıya məxsus 0.39 ha (0,10 ha və 0,29 ha) torpaq sahəsi üst-üstə düşür.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2938 nömrəli ekspert rəyində qeyd edilən iş materialında olan çıxarışlar (2015-ci il, 2016-cı il və 2017-ci il tarixli) əsasında iddiaçıya məxsus olan 0.39 ha, 0.10 ha və 0.29 ha torpaq sahələrinin koordinatları (ölçüləri) ilə x x.xx.2021-ci il tarixli çıxarışa əsasən üçüncü şəxs X2 məxsus olan 583.4 kv.m qeyri-yaşayış sahəsinin 1.054 ha torpaq sahəsi ilə 0.153 ha hissəsi üst-üstə düşür (sxem əlavə olunur).
18. Məhkəmə kollegiyası iddianın əsassız olduğuna dair mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı sözügedən torpaq sahələri ilə bağlı mülkiyyət hüququna malik olması halını məhz onun adına qeyd edilən əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarışların tərtib edilməsi və hazırda da həmin qeydiyyatın qüvvədə olması və ləğv edilməməsi halı ilə əsaslandırır.
19. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının adına sözügedən torpaq sahələri ilə bağlı müvafiq Çıxarışların tərtib edildiyi, həmin Çıxarışların tərtib edilməsinə əsas müvafiq Dö vlət Aktının çıxış etdiyi, həmin Dövlət Aktının isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, həmin torpaq sahələri ilə bağlı iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilməmiş, müvafiq reyestrdən çıxarış sənədləri qüvvədə olmuşdur.
20. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 dekabr 2021ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan müvafiq qeyri-yaşayış sahəsini iş üzrə üçüncü şəxs qismində çıxış edən X1 mülkiyyətinə vermiş, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.
21. Üçüncü şəxs X4 iddiaçıya məxsus olan çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsi il bağl ı inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, daha sonra apellyasiya instansiya məhkəməsinin qərardadı ilə həmin məhkəmə qərarı qismən- üçüncü şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi mümkün sayılmamış, qeyd edilən məhkəmə qərarı və məhkəmə qərardadı qüvvəyə minmişdir.
22. Həmçinin, qeyd edilməlidir ki, həmin məhkəmə qərardadında, habelə iş materiallarında olan müvafiq ekspert rəyi və mütəxəssis rəyində üçüncü şəxsə məxsus olan torpaq sahəsinin hazırki iddiaçının adına tərtib edilmiş Çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin üst-üstə d üşən hissəsinin 0,153 ha olduğu qeyd edilmişdir. Nəticə etibarilə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının adına tərtib edilmiş müvafiq Çıxarışların həmin hissədə etibarsız sayılması və dövlət qeydiyyatının silinməsi qərara alınmışdır.
23. Göründüyü kimi, iddiaçının həmin hissədə müvafiq Çıxarışlara və dövlət qeydiyyatına istinad etməklə, həmin hissədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır.
24. Digər hissədə isə məhkəmə kollegiyası onu qeyd edib ki, indiki halda müvafiq Çıxarışın verilməsinə əsas olan sənəd etibarsız hesab edilsə də, həmin torpaq sahələrinə dair hüququn dövlət qeydiyyatı ləğv edilmədiyindən və müvafiq çıxarışlar qüvvədə olduğundan, iddiaçının digər hissədə hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud olmuşdur.
25. Belə olan ha lda, məhkəmə kollegiyası hesab edir ki, digər hissədə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı onun adına tərtib edilmiş Çıxarışlarda qeyd edilmiş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikili ucaltması ilə bağlı halları sübut etmək vəzifəsini daşıyır. İddiaçı tərəfindən həmin hala dair heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir.
26. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına tərtib edilmiş müvafiq çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin digər hissələrinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikili inşa etdirməsi ilə bağlı halın müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən həmin hala dair heç bir sübut vasitəsi təqdim edilmə mişdir.
27. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı həmin torpaq sahəsində inşa edilən tikili kimi məhz üçüncü şəxsə məxsus olan tikilini nəzərdə tutduğunu qeyd etmişdir, həmin tikili isə xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsə məxsus olmuş və onun yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş Çıxarış isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilmiş və həmin hissədə müvafiq dövlət qeydiyyatı ləğv edilmişdir. Bu baxımından iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. İddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən müvafiq qanunvericilik normasının dispozitiv şərtləri uzlaşmamışdır.
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsin ə., 29-cu maddəsinin. İ və İV hissələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 180.1., 180.4., 240.1., 240.2., 240.3.-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 11-ci maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”-nın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1.,88.-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(105)77/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şi kayətində göstərilən dəlillərlə eynilik təşkil edilməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, bütün hallarda cavabdehlərin İddiaçı torpağını zəbt etdikləri və qanunsuz istifadə etdikləri sübut olunduğu halda, iddiada göstərilən halların sübut olunmadığı göstərilir. Bu səbəblərdən qətnamə tamamilə qanunsuz və əsassızdır. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutlara düzgün qiymət verməmiş və araşdırmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. İddiaçının təqdim etdiyi həqiqiliyi şübhə doğurmayan sübutları nəzərə almadan, qarşı tərəfin əsası olmayan mülahizələrini və həqiqəti əks etdirməyən sübutları əsasında qətnamə qəbul etmişdir. Məhkəmə onun təqdim etdyi sübutları araşdırmamış və sübutlardan istifadə edərək obyektiv nəticəyə gəlməmişdir. Düzgün olmayan sübutları əsas tutaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, Ali Məhkəmə qanunun tələblərini rəhbər tutaraq işə obyektiv baxılmasını, həqiqətin üzə çıxarılmasını və qoyduğu faktlara düzgün qiymət verilməsini təmin edəcəkdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016- cı il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017- ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin çıxarışlar ləğv edilməyib və ya etibarsız sayılmayıb, hal-hazırda qüvvədədir. Qeyd olunan torpaq sahələri iddiaçının xüsusi mülkiyyətində olduğuna və qüvvədə olduğuna görə onun məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Qaldırılan iddiaya münasibətdə isə torpaq sahələri iddiaçının xüsusi mülkiyyətindədir, ko0rdinatları müəyyən edilib, cavabdehlər tərəfindən zəbt edilməsi açıq-aşkar sübut olunur, ekspertin rəyindən bir daha görünür ki, tikililər iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarında inşa edilib.
31. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, X9 və Azadlıq ları Konvensiyasının 6-cı maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 418.1-ci maddələrinə istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayəti ilə bağlı üçüncü şəxs X4 ərizə təqdim etmiş, ərizəyə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-489/2024 saylı icra vərəqəsinin icra edilməsi ilə əlaqədar iddiaçının mülkiyyətinə 0.39 ha torpaq sahəsi verilməsi barədə xx.xx.2015-ci il tarixli çıxarışın, həmin çıxarış əsasında verilmiş qeydiyyat nömrəsi ********** və **********54 olan çıxarışların etibarsız hesab edildiyi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Re spublikasının Mülki Məcəlləsi:
33. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
41. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozun tularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
42. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin qanuni əsasını MM-nin 157.2-ci və 180.4-cü maddələri təşkil etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyini iddia etdiyi tikili özbaşına tikili olmamış, həmin tikili cavabdehin mülkiyyətində olmuş və 05 dekabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən üçüncü şəxs X1 mülkiyyətinə verilmişdir.
44. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hü ququ DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında qeydə alınmış, həmin akt isə Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir.
45. Eyni zamanda məhkəmə tərəfindən ekspert rəyi və mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus olan torpaq sahəsinin iddiaçının adına tərtib edilmiş Çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin üst-üstə düşən hissəsi 0.39 ha deyil, 0,153 ha-dır. X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə iddiaçıya məxsus olan çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında irəli sürdüyü iddia təmin edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minmişdir.
46. Məhkəm ə kollegiyası qeyd edilənlərə əsasən apellyasiya instansiyasının mövqeyi ilə razılaşır ki, hazırda X1 mülkiyyətində olan tikilinin sökülməsi və yerləşdiyi torpaq sahəsinin qaytarılması barədə iddiaçının tələbi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı etibarsız hesab edildiyi və bu tələbi irəli sürməyə subyektiv hüququ olmadığı üçün, işə baxılarkən iddiaçının mülkiyyətində olan digər torpaq sahələri ilə bağlı hissədə isə iddianın əsaslı olduğu təsdiq edilmədiyi üçün (həmin torpaqların cavabdehin sahibliyində və istifadəsində olduğu müəyyən edilmədiyi üçün) təmin edilə bilməz.
47. İşə baxmış məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətində istinad edilmiş prosessual normaların pozuntusuna yol verilməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-77/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.