Məhkəmə qərarları › İş №2(102)-5587/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5587/2022

24.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5587/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3353/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra - cavabdeh) arasında 17 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır.

2. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə Asif Akimova məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 99 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. Cavabdeh ASC-nin “Kredit borcu ödənilməsi, ipoteka predmetinə yönəldilməsi və sair” tələbləri ilə bağlı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)9501/2017 nömrəli 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdeh İddiaçı 75136 ABŞ dolları məbləğində borcun ödənilən gün manata məzənnə ilə tutulması, tutmanın cavabdeh Asif Akimova məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 99 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qrymətinin 80000 manat müəyyən olunması, mənzil açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay sonra cavabdehlərə tərəfindən boşaldılması qət edilmşidir.

4. Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.

5. Cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən, əsas və faiz borclarının tutulması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-171/2018 nömrəli 18 noyabr qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-171/2018 nömrəli 18 noyabr qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edil məsi və s.” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması və ipotekanın predmeti xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv metr olan, 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-282/2022 nömrəli iş üzrə 17 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim C.Musayeva) iş üzrə icraata xitam verilmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 114.1.4, 261.0.2, 262.1 və 262.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 22 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

11. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3353/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən v ə məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən ipoteka müqaviləsinin etibarlılığı artıq yoxlanılmış, ipoteka müqaviləsi etibarlı hesab edilmiş və məhz elə buna görə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi təmin edilmişdir. İddiaçı hazırkı iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş müqavilənin etibarsızlığını mübahisələndirir.

15. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətini n və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin icraata götürülməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddianın əsas mahiyyəti ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinin ləğvi və qiymətləndirilmənin yenidən həyata keçirilməsi olmuşdur. Məhkəmə isə artıq ipoteka müqaviləsinə qiymət verildiyini və məhkəmə işə baxan zaman müqavilənin etibarlı olubolmamasının yoxlandığını qeyd etmişdir. Məhkəmə iddia tələbi üzrə icraata xitam verərkən iddia ərizəsində qeyd olunan tələblərin hamısını nəzərə almamış, yalnız iddia ərizəsinin ipoteka müqavilə sinin etibarsız hesab olunması tələbinə qiymət verərək nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir.

20. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş maeriallarına əsasən araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara gö rə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı qismən ləğv edilməklə iş ləğv olunmuş hissədə sonrakı prosessual hərəkətləri icra edilməsindən ötrü apellyasiya məhkəməsinə qaytarılmaldır.

27. Belə ki, işdən görünür ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir; 1Tərəflər arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması, 2-İpotekanın predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,93 kv metr olan, 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi.

28. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab olunması hissəsinə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələblərinə uyğun hyquqi qiymət verərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, iddia tələbinin İpotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verilməmiş, bu hissə üzrə qərar qəbul olunmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi də həmin səhvi diqqətdən qaçırmışdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsinə qiymət verməməsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qərardad həmin hissədə ləğv edilməli v ə iş bu hissədə yeni apellyasiya baxışına göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3353/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı qismən, ipotekanın predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar