Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5596/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil2 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)8052/2019 nömrəli qərardadından cavabdeh V.V.V Şirkəti, onun nümayəndəsi və vəkili Vəkil2 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh V.V.V” Şirkətinə qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SMR -FAB-MA-0720017 nömrəli 15 dekabr 2017-ci il tarixdə bağlanmış müqavilənin qismən etibarsız sayılması, yəni müqavilənin 16-cı bəndinin etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Rzayev) 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilərək İddiaçı ilə cavabdeh V.V.V Şirkəti arasında bağlanmış SMR -FAB-MA-0720017 nömrəli 15 dekabr 2017-ci il tarixli müqavilənin 16-cı bəndinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)8052/2019 nömrəli qərardadı ilə cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh V.V.V Şirkəti tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)-8052/2019 nömrəli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin qətnaməsini rəsmi qaydada 11 fevral 2019-cu il tarixdə deyil, yalnız 27 mart 2019-cu il tarixdə vəkil X1 etdiyi kuryer şirkətinin əməkdaşı YYY vasitəsilə Şirkətə çatdırılmışdır və iş materiallarında qətnamənin 27 mart 2019-cu il tarixdə kuryer şirkətinin əməkdaşı YYY tərəfindən qəbul edilməsi barədə qəbz mövcuddur. Sabunçu rayon məhkəməsinin qətnaməsi rəsmi qaydada yalnız 18 aprel 2019-cu il tarixdə cavabde hin direktorunun qeydiyyata alındığı ünvana çatdırılmışdır. Qərardadda qeyd edildiyi kimi qətnamə cavabdehə 11 fevral 2019-cu il tarixdə çatdırılmamışdır, çünki 11 fevral 2019-cu il tarixdə qətnamə yazılı olaraq hazırlanmamışdır, yəni ümumiyyətlə fiziki olaraq mövcud deyildi. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün müddəti hesablayarkən düzgün qənaətə gəlməmişdir. Belə ki, 18 aprel 2019-cu il tarixdə çatdırıldığı üçün cavabdehin qətnamədən apelyasiya şikayəti vermək üçün 18 may 2019-cu il tarixədək vaxtı olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh “X7 FZE” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq verilmədiyind ən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(011)-1477/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi Cavabdeh Şirkətinə rəsmi qaydada məhkəmənin 11 fevral 2019-cu il tarixli məktubu ilə göndərilmişdir. Buna baxmayaraq, Cavabdeh Şirkəti apellyasiya şikayəti ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə 26 aprel 2019-cu il tarixdə müddət buraxılmaqla müraciət etmişdir. Cavabdehin qətnaməni rəsmi qaydada hansı tarixdə əldə etməsinə dair sübut nə iş materiallarına, nə də apellyasiya şikayətinə əlavə edilməmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(011)-1477/2019 saylı, 07 fevral 2019-cu i l tarixli qətnaməsinin 27 mart 2019-cu il tarixdə YYY tərəfindən qəbul edilməsinə dair qəbz olsa da, R.Babayevin şəxsiyyətini müəyyən edən və səlahiyyətlərini təsdiqləyən sənədlər iş materiallarına əlavə edilməmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən R.Babayevin şəxsiyyətinin və səlahiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hal lar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. -135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi q aydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh hüquqi şəxsə rəsmi təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. İşin 132-ci vərəqində olan Sabunçu Rayon Məhkəməsinin 2(011)- 1477/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsinin tərəflərə göndərilməsi barədə məktub isə həmin qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən sübut deyildir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmənin vəzifəsi olduğundan apellyasiya instansiya məhkəməsinin cavabdehin qətnaməni rəsmi qaydada hansı tarixdə əldə etməsinə dair sübut təqdim etməməsi, işin 134-cü vərəqində olan məhkəmə qəbzini imza edən YYYin kimliyi və səlahiyyətinin müəyyən edilə bilməməsi və buna görə də, ape llyasiya şikayətinin müddət buraxılmaqla verildiyinə görə qeyri-mümkün olması barədə mövqeyi Mülki Prossesual Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələblərinə ziddir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh V.V.V Şirkətinin direktoru 000nun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05. 2019-cu il tarixli 2(103)-8052/2019 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya mümkünlüyünün yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5596/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5596/2019
02.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver