Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5599/2019 05.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şadiyev Ənvər Əhməd olğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi İddiaçı vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-970/2019 nömrəli qərardadından İddiaçı və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 26.12.2017-ci il tarixli, 2(004)-1093/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2-yə, X5 qarşı açıq hərracın nəticələrinin ləğv edilməsi barədə iddiası təmin edilərək “Chevrolet Captiva” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə 11 fevral 2016-cı il tarixli 11/20 saylı açıq hərracın nəticələri barədə protokolun və onun əsasında bağlanmış avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, avtomobilə mülkiyyət hüququna dair Baş Dövlət Yol Polisi İdarəsində cavabdeh X3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, İddiaçı adına yeni qeydiyyat şəhadətnaməsinin verilməsi, X6 tərəfindən avtomobilin alınması üçün ödənilmiş 10.000 manat məbləğində pulun cavabdeh Bank VTB (Azərbaycan) ASC-dən alınaraq ona verilməsi qət edilmişdir. Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 16.05.2018-ci il tarixli, 2(103)-4612/2018 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1-nin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd olunmaqla İddiaçı vurulmuş ziyanla bağlı Cavabdeh1-yə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, G.Quliyev) 03.10.2018-ci il tarixli, 2(102)-5984/2018 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxı lması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) 05.02.2019-cu il tarixli, 2(103)-970/2019 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1nin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(004)-1093/2017 saylı qətnaməsinin ləğv olunması, yeni qətnamənin qəbul olunması və iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) 27.05.2019-cu il tarixli, 2(103)-970/2019 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkil X4 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara a lınmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-970/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti kassatora 13.05.2019-cu il tarixdə verildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)-970/2019 nömrəli qərardadının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin müddətini buraxılmamış hesab edərə k həmin qətnamədən verilmiş kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin, cavabdehlər «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinin, Cavabdeh2-nin nümayəndələri, X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM -in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, eləcə də kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə v ə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan zərfdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-970/19 saylı mülki iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi İddiaçı yaşadığı ünvana göndərilmiş, həmin ünvandan “bina sökülmüşdür” qeydi ilə geri qaytarılmışdır. 13 mart 2019-cu il tarixdə sözügedən qətnamə iddiaçının nümayəndəsi X1 təqdim edilmişdir və bu barədə iddiaçının nümayəndəsi tərəfindən imzalanmış müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. İddiaçı kassasiya şikayətini 23 may 2019-cu il tarixdə poçt orqanına təqdim etmişdir. Göründüyü kimi, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2019-cu il tarixli, 2(103)970/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5599/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5599/2019
05.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver