Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-560/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı borcun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4125/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşən evində ailəsi ilə birlikdə yaşayır.
2. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacı növbədənkənar yoxlama səbəbindən 12 oktyabr 2018-ci il tarixdə ******* saylı akt əsasında çıxarılmış və təkrarən yerinə 26 fevral 2020-ci il tarixdə yerində quraşdırılmışdır.
3. Qaz sayğacı olmadığı 17 ay müddətində iddiaçıya borclar hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşən evinə hesablanmış 12298,30 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılm asını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonunun Pirallahı qəsəbəsində yerləşən evində ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin oktyabr ayında cavabdehin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılmış, təkrarən yerinə 26 fevral 2020-ci il tarixdə quraşdırılmış və qaz sayğacı olmadığı 17 ay müddətində ona külli miqdarda əsassız borclar hesablanmışdır. Təkcə 2020-ci ilin yanvar ayında ona 5032,60 manat borc hesablanmışdır, bu isə absurddur. Qaz sayğacı çıxarıldıqdan sonra qazın verilişi dayanmamalı və hesabat öncəki ayın orta günlük sərfiyyatına uyğun aparılmalı olduğu halda cavabdeh sayğac olmadığı müddət ərzində həqiqətə uyğun olmayan əsassız borclar hesablamışdır. O, daim istifadə etdiyi qazın dəyərini artıqlaması ilə ödəmişdir. Bütü n bunların qanunsuz və əsassız olduğunu bildirməsinə baxmayaraq, cavabdehin əməkdaşları deylənlərə heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(011)576/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının **********00640 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 8859 (səkkiz min səkkiz yüz əlli doqquz) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 108 (yüz səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 12 oktyabr 2018-ci il tarixdə “növbədənkənar y oxlama” səbəbi ilə cavabdeh tərəfindən Akt əsasında çıxarılmışdır. Qaz sayğacının olmadığı müddət 2018-ci ilin oktyabr ayından 2020-ci ilin fevral ayınadək olan müddəti əhatə edir (17 ay = 510 gün). Bu dövr ərzində hesablaşma akt əsasında aparılmış və iddiaçıya bu əsasla cəmi 9892 (196,60 + 511,20 + 889,80 + 597,10 + 962 + 981,60 + 394,40 + 130,40 + 64 + 45,40 + 56,80 + 64,60 + 212,60 + 511,20 + 889,80 + 2626,30 + 758,20 = 9892) manat borc hesablanmışdır, həmin borc məbləği iddiaçıdan tələb olunur. Sayğac çıxarıldığı gündən əvvəlki ay - 2018-ci ilin sentyabr ayıdır, həmin ay üzrə iddiaçının sayğacla aparılmış orta günlük sərfiyyatı 2,15 (64,6:30=2,153) manat təşkil etmişdir, iddiaçıdan qaz sərfiyyatına görə 2018-ci ilin oktyabr ayı və 2020-ci ilin fevral ayı üzrə həm akt, həm də sayğac sər fiyyatı üzrə hesablaşma aparılmışdır. Bununla bərabər, qaz sayğacının çıxarılmasına, o cümlədən onun zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmamışdır.
8. Məhkəmə iddiaçıdan silinməli olan borc məbləğinə münasibətdə qeyd etmişdir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq 1033 manat (480 gün (16 ay) x 2,153 manat = 1033 manat) həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsassız olaraq hesablanmış 9892 manat borcdan 8859 (9892-1033=8859) manat borc silinməlidir.
9. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, istehlakçı ların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (8859 manat) olduğundan, cavabdehdən dövlət büdcəsinə 108,6 manat məbləğində dövlət rüsumu alınmalıdır.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı, 4.8-ci, 4.9-cu və 5.4-cü maddələrinə istinadla əsaslandırmışdır. a. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəta i Rayon Məhkəməsinin 2(011)-576/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında yer alan Aktlar araşdırılmamış, aktlara iddiaçı tərəfin imza etməsi və iddiaçı ilə cavabdehin razılaşmasının olması tədqiq edilməmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək iddiaçıya aid olan abonent koduna hesablanmış, lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bundan əlavə, işə baxarkən birinci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, ekspertiza təyin etmədən dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmişdir. İddiaçı sayğac olmadığı dövrdə cavabdeh tərəfindən ona hesablanmış 02 dekabr 2019 il tarixdə ******* saylı aktla 511,20 manat, 01 fevral 2020 il tarixdə ******* saylı aktla 5032,60 manat və 02 mart 2020 il tarixdə ******* saylı aktla 758,20 manat həcmində, ümumilikdə 6302 manat həcmində hesabatla razılaşmış, həmin aktlara imza etmişdir. Buna baxmayaraq, məhkəmə qarşılıqlı qəbul edilmiş sazişi görməzdən gələrək qeyri-obyektiv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində borcun yalnız 3439,30 manat hissəsinin saxlanılması, 8859 manat məbləğin isə silinməsi qət edilmişdir.
13. Şikayətin göstərilən dəlili üzrə araşdırma aparılaraq Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(103)- 4125/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 4/1148 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 108-109-110-cu vərəqlərində olan 00026211 saylı, ******* saylı və ******* saylı aktlarda “İddiaçı” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) 2(103)-4125/2022 sa ylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(011)-576/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pulun iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin göstərilən dəlili üzrə qeyd edilənlər, yəni 00026211 saylı, ******* saylı və ******* saylı aktların iddiaçı tərəfindən imzalanması sübut olunmamışdir.
17. Bundan əlavə, d əymiş maddi zərərin miqdarını müəyyənləşdirərkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü maddəsinə əsasən hesablama aparmışdır. Belə ki, 12 oktyabr 2018-ci il tarixdə “növbədənkənar yoxlama” səbəbi ilə cavabdeh tərəfindən Akt əsasında çıxarılmış qaz sayğacının olmadığı 2018-ci ilin oktyabr ayından 2020-ci ilin fevral ayınadək olan (17 ay=510 gün) müddət ərzində hesablama akt əsasında aparılmış və iddiaçıya bu əsasla cəmi 9892 manat borc hesablanmışdır. Sayğac çıxarıldığı gündən əvvəlki ay - 2018-ci ilin sentyabr ayı üzrə iddiaçının sayğacla aparılmış orta günlük sərfiyyatı 2,15 (64,6:30=2,153) manat təşkil etmişdir. İddiaçıdan qaz sərfiyyatına görə 2018-ci il in oktyabr ayı və 2020-ci ilin fevral ayı üzrə həm akt, həm də sayğac sərfiyyatı üzrə hesablama aparılmışdır. Bununla bərabər, qaz sayğacının çıxarılmasına, o cümlədən onun zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmamışdır.
18. Məhkəmə kollegiyası iddiaçıdan silinməli olan borc məbləğinə münasibətdə qeyd etmişdir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri qanunvericiliyə uyğun olaraq, sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq 1033 (480 gün (16 ay) x 2,153 manat = 1033) manat həddində müəyyən edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, əsassız olaraq hesablanmış 9892 manat borcdan 8859 (9892-1033=8859) manat borc silinməlidir.
19. Həmçinin, m əhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul iddiaçı və cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
20. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı 25 iyul 2019-cu il tarixli öhdəlik müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunmamışdır.
21. Apellyasiya instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı və 4.8-ci bəndlərinə, 4.9-cu və 5.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının adına olan abonent saldosuna nəzər yetirildikdə müəyyən olunur ki, 2018-2019-cu illərin mübahisələndirilən dövrü üçün aktlar əsasında hesablanmış borcu tam şəkildə ödəmişdir. Borcun ödənilməsi isə aktların düzgün tərt ib olunduğunun və iddiaçının da həmin aktlardan xəbərinin olduğunun göstəricisidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
26. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu
27. Maddə 13, bənd
9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacı nın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan k eçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
28. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
29. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçın ın təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir
31. Maddə 5.4 Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (gö türüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum ola n faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri -mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4125/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı