Məhkəmə qərarları › İş №2(102)-5600/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5600/2019

02.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5600/2019 02.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və avtomobilin alqı-satqısının və qiymətləndirmənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)-963/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin direktoru YYY və vəkili V əkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və avtomobilin alqı-satqısının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 21 may 2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, avtomobili alan şəxs V.V.V tərəfindən başqa şəxsə satılması barədə alqı-satqının ləğv edilməsi və avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2(004)-5589/2013 saylı qətnaməsi ilə iddiaçıdan 28688,49 ABŞ dollarının YYY Aşıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, həmin tutmanın iddiaçı tə rəfindən ipoteka qoyulmuş “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin YYY Aşıq Səhmdar Cəmiyyətinin olan kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Göstərilən qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və avtomobil alınaraq qiymətləndirməyə təqdim edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR 769 saylı qiymətləndirmə rəyinə əsasən “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı minik avtomobilinin 22 dekabr 2017-ci il tarixə bazar dəyəri 8000 (səkkiz min) manat müəyyən edilmiş və avtomobil hərrac yolu ilə satılması üçün cavabdeh quruma verilmişdir. Cavabdehndə açıq hərracın keçirilməsi 21 may 2018-ci il tarixə təyin edilərək avtomobil X2. İddiaçı iddia ərizəsində bildirmişdir ki, tutmanın yönəldilməsi haqqında bildiriş ona təqdim edilməmiş və onun ipoteka qoyan kimi hərracda iştirakı təmin edilməmişdir. Eyni zamanda tutmanın yönəldilməsi haqqında bildiriş 24 aprel 2018-ci il tarixdə göndərilmiş, qanunla müəyyən edilmiş 30 gün keçməmiş hərracın keçirilməsi 21 may 2018-ci tarixə təyin edilmişdir. O, dəfələrlə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsində icra məmurunun yanında olmuş, əvvəllər yaşadığı və qeydiyyatda olduğu “sovetski” adlanan ərazidə yerləşən yaşayış sahəsinin söküldüyünü və yaşadığın yaşayış sahəsi üzrə məktublar ona çatdırılmadığından onunla əlaqə saxlanılması üçün mobil telefon nömrəsini bildirmişdir. İddiaçı 12 oktyabr 2017-ci il tarixdən yuxarıda göstərilən ünvanda yerləşən Yasamal rayon Polis idarəsində q eydiyyatdadır. Tutmanın yönəldilməsi haqqında bildirişin ona təqdim edilmədiyi ərizəyə əlavə etdiyim xəbərnamənin və poçtalyonun qeydinin surətləri ilə təsdiq olunur. Keçirilən açıq hərracda iddiaçının ipoteka qoyan kimi iştirakı təmin edilməmiş və onun ipoteka saxlayanın tələbini ödəmək hüququ pozulmuşdur. Eyni zamanda avtomobil açıq hərracdan satıldıqdan dərhal sonra avtomobili alan şəxs V.V.V tərəfindən yeni qeydiyyat şəhadətnaməsi və yeni dövlət nömrə nişanı alınmış, dərhal sonra isə başqa şəxsə satılmışdır. İddiaçı hesab edir ki, bu hal hərracın iddiaçının hüquqlarının pozulması ilə və tələsik keçirilməsində hərrac mərkəzinin maraqlı olduğunu təsdiq edir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı 20.08.2018-ci il tarixdə iddia ərizəsinə əlavə verərək, Cavabdeh MMC tərəfindən 21 may 201 8-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, avtomobili alan şəxs V.V.V tərəfindən başqa şəxsə satılması barədə alqı-satqının ləğv edilməsi, avtomobilin geri qaytarılması, “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı minik avtomobilinin qiymətləndirilməsi barədə cavabdeh “xxxx” MMC-nin QR 769 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirilməsi üçün ekspert qiymətləndirilməsi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(005)-3584/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və avtomobilin alqı-satqısının və qiymətləndirmənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Namiq Cəfərov) 09 aprel 2019-cu il tarixli 2(103)-963/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(005)-3584/2018 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi, “xxxx» MMC-nin “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı avtomobillə bağlı verdiyi QR 769 saylı 22 dekabr 2017-ci il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, “Hyundai Sonata” markalı **-LC-*** (99NG346) dövlət nömrə nişanlı avtomobilin dəyərinin 20.500 (iyirmi min beş yüz) manat məbləğində müəyyən edilməsi, Cavabdeh MMC ilə X6 arasında “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı avt omobilin satılmasına dair 21 may 2018-ci il tarixdə keçirilmiş hərracın yekunlarına dair bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin olunmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC-nə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Cavabdeh MMC-nin direktoru YYY və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin qanunsuz və əsassız olması, maddi v ə prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və sübutların düzgün qiymətləndirilməməsi həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, iş materiallarından göründüyü kimi, Yasamal rayon İcra Şöbəsinin 17/72-1240/5 saylı 21.02.2018-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı avtomobilin satılmasına dair Yasamal rayon Məhkəməsinin 2(004)-5589/13 saylı 17 dekabr 2013-cü il tarixli icra vərəqəsi Cavabdeh MMC-nə göndərilmişdir. İddiaçı məxsus “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı avtomobil 21.05.20 18-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti qiymətləndirmə rəyinə əsasən 8000 manat müəyyən olunmuş və fiziki şəxs X5 tərəfindən alınmışdır, ilkin hərracın keçirilmə vaxtı və yeri barədə “Kaspi” qəzetində də məlumat dərc edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.04.19-cu il tarixli 2(103)963/2019 saylı qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının hərracın keçirilmə vaxtı barədə məlumatı olmamış, Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı bildiriş ipoteka qoyan İddiaçı tərəfindən 13 iyun 2018-ci il tarixində qəbul edilmişdir. Məhkəmə hesab edir ki, bildiriş hərrac vaxtından 30 gün öncə tərəfə çatdırılmalı idi. Halbuki qanunvericilikdə bildirişin 30 gün qalmış göndərilməsi nəzərdə tutulur. İddiaçı birinci instansiya məhkəməsində öz çıxışında da təsdiq etmişdir ki, hərracdan öncə hərrac təşkilatına gəlmiş və şöbə müdiri Xəqani Zeynalovla görüşmüşdür. Məhkəmə həm qanunvericiliyi səhv təsvir etməklə 20 aprel - 21may arasındakı 31 günü qanunvericinin müəyyən etdiyi “30 təqvim günü qalmış verilir” tələbi ilə fərqləndirir, həmdə borclunun məlumatlı olmasını nəzərə almır. Bundan başqa Apellyasiya Məhkəməsi əvvəlki ekspert rəyini əsaslandırılmadığına görə əsassız hesab edir lakin yeni təyin olunan ekspertiza zamanı ekspertin nəqliyyat vasitəsini görmədən qiymətini müəyyən etməsi ilə razılaşır. İlkin rəydə nəqliyyat vasitəsinin ilinə görə deyil, mövcud vəziyyətinə görə qiymət qoyulmuşdur. İkinci rəydə isə avtomobili görmədən ilinə görə qiymət qoyulmuşdu. Bundan başqa Apellyasiya Məhkəməsi vicdanlı alıcını (alıcıları) üçüncü şəxs qismində işə cəlb etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin nəqliyyat vasitəsi 3 dəfə başqa- başqa şəxslərə satılmışdır. Məhkəmə həmin şəxslər arasında bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilmədən, vicdanlı alıcıların (həmin alıcılar tərəfindən avtomobilə nə qədər vəsait qoyulduğu ehtimalı olduğu halda) hüquqları gözlənilmədən qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi hal-hazırda olan mülkiyyətçini, o cümlədən ilkin alıcını prosesə cəlb etmədən işi tam, hərtərəfli araşdırmadan, təqdim edilmiş sübutları düzgün tədqiq etmədən avtomobili görmədən verilmiş rəyə istinad etməklə maddi və prosessual hüquq normalarım pozmuşdur. Prosessual məsələlər: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəm ə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə iddia qismən təmin edildiyindən və iddiaçı iddian ın rədd edilmiş hissəsini mübahisələndirmədiyindən cavabdehin kassasiya şikayəti əsasında qətnamənin qətnamənin qanuniliyi iddianın təmin edilmiş hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR 769 saylı qiymətləndirmə rəyinə əsasən “Hyundai Sonata” markalı 9Ü-LC-031 dövlət nömrə nişanlı minik avtomobilinin 22 dekabr 2017-ci il tarixə bazar dəyəri 8000 (səkkiz min) manat müəyyən edilmişdir. “Hyundai Sonata” markalı **-LC*** dövlət nömrə nişanlı minik avtomobili 8000 (səkkiz min) manata Cavabdeh MMC tərəfindən 21 may 2018-ci il tarixdə saat 11:00-da keçirilən hərracın yekunlarına dair protokola əsasən X1. Həmin hərracın keçirilməsinə dair 20.04.2018-ci il tarixli bildiriş 13.06.2 018-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, əmlakın qiymətləndirilməsinə dair rəyin mətni “Qiymətləndirmə üzrə tapşırıq”, “Qiymətləndirilən obyektin xarakteristikası” və sair başlıqlı cədvəldən və yekun nəticədən ibarətdir. Həmin hesabatda, ümumiyyətlə, əmlakın qiymətləndirilməsinə dair hansı tədqiqatın aparıldığı o, cümlədən, hansı metod, üsul və vasitələrdən istifadə olunmaqla obyektin bazar qiymətinin təyin edildiyi müəyyən edilmir. Hesabatda qanunvericiliklə müəyyən olunmuş qaydalara zidd olaraq əmlakın ümumi təsviri verildikdən dərhal sonra, birbaşa olaraq əmlakın qiyməti təyin edilmişdir. Belə ki, rəyin yekun nəticəsində göstərilir: “bütün göstərilənləri nəzərə alaraq aparılan təhlil və hesablamalar nəticəsində İddiaçı məxsus “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanlı **-LJ-*** olan minik avtomobilinin 27.12.2017-ci il tarixə bazar dəyəri 8000 manat təşkil edir.” Rəyin digər hissəsində isə həmin obyektin yalnız ümumi göstəriciləri (təsviri) verilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR 769 saylı qiymətləndirmə rəyinə əsasən “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı minik avtomobilinin 22 dekabr 2017-ci il tarixə bazar dəyəri 8000 (səkkiz min) manat müəyyən edildiyi halda, məhkəmə tərəfindən təyin edilərək keçirilmiş “xxxx” MMC tərəfindən verilmiş 04 yanvar 2019-cu il tarixli rəyində həmin avtomobilin 04 yanvar 2019-cu il tarixə bazar dəyəri 20000 manat, 21 may 2018-ci il tarixə 20.500 manat, 22 dekabr 2017-ci il tarixə isə 22.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesa b etmişdir ki, nəqliyyat vasitəsinə görə ipoteka müqaviləsinin bağlanmasından uzun müddət keçmədiyi bir halda nəqliyyat vasitəsinin 2017-ci ildəki dəyərindən iki qat aşağı qiymətləndirilməsi ipoteka predmetinin həqiqi dəyərinə uyğun olmamışdır. Nəqliyyat vasitəsi ilə qəza törədilməsi, onun adi aşınmadan başqa daha çox məbləğdə dəyər itirməsinə dair hər hansı sübut mövcud olmamışdır. Belə olan halda nəqliyyat vasitəsinin dəyərinin kəskin azalması təsdiq olunmur. Bu baxımdan, apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı “Hyundai Sonata” markalı, ** LC *** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsinə dair “xxxx” MMC-nin QR769 №-li 22 dekabr 2017-ci il tarixli rəyin ləğv edilməsini tələb etməkdə tam haqlıdır və iddia tələbi əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Bundan başqa “Hyundai Sonata” markalı **-LC-*** dövlət nömrə nişanlı minik avtomobili 8000 (səkkiz min) manata satılması barədə Cavabdeh MMC tərəfindən 21 may 2018-ci il tarixdə saat 11:00-da ilkin hərracın keçirilməsi barədə ipoteka qoyana bildiriş göndərilsə də, həmin bildiriş onun yaşadığı evin sökülməsi səbəbindən geri qaytarılmışdır. Belə olan halda, isə ipoteka qoyanın hərracla bağlı məlumatlandırılmadığı aşkar olaraq müəyyən olunmuş olur. Əgər belə məlumatlandırma təmin olunmuş olsa idi, hazırkı mübahisə yaranmaz, nəqliyyat vasitəsi faktiki olaraq digər şəxslərin adına keçirilmədən əvvəl zəruri araşdırmanın aparılması təmin olunmuş olardı. Bununla yanaşı qeyd edilməlidir ki, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış tərəflərə məlumat ver məlidir. Lakin hazırkı işin halları baxımından müəyyən olunur ki, bildirişin tarixi 20 aprel 2018-ci il, hərracın keçirilmə vaxtı isə 21 may 2018-ci il olaraq göstərilmişdir. Aydın olaraq müəyyən olunmuş olur ki, qanunvericiliyin müəyyən etmiş olduğu tələbə hərrac təşkilatçısı əməl etməmiş, faktiki olaraq hərracın təyin edilmə müddəti ilə bağlı tələblər pozulmuşdur. Belə olan halda yuxarıda göstərilən tələblərin pozulması ilə keçirilən hərracın nəticələrinin etibarlı sayılması mümkünsüzdür. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı alınmış ekspert rəyi ilə də əmlakın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyərindən çox aşağı qiymətləndirildiyi müəyyən edilir. Cavabdeh kassasiya şikayətində iddianı bu hissəsi ilə bağlı göstərmişdir ki, yeni təyin olunan ekspertiza zamanı ekspert nəqliyyat vasitəsini görmədən ona ilinə görə qiymət qoymuş, ilkin rəydə isə nəqliyyat vasitəsinin ilinə görə deyil, mövcud vəziyyətinə görə qiymət qoyulmuşdur. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, “xxxx” MMC-nin 04.01.2019-cu il tarixli qiymətləndirmə rəyinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, qiymətləndirmə zamanı “Hyundai Sonata” markalı 90 NG-346 dövlət nömrə nişanlı minik avtomobilinə ( BDYPİ-nin 11.08.2018-ci il tarixli arayışına əsasən həmin avtomobil hərracda satıldıqdan sonra köhnə **-LC*** nömrə nişanı yeni 90 NG-346 dövlət nömrə nişanı ilə əvəzlənib) baxış keçirilmiş, onun fotoşəkilləri çəkilmiş, mövcud vəziyyətinə uyğun qiy mətləndirilmişdir. Hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qan ununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilk in satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödə yərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründ üyü kimi, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Cavabdeh kassasiya şikayətində hərracın keçirilməsi barədə elanın və bildirişin qanunla müəyyən edilmiş m üddətdə verildiyini və ipoteka qoyana göndərildiyini və iddiaçının hərracdan məlumatlı olduğunu qeyd etsə də, işdən görünür ki, 20.04.2018-ci il tarixli bildiriş göstərilən ünvan söküldüyündən iddiaçıya çatdırılmamışdır. İddiaçının başqa qaydada məlumatlandırılması barədə isə işdə heç bir sübut mövcud deyildir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Cavabdehin kassasiya şikayətinin avtomobilin hərracdan sonrakı alıcılarının işə cəlb edilməməsi, onlarla bağlanmış alğı-satqı müqavilələri etibarsız hes ab edilmədən, vicdanlı alıcıların (həmin alıcılar tərəfindən avtomobilə nə qədər vəsait qoyulduğu ehtimalı olduğu halda) hüquqları gözlənilmədən qətnamə qəbul etməsi barədə dəlilləri isə iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həm ipotekasaxlayan “xxxx” QSC, həm də avtomobilin alıcıları X6, X7 və X8 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş, onların məhkəməyə məlum olan ünvanlarına məhkəmə iclası barədə bildirişlər göndərilmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi iddia tələbinin avtomobilin V.V.V tərəfindən başqa şəxsə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin geri qaytarılmasına dair hissələrinə münasibətdə qeyd etmişdir ki, işdə nəqliyyat vasitə sinin başqa şəxslərə satılması və onlar haqqında məlumatlar olmasına baxmayaraq iddiaçı tərəfindən həmin şəxslər cavabdeh olaraq işə cəlb olunmamış, apellyasiya icraatında belə cəlb etmə mümkünsüz olduğundan həmin hissələrdə iddia tələblərinə qiymət verilməsi yolverilən hesab edilmir. Hazırda mübahisəli nəqliyyat vasitəsinin kimdə olmasına dair hər hansı məlumat yoxdur. İddiaçı isə nəqliyyat vasitəsinin kimdən alınıb ona verilməli olmasını göstərə bilmir. Nəqliyyat vasitəsinin hazırkı işə cəlb olunmuş cavabdehdə olmaması isə işin aşkar olan halıdır. Nəzərə alınmalıdır ki, mübahisəli nəqliyyat vasitəsinə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə tələb yönəldilmiş və onun satışından əldə olunan vəsait hesabına tələbin ödənilməsi təmin olunmalıdır. Digər tərəfdən sonradan nəqliyyat vasitəs i satılmış şəxslərlə bağlanmış əqdlərə hüquqi qiymət verilmədən nəqliyyat vasitəsinin alınaraq iddiaçıya verilməsi faktiki olaraq həmin mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan məhkəmə kollegiyası göstərilən hissələrdə iddianın təmin olunmasını mümkün hesab etməmiş və iddiaçıya zərurət yarandığı halda həmin tələblərlə bağlı müstəqil olaraq tələb irəli sürmək hüququnu izah etmişdir. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq et mişdir, bu hissədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirimiş qiymətləndirmə ekspertizasına görə xərcin Cavabdeh MMC-dən tutulması hissəsində məhkəmə düzgün nəticəyə gəlməmiş və bu hissədə prossesual qanunvericiliyin tələbərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə qiymətləndirmə ekspertizası iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin QR 769 saylı qiymətləndirmə rəyi ilə müəyyən edilmiş qiymətin düzgünlüyünün yoxlanılması məqsədilə təyin edilmiş və keçirimişdir. Məhkəmə tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı QR 769 saylı qiymətlənd irmə rəyinin ləğv edilməsi tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci həmin cavabdehə aid edilməli və 100 manat dəyəri də cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, aparılmış ekspertiza tədqiqatının dəyərinin Cavabdeh MMCdən tutulması hissəsində ləğv edilməli, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən “xxxx” MMC-nin xeyrinə tutulmalı, qalan hissədə qətnamə Cavabdeh MMC-nə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli 2(103)963/2019 nömrəli qətnaməsi qismən- aparılmış ekspertiza tədqiqatının dəyərinin Cavabdeh MMCdən tutulması hissəsində ləğv edilsin. 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən “xxxx” MMC-nin xeyrinə tutulsun. Qalan hissədə qətnamə Cavabdeh MMC-nə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar