Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5601/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1100/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı və ya Billik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 05.12.2016-cı il tarixli, 14/3613 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin evə Birliyinin Bakı Regional qazın satış Departamenti tərəfindən **********08250 nömrəli abonent kodu verilmişdir. Fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində “Smart G-4 İtron Diafraqma” markalı mexaniki, 1602AZ**********75 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birin ci instansiya məhkəməsində icraat İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2286,4 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 2616,4 manat pulun məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyinin işçiləri tərəfindən Birliyin balansında və istismarında o lan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıda göstərilən aktlar tərtib edilmişdir: 29.06.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1080 m3, dəyəri 216 manat, 30.07.2018ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 28.08.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 115,20 manat, 31.10.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1152 m3, dəyəri 115,20 manat, 30.11.20 18-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 576 m3, dəyəri 57,60 manat, 28.12.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 31.01.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1098 m3, dəyəri 109,8 manat, 28.02.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 29.03.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.04.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 28.06.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 31.07.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,4 manat, 30.08.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,4 manat, 30.09.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 648 m3, dəyəri 64,80 manat, 30.10.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, dəyəri 32,40 manat, 29.11.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, dəyəri 133,20 manat, 30.12.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1944 m3, dəyəri 194,40 manat olmuşdur. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə Birliyə cəmi 2286,4 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesabla şma hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, 2018-2019-cu illərdə evində qaz olmamışdır. O elektrik peçlərindən istifadə etmişdir. O, mütəmadi olaraq qaza görə Birliyə zəng etmişdir. Sayğac təxminən 2020-ci ilin mart-aprel aylarında qoyulmuşdur. İndiki kart sayğacı deyildir. Əvvəlki sayğac kart sayğacı olmuşdur. O, 2018-2019-cu i llərdə ödəniş etmişdir. Onlara normal şəkildə qaz 2020-ci ildən verilməyə başlanılmışdır. O, 2020-ci ildə qaza görə ödəniş etməmişdir. 29.06.2018-ci il tarixli aktla razıdır, qalan aktları qəbul etmir. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 12 noyabr 2020-ci il tarixli, 2(012)3947/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 216 manat və 3 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 219 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının 29.06.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsa sında cavabdehin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 216 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Belə ki, cavabdehin özü də həmin aktla razı olduğunu bildirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, digər aktlar əsasında yaranmış borcların həqiqətən cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə 300 manat xərc çəkməsini təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2, 442-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. İş materiallarında olan digər aktlara əsasən cavabdehin borcu təmin olunmamışdır. Qeyd oluna n hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov və Səyyad Qafari) 2(105)-1100/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd edilən hissədə təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzi olaraq 2070,4 manat pulun tutulması qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunveric iliyin tələblərinə görə cavabdeh qanunsuz qoşulma nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşıyır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən halda isə təbii qazdan istifadə qaydalarının tələblərinə görə, yalnız bunun istehlakçının təqsiri olmadan baş verdiyi müəyyən edildikdə, həmin pozuntu baş verənə qədər və ya pozuntu aşkar edildikdən sonrakı dövrə uyğun sərfiyyat hesablanmaqla ödəniş aparılmalıdır. Lakin qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qa zdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən görünür ki, cavabdehə məxsus evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş və Birliyinin hesabatlarına və dəymiş ziyanın bərpasına dair tələbnamələrin ə əsasən itirilmiş qazın həcmi 14166 m3 müəyyən edilmiş, iddia tələbində qeyd edilən aktlar üzrə dəymiş ziyan kimi cavabdehdən 2070,4 manat tələb etmişdir. Ona görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının tərtib edilmiş aktlar üzrə dəymiş ziyan kimi 2070,4 manat tutulmalıdır. İddiaçının hüquqi xidmət üçün ödənilmiş 300 manat pulun tələb edilməsi ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsi tələbi əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı hüquqi yardımın göstərilməsinə görə nümayəndə və vəkil kimi X1 300 manat ödəməsinə dair iş materiallarında hər hansı sənəd yoxdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 121.1, 384.0.2, 385.1.1, 385.1.4, 390-cı maddələrinə, Azərbaycan Respublikası Na zirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi aktlar iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyindən ləğv edilməlidir. Aktlarda göstərilən məbləğlərdə cərimə borclarının həqiqətən onun tərəfindən k ənar xətdən istifadə olunması nəticəsində yaranması barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin 2018-2019-cu illərdə Hökməli kəndinin əksər hissəsində təbii qaz olmamışdır. O, ancaq elektrik sobalarından istifadə etmişdir. Onun tərəfindən nə kənar xəttə, nə də başqa xəttə heç müdaxilə edilməmişdir. Qaz olmayan yerdə qaz xəttinə müdaxilədən söhbət belə gedə bilməz. İddiaçı tərəfindən tərtib edilən aktlar tamamilə əsassızdır. Həmin aktlar tərtib edilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Aktlar ona təqdim edilməyib, onun tərəfindən imzalanmamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd olunan hissələrində qətnaməni yoxlamış və iddia tələbinin rədd edilən hissədə təmin etmişdir. İddiaçı tələbin rədd olunan hissəsini (300 manat xidmət haqqının tutulması) mübahisələndirmir. Ona görə də, qətnamə yalnız cavabdeh kassasiya şik ayətində mübahisələndirdiyi hissədə, yəni iddia tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cava bdeh iddiaçı tərəfindən tərtib edilmiş aktların qanunsuz olduğunu göstərmiş, aktlar tərtib edilməsi zamanı onun iştirakının təmin edilmədiyini, aktların ona verilmədiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu etirazlarına qiymət verərək qeyd etmişdir ki, qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən qüsur sayğacla bağlı olmadığından cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaların 4.2, 4.5, 4.7, 4.8, 4.9-cu bəndlərinə istinad edilməsi əsassız olmuşdur. Həmçinin cavabdeh sahibkar olmadığından onun “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməsi də əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğundan hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1100/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5601/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5601/2021
15.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver