Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5602/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Nazim qızının katibliyi, İddiaçı Tahir oğlunun, onun vəkili Rnun, 3-cü şəxs X12 vəkili Nəcəfov Faiq Əjdər oğlunun, 3-cü şəxslər X23, X24, X9 və X38 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)1696/2019 nömrəli qətnaməsindən İddiaçı Tahir oğlu, 3-cü şəxslər X32 və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya ş ikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 18.07.2018-ci il tarixli, 2(004)-102/2018 nömrəli qətnaməsi ilə İddiaçı Tahir oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürən 3-cü şəxslər Cabir Səfərəli oğluna, X42, X33 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi pay hüququnun qeydə alınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və X63 qarşı “əqdin etibarsız hesab edilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxs X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X63 və 3-cü şəxslər AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, şıxarışların ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və payların müəyyən edilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxslər X25 Cabir Səfərəli oğlunun, X38, X39, X49, X23, X9 və X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxslər Cabir Səfərəli oğluna, X34, X33 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi pay hüququnun qeydə alınması” tələblərinə dair mülki iş üzrə İddiaçı Tahir oğlunun, müstəqil tələb irəli sürən 3-cü şəxslər X25 və qeyrilərinin, müstəqil tələb irəli sürən 3-cü şəxs X12 iddialarının qismən təmin edilməsi, ünvan 1 fərdi yaşayış evinə d air AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın həmin evin 1/3 hissəsinin X5 adına qeydiyyatdan keçməsi hissəsində ləğv edilməsi, X5 vəfatından sonra mübahisəli ünvan 1 fərdi yaşayış evinə dair onun vərəsələrinə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı Tahir oğlunun, Cabir Səfərəli oğlunun, X26, Cavabdeh1, X9, X25, Aydəmirov X83, X49, X38, X17, X18, X7 və X12 ünvan 1 fərdi yaşayış evində olan miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin əmlaka vərəsəlik hüququnun tanınması, ünvan 1 fərdi yaşayış evinin 1/3 hissəsindən İddiaçı Tahir oğlunun, 1/24, Cabir Səfərəli oğlunun 1/24, X26 1/24, X9 1/24, X25 1/24, X49 1/8, X38 ¼, X17 1/12, X18 1/12, X 7 1/12 və X12 1/8 hissədə paylarının müəyyən edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və X63 qarşı “cavabdehlər arasında bağlanmış 05.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 ilə “xxxx” MMC arasında ünvan 1 fərdi yaşayış evinin 2/3 hissəsi ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, İ.Şirinov) 10.01.2019-cu il tarixli, 2(103)-1696/2019 saylı qətnaməsi ilə İddiaçı Tahir oğlu, Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs X32 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.07.2018-ci il tarixli, 2(004)-102/2018 nömrəli qətnaməsinin apellyatorlara münasibətdə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ünvan 1 evin miras əmlak kimi qəbulu ilə bağlı Ş.Hüseynovun ailə üzvlərinə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 2V-1-212 reyestr nömrəli 30.07.2014-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı Tahir oğlunun, Cabir Səfərəli oğlunun, X26, X9, X25, Cavabdeh1, Cavabdeh2 və X18 Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi, 14 nömrəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etmələri faktının müəyyən edilməsi, İddiaçı Tahir oğlunun, Cabir Səfərəli oğlunun, X26, X9, X25, Cavabdeh1 miras əmlak olan E nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə bərabər (hər birinə əmlakın 1/3 hissəsinə 1/18 pay olmaqla) paylarının müəyyən edilməsi, E nömrəli fərdi yaşayış evinin 2/3 hissəsinə X56 mülkiyyət hüququnun qanuni hesab edilməsi, X21 miras əmlakdan ona çatası ¼ payın satılması ilə ona vurulmuş zərərin əvəzinin Aydəmirov X76 tələb etmək hüququnun izah edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı Tahir oğlu, 3-cü şəxslər X32 və “xxxx” MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1696/2019 nömrəli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Tahir oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanı nda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürən 3-cü şəxslər Cabir Səfərəli oğluna, X42, X33 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi pay hüququnun qeydə alınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC cavabdehlər Cavabdeh2 və X63 qarşı “əqdin etibarsız hesab edilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxs X35 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X63 və 3-cü şəxslər AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və “xxxx” MMC-yə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, şıxarışların ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və payların müəyyən edilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxslər X8 Səfərəli oğlu, X57, X58, X70, X51, X27 və X22 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, 3-cü şəxslər Cabir Səfərəli oğluna, X34, X33 və X13 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi pay hüququnun qeydə alınması” tələblərinə dair iddialar ilə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Tahir oğlu və vəkili Bəşirov Niyazi Bəşir oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işdə olan Bakı şəhər İK Tİ və MHQİ tərəfindən verilmiş rəsmi məlumatdan görünür ki, ünvan 1 ünvanda yerləşən miras mülkün 47.5/88 hissəsi vərəsələrdən Cavabdeh2əli Məşədimusa oğlunun, 40.5/88 hissəsi isə mərhum X3 mülkiyyətinə verilmişdir. Lakin texniki səhv olaraq iddiaçı apellyasiya şikayətində miras mülkün 1/3 hissə ilə X3 7 nəfər vərəsələri, yəni İddiaçı, C.Səfərli, Y.Cavadova, L.Hüseynova, U.Babayeva, Cavabdeh1 və B.Cavadov arasında bölünməsini xahiş etmişdir. Halbuki onun nənəsi mərhum Bəyimxanıma məxsus miras mülkün 40.5/88 hissəsi adları qeyd edilən vərəsələr arasında bərabər bölünməlidir. Lakin məhkəmə maddi hüquq normalarını pozmaqla bötüvlükdə Məşədimusa Aydəmirovdan miras qalmış ümumi mülkün 1/3 hissəsini Bəyimxanımın qeyd edilən 7 vərəsəsi arasında bölmüşdür. Məhkəmə qətnamə qəbul edərkən ciddi prosessual qanun pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1696/2019 saylı qətnaməsinin qi smən ləğv edilərək, mərhum X1 miras qalmış 40.5/88 hissədən ibarət miras mülkün 7 nəfər vərəsələr arasında bərabər surətdə bölünməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı Tahir oğlu məhkəməyə kassasiya şikayətinə əlavə ünvanlayaraq şikayətinə əlavədə qeyd etmişdir ki, göstərilən əmlaka aid 31.10.2012-ci il tarixdə verilmiş inventar nömrəsi 11/13746 olan texniki pasportda torpağın faktiki sahəsinin 0.293950, tikinti sahəsinin 0.108760, digər sahələrin 0.18519, cəmi 0.5879 ha olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 10.01.2019-cu il tarixli qətnamədə bu sahə nədənsə 456.6 km kimi göstərilmişdir. Həmin evə dair X28 və X29 bundan əvvəl keçirilmiş məhkəmələrə yalan sübutlar təqdim edərək həmin mübahisəli əmlaka vərəsələrin xəbəri ol madan sahiblənmişlər. Ümumi göstərdiklərinə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının mərhum nənəsi X3 miras qalmış 1/3 payının 6 övladı arasında bərabər bölünməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin vəkili Məhərrəmov Əbdül Azər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə cavabdeh Aydəmirov X100 və X28 arasında bağlanmış müqavilələr təfsir edilməlidir. Belə ki, hər bir müqavilənin mahiyyəti onun hərfi mənasına görə deyil, müqavilədə iştirak edən tərəflərin iradə bəyanlarına uyğun olaraq müəyyən edilir. Mübahisələndirilən qətnamənin əsaslandırma hisəsində qeyd edilmişdir ki, “xxxx” MMC ilə cavabdeh Aydəmirov X100 arasında bağl anmış beh müqaviləsinin şərtləri “xxxx” MMC tərəfindən pozulmuşdur. Ona görə də “xxxx” MMC-nin tələbi təmin edilməməlidir. Halbuki, məhkəmə bağlanmış sonuncu beh müqaviləsinə münasibət bildirərkən ağlabatan mühakiməyə deyil, sadəcə hərfi məzmuna əsaslanmışdır. İş materiallarından aydın olur ki, “xxxx” MMC ilə cavabdeh Aydəmirov X100 arasında bağlanmış sonuncu müqavilə beh müqaviləsi adlandırılsa da, həmin müqavilə bağlanana kimi 130000 manatdan çox ödəniş edilmişdir. Əgər MMC beh vermək niyyətində olsa idi, beh üçün ağlabatan həcmdə ödəniş edərdi. Belə olan halda, onlar arasında bağlanmış müqavilə beh müqaviləsi deyil, mübahisəli fərdi yaşayış evinin alqısatqı müqaviləsinin tərkib hissəsidir. Bundan əlavə, Cavabdeh2 mübahisəli fərdi yaşayış evini MMC-nin mülkiyyətinə vermək istəməsi məhkəm ə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə, Cavabdeh2la Anar Dadaşov arasında bağlanmış 05.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsas olmadığını göstərsə də, Cavabdeh2 hazırda da həmin evdə yaşayır və o, Anarla uydurma əqd bağlamaqla həm digər iddiaların qarşısını almaq, həm də MMC-nin ödədiyi 201328 manat məbləğində pulu beh adı ilə özündə saxlamaq niyyətindədir. Buradan da görünür ki, həmin müqavilə əhəmiyyətsizdir. Cavabdeh2 müqaviləni bağlayarkən müqaviləni bağlamağa səlahiyyətli olmamışdır.Bu səbəbdən də həmin müqavilə etibarsız hesab edilməlidir. Məhkəmənin reyestrin məzmununun həqiqiliyi prezumpsiyasına istinad edərək müqaviləni etibarsız hesab etməməsi qanunsuzdur. Digər tərəfdən məhkəmə vicdanlı alıcılığa istinad etmişdir ki, Anar Dadaşov vicdanlı alıcı hesab edilə bilməzdi. Çünki o, əmlakı əldə edərkən bildirdi ki, əmlak paylı mülkiyyətdədir. Bu halda A.Dadaşov həmin əmlakın digər payçılarının razılığını müəyyən etməli idi. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)1696/2019 saylı qətnaməsinin ləğv edilərək müstəqil tələb irəli sürən 3-cü şəxs “xxxx” MMC-nin iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X32 və vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, hazırda mübahisəli əmlak X43 4 qanun üzrə vərəsələrinin xətti üzrə bölünməli olduğu halda məhkəmə əsassız qətnamə qəbul etmişdir. F.Aydəmirov mübahisəli əmlakın 1/8 hissəsinin qanmuni varisidir. Məhkəmə yerli baxış keçirmiş və F.Aydəmirovun həmin mülkdə yaşamadığı qənaətinə gəlmişdir. Lakin Famil həmin evdə doğulmuş, atasının xəstəliyi ilə əlaqədar mənzil verilməsi səbəbi ilə oranı tərk etmiş, lakin daim ata-baba yurduna gedib gəlmişdir. Umxanım Aydəmirova və Şəmsəddin Hüseynov saxata sənədlərlə əldə etdiyi Çıxarışdan sonra Familin həmin əmlaka girişini məhdudlaşdırmışlar. Lakin bu hal onu qanun üzrə vərəsəlik hüququndan məhrum etmir. Məhkəmə isə onun bu hüququnu tanınmamışdır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin ciddi pozuntusu hesab edilməlidir. Digər tərəfdən X56 vicdanlı alıcı olmasını sübut edən faktlar müzakirə edilməmiş, məhkəmə öz mövqeyini dəlillərlə, tərəfin verdiyi izahatlarla əsaslandırmamışdır. Cavabdeh2 ilə Anar Dadaşov arasında bağlanmış 05.12.2017-ci il tarixli əqd uydurma əqddir. A.Dadaşov vicdanlı alıcı hesab edilə bilməz. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1696/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı Tahir oğlunun vəkili X77, 3-cü şəxs X32, 3-cü şəxs “xxxx” MMC-nin vəkili Məhərrəmov Əbdül Azər oğlu, c avabdehlər Cavabdeh1, Aydəmirov X100, 3-cü şəxslər Cabir Səfərəli oğlu, X50, X40, X41, X70, X58, X78, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Tahir oğlu və vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini, digər şikayətlərin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X12 vəkili Nəcəfov Faiq Əjdə r oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən onlar tərəfindən verilmiş şikayətin təmin edilməsini, digər şikayətlərin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Abışova Günay Rza qızı kassasiya şikayətlərinə etiraz edərək, şikayətlərin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 3-cü şəxslər X51, X52, X27 və X57 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 14 saylı fərdi yaşayış evi (ü/s-456,6kv.m) ilkin olaraq tarixsiz X45 1/8 hissə (Məşədi Musanın arvadı), X64 14/88 hissə (vərəsə yoxdur), X65 14/88 hissə, X66 14/88 hissə (vərəsə yoxdur), X46 14/88 hissə, X59 14/88 hissə və X30 7/88 hissə adlarına ilkin qeydiyyatdan keçmiş, onların vəfatından sonra müxtəlif növbədən olan vərəsələri mirası faktiki olaraq qəbul edərək sahiblik etməyə başlamışlar. X28 və X20 digər vərəsələrdən xəbərsiz, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.03.2006-cı il tarixli 2-456/2006 saylı qətnaməsi əsasında miras əmlaka müvafiq olaraq 2/3 və 1/3 hissədə paylarının müəyyən edilərək qeydiyyat vəsiqəsi almışlar, lakin Bakı Apellyasiya Məhkəməsinin 04.11.2009-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.03.2006-cı il tarixli 2-456/2006 saylı qətnaməsi ləğv edilmiş və ərizəçilər X10 və X5 ərizələri baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.05.2010-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadı qüvvədə saxlanılmışdır. Baxmayaraq ki, mübahisəli evə X10 və X5 payların müəyyən edilməsi sonradan məhkəmə qərarları ilə əsassız və bu barədə onlara verilmiş çixarış ləğv hesab edilsə də, faktiki olaraq həmin çəxarış DƏDRX-da ləğv edilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası müəyyən edilmiş hallar ı və mübahisəli əmlakın yerində müayinəsi zamanı aşkar edilmiş halları ümumiləşdirərək qeyd etmişdir ki, mübahisə predmeti olan miras əmlak faktiki olaraq İddiaçı Tahir oğlu, Cabir Səfərəli oğlu, X53, X27, X50, Cavabdeh1, Aydəmirov X100 və X40 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr tərəfindən isə miras əmlak ümumiyyətlə qəbul edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli evə keçirilmiş baxış zamanı İddiaçı Tahir oğlu, Cabir Səfərəli oğlu, X53, X27, X50, Cavabdeh1 və X18 hazırda da həmin evdə yaşamaları, X32, X70, X57, X22 və X17 isə ümumiyyətlə həmin evdə heç vaxt yaşamamaları müəyyən edilmişdir. Bununla yanaşı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 17.08.2012-ci il tarixli 4Ə-913 qeydiyyat nömrəli bağışlama müqaviləsinə əsasən sözgedən müba hisəli evin 2/3 hissəsi X28 tərəfindən Aydəmirov X91 bağışlanmışdır. Həmin müqavilə əsasında ona MH seriyalı ******* nömrəli mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Daha sonra isə X78 ilə 05.12.2017-ci il tarixli 4Ə-287 reyestr nömrəli alğı-satqı müqavilə bağlayaraq, mübahisəli ev sonuncuya satılmış və X63 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* reyeser nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyası iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, miras əmlaka paylarının müəyyən edilməsini tələb edən iddiaçı və maraqlı şəxslər hər biri ayrı ayrılıqda məhkəmə kollegiyasını iclasında miras əmlakın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.03.2006-cı il tarixli 2-456/2006 saylı qətnaməsi ilə müəyyən edilmiş qaydada, yəni 2/3 hissəsinin X10 və 1/3 hissəsin X5 adına payların ın müəyyən edilməsini xahiş etsələr də, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin qaydada miras əmlakın bölünməsi qanunsuz hesab edildiyindən, proses iştirakçılarının həmin xahişinin nəzərə alınması qeyri mümkündür. Buna baxmayaraq, nə qədər ki, mübahisəli əmlakın 2/3 X2 və o, vicdanlı əldə edən hesab edildiyindən, qalan vərəsələr arasında miras əmlakın ümumi kütləsinin qalan 1/3 hissəsi üzrə payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla rına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarənda qeyd olunur ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya). Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında da əks olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(004)-1175/2018 tarixli qətnaməsi ilə iddiaçı X56 cavabdehlər Cavabdeh1, X36, X15, X44 və X11 qarşı əmlakın naturada bölünməsinə dair id dia tələbi təmin edilmişdir. ünvan 2 ünvanda yerləşən ev iddiaçı X78 cavabdehlər Cavabdeh1, X36, X15, X44 və X6 paylarına uyğun naturada ayrılması qərara alınmışdır. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri Yasamal rayonu, B. Səfəroğlu küç, 14 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə X56 adına olan qeydiyyat və onun mülkiyyət hüquqları qanuni əsaslara söykənir və mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ünvan 1 evə X5 payının müəyyən edilməsi əsassız və bu barədə verilmiş çixarış ləğv edildiyindən, həmin miras əmlakın qəbulu ilə bağlı Ş.Hüseynovun ailə üzvlərinə Bakı şəhəri 12 saylı notaria t kontoru tərəfindən verilmiş 2V-1-212 reyest nömrəli 30 iyul 2014-cü il tarixli vərəsəlik şəhadətnaməsi qanuni və əsaslı sayıla bilməz. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, miras əmlak olan Bakı şəhəri Yasamal rayonu, B. Səfəroğlu küç, 14 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinə İddiaçı Tahir oğlu, Cabir Səfərəli oğlu, X53, X27, X50, Cavabdeh1, Cavabdeh2 və X18 payları aşağıdakı qaydada müəyyən olunur: İddiaçı Tahir oğluna 1/12 pay, Cabir Səfərəli oğluna 1/12 pay, X37 1/12 pay, X13 1/12 pay, X50 1/12 pay, Cavabdeh1 1/12 pay, Cavabdeh2 1/4 pay X31 1/4 pay Belə ki, Bakı şəhəri Yasamal rayonu, B. Səfəroğlu küç, 14 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən ibarət miras əmlak yalnız X30 6 törəməsi, yəni İddiaçı Tahir oğlu, Cabir Səfərəli oğlu, X53, X27, X50, Cava bdeh1 və X46 2 törəməsi, yəni Cavabdeh2 və X40 tərəfindən qəbul edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı Tahir oğlu, Cabir Səfərəli oğlu, X53, X27, X50 iddia tələblərində onların miras əmlakın 1/24 hissəsinə paylarının müəyyən edilməsi xahiş etsələr də, miras əmlakın qalan 1/3 hissəsinə münasibətdə onlara və Cavabdeh1 düşən pay bərabər qaydada 1/18 pay olmaqla müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin, 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın öiümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik za manı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə isə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X40 miras əmlakı faktiki olaraq qəbul etsə də, onunla eyni xətt üzrə vərəsə olan, yəni X46 vərəsəlik xətti üzrə vərəsəsi Cavabdeh2 Eldara və özünə çatası payları satdığından, X40 ona çatası ¼ payın satılması nəticəsində vurulmuş zərəri Cavabdeh2 tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən “xxxx” MMC-nin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edildi ki, X10 etibarnamə əsasında nümayəndəsi Aydəmirov X100 ilə “xxxx” MMC hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 05.10.2006-cı il tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən, satıcı paylı mülkiyyət hüququ ilə X16 məxsus E nömrəli fərdi yaşayış evinin 2/3 hissəsini, 400 kv.m-ni, hər kvadrat metri üçün 800 manat olmaqla dəyəri hissəhissə ödənilməklə 320000 manata Cəmiyyətə satılması barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən “xxxx” MMC tərəfindən Cavabdeh2 ilkin olaraq 15.07.2011-ci il tarixdə 25000 manat, 12.01.2012-ci il tarixdə notariusda rəsmiləşdirilməklə 37000 manat, 03.09.2015-ci il tarixdə 2000 manat, 28.10.2015-ci il tarixdə 63858 manat və sonuncu dəfə 12.04.2016-cı il tarixdə 73500 manat olmaqla ümumilikdə 201358 manat məbləğində pul ödənilmiş, 118642 manat isə ödənilməmiş qalmışdır. 12.04.2016-cı il tarixli beh müqaviləsinin şərtlərinə əsasən 12.04.2017-ci il tarixədək Aydəmirov X100 birtətəfli qaydada müqaviləni poza, həmi n yaşayış evini sata, dəyişə, girov qoya və ya həmin mülk üzərində heç bir dəyişiklik edə bilməz. Razılaşdırımış vaxt başa çatdıqdan sonra “xxxx” MMC tərəfindən yaşayış evinin dəyəri tam ödənilməzsə, yaşayış evi Aydəmirov X4 qalır və müqavilə qüvvəsini itirmiş hesab edilir, həmçinin ödənilmiş beh Aydəmirov X87 qalır. Əgər razılaşdırımış vaxt Aydəmirov X100 mənzili satmaqdan imtina edərsə, ilkin ödənilən beh ikiqat həcmində “xxxx” MMC-yə qaytarılacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdə n hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik normalarının tələbi baxımından məhkəmə kollegiyası hesab etmişdir ki, 12.04.2016-cı il tarixli beh müqaviləsinin şərtlərinin “xxxx” MMC tərəfindən yerinə yetirilməməsi, öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli və Aydəmirov X83 fərdi yaşayış evinə dair alqı-satqı müqav ilısi bağlamaması qanuni hesab edilməlidir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin mübahisə predmetinə dair faktiki olaraq alqısatqı müqaviləsi bağlanılması iddiası ilə bağlı vurğulamışdır ki, əqdin etibarlı olması şərtləri (əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid olunan şərt; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt) dedikdə, qanunda nəzərdə tutulan elə tələblər başa düşülür ki, bu tələblər əsasında əqd hüquqi fakt kimi çıxış edərək hüquqi nəticə doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi və onlardan, heç olmazsa, birinin pozulması əqdin qüsurlu olmasına, bununla da onun etibarsız hesab edilməsinə səbəb olur. Göründüyü kimi əqdin etibarlı sayılması üçün əsas şərtlərdən biridə əqdin məzmunu ilə bağlı dır. Öz məzmununa görə bütün əqdlər qanuni olmalıdır. Əqdlərin qanuni olması o deməkdir ki, bütün əqdlər qanunvericiliyin nəzərdə tutduğu tələblərə uyğun gəlməlidir. Əqdin məzmununun qanuni olması həm də əqd bağlayan şəxsin buna səlahiyyəti olmasında ifadə edilir. Əgər əqd, onu bağlamağa səlahiyyəti çatan şəxs tərəfindən bağlanmışdırsa, o, qanuni əqd hesab edilir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kassasiya kolleg iyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə münasibətdə düzgün hüquqi mövqedə olmuşdur. Şikayətlərin dəlilləri üzrə yoxlama aprılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyası tərəfindən qəbul edilmiş qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həl li üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Tahir oğlu, 3-cü şəxslər X32 və “xxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.01.2019-cu il tarixli, 2(103)-1696/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5602/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5602/2019
19.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver