Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5608/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan QSC “X” KB nümayəndəsi X4, vəkili X2, Cavabdeh MMC vəkili X5 və üçüncü şəxs Maraqlı şəxs1 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(103)3740/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “X” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya ş ikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(005)5961/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Əliyev) iddiaçı Ləğv prosesində olan QSC “X” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh MMC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(103)3740/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sa xlanılıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh MMC və digərlərinə qarşı iddia qaldıraraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2010-cu il tarixli və Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 mart 2016-cı il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 03 aprel 2018-ci il tarixli sifariş məktubuna əsasən, ipoteka qoyan Maraqlı şəxs1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X küçəsi, 44/46 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh MMC tərəfindən 21 may 2018-ci il və 29 iyun 2018-ci il tarixlərdə keçirilən hərracların nəticələrinin etibarsız hesab edilməsi və h əmin ipoteka predmetinin açıq hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan QSC “X” KB nümayəndəsi XX və vəkili C kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh MMC vəkili XX və üçüncü şəxs Maraqlı şəxs1 vəkili XX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə i ştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka predmetinə dair hərracın qanunla müəyyən edilmiş qayda ları pozmamaqla keçirilməsinə, iddiaçı təşkilatın iddiası üzrə hərracın nəticələrinin etibarsız sayılması üçün əsasların müəyyən edilməməsinə və beləliklə də, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.3-cü maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2010-cu il tarixli və Bakı şəhəri, Səbail rayon məhkəməsinin 17 mart 2016-cı il tarixli icra vərəqəsinə əsasən, QSC “X” KB xeyrinə borclular Maraqlı şəxs1 və Maraqlı şəxs2 271.360,77 manat kredit borcunun, 20 manat dövlət rüsumunun tutulması və tutmanın bankın xeyrinə ipoteka qoyulmuş Maraqlı şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, X küçəsi, 0,07258 ha torpaq sahəsində yerləşən, 44/46 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 285,5 kv.metr, əsa s sahəsi 85,8 kv.metr, köməkçi sahəsi 199,7 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilib və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Bundan sonra Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh MMC ünvanlanan 03 aprel 2018-ci il tarixli sifarişli məktuba əsasən ipoteka predmetinə dair hərracın keçirilməsi xahiş olunub. Cavabdeh MMC tərəfindən iddiaçı təşkilata, üçüncü şəxslərə ünvanlanan 20 aprel 2018-cü il tarixli bildirişlərlə 21 may 2018-ci il tarixdə, saat 11:00-da keçiriləcək hərrac barədə onlara məlumat verilmiş və “Kaspi” qəzetinin 21-23 aprel 2018-ci il tarixli nəşrində hərracın keçirilməsi barədə elan dərc edilib və ipoteka predmetinin ilkin satış qiyməti 500.000 manat olmaqla birinci hərrac baş tutmayıb. Daha sonra Cavabdeh MMC tərə findən iddiaçı təşkilata və üçüncü şəxslərə ünvanlanan 31 may 2018-cü il tarixli bildirişlərlə 29 iyun 2018-ci il tarixdə, saat 11:00-da hərracın keçiriləcəyi barədə məlumat verilib və “Kaspi” qəzetinin 23 may 2018-ci il və 31 may 2018-ci il tarixli nəşrlərində hərracın keçiriləcəyi barədə elan dərc edilib. 29 iyun 2018-ci il tarixdə keçirilən hərrac, yəni ipoteka predmetinin 15 faiz aşağı qiymətlə 425.000 manata satılması baş tutmayıb və “Kaspi” qəzetinin 03 iyul 2018-ci il tarixli nəşrində bu barədə elan dərc edilib. Daha sonra Cavabdeh MMC iddiaçı təşkilata ünvanladığı 04 iyul 2018-ci il tarixli məktubla ipoteka predmetinə dair keçirilmiş hərracların baş tutmadığı və bu barədə qəzetdə elan dərc edildiyi bildirilib və 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş olunub, lakin ipoteka predmeti Bank tərəfindən qəbul edilməyib. Cavabdeh MMC 28 avqust 2018-ci il tarixli məktubla hərracların baş tutmadığı və bu barədə qəzetdə elan dərc olunduğu haqqında Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə məlumat verib. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34.1, 41.1-41.5, 42.1-42.5, 42.6, 43.4 və 43.8-ci maddələrinin, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 62.1 və 62.2-ci maddələrini işin yuxarıda müəyyən edilmiş həqiqi hallarına tətbiq edərək belə qənaətə gəlib ki, hərrac qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyi üçün iddia əsasızdır və təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlib. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və kassasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd edib ki, hərracın keçirilməsi zamanı hərrac təşkilatçısı tərəfindən yol verilmiş istənilən formal pozuntu deyil, tərəflərdən birinin hüquq və mənafelərini pozan, ümumilikdə hərrac prosesinin düzgün keçirilməməsinə səbəb olan səhvlər hərracın etibarsızlığı üçün əsas ola bilər. Baxılan iş üzrə iddiaçı təşkilat təyin olunmuş hər iki hərrac üzrə ən azı bir bildirişi aldığını, bir elanla tanış olduğunu, hərracın vaxtı barədə məlumatlı olduğunu, hətta nümayəndəsinin hərraclardan birində iştirak etdiyini etiraf edir. Qeyd olunmalıdır ki, hərrac barədə təkrar məlumatlandırma və elan verilməsinə dair qanunvericilik normalarının məqsədi məhz hərrac barədə tərəflərin məlumatsız olması risklərini aradan qaldırmağa yönəlmişdir. Bu baxımdan tərəflərin hərrac barədə məlumatlı olduğu halda hər bir hərrac üzrə yalnız bir bildirişin göndərilməsi və ya bir elanın verilməsi, ümumilikdə hərracın nəticələrinin qanunsuz hesab olunması üçün əsas ola bilməz. Eyni əsaslarla apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın istinad etdiyi digər pozuntuları da (hərracın baş tutmaması barədə elanın 3 gün deyil, 4 gün sonra dərc edilməsi; icra məmurunun sifariş məktubunda ipoteka predmetinin “üzərinə həbs qoyulmuş əmlak” adlandırılması) tərəflərin hər hansı hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün formal hesab edir və ümumilikdə ipoteka qanunvericiliyinin tələblərinə uyğun keçirilmiş hərracın nəticələrinin qanunsuz hesab olunması üçün əsas hesab etmir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.3-cü maddəsində müəyyən edilmiş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka predmetini ilkin satış qiymət ilə almaq imkanı hərrac təşkilatçısının vəzifəsi deyil, ipoteka saxlayanın hüququdur və sonuncunun bu hüququnda istifadə etməməsi hərrac təşkilatçısı tərəfindən yol verilmiş pozuntu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddənin mənasına görə, hərrac, maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən o, vaxt etibarsız sayıla bilər ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmiş olsun. Kassator kassasiya şikayətində hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyini göstərsə də, tələbinin əsası kimi istinad etdiy i halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, kassasiya şikayətinə Cavabdeh MMC etiraz ərizəsindən və həmin ərizəyə əlavə edilmiş məhkəmə aktlarının surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs1 Ləğv prosesində olan QSC “X” KB və digərlərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və məhdudiyyətin götürülməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X küçəsi, 0,07258 ha torpaq sahəsində yerləşən, 44/46 saylı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 285,5 kv.metr, əsas sahəsi 85,8 kv.metr, köməkçi sahəsi 199,7 kv.metr olan qeyri-yaşayış sahəsinə dair QSC “X” KB ilə ipoteka qoyan Maraqlı şəxs1 arasında bağlanan ipoteka müqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka predmetinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi və ipoteka predmetinin üzərindən məhdudiyyətin götürülməsi qət edilib. Ləğv prosesində olan QSC “X” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 06 may 2019-cu il tarixdə qətnamə qa nuni qüvvəyə minərək icra vərəqəsi verilib və hazırda qətnamə icra mərhələsindədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən mad di, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan QSC “X” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli, 2(103)-3740/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-5608/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5608/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver