Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5609/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)4138/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov, iş 2(006)-5257/2019) İddiaçı cavabdehlər “xxxx” ASC-yə, Cavabdeh2 MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı kredit müqaviləsinin etibarsız hesab ed ilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, İ.Ə.Kərimli və Ş.Ə.Məhərrəmova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bankla İddiaçı arasında iki kredit müqaviləsi bağlanmışdır. xx xxxxx 2013-cü il tarixli 6939 saylı müqavilə 1.206.000 manat məbləğində, xx xxx 2013-cü il tarixli 7116 saylı müqavilə isə 600.000 manat məbləğində kreditin verilməsi barədə bağlanmışdır. Hər iki müqavilə üzrə kreditin qaytarılma müddəti 60 ay, istifadə dərəcəsi 12 faiz müəyyən olunmuşdur. Kredit müqavilələri üzrə borclunun öhdəliklərinin təminatı kimi bankla X2 arasında xx xxxx 2016-cı il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. 2019-cu ilin avqust ayında borclu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankla onun arasında kredit müqavilələri bağlansa da, həmin müqavilələr üzrə orada müəyyən olunmuş pul məbləğlərinin ona verilməməsini və bunu təsdiq edən kassa məxaric orderlərinin də olmamasını, lakin buna baxmayaraq Cavabdeh2 MMC-nin ondan 6939 saylı kredit müqaviləsi üzrə cəmi 1.304.490 manatın, 7116 saylı kredit müqaviləsi üzrə isə 1.947.490 manatın tutulması barədə iddia qaldırmasını, onlar arasında kredit müqavilələrinin aldatma təsiri altında bağlanmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən bankla onun arasında bağlanmış 6939 və 7116 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsinə da ir qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək kredit müqavilələri üzrə hər hansı bir pul məbləğinin verilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı bankla bağladığı kredit müqavilələrinin etibarsız sayılmasını tələb edərkən müqavilələrdə göstərilən kredit məbləğlərinin ona verilməməsini və bunu təsdiq edən kassa məxaric orderlərinin olmamasını əsas göstərmişdir. Lakin işdən görünür ki, İddiaçı uzun illər ərzində nə kreditin ona verilməsini tələb etməmiş, nə də kredit müqavilələrinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Bundan başqa, kredit müqavilələri 2013-cü ilin aprel, may ayla rında bağlandığı halda həmin müqavilələr üzrə təminat vasitəsi olan ipoteka müqaviləsi isə xx xxxx 2016-cı il tarixdə, yəni 3 ilə yaxın müddət keçdikdən sonra bağlanmışdır. Kreditin ona verilməməsini iddia edən İddiaçı təxminən 3 ildən sonra S.F.Bayramovaya məxsus qeyri-yaşayış sahələrinin ipoteka qoyulmasında şəxsən iştirak etməsi və ipoteka müqaviləsini imzalaması onun tələbini əsaslandırmaq üçün göstərdiklərini inkar etdiyindən, eləcə də müqavilələrin etibarsız olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən, kollegiya iddianın əsassız olması barədə apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır. Bundan başqa, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müdd ət ötürülmüşdür. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər İşdən göründüyü kimi kredit müqavilələri müvafiq olaraq 2013-cü ilin aprel, may aylarında bağlanmasına baxmayaraq, iddiaçı hazırkı tələblə 2019-cu ilin avqust ayında, yəni qanunda müəyyən olunmuş 1 illik müddət bitdikdən sonra müraciət etmişdir. Beləliklə, iddia tələbi əsassız olmaqla yanaşı, eyni zamanda qanunda müəy yən olunmuş müddət ötürülməklə irəli sürüldüyündən, kollegiya hesab edir ki, qətnamənin ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5609/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5609/2020
11.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver