Məhkəmə qərarları › İş №2(102)-5613/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5613/2019

05.08.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5613/2019 05.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Şahbazov Tural Şamil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)-1886/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 05.11.2018-ci il tarixli, 2(004)-7488/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “mənzilin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) 06.03.2019-cu il tarixli, 2(103)-1886/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7488/2018 saylı, 05 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)-1886/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti ve rmişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “mənzilin alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı2 ilə “xxxx” ASC arasında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 13.08.2013-cü il tarixli, **********56013 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Məmmədov Nail Fazil oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin faktiki ha lları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)-1886/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “x xxx” ASC-nin vəkili Şahbazov Tural Şamil oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda etibarsızlığı mübahisələndirilən alqı-satqı və ipoteka müqaviləsi “xxxx” ASC-nin cavabdeh İddiaçı2 qarşı iş üzrə iddianın predmetinə aid olmasa belə, ümumilikdə mübahisənin predmetinə daxil olmuşdur. Belə ki, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və s. tələblərin təmin edilməsinin əsasını da məhz həmin alqı-satqı və ipoteka müqaviləsi təşkil etmişdir. Hazırda iddiaçılardan biri olan İddiaçı2 həmin iş üzrə cavabdeh olmuş, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətləri vermiş və bu halı həmin məhkəmə prosesində mübahisələndirmək imkanına malik olmuş, lakin mübahisələndirməmişdir. Digər İddiaçı1 isə iddia tələbində qeyd olunduğu kimi İddiaçı2 ilə 1985-ci ildən rəsmi nikahda olmuşdur. Həmçinin nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surəti də təqdim edilmişdir. Yəni İddiaçı1 hər nə qədər digər məhkəmə prosesi üzrə tərəf olmasa belə İddiaçı2 ilə rəsmi nikahda olması onun əvvəlki məhkəmə proseslərindən məlumatlı olduğunu göstərməkdədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.03.2018-ci il tarixli 2(102)-1432/2018 saylı qərarından görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı2 qarşı iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş, pulun tutulması, tələbin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 12/3 nömrəli evin, 6 saylı 2 otaqlı yaşayış sahəsinə yönəldilməsi, yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra pulun tutularaq iddiaçıya ödənilməsi, qalan vəsaitin isə İddiaçı2 qaytarılması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi borcun tutulması hissəsində qismən dəyişdirilmiş, Ali Məhkəməsinin qərarına əsasən isə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən mülki i ş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da özünün 23.02.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən İddiaçı1 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 12/3, 6 saylı mənzilin alınmasına və ipotekaya qoyulmasına etiraz etmədiyi barədə ərizənin notarial qaydada təsdiq olunmuş surəti təqdim olunmuşdur ki, bu da iddiaçıların evin ipoteka ilə yüklü edilməsindən İddiaçı1 xəbərsiz olması barədə dəlillərinin əsassız olduğunu göstərməkdədir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alqı-satqı və ipoteka müqaviləsinin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyil. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respu blikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)1886/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar