Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5614/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə, ilkin iddia tələbi üzrə İddiaçı Cavabde h qarşı sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması, avadanlıqların, ərzaq və qeyri ərzaq məhsullarının Cavabdehin qanunsuz sahibliyindən geri alınması, vuruluş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı etibardan sui-istifadə etməklə və aldatma yolu ilə aldığı və borclu olduğu məbləğlərə görə öhdəliyi pul vəsaitinin geri alınması barədə iddiasının rədd edilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərə aid ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(103)-11114/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi, R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh və qeyriləri tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətinə yaradılan maneələrin aradan qaldırılması, icarə müqaviləsi üzrə İddiaçı istifadəsinə verilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən “XXXX” şirniyyat sexindən və “XXXX” Super Marketindən) məhdudiyyətsiz istifadə etməyi və sahibkarlıq fəaliyyəti göstərməyi, Cavabdeh qanunsuz əməlləri nəticəsində ona vurulmuş ümumilikdə 270.000 (iki yüz yetmiş min) manat məbləğindəki zərərin cavabdeh şəxsdən alınaraq ona qaytarılması barədə qətnamə qəbu l edilməsini, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı qaşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarından sui-istifadə etməklə və aldatma yolu ilə aldığı və onun borclu olduğu məbləğlərə görə ödədiyi 51.516,61 manat pulun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəmə si işə baxarkən istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndırilməsini və ya yeni qərar qəbul edilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin vəkili Vəkil2 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tər əflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsinin sahibi X3. X4 ilə iddiaçı şəxs İddiaçı arasında 05 dekabr 2016-cı il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə ilə icarəyə verən X4 müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 250 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı icarəyə vermiş, icarə müqaviləsi bir il müddətinə bağlanılmışdır. Qeyd olunan müddət ərzində İddiaçı mağazanı X6 adlı şəxslə şərikli işlətdiyini sonradan isə X6 şəriklikdən çıxdığını və Cavabdeh ilə şərik olduğunu iddia etsə də, onlar arasında birgə fəaliyyət haqqında hər hansı müqavilə və ya razılaşma olmamışdır. Sonradan obyektin şahibi olan X4 ilə X2 arasında 12 dekabr 2017-ci il ta rixli icarə müqaviləsi bağlanmış, və ümumi sahəsi 416,16 kv.metr olan qeyri-yaşayış sahəsi X1 icarəyə verilmiş, icarə müddəti 12.12.2018-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin İddiaçı mağazada olan avadanlıqların ona məxsus olduğunu bildirsə də, qeyd olunan halı sübut edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər şifahi razılığa gələrək ünvan 1 ünvanında yerləşən “xxxx” şiniyyat sexini və “xxxx”super marketi icarəyə götürərək həmin obyektlərdə birgə fəaliyyət göstərmişlər. Lakin, birgə fəaliyyət haqqında İddiaçı və Cavabdeh arasında hər hansı bir müqavilə bağlanmamış və münasibətləri rəsmiləşdirilməmişdir. Qeyd olunan obyektlərdə mğvcud olmuş, sonradan alınmış və sat ılmış mallara dair uçot, hesabat aparılmamışdır. Belə olan halda tərəflər bir-birlərindən hər birinə çatası pul məbləğinin təsdiqinə dair heç bir tərəf obyektiv sübut təqdim etməmişdir və belə bir sübut iş materiallarında yoxdur. İddiaçı qarşı tərəfdən müvafiq maddi ziyanın qaytarılmasını tələb etsə də, bu tələbini məhkəmə araşdırması zamanı hər hansı bir mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə maddi ziyan qismində və aldatma yolu ilə alınmış pulun qaytarılmasına dair tələblər hər hansı mötəbər sübutla təsdiq olunmadığı üçün əsassız olmaqla rədd olunması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdi r. Apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-c ü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəf iddiasının təsdiqi kimi hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istinad etdiyi halların mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etməməsindən əlavə gös tərdiklərinin həqiqi olmasına dair də heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nə zərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi maddi hüquq normalarının sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən konkret hansı maddi hüquq normasının pozulmasını qeyd etməmişdir. Belə olan halda kassatorun dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə kassasiya şikayətinin dəlillərin ə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəs inə, MPMin 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №2(102)-5614/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5614/2019
04.09.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver