Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5621/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xit am verilməsi və mənzilin boşaldılması ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-181/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.957,98 ABŞ dolları, faiz borcuna görə 1.837,85 ABŞ dolları olmaqla, cəmi 23.795.98 ABŞ dollarının tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti - Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.
2. Həmin qətnamənin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi açıq hərraca çıxarılmış və 26 oktyabr 2018-ci il tarixli, 146 saylı hərracın yekunları barədə protokol, 26 oktyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mənzil İddiaçı BOKT ASC tərəfindən alınmış, mənzilin üzərində İddiaçı BOKT ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23.04.2019-cu ildə qeydiyyata alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli, 2015/00046-01 №-li İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh krediti qaytarmamış və Nəsimi Rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X1” MMC-yə göndərilmiş, həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka haqqında’' Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X1” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsi” bağlanmış və mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətin ə keçmişdir. Mənzilə iddiaçının mülkiyyət hüququ qeydiyyata qlınmış və DƏDRX tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 23.04.2019). Mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin ünvanda qeydiyyatdadır və orada yaşayırlar.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)4373/2019 saylı qətnaməsi ilə (hakim X3) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62 ünvanında yerləşən 15 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət e dilmişdir.
6. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılaraq mənzilin boşaldılmasını tələb etmək hüququ hazırki halda iddiaçının mülkiyyətçi kimi konstitusion hüquqlarından birbaşa irəli gəlir və Cavabdeh1 mübahisəli mənzilin ipotekaya qoyulan zaman onun özünün razılığının olması artıq mənzildən istifadə hüququnun itirilməsinə razılıq verməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında heç bir digər razılıq olmadığından, Cavabdeh1 mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini məqsədəmüvafiq hesab etmişdir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 148.2, 152.1, 262.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-181/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən), X4 və X2) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)-4373/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 mübahisəli mənzilin ipotekaya qoyulan zaman onun özünün razılığının olması artıq mənzildən i stifadə hüququnun itirilməsinə razılıq verməsi kimi qiymətləndirilməli və iddiaçı ilə cavabdeh arasında heç bir digər razılıq olmadığından, Cavabdeh1 mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini məqsədəmüvafiq hesab etmişdir.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi hüquqi cəhətdən əsaslandırılmamış, yalnız iddiaçının izahatları və maddi hüquq normalarının sadalanması ilə kifayətlənmiş, hansı əsasla bu nəticəyə gəlməsi barədə hər hansı açıqlama verməmişdir. Bununla da məhkəmə heç bir araşdırma aparmadan, bankın göstərdiyi dəlilləri qətnaməsində əks etdirməklə cavabdehlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsində cavabdehlərin iştirakları təmin edilməmiş, onların iştirakları olmadan işə baxılmışdır. Qanuni qüvvəyə minməmiş qətnaməyə və həmin qətnamə əsasında qanunazidd olaraq əldə edilmiş çıxarışa istinad etməklə iddianı təmin etmək tamamilə qanunsuzdur. Bununla da məhkəmə qətnaməsi ilə cavabdehlərin mülkiyyət və yaşayış sahəsindən istifadə hüquqları pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsini mübahisələndirmişlər. b ) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, mənzilin iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş hərracın nəticələrini cavabdehlər mübahisələndirmişdir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Yerganə Cəfərovanın iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə dair tərtib edilmiş 26 oktyabr 2018-ci il tarixli, 146 saylı Hərracın yekunları barədə protokol, 26 oktyabr 2018-ci il tarixli alğı-satqı müqavil əsi etibarsız hesab edilmiş, həmin mənzilə dair DƏDRX tərəfindən İddiaçı BOKT ASC adına verilmiş 23 aprel 2019-cu il tarixli çıxarış ləğv edilmişdir. Bu halda İddiaçı BOKT ASC-nin indiki iddianı irəli sürmək hüququ yoxdur.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qa nunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdud iyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxıla rkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
20. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
22. Belə ki, iddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.957,98 ABŞ dolları, faiz borcuna görə 1.837,85 ABŞ dolları olmaqla, cəmi 23.795.98 ABŞ dollarının tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bu qətnamənin icrası ilə əlaqədar yaşayış sahəsi açıq hərraca çıxarılmış və 26 oktyabr 2018-ci il tarixli, 146 saylı hərracın yekunları barədə protokol, 26 oktyabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında mənzil İddiaçı BOKT ASC tərəfindən alınmış, mənzilin üzərində İddiaçı BOKT ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23.04.2019-cu ildə qeydiyyata alınmışdır.
23. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə dair tərtib edilmiş 26 oktyabr 2018-ci il tarixli, 146 saylı Hərracın yekunları barədə Protokolun, 26 oktyabr 2018ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız he sab edilməsi, həmin mənzilə dair Reyestr Xidməti tərəfindən İddiaçı BOKT ASC adına verilmiş 23 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi, habelə “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə əsasında İddiaçı BOKT ASC tərəfindən borcun bağlanması məqsədilə köçürülmüş 60.562 manat pulun ona qaytarılması qət edilmişdir.
24. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.
25. Göründüyü kimi iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüququnun yaranmasına əsas olmuş faktlar artıq aradan qalxmışdır. Bu hal iddianın təmin olunmasını mümkünsüz edir. Lakin hərracın nəticələrinin ləğvi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsini istisna etmir. Bu baxımdan iddianın rədd olunmasına dair yeni qərar çıxarılması barədə kassatorun tələbi təmin oluna bilməz.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən halları nəzərə almalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
27. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-181/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.