Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5622/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit, girov və zaminlik müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katib liyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4496/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2015-ci il tarixli № 4-m-2-0-9-15 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, bank borcalan İddiaçı 36 ay müddətinə illik 18% dərəcəsi ilə 5480 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredit və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh İKB ASC Sumqayıt filialı ilə za min Hüseynova (Şamilova) Günel Vaqif qızı arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, Hüseynova (Şamilova) Günel Vaqif qızı 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Cavabdeh İKB ASC Sumqayıt filialı ilə zamin X6 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4m-2-0-9-15 saylı zaminlik müqaviləsindən görünür ki, X6 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında ba ğlanmış 07.01.2015-ci il tarixli 4-m2-0-9-15 saylı girov müqaviləsindən göründüyü kimi, 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklər girova qoyulan əmlakla təmin olunmuşdur. Belə ki, həmin müqaviləyə əsasən kreditin və ona hesablanmış faizlərin, dəbbə pulunun qaytarılmasının təminatı kimi girov qoyana (iddiaçıya) məxsus olan, 3100 manat məbləğində daşınar əmlak girov ilə yüklü edilmişdir. 10.04.2019-cu il tarixli problemli kreditlərin kompensasiyasına dair əsas məlumatlardan görünür ki, İddiaçı cəmi hesablanmış kompensasiya 3133,16 manat məbləğində müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-195/2019 saylı, 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X4 qarşı borcun t utulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 23.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1.089.57 ABŞ dolları faiz borcu və 14,14 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1.103,71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 01.08.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2015-ci ildə onunla Cavabdeh İKB ASC Sumqayıt filialı arasında bağlanmış № 4-m-2-0-9-15 saylı kredit, girov və zaminlik müqavilələrinin etibarsız hesab edilərək hesablanmış borc un ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh İKB ASC-nin Sumqayıt filialı arasında 23.09.2013-cü ildə 4-m-1-0-964-13 saylı kredit müqaviləsi bağlanmış, oğlu Həsənli Təbrizə avtomobil alınması üçün ona 7500 ABŞ dolları kredit verilmişdir. 31.07.2018-ci ildə Cavabdeh İKB ASC Abşeron rayon Məhkəməsində iddia qaldıraraq ondan və oğlu Həsənli Təbrizdən müştərək qaydada Cavabdeh İKB ASC-nin xeyrinə 23.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə 1089,57 ABŞ dolları faiz borcu və 14,14 ABŞ dolları cərimə borcu olmaqla cəmi 1103,71 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsi ilə məndən 1089,57 ABŞ dolları faiz borcu və 14,14 ABŞ dolları cərimə, cəmi 1103,71 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmasını qət edilmişdir. O, Abşeron Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsində araşdırma aparılarkən aydın olmuşdur ki, 07.01.2015-ci ildə onunla Cavabdeh İKB ASC-nin Sumqayıt filialı arasında 4-m-2-0-9-15 saylı kredit müqaviləsi, girov müqaviləsi və X5 və X6 ilə zaminlik müqavilələri imzalanmış, bankdan 5480 ABŞ dolları kredit götürmüş, 1673 ABŞ dolları faizlə birlikdə 7117 ABŞ dolları kredit borcu yaranmışdır. Ancaq nədənsə cavabdeh onu 31.07.2018-ci ildə məhkəməyə verərkən ikinci müqavilə haqqında, yəni saxta müqavilənin olması barədə susmuş, yalnız ondan 1103,71 ABŞ dolları və faizini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentini n 28.02.2019-cu il tarixli 551 saylı fərmanına uyğun olaraq maliyyə bazarlarına nəzarət palatası tərəfindən yaradılan elektron portalında problemli kreditlərin kompensasiyası ona aid hissədə manat ekvivalentində 6936 manat hesablanmış, 3803 manat azaldılmış, 3133 manat qalıq borcunu 5 il müddətinə ödəməlidir, yəni götürmədiyi kreditə görə cavabdehin verdiyi düzgün olmayan məlumata əsasən borclu qalmışdır. Cavabdeh İKB ASC-nin Sumqayıt filialına 23.06.2019-cu ildə ərizə ilə müraciət edərək 07.01.2015ci il tarixində bağlanan kredit müqaviləsini və ona əlavə edilmiş sənədlərin ksero surətlərini almışdır. Həmin sənədlərdən açıq-aydın görünür ki, kredit, girov və zaminlik müqavilələri filialın öz işçiləri tərəfindən, imzalar saxtalaşdırılmaqla tərtib edilmiş və imzalanmışdır. O, həmin müqavilən i görməmiş, müqaviləni imzalamamış, bankdan 1 sent də olsun pul götürməmişdir. Zaminləri tanımır, onlarla heç bir əlaqə və münasibəti yoxdur, onlar da bu saxtakarlıqdan xəbərsizdirlər. Bundan başqa girov müqaviləsi ilə, nə daşınar nə də daşınmaz əmlakını girov qoymamışdır. Ümumiyyətlə cavabdehin Sumqayıt filialının keçmiş rəhbərliyinə qarşı AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmış, istintaq gedir. Cavabdeh İKB ASCnin Sumqayıt filialının onunla bağladığı 07.01.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-340 maddələrinin tələblərinə ziddir və yuxarıda göstərdiyi səbəblərdən etibarsız sayılmalıdır. İşə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş (iddiaçı tərəfdən ) Hüseynova (Şamilova) Günel Vaqif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı kredit müqaviləsindən görünür ki, bank borcalan İddiaçı 36 ay müddətinə illik 18% dərəcəsi ilə 5480 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.01.2015-ci il tarixli, 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsinə əsasən guya o, cavabdeh qarşısında İddiaçı öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin o, iddiaçını ümumiyyətlə tanımır, 07.01.2015- ci il tarixli zaminlik müqaviləsinin tərtibatında iştirak etməyib. Zaminlik müqaviləsi onun tərəfindən imzalanmamış, və beləliklə də o, həmin müqavilə əsasında yaranmış öhdəliklər üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il tarixli 29109 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 68-ci vərəqəsində olan "xxxx" İKB ASC-nin Sumqayıt filialı ilə X1 arasında bağlanmış 7 yanvar 2015-ci il tarixli 4-M-2-Q-9-15 nömrəli zaminlik müqaviləsinin “Zamin” qrafasında “X8 Qizi” yazıların aşağı hissəsində yerləşən imza – Şamilova (Hüseynova) Günel Vaqif qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2020-ci il tarixli 4/277 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 65-ci vərəqəsində "xxxx" İKB ASC və İddiaçı adlarında olan 7 yanvar 2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsində 2 ədəd “Borcalan” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva)2(006)-508/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı kredit müqaviləsinin və onun əsasında bağlanmış 07.01.2015-ci il tarixli 4-M-20-9-15 saylı zaminlik və girov müqavilələrinin etibarsız hesab olunması və həmin müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi, iddiaçı tərəfindən 10 manat məbləğində ödənilmiş döv lət rüsumunun cavabdeh YeloBank" ASC-dən tutularaq İddiaçı ödənilməsi, Hüseynova (Şamilova) Günel Vaqif qızının tərəf olduğu 07.01.2015-ci il tarixli 4-M-2-0-9-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı) Hüseynova (Şamilova) Günel Vaqif qızı tərəfindən 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh YeloBank" ASC-dən tutularaq Hüseynova (Şamilova) Günel Vaqif qızına ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 293 manat məbləğində pulun cavabdeh “YeloBank" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 337.1, 337.4 və 324.5-ci maddələrinə əsaslanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il tarixli 29109 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.07.2020-ci il tarixli 4/277 nömrəli ekspert rəylərini nəzərə alaraq qeyd etmişdir ki, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynova (Şamilova) Günel Vaqif qızı kredit, zaminlik və girov müqavilələrini imzalamadıqları, həmin müqavilələrin bağlanmasında onların həqiqi iradə ifadələri olmadığı müəyyən edildiyindən, müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, iradə və iradə ifadəsinin müvafiqliyi müqavilənin etibarlı hesab edilməsi üçün əsas şərtlərdəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.3-c ü maddəsinə əsasən məhkəmə ekspert rəyi ilə 7 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsinin “Zamin” qrafasında “X7i” yazıların aşağı hissəsində yerləşən imzanın mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynova (Şamilova) Günel Vaqif qızı tərəfindən icra edilmədiyinin müəyyən edilməsindən əlavə, həmçinin yuxarıda qeyd edilən maddənin mənasına uyğun olaraq əsas müqavilə olan Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2015-ci il tarixli etibarsızlığı onun təminatı kimi bağlanmış Cavabdeh İKB ASC Sumqayıt filialı ilə zamin Hüseynova (Şamilova) Günel Vaqif qızı arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı zaminlik müqaviləsi, Cavabdeh İKB ASC Sumqayıt filialı ilə zamin X6 arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-20 -9-15 saylı zaminlik müqaviləsi, Cavabdeh İKB ASC Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 07.01.2015-ci il tarixli 4-m-2-0-9-15 saylı girov müqaviləsinin etibarsız olması qənaətinə gəlir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbləri təmin edildiyindən, ödənilmiş dövlət rüsumları "xxxx" ASC-dən tutularaq İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızına, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 293 manat məbləğində pul "xxxx" ASCdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni ləğv edib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızının məhkəmə baxışı zamanı verdiyi i zahatların inandırıcı olduğunu qeyd etməsinə baxmayaraq, əslində işin materiallarındakı digər izahatlar və sənədlərə əsasən, əksinə olaraq, onların məhkəmədə dedikləri inandırıcı görünmür. Belə ki, İddiaçı özünün verdiyi izahatdan göründüyü kimi, o, 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasında "xxxx" ASC-dən kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə də məhkəmə mübahisəsi olan zaman İddiaçı iddia etmişdir ki, 2013-cü il tarixli kredit müqaviləsini imzalamışdır. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, 23 sentyabr 2013-cü il tarixli kredit müqaviləsi İddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi hər iki kredit müqaviləsində olan imzalar İddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu da, öz növbəsində İddiaçı məhkəmə iclasında dedi klərinin yalan olmasını göstərir. Digər tərəfdən, kredit rəsmiləşdirildikdən sonra, İddiaçı müqavilə üzrə öhdəlikləri qəbul etmiş, kredit müqaviləsinin, o cümlədən etibarsızlığını vaxtında mübahisələndirməmiş, əksinə, öhdəlikləri qismən də olsa icra edərək ödənişlər aparmışdır. Sonradan isə bank tərəfindən kredit müqavilələri üzrə məhkəməyə müraciət edildiyini görən S.Həsənova məhkəməyə müraciət edərək, müqavilələrin etibarsız olmasını iddia etmişdir. Bütün bu qeyd olunanlar isə, Məhkəmə Ekspertizası Mərkəzinin 09.01.2020-ci il və 01.07.2020-ci il tarixli ekspert rəylərini şübhə altına almaq üçün xeyli əsaslar verir. Bu səbəbdən ekspert rəyləri inandırıcı deyil və bununla bağlı təkrar ekspertiza təyin olunmalıdır. Bundan başqa, İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdılar. Belə ki, kredit və zaminlik müqaviləsi 07 yanvar 2015-ci il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə gecikmələr yarandığından 06 oktyabr 2017-ci il tarixdə Abşeron rayon məhkəməsinə kredit borcunun tutulması tələbi barədə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin məhkəmə mübahisəsi barədə cavabdeh olan İddiaçı və Hüseynova (Şamilova) Günel Vaqif qızının məlumatı olmuşdur. Bu da onunla öz təsdiqini tapır ki, məhkəmə bildirişləri və tərəfimizdən cavabdehlərə xəbərdarlıq göndərilmişdir. Odur ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynova (Şamilova) Günel Vaqif qızı 2015-ci il tarixdən aparılmış bütün hərəkət və hərəkətsizlikdən məlumatları olmuş, lakin kredit və zaminlik müqaviləsini n etibarsız hesab edilməsi və digər tələbləri ilə bağlı iddia tələbi ilə bağlı məhkəməyə vaxtında müraciət etməmişdilər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 05 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə aid edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində cavabdeh təkrar ekspertiza keçirilməsini xahiş etsə d ə, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir lakin hazırkı iş üzrə verilmiş rəylərdə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisələndirdikləri müqavilələrin saxtalaşdırılmış olduğu iş üzrə verilmiş ekspert rəyləri ilə təsdiq edilmişdir. Onların irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət mövcud deyildir. Apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə münasibətd ə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377, 354, 347.1-ci maddələrinə əsasən qeyd edilmişdir ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Mübahisələndirilən müqavilələr 07.01.2015-ci il tarixdə bağlansa da, iddiaçılar sözügedən müqavilələrdən bank onlara qarşı 31.07.2018-ci il tarixdə məhkəməyə müraciət etdikdən sonra xəbər tutduqlarını irəli sürmüşlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz hüquqlarının pozulduğunu mübahisələndirilən müqavilənin bağlandığı tarixdə bilmiş olduqları qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Əksinə, onların öz hüquq larının pozulduğunu məhz bankın Abşeron Rayon Məhkəməsində qaldırdığı iddia tələbindən sonra bildikləri qənaətinə gəlmək daha ağlabatandır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassas iya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmi ş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində q ətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, kassasiya şikayəti isə təmi n edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4496/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5622/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5622/2021
22.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver