Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5626/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5626/21 (Açar sözlər: əqdin etibarsızlığı) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi X2 Cavabdehin vəkili a2nun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlаkın ipotekadan azad edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4713/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.07.2011-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 6% olmaqla, 60 ay müddətinə 15.07.2016-cı il tarixədək, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 (üç yüz min) manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 03.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik faiz dərəcəsi 6% olmaqla, 48 ay müddətinə 15.07.2016-cı il tarixədək, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) manat məbləğində kred it verilmişdir.
3. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanındakı əmlak Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Elə həmin gün İddiaçı “TAC” Kredit İttifaqından 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 16.12.2014-cü il tarixli, 21608-SKMF-İMN/6 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın ipoteka yüklülüyünə xitam verilməsi, RX seriyalı ******* saylı yüklülük çıxarışının ləğv edilməsi və həmin əmlakın ipotekadan azad olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdi r.
5. Tələb onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsi qanunvericiliyin imperativ normalarına uyğun olaraq tərtib edilməmiş və bağlanılmamışdır. İpoteka predmeti olan əmlak isə hər iki kredit müqaviləsi üzrə öhdəliklərin təminatı ola bilməz. Ona görə də, ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyünə xitam verilməli və əmlak ipotekadan azad olunmalıdır.
6. Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(004)-1252/2021 nömrəli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia rədd edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, 17.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməs i” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən Cavabdeh ASC-nin xeyrinə 18.07.2011ci il tarixli, 107-21608/SKMF-01 saylı kredit müqaviləsinin müddəti bitdiyi tarixə cəmi 149.157,99 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərinin, ümumilikdə 149.247,99 manatın və 03.08.2012-ci il tarixli 10721608/SKMF-01/1 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixə cəmi 89.633,08 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin, ümumilikdə 89.723,08 manatın tutulması, tələbin 16.12.2014-cü il tarixli, 21608SKMF-İMN/6 nömrəli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 116,9 kv.m olan mənzilə yönəldilməsi, mənzilin hərracda ilkin satı ş qiymətinin 240.000 manat müəyyənləşdirilərək satılması, satışdan əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, əldə edilən vəsait borcun tam ödənilməsinə yetərli olmadıqda, qalıq borcun "xxxx" MMC-dən Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzilin boşaldılması qət edilmişdir.
8. İddiaçı aX1 Rayon Məhkəməsinin 2(049)-122/2019 saylı, 17.01.2019-cu il tarixli qətnaməsinin surətini 21.01.2020-ci il tarixdə rəsmi qaydada qəbzə imza etməklə aldığını bildirmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığını iddia etdiyi ipoteka müqaviləsinin etibarsızlığını bu barədə 21.01.2020 -ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə - 16.12.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının ipoteka müqaviləsinə dair tələblərin pozulması ilə bağlı mülahizələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçının həmin ipoteka müqaviləsinin Cavabdeh ASC ilə bağlanması barədə həmin müqavilənin bağlandığı an məlumatı olmuşdur. Bununla da, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 il iddia müddətini buraxmışdır.
11. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 347, 354, 375.2-ci maddələrinə istinad etmişdir.
12. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasi ya Məhkəməsinin (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 21.05.2021-ci il tarixli, 2(103)-4713/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(004)-1252/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsindən ibarət gəldiyi nəticə ilə razılaşmış, qətnaməni qanuni və əsaslı hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdehin vəkili a2 kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitər əfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Maddə. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
22. Maddə. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
23. Maddə. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfind ən mübahisələndirilə bilər.
26. Maddə. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:
27. Maddə. 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;
28. Maddə. 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;
29. Maddə. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
30. Maddə. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan b ir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
35. Aşağı instansiya məhkəmələri haqqlı olaraq hesab etmişdir ki, tərəflər arasında sərbəst iradə ifadəsinə uyğun olaraq ipoteka müqaviləsi bağlanmış, bu zaman müqavilənin bağlanması şərtlərinə riayçət edilmişdir. Həmin ipoteka müqaviləsinin qanuniliyi digər işdə yoxlanaraq (kreditin tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi işində) kredit borcunun ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılması hesabına ödənilməsi barədə məhkəmə qərarları çıxarılmışdır ki, həmin qərarlar qan uni qüvvəsini almışdır.
36. Hazırkı iddianın irəli sürülməsində məqsəd qeyd olunan öhdəliyin ipoteka hesabına təmin olunmasının qarşısının alınmasıdır.
37. İşə baxan apelyasiya məhkəməsi ipoteka müqaviləsinin etibarsızlığına dəlalət edən hallar aşkar etməmişdir. İddiaçı özü də bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir.
38. Kollegiya qeyd edir ki, mülkiyyətçinin öz əmlakını ipoteka ilə yüklü edərkən hansı üstünlüklər əldə etmək məqsədi güdməsini müqavilə bağlanarkən araşdırmağa zərurət olmamışdır. Mülkiyətçi özü sərbəst iradə ifadə edərək 3-cü şəxsin kredit öhdəliklərinin təminatı kimi əmlakını ipoteka ilə yüklü etmişdir. Bunun əvəzində onunla başqa kredit müqaviləsi bağlanırsa, ona 100.000 manat kredit verilirsə, yenə də bu hal aldatma və yaxud yanılma deyil. Əslində ipoteka qoyan ə mlakını ipoteka qoymaqla özünün etiraf etdiyi kimi özü üçün müəyyən üstünlük əldə etmişdir, kredit vəsaiti götürmüşdür. Onun təminat verdiyi borclunun öhdəliyi icra etməməsi həmin ipotekanın etibarsızlığı demək deyil.
39. Əqdin etibarsızlığı şərtləri əqd bağlanarkən (həmin anda) mövcud olmalıdır. Hazırkı ipoteka bağlanarkən nə aldatma və nədə yanılma mövcud olmamışdır. İptoekanın təminatı olan öhdəliklər müəyyən səbəblərdən yerinə yetirilməmişdirsə, bu müqavilənin bağlanmasından sonra baş vermiş hallarla bağlı olmuşdur.
40. Kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4713/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Ha