Məhkəmə qərarları › İş №2(102)-5626/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5626/2022

04.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5626/2022 04.10.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10157/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərardadından İddiaçı (Vəkil tərəfindən tərtib edilmiş) kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı (vəkili Vəkil) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)10157/2021 nömrəli, 24 avqust 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və buraxılmış prosessual müddət in bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, iş materiallarından görünür ki, kassasiya şikayəti verilən qərardad iddiaçının vəkili Vəkil elektron kabinetinə xx.xx.2022 tarixində yüklənmişdir (səh.26). Kassasiya şikayəti isə elektron məhkəmə sisteminə xx.xx.2022 tarixində yüklənmiş və imzalanmışdır. Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iş tirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göründüdüyü kimi, iddiaçı 10 günlük müddəti ötürmüş, müddətin bərpası ilə bağlı ərizə də verməmişdir. Apellyasiya instansiyası da iddiaçı müddəti ötürməsinə diqqət yetirməmişdir. Nəticədə kassasiya şikayəti həm də prosessual müddət ötürülməklə kassasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qayta rılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı (Vəkil) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10157/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar