Məhkəmə qərarları › İş №2(102)-5628/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5628/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5628/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Unileasing Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(107)967/2021 saylı qətnaməsindən İddiaçı Lizinq Şirkəti QSC-nin hüq uqi varisi “Direkt Kredi“ MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti (yeni adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2010-cu il tarixli, 1249/1030-08/2010 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən ümumi dəyəri 64.000 ABŞ dolları olan 2007-ci il buraxılışlı, **-AV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz ML350” markalı minik avtomobili sonuncunun müvəqqəti istifadəsinə verilmiş, cavabdeh 64.000 ABŞ dolları məbləğində borcu ödəniş qrafikinə uyğun olaraq illik 24%-lə 60 ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı ilə Cavabdeh2 arasında bağl anmış eyni tarixli zaminlik müqaviləsinə əsasən, zamin yuxarıda qeyd olunan daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə birgə məsuliyyəti üzərinə götürmüşdür. 3.Lizinq müqaviləsi üzrə sonuncu ödəniş 24.11.2010-cu il tarixdə həyata keçirilmiş, 10.03.2011-ci il tarixdə lizinq obyekti könüllü olaraq iddiaçıya qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyan üzrə 1869 ABŞ dolları əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq idd iaçıya ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərini pozaraq, ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazmi qaydada icra etməmiş, nəticədə tələb olunan məbləğdə borc yaranmışdır.

6. Ağsu Rayon Məhkəməsinin 2(016)-163/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.İsmayılov) iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmişlər.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 7472, 748-1.5, 472.2, 472.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1314/2020 saylı, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaql a 1869 ABŞ məbləğində əsas məbləğdən gecikmə, 4156 ABŞ dolları məbləğində faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, iddianın zamin Cavabdeh2 münasibətdə təmin olunmaması qət edilmişdir. 11.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi pozmuş, öhdəliyi müəyyən edilmiş müddətlərdə icra etməmiş və bu barədə müvafiq qaydada xəbərdarlıq olunmasına baxmayaraq öhdəliyi yenə də icra etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia zaminə aid hissədə təmin edilə bilməz. Belə ki, müqavilə üzrə kredit 60 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi 25 avqust 2015-ci ildən bir il keçənədək, yəni 25 avqust 2016-cı ilədək məhkəmədə iddia qaldıra bilərdi.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 477.0.4, 747.1, 747-2, 748-1.5-ci, MPM-in 9.1,9.3, 217, 218-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.02.2021-ci il tarixli, 2(102)-960/2021 saylı qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və V.T.Həsənov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsinin mübahsələndirilən hissədə - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alın mışdır. 14.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən həmin öhdəlik yalnız manatla ifadə oluna bilər.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin, habelə ödəniş cədvəlinin ABŞ dolları ilə bağlı müddəaları qanuna zidd olduğu üçün özü-özlüyündə etibarsız şərtlərdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, baxılan iş üzrə lizinq obyektinin könüllü şəkildə iddiaçıya 10.03.2011-ci il tarixdə qaytarıldığı işin mübahisəsiz halıdır. İddiaçının tələb etdiyi həm əsas, həm də faiz məbləği həmin tarixədək he sablanmış müqavilə öhdəliyindən ibarətdir. Başqa sözlə hazırkı mübahisə üzrə qeyd olunan tarixdən iddiaçının qalıq lizinq ödənişlərini cavabdehdən tələb etmək hüququ yaranmış və iddiaçı qalıq məbləğin ödənilməməsi üzrə hüquqlarının pozulduğunu bilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(107)967/2021 saylı qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və G.Q.Abbasov) cavabdeh“ Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(016)-163/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddiaçı Unileasing Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2“ qarşı daxili mal iyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəmiş ziyanın ödənilməsi iddiasının rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, lizinq obyekti könüllü şəkildə iddiaçıya 10.03.2011-ci il tarixdə qaytarılmış və bu hazırkı işin mübahisəsiz halıdır. İddiaçının tələb etdiyi həm əsas, həm də faiz məbləği həmin tarixədək hesablanmış müqavilə öhdəliyindən ibarətdir. Başqa sözlə hazırkı mübahisə üzrə qeyd olunan tarixdən iddiaçının qalıq lizinq ödənişlərini cavabdehdən tələb etmək hüququ yaranmış və iddiaçı qalıq məbləğin ödənilməməsi üzrə hüquqlarının pozulduğunu bilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hazırkı mülki iş üzrə əlavə araşdırma aparmağa zərurət görməmiş və qeyd etmişdir ki, iqtibas edilmiş mülki qanunvericil iyin tələbinə görə vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Nəzərə alsaq ki, lizinq obyekti könüllü şəkildə cavabdeh tərəfindən iddiaçıya 10.03.2011-ci il tarixdə qaytarılmış, iddiaçı isə 24 oktyabr 2017-ci ildə iddia hüququndan istifadə etməklə həmin iddialar üçün müəyyən edilmiş müddəti ötürmüş, həmçinin öz növbəsində cavabdeh də müddətin ötürülməsinin nəzərə alanmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı Unileasing Lizinq Şirkəti QSC-nin hüquqi varisi “Direkt Kredi“ MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışında görə cavabdehlər müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və nəticədə cavabdehlərin lizinq obyektləri 10.03.2011-ci il tarixdə geri qaytarılan zaman öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 1.869 ABŞ dolları əsas məbləğdən gecikmə və 4.156 ABŞ dolları faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən də göründüyü kimi, lizinq verən tərəfindən lizinq obyekti lizinq alan Cavabdeh1 istifadəsinə müəyyənləşdirilmiş haqq müqabilində verilmişdir. Başqa sözlə desək, avtomobildən istifadə etməyə görə lizinq alan lizinq verənə haqq ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alan isə lizinq obyektinin qaytarılmasına kimi öhdəlikləri lazımınca yerinə yetirməmiş və cavabdehin lizinq verən qarşısında öhdəliyi yaranmışdır. Lakin Qanunun göstərilən müddəasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi lizinq predmetinin geri qaytarılması ilə tərəfər arasında mövcud olmuş münasibəti kirayə müqaviləsi üzrə münasibətlərə bərabər tutaraq səhvə yol vermişdir. Şəki Ayellyasiya Məhkəməsi tərəflərindən təqdim edilmiş apellyasiya şikayətinə və iş materiallarında olan yazılı sübutlara baxmayaraq hazırki iş üzrə faktik və hüquqi məsələləri tam, hərtərəfli araşdırmamış, işdə olan sübutlara hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Cavabdeh1 məhkəmə i clasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və təl əblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər. Maddə

552. Öhdəliklərin xitamı üçün müddətin axımının başlanması 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1. 12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin lizinq predmetinin geri qaytarılması ilə tərəflər arasında mövcud olmuş münasibəti kirayə müqaviləsi üzrə münasibətlərə bərabər tutaraq səhvə yol verməsi dəlilinə münasibətdə qeyd edir ki, əvvəla Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə görə oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).

29. Bundan başqa, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551.2-ci maddəsində 5 il keçdikdən sonra xitam verilən öhdəlik növləri sadalanıb konkret olaraq kirayə haqqı, icarə haqqı və kapital üçün faizlər qe yd olunub. Lakin həmin normanın əhatə dairəsi yalnız bu müqavilə öhdəlikləri ilə bitmir. Həmin öhdəliklərə eyni zamanda “digər vaxtaşırı ödənişlər haqqında tələblər” də aiddir. Bu cür tələblərə lizinq üzrə ödənişlərin aid olması istisna olunmur.

30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(107)967/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar