Məhkəmə qərarları › İş №2(102)-5630/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5630/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5630/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İd diaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4332/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.1992-ci il təvəllüdlü X2 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.1997-ci il tarixdə pozulmuşdur.

2. İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə Bakı şəhəri, 5-ci Qaraş əhər küçəsindəki 3 nömrəli evin, 21 saylı mənzili iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 7000 manat kompensasiya verilməklə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov (keçmiş 5-ci Çernoqorodskaya və ya H.Tağızadə) küçəsi 3 saylı evin, 21 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, tərəflər evlənən dən sonra bir müddət iddiaçının valideynlərinə məxsus Bakı şəhəri, Azadlıq prospekti, 116 nömrəli evin 76 nömrəli mənzilində yaşamışlar. Sonra valideynləri iddiaçıya mübahisəli mənzili almışlar və 1992-ci ilin noyabr ayından həmin mənzildə yaşamışlar. Lakin xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində 1996-cı ildən Cavabdeh1 ayrı yaşamış, elə həmin ərəfələrdə əmək fəaliyyəti ilə bağlı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində gedərək 2002-ci ilədək orada yaşamış və 2002-ci ildə yenə Bakı şəhərinə qayıtmışdır. Mübahisəli mənzildə keçmiş həyat yoldaşı və uşaqları yaşamış, sonradan Cavabdeh1 əmək fəaliyyəti ilə bağlı Səudiyyə Ərəbistana köçmüş və orada yaşayıb işləmişdir. İddiaçı isə iş üzrə digər Cavabdeh2 ilə mənzildə yaşamışdır. Lakin sonradan Cavabdeh2 onunla mübahisə edərək mənzild ən köçüb getmiş və nənəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsi, 2 saylı evin, 7 saylı mənzilində yaşayır. Cavabdeh1 söhbət əsnasında deyəndən sonra iddiaçı bilmişdir ki, mülkiyyətində olan mənzil Xətai Rayon Məhkəməsini xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmiş, tərəfindən verilən şikayət əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020 il tarixli, 2(011)-708/04 saylı qərardadı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2(011)-708/04 saylı qiyabi qətnaməsi ləğv edilmiş və onun mübahisəli mənzilə mülkiyyət hüquqları bərpa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 2(011)-282/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ona və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınm az Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair" iddiası qismən təmin edilərək, Cavabdeh1 və müstəqil tələb irəli sürən Cavabdeh2 mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmədə mübahisə gedən zaman mənzildə iddiaçı tək yaşamışdır. 29 iyun 2021-ci il tarixdə iş üzrə cavabdehlər yaşadığı mənzilə gələrək iddiaçı ilə mübahisə edib səs-küy qaldırara onu və ətrafda yaşayan qonşuları narahat etmişlər. Cavabdehlərlə mübahisəli mənzildə birlikdə yaşamaları qeyri-mümkündür. Cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək niyyətində olmadıqları açıq -aşkar sübut edilir. Cavabdehlər öz təşəbbüsləri ilə iddiaçıya məxsus mənzili tərk edib getmişlər və onun mülkiyyətində olan yaşayış sahəsinə onların ehtiyacları yoxdur. Hazırda cavabdehlərin qeydiyyatda qalmaqda yeganə məqsədləri mülkiyyətində olan daşınmaz əmlak barəsində sərbəst şəkildə sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır.

5. Cavabdeh1 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı 2 otaqlı mənzilin cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə həmin mənzilə bərabər paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh1 iddiası belə əsaslandırılıb ki, xx.xx.1992-ci il tarixli 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyatdan keç miş mənzili aldıqdan sonra ailə üzvləri ilə birlikdə həmin mənzilə qeydiyyata düşməklə köçüb yaşamağa başlamışlar. Həmin dövrdə İddiaçı respublikada qeyri-leqal dərc edilən "Çeşmə" adlı siyasi-tənqidi qəzetində fəaliyyət göstərən 5 jurnalistdən biri olmuşdur. 1994-cü ildə həmin qəzetin jurnalistləri DTX-nın əməkdaşları tərəfindən həbs edilmiş, cavabdeh həmkarlarının həbs edildiyi barədə məlumatı alan kimi qeyri-leqal yollarla respublikadan Sankt-Peterburq şəhərinə qaçaraq orda gizlənmiş, onun barəsində axtarış elan edilmiş, hətta mənzildə axtarış aparılmışdır. O dövrdə iddiaçı dəfələrlə Rusiyadan onunla telefon əlaqəsi saxlayaraq ondan təcili boşanmağını, adına olan yaşadıqları mənzilin onun adından çıxardaraq öz adına rəsmiləşdirməyi tələb etmişdir. İddiaçı təkidi ilə 1997-ci ildə araları nda bağlanmış nikah məhkəmə qətnaməsi ilə ləğv etdirdikdən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli, 2-708-/04 saylı qiyabi qətnaməsi ilə Mənzilə dair İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək onun adına xx.xx.2004-cü il tarixli, 8144 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məlum hadisələrdən bir müddət sonra onun həmkarları ölkə Prezidenti tərəfindən əfv edilsə də, İddiaçı təxminən 10 il sonra respublikaya qayıtmış, lakin qayıdan gündən o valideynlərinə məxsus evdə yaşamış, mənzil isə onun və iki övladının istifadəsində qalmışdır. Hazırda iki ildir ki, o, xarici ölkədə müddətli müqavilə əsasında həkim olaraq işləyir, mübahisə edilən mənzil isə qızı Cavabdeh2 istifadəsində qalmışdır. Bu hal iddiaçıya məlum olan kimi o, 2020-ci ildə qı zının evdə olmadığı vaxt mənzilə girmiş və onları mənzilə buraxmamışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

8. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmiş, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddiası təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Qaraşəhər küçəsi, 3 saylı evin, 21 saylı mənzilin Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə, həmin mənzilə dair ½ hissədə Cavabdeh1, digər ½ hissədə İddiaçı payları müəyyən edilmişdir.

9. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, hesab etmişdir ki, iddiaçının Cavabdeh1 “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbi ilə Cavabdeh1 iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsinə dair” tələbi, həmin tərəflərə münasibətdə birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı olduğundan, həmin iddia tələblərinə birlikdə qiymət verilməlidir.

10. Məhkəmə tərəflərin nikah münasibətlərinin 1991-ci il tarixdə, mənzilin isə 1992-ci il tarixdə əldə edildiyini nəzərə alaraq, hesab etmişdir ki, mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilib-edilməməsi ilə bağlı mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

11. Məhkəmə bildirmişdir ki, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin müddəaları əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab olunması üçün üç şərt müəyyən etmişdir. 1) tərəflərin birgə nikahda olmaları, 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ərarvadın hər hansı birinin qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərdən birinin mövcud olmaması əmlakın birgə mülkiyyət hesab olunması hüquqi əsasını aradan qaldırmış olur. İddiaçı ilə Cavabdeh1 xx.xx.1991-ci il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas). İkinci hüquqi əsasın, yəni mənzilin iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə əldə edilməsi də iş materialları əsasında müəyyən olunur. Belə ki, iddiaçı bu faktı dolayısı ilə iddia ərizəsində etiraf edərək qeyd etmişdir ki, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra valideynləri ona mübahisəli mənzili almış (halbuki iddiaçı mənzilin valideynləri tərəfindən alınmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir) və 1992-ci ilin noyabr ayından onlar həmin mənzildə yaşamağa başlamışlar. Bundan başqa, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Bakı şəhər 26-cı Dövlət Notariat Kontorunda xx.xx.1992-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 tərəfindən İddiaçı satılmış və sonuncunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməklə, bu barədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.19 92-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, ikinci hüquqi əsasın mövcudluğu iş materialları əsasında tam sübuta yetirilmişdir. Mənzilin iddiaçının və ya Cavabdeh1 birgə qazancı hesabına əldə edilməsi ilə bağlı üçüncü hüquqi əsasa gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı mənzilin onun valideynləri tərəfindən alınmasını bildirsə də, bu faktı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, əvvəldə də göstərildiyi kimi, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mənzili alğı-satqı müqaviləsi ilə əldə etmişdir. Bu halda məhkəmə hesab edir ki, mənzil iddiaçının, yaxud Cavabdeh1 hər hansı birinin qazancı (gəliri) hesabına əldə olunmuş əmlak kimi onların birgə əmlakı hesab edilməlidir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, mənzil iddiaçı ilə Cavabdeh1 birgə əmlakı olduğundan, birgə nikah müddətində əldə edilmiş həmin əmlakın isə bölünməsinə dair onlar arasında hər hansı razılaşma olmadığından, habelə əmlakın qeyri-bərabər bölünməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından mənzilə dair İddiaçı ilə Cavabdeh1 hər birinin mülkiyyəti (payı) bərabər hesab edilməlidir.

13. Beləliklə, məhkəmə işin hallarını və qanunvericiliyin qeyd edilən müddəasının tələbini nəzərə alaraq hesab etmişdir ki, Mənzilə dair mülkiyyət hüququ bərabər olmaqla, ½ hissədə İddiaçı (iddiaçının), ½ hissədə isə Cavabdeh1 payları müəyyən edilməlidir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənzil Cavabdeh1 ilə İddiaçı birgə əmlakı hesab olunduğundan və onlar mənzil üzərində bərabər paylara malik olmaqla əmlakın birgə mülkiyyətçiləri olduğundan, İddi açı kompensasiya ödənilməklə Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz.

15. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iddia müddətinin tətbiq edilməklə mənzilə dair payların müəyyən edilməsi barədə Cavabdeh1 iddiasının rədd edilməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iş materialları əsasında müəyyən edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2-708/04 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə iddia tələbi təmin edilərək, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin mənzilə dair xx.xx.1992-ci il tarix də İddiaçı adına verilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək qeydiyyat vəsiqəsinin Cavabdeh1 adına verilməsi qət edilmiş və sözügedən qətnamə əsasında mənzilə dair Cavabdeh1 adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir.

16. Daha sonra, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair 2(011)-4234/2020 saylı mülki iş üzrə icraata xitam verilmiş və nəticə etibarı ilə mənzilə dair iddiaçının mülkiyyət hüququ yenidən bərpa e dilmişdir.

17. Məhkəmə bildirmişdir ki, göründüyü kimi mənzil xx.xx.2004-cü il tarixdən Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qəbul edilənədək Cavabdeh1 mülkiyyətində olmuş, mənzillə bağlı mübahisə isə 2020-ci il tarixdə yaranmış, cavabdeh hüququnun pozulduğunu həmin vaxt bilmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, ər-arvad arasında əmlak mübahisəsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti keçməmişdir və həmin əsasla iddianın rədd edilməsi barədə iddiaçının vəkili və nümayəndəsinin dəlili əsassızdır.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi indiki halda təmin edilə bilməz.

19. Məhkəmə qeyd etmişdir ki, hazırda mənzil iddiaçı ilə Cavab deh1 arasında mübahisə predmetidir və məhkəmənin qənaətinə görə onların hər birinin payları ½ hissədə olmaqla bərabər bölünməlidir. Bu halda, iddiaçı mənzildən tam olaraq Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz, belə ki, indiki halda iddiaçı mənzilin yalnız ½ hissəsinin mülkiyyətçisidir. Mənzilin digər ½ hissədə payı isə, məhkəmənin qənaətinə görə, Cavabdeh1 məxsusdur. İddiaçı isə əmlaka dair yalnız ½ hissədə paya malik olduğu halda, digər ½ paya malik olan Cavabdeh1 də əvəzinə mənzildən bütünlüklə kompensasiya verilməklə Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 8-ci maddəsinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 78-ci maddəsinə, Mülki Məcəllənin 215-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız olaraq təmin etməmişdir. Həm köhnə, həm də yeni qanunvericilikdə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələblərə 3 illik iddia müddəti tətbiq olunur. Tərəflə rin nikahı 04 aprel 1997-ci il tarixdə pozulmuşdur və həmin vaxtdan 3 il ərzində Cavabdeh1 əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etməli idi. Lakin cavabdeh bu tələbə riayət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. İddia müddəti 1997-ci il tarixdən hesablanır. Belə ki, cavabdeh rəsmi qaydada, həmçinin faktiki qaydada 1997-ci il tarixdən iddiaçıdan ayrılmışdır. Bununla da cavabdeh tərəfindən iddia müddəti ötürülmüşdür. Həmçinin məhkəmədə mübahisə gedən zaman Cavabdeh1 xarici ölkədə yaşadığından onun hüquqlarını nümayəndəsi təmsil etmiş, digər Cavabdeh2 könüllü olaraq mübahisəli mənzili tərk etmişdir və o nənəsinə məxsus ünvan 1 ünvanında yaşamış və mübahisəli mənzildə tək yaşayır. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiası nda kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə vəsatət vermələrinə baxmayaraq, vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kompensasiya məbləğini müəyyən etməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4332/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilməd ən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahda olduqları müddətdə xx.xx.1992-ci il tarixdə mübahisəli mənzili əldə etmişlər. İddiaçı mənzilin valideynləri tərəfindən alındığını bildirsə də, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər 1992-ci ilin noyabr ayından həmin mənzildə yaşamağa başlamışlar. Əksinə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mənzili alğı-satqı müqaviləsi ilə əldə etmişdir. Belə ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil Bakı şəhər 26-cı Dövlət Notariat Kontorunda xx.xx.1992-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 tərəfindən İddiaçı satılmış və sonuncunun adına xx.xx.1992-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir.

25. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli mənzili onların birgə əmlakı hesab etmiş, birgə nikah müddətində əldə edilmiş həmin əmlakın isə bölünməsinə dair onlar arasında hər hansı razılaşma olmadığından, habelə əmlakın qeyri-bərabər bölünməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından mənzilə dair İddiaçı ilə Cavabdeh1 hər birinin mülkiyyəti (payı) bərabər müəyyən etmişdir.

26. Kollegiya bildirmişdir ki, məhkəmə həmçinin haqlı olaraq hesab etmişdir ki, mənzil Cavabdeh1 ilə İddiaçı birgə əmlakı hesab olunduğundan və onlar mənzil üzərində bərabər paylara malik olmaqla əmlakın birgə mülkiyyətçiləri olduğundan, İddiaçı kompensasiya ödənilməklə Cavabdeh1 mənzildən istifadə hüququn a xitam verilməsi barədə iddiası təmin edilə bilməz. Belə ki, mənzil iddiaçı ilə Cavabdeh1 arasında mübahisə predmetidir və məhkəmənin əsaslı qənaətinə görə onların hər birinin payları ½ hissədə olmaqla bərabər bölünməlidir. Bu halda, iddiaçı mənzildən tam olaraq Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz. Belə ki, indiki halda iddiaçı mənzilin yalnız ½ hissəsinin mülkiyyətçisidir və onun bu payı real şəkildə, yəni naturada müəyyən edilməmişdir. Mübahisəli mənzilə dair ½ hissədə iddiaçının, ½ hissədə isə Cavabdeh1 payı ideal bölgü əsasında müəyyən edildiyindən, iddiaçı digər ½ paya malik olan cavabdehin əvəzinə mənzildən bütünlüklə kompensasiya verilməklə Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb edə bilməz.

27. Məhkəmə kollegiyası iddiaçının iddia müddətinin tətbiq e dilməklə mənzilə dair payların müəyyən edilməsi barədə Cavabdeh1 iddiasının rədd edilməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən edildiyi kimi, tərəflərin nikahları pozulduqdan sonra da Cavabdeh1 həmin mənzildə daimi olaraq yaşamış və onun mənzilə dair hüquqları mübahisə predmeti olmamış, əksinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-708/04 saylı xx.xx.2004-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi barədə iddia tələbi təmin edilərək, Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Mənzilə dair xx.xx.1992-ci il tarixdə İddiaçı adına v erilmiş qeydiyyat vəsiqəsinə dəyişiklik edilərək qeydiyyat vəsiqəsinin Cavabdeh1 adına verilməsi qət edilmiş və sözügedən qətnamə əsasında mənzilə dair Cavabdeh1 adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4234/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair 2(011)-4234/2020 saylı mülki iş üzrə icraata xitam verilmiş və nəticə etibarı ilə mənzilə dair iddiaçının mülkiyyət hüququ yenidən bərpa edilmişdir. Göründüy ü kimi, mənzil xx.xx.2004-cü il tarixdən Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qəbul edilənədək Cavabdeh1 mülkiyyətində olmuş, mənzillə bağlı mübahisə isə 2020-ci il tarixdə yaranmış, cavabdeh hüququnun pozulduğunu həmin vaxt bilmişdir.

28. Kollegiya hesab etmişdir ki, ər-arvad arasında əmlak mübahisəsi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddəti keçməmişdir və həmin əsasla iddianın rədd edilməsi barədə iddiaçının vəkili və nümayəndəsinin dəlili əsassızdır.

29. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

30. Kollegiya öz mövqeyini əsasland ırarkən Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli Qərarına, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə, xx.xx.2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 8-ci maddəsinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 78-ci maddəsinə, Mülki Məcəllənin 215-ci maddəsinə, Nikah və Ailə Məcəlləsinin 23 və 28-ci maddəsinin birinci hissəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4332/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti İ ddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, iddia müddətinin tətbiq olunmaması barədə məhkəmənin mövqeyinin əsassız olduğunu bildirmişdir. Kassator daha sonra qeyd etmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Lakin ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verilməsinə baxmayaraq, vəsatəti məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə kompensasiyanın m əbləğini müəyyən etməmişdir b) Kassasiya şikayətinə etirazın dəlilləri

33. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili kassasiya şikayətinə etiraz verərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsi

34. Maddə

8. Boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölünməsi tələbinə görə iddia müddəti üç ildir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə

35. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır, iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə e tmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

38. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

39. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilə r və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

42. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi

43. Maddə 36.

9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassatorun dəlilləri əsasən apelyasiya instansiyasında irəli sürdüyü dəlillərlə eynidir və həmin dəlillər apelyasiya instansiyası tərəfindən araşdırılıb qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin nəticə və əsaslandırma ilə razılaşır.

56. Kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilməməsi barədə kassatorun dəli lləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır.

57. Çünki işə baxmış məhkəmələr Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün əsaslar olmadığı barədə nəticəyə gəlmişdir. Bu nəticə qanunidir. Çünki Mülki Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

58. Göründüyü kimi paylı mülkiyyətçiyə düşən hissənin onun sahibliyinə verilməsi mümkün olmadığı halda həmin payın əvəzi ona ödənilə bilər. Həmçinin bunun üçün payın əvəzinin ödənilməsini tələb etmək hüququ həmin mülkiyyə tçinin öz tələbi ilə mümkündür.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4332/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar