Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5636/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5636/21 (Açar sözlər: mirasın qəbul edilmə vaxtının uzadılması) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-703/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-104A saylı şəhadətnamə üzrə atası X9 və nənəsi X4 ümumibirgə mülkiyyətində olmuş 0,3426 ha torpaq sahəsinin yarısına, həmçinin torpağa mülkiyyət hüququna dair JN-116 saylı 90304028 N-li Dövlət Aktı ilə X10 və atası X7 mülkiyyətinə verilmiş 0,55 ha pay torpağının yarısına mirasın qəbul etdiyi üçün bu barədə Dövlət Notariat Kontoruna qanunla müəyyən o lunmuş müddətdə müraciət etmədiyini, ancaq həmin mirası miras açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 17.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********46 reyestr nömrəli çıxarışı ilə Ağdaş rayonu Əmirarx kəndində yerləşən 0,3426 ha torpaq sahəsi və Dövlət aktı ilə 055 ha torpaq sahəsinin bir hissəsi mərhum atası X7 mülkiyyəti olmuşdur. Atası beyinə qansızma diaqnozu ilə 23.04.2015-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsini o və ailə üzvüləri idarə etmişdir. Miras əmlakını mütamadi idarə etməklə, o, qəbul e tmişdir. Anası və o, digər bacısı, yəni onlar bu əmlakı hər biri atalarının əmlakı olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlakı idarə etmişlər. Torpağın mülkiyyətə verilməsinə görə JN-104A (kod ********) saylı şəhadətnamə ilə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə X8 və X9 0,3426 hektar həyətyanı torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-116 (kod ********) saylı Dövlət Aktına əsasən Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə X8 və X9 0,55 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Qeyd olunan miras əmlakının bir hissəsi, yəni yarı sı atasınındır. Atası öləndən sonra miras əmlakını reallıqda o qəbul etmişdir. Əmisi tərəfindən miras əmlakına ciddi maneələr yarandığından, mirası idarə etməyə qoymadığından o, bu barədə məhkəməyə müraciət etmiş Ağdaş Rayon Məhkəməsinin 31 may 2017-ci il tarixli qətnaməsi ilə əmisi X12 tərəfindən edilmiş qanunsuz hərəkətlərə son qoyulması və maneələrin aradan qaldırılması qət edilmişdir. Onlar bundan sonra Dövlət Notariat Kontoruna müraciət etmişlər. Ona verilmiş 1451 saylı 2019-cu il tarixli məktubla qanunun iki norması yazıldıqdan sonra mirasın qəbul edilməsi müddətinin ötürüldüyü bildirilmişdir. O, bu orqana müraciət edərək mirası idarə etdiyini, atası öldüyü gündən onu dəfn edərək yas mərasimini belə onun verdiyini Malay kəndində onun evində vəfat edərək, həmin kənd qəbiristanlığında dəfn etdiyini bildirmişdir. Qeyd olunan torpaq sahələrini də idarə etdiyini, atasının ölümündən dərhal sonra zəruri hərəkətlər etdiyini, hətta müvafiq çıxarışı belə atasının adına aldığını və torpaq sahələrini idarə etdiyini bildirmişdir. Həmin orqan tərəfindən imtina edildiyindən, o, mirasın qəbul edilmə faktının müəyyən edilməsi ilə bağlı hazırda məhkəməyə müraciət etmişdir. Qeyd olunan hər iki əmlak ata mirası olmuş, həmin mirası bu gün də o, idarə edir. Miras əmlakını atasının vəfatından və onun dəfnindən 7 gün sonra onun vərəsəsi olaraq mirası faktiki idarə etməklə, qəbul etmişdir. Bu səbəbdən də məhkəmə müstəvisinə çıxaraq mirası qəbul etmə faktının məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı hazırkı iddia ilə çıxış etmişdir. Ağdaş Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 noyabr 2020-ci il tarixli 2(014)-1520/2020 nömrəli qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə icasında araşdırılmış sübutlar, tərəflərin izahatı və dindirilmiş şahid ifadələri nəticəsində məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının mərhum atası və nənəsinin, yəni həm də cavabdehin qardaşı ilə anasının ümumbirgə mülkiyyətində torpaq sahəsi mövcud olmuşdur. İddiaçı iddia irəli sürdüyü 0,3426 ha torpaq sahəsinə dair məhkəməyə mülkiyyət sənədi təqdim etsə də, 0,55 ha pay torpaq sahəsinin mərhum atasının tam mülkiyyətində və ya ümumbirgə mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı mirasqoyan Aydın Əliyevin vər əsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan yenə qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. İşin hallarından görünür ki, iddiaçı notariat ofisinə mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişdir. Beləliklə, mirasın açıldığının ona bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə ərizəni qanunla müəyyən edilmiş müddət ərzində verməmişdir. Notariat orqanına mirasın qəbulu barədə ərizələrin ver ilməməsinin üzrlü səbəbləri barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İşin hallarından həmçinin görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Belə ki, iddiaçı mərhum atasından qalmış mal-qaranın tərəfindən qəbul edildiyini bildirsə də, iddiaçının vəkilinin bu barədə yönəldici xarakter daşıyan sualına cavabdeh Aydının mal-qarasını və atını şəxsən görməsə də, onların mövcudluğunu güman edir. Ata ilə oğul bir yerdə yaşadığına görə yəqin edir ki, onun mal qarası da oğula qala bilər kimi cavab verməsi məhkəmədə iddiaçının iddiasını əsaslandırdığı halları cavabdeh tərəfindən etirafı kimi qəbul etmir. Belə ki, cavabdeh bu halı birmənalı şəkildə təsdiq etməmiş, sadəcə olaraq güman etmişdir. İddiaçı tərəfdən məhkəmədə dindirilmiş şahid Mahir Musayev iddia çının mərhum atasından iddiaçıya miras olaraq mal-qara qaldığını bildirsə də, mərhum Aydın Əliyevin sağlığında mülkiyyətində malqaranın olması hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən mərhum Aydın Əliyevdən miras əmlak kimi mal-qaranın qalması müəyyən edilə bilməmişdir. İddiaçı atasının vəfatından sonra mübahisəli torpaq sahəsini cavabdehin maneələri ilə üzləşdiyi üçün qəbul etdiyini, lakin idarə edə bilmədiyini bildirmiş, lakin bu barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Lakin məhkəmə iclasında araşdırılmış sübutla əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi də hazırda cavabdeh tərəfindən istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının öz ünə aid edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1157, 1159.1.1, 1159.2, 1243.1, 1243.2, 1248.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elçin Hüseynov- sədrlik edən və məruzəçi, Mirbahəddin Hüseynov, Gündüz Abbasov) 2(107)-703/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(014)-1520/2020 saylı qətnаməsin in ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, İddiaçı mərhum atası X5 qalmış miras əmlakın qəbul etməsi vaxtı (müddəti) uzadılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun deyildir. Əvvəla, iddiaçı əmlakı faktiki olaraq qəbul etsəydi hazırkı iddia ərizəsi ilə (mirasın qəbul edilməsi vaxtının uzadılmasna dair) məhkəməyə müraciət etməzdi. İkincisi, birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 31 may 2017-ci il tarixli qətnaməsini nəzərə almamışdır. Sözü gedən qətnamədən isə açıq-aşkar görünür ki, Ca vabdeh1 iddiaçıya sonuncunun mərhum atası X5 miras qalmış yaşayış məntəqələrinin və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılmasına və bununla da həmin miras əmlakı qəbul edib idarə etməsinə maneçilik törətmişdir. Göründüyü kimi, iddiaçı öz iradəsindən asılı olmayan səbəblər üzündən miras əmlakı qanunla müəyyən edilmiş müddət ərzində qəbul edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atasından miras qalmış əmlakın qəbul edilməsi üçün gecikdirilmiş müddət üzürlü sayılaraq, uzadılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin həqiqi hallarını hərtərəfli və obyektiv araşdırmamış, nəticədə mühüm əhəmiyyət kəsb edən maddi hüquq normalarını tətbiq etməmiş, maddi hüquq normalarını tətbiq edərkən isə yanlışlığa yol vermişdir. Əgər məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırsa idi, məlum olardı ki, iddiaçı ona və Ağdaş rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi vaxtını uzadılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edən vaxt 31.05.2017-ci ildə qəbul edilmiş qətnamənin qəbul edildiyi andan artıq 1 il 7 ay keçmişdi ki və o, maneələr aradan qaldırıldıqdan sonra 6 ay müddət ərzində iddiaçı notariat kontoruna ərizə ilə müraciət etəmmiş və ya mirası faktiki idarə etməyə başlamamış, bu iddianı irəli sürmüşdür. Nəticədə iddiaçı miras əmlakı qəbul etmək üçün qa nunla müəyyən edilmiş müddəti üzrsüz səbəbdən buraxıb. Apelyasiya kollegiyası həmçinin nəzərə almayıb ki, qəbul edilmiş qərar birbaşa mirasqoyanın bu prosesə cəlb olunmayan və qanun üzrə 1-ci növbə vərəsələri olan arvadı X1 Könül Aydın qızının maraqlarına toxunur. Bu səbəbdən iddia tələbi üzrə cavabdeh qanun üzrə 2-ci dərəcəli vərəsə olan hazırki cavabdeh yox, məhz X1 Könül Aydın qızı olmalı idilər. Həmçinin düşünürlər ki, iddiaçıya müddət uzadarkən apelyasiya məhkəməsi öz qətnaməsində müddətin hansı müddətə uzadılmasını qeyd etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 vəkili Vəkil1 və Ağdaş rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq vəkilinin xəstə olması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin özünün məhkəmə iclasında iştirak etməməsinin səbəbini teleqramda göstərməmiş, həmçinin vəkilinin xəstəliyi ilə əlaqədar hər hansı sübutu teleqrama əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdik də miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh Ağdaş Rayon Məhkəməsinin qəbul edilməsindən, yəni 31.05.2017-ci il tarixindən 1 il 7 aydan artıq vaxt keçdikdən sonra iddiaçının notariat orqanına müraciət etməməsi, mirası faktiki qəbul etməyə başlamaması, bi tələbi irəli sürməməsi ilə əsaslandırmağa çalışsa da, kasasiya şikayətində göstərmiş olduğu 31.05.2017ci il tarixli qətnaməsi ilə iddiaçının mirası faktiki olaraq qəbul etməsi müəyyən olunmuş, o, miras əmlaka manənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmiş, bu tələb üzrə onun subyektiv hüququnun olması qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilərək onun həmin iddia tələbi təmin edilmiş, maneənin aradan qaldırılması qət edilmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir ki, hazırda onun müddəti ötürməsi əsası ilə iddia tələbi təmin edilməsin. O, mirası qəbul etmə müddətinin uzadılmasını xahiş etmişdir ki, faktiki qəbul etmiş olduğu miras əmlakla bağlı hüququnun rəsmiləşdirilməsini həyata keçirə bilsin. Kasasiya şikayətinin digər dəlilləri üzrə isə qeyd edilməlidir ki, digər dəlillər yalnız cavabdehin formal mülahizələrindən ibarət olmuşdur ki, həmin dəlillər və ya istinadlar kasasiya şikayətinin təmin edilməsi və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir kiapelyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-703/2021 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.