Məhkəmə qərarları › İş №2(102)-5641/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5641/2022

01.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5641/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2022-ci il tarixli, 2(103)6102/2022 saylı qərardadından cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti üzrə işə 01 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallar ına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" ASC qarşı iddia qaldıraraq, ünvan 1 ünvan üzrə hesablanmış 1.642 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilib. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) cavabdehin nümayəndəsi Vəkil iş üzr ə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya şikayəti 26 iyul 2022-ci il tarixdə cavabdehin nümayəndəsi qismində Vəkil tərəfindən imzalanıb, lakin sonuncu səlahiyyətini təsdiq edən sənədi məhkəməyə təqdim etməyib. Həmçinin, cavabdehin adından Vəkil verilmiş etibarnamə işə əlavə edilmiş olsa da, etibarnamənin müddəti 12 iyul 2022-ci il tarixdə bitib. Bu səbəbdən də cavabdehin qətnamədən verdiyi apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 361.2, 363.1.1-ci maddələrinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti ü zrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, mülki prosessual normaların tələblərini pozub. Belə ki, onun qətnamədən verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün prosessual əsaslar olmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nüma yəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və iş lə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, mülki prosessual normaların tələblərini pozub. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin o nu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığını, cavabdehin adından nümayəndə kimi Vəkil adına verilmiş etibarnamənin isə müddətinin 12 iyul 2022ci il tarixdə bitdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılışmır. Belə ki, kassasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən imzalanmış iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən 26 iyul 2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti, həmçinin cavabdehin rəhbəri tərəfindən səlahiyyətli nümayəndə qismində Vəkil adına 1 il müddətinə verilmiş 27 aprel 2022-ci il tarixli etibarnamə apellyasiya şikayətinə əlavə edilərək “pdf” formatında elektron məhkəmə sisteminə yerləşdirilib. Mülki Pros essual Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellya siya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən birinci instansiya məhkəməsi nin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayarkən, apellyasiya şikayətinə, həmçinin şikayətə əlavə edilmiş sənədlərə lazımi şəkildə diqqət yetirməyib və işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğu halda, apellyasiyanı qeyri-mümkün hesab edib. Halbuki, Mülki Prossesual Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, apellyasiya şikayəti üzrə apellyasiya o, halda qəbul olunmamış hesab edilə bilər k i, apellyasiyanın mümkünlüyü üçün mülki prosessual əsaslar olmasın. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə, əslində onun Konstitusiyanın 60-cı maddəsinin İ bəndi ilə qorunan hüququnu pozub. Maddənin mənasına görə, şəxsin məhkəmə müdafiəsi hüququ hər hansı bir çərçivə ilə məhdudlaşdırıla bilməz və bu bütün məhkəmə instansiyalarına aiddir. Nəzərə alınmalıdır ki, bütün məhkəmə instansiyalarındakı icraatda təmin edilməli olan məhkəmə müdafiəsi hüququ mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli, hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Ona görə də kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessu al Məcəllənin 366-cı maddəsinin tələbinə cavab verdiyindən, onun apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməsi üçün mülki prosessual əsaslar olmamışdır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu baxımdan kass asiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan mülki prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2022-ci il tarixli, 2(103)-6102/2022 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması ü çün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar