Məhkəmə qərarları › İş №2(102)-5644/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5644/2021

18.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5644/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və vəkili X2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4599/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürən üçün cü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Baş Əsaslı Tikinti və Təmir İdarəsinin "xxxx" MTK-ya ünvanladığı 06.12.2006-cı il tarixli, 21/09-230 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri, Parlament prospekti (keçmiş Nərimanov) 500-cü məhəllədəki 6a saylı, 9 mərtəbəli kooperativ binanın toplu smetasına əsasən həmin evin 1-ci mərtəbəsi tam, zirzəmi hissəsinin 24%-i dövlət vəsaiti hesabına, zirzəminin 76%-i isə sakinlərin vəsaitinə tikilmişdir. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 1144) balans ında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Parlament prospekti, 500-cü məhəllə, 6a saylı saylı binanın zirzəmisi dövlət əmlakıdır. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamənin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi 08.22.1969-cu il tarixdə qeydiyyata alınmışdır. Tabeçiliyi “Bakı Şəhər İcra Hakimiyyəti”, əsas fəaliyyəti “kanalizasiya sistemi və tullantılarının təmizlənməsi, sanitar emalı”, mülkiyyət növü “dövlət mülkiyyəti”, təşkilati-hüquqi forması “dövlət müəssisəsi” kimi qeyd olunmuşdur. 09.09.1996-cı il tarixli, 6165 saylı şəhadətnamənin surətindən görünür ki, "xxxx" MTK fəaliyyət növü “sakinlərə məişət xidməti” qeyd olunmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 22.01.2007-ci il tarixli qərardadının məzmunundan müəyyən olunur ki, iddiaçı qismində "xxxx" MTK cavabdeh “Murad-95” firmasına qarşı iddia qaldırıb cavabdehdən onun xeyrinə 684 manat icarə haqqının, icarə haqqının vaxtında ödənilməməsinə görə hesablanmış 1144,56 manat penya məbləğinin tutulmasına, eləcə də cavabdehin əmlakı ilə birlikdə MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Parlament prospekti 500-cü məhəllə ünvanında yerləşən 6a saylı evin sahəsi 158,7 m2 olan zirzəmisindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin MTK-nın əməli istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, özünü iş üzrə iddiaçı kimi qələmə verən "xxxx" MKT əslində mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin əmlakın mülkiyyətçisi dövlətdir. Azərbaycan Respublikası Prezidentinin 06.09.1997-ci il tarixli fərmanı ilə də keçmiş DƏN indiki DƏİE üzrə DK Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının yeganə sərəncamçısı təyin olunmuşdur. Məhkəmə özünü iddiaçı kimi qələmə verən "xxxx" MTK-nın əsl iddiaçı olmaması baxımından iş üzrə icraata MPM-nin 54.1-ci maddəsinə əsasən xitam vermiş, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq təxirəsalınmaz tədbirlər görüb bu barədə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçı Cavabdeh ünvanlanmış 26.11.2013-cü il tarixli məktubun surətindən görünür ki, icarəyə götürdüyü zirzəmi sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə 06.11.2013cü il tarixli müraciətinə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd etdiyi qeyriyaşayış sahəsinə dair Cavabdeh və X4 ilə Azərbaycan Komitə arasında müddəti 25.08.2010-cu il tarixinədək olan icarə müqaviləsi bağlanılmışdır. Odur ki, müraciətdə qaldırılmış məsələyə qeyd edilən zirzəmi sahəsinin icarəçilərinin birgə razılığı və icarəyə götürülmüş dövlət əmlakının özəlləşdirilməsi üçün təqdim ediləcək zəruri sənədlər əsasında Komitədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada baxılacaqdır. “İcarəyəverən” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış 14.02.2014-cü il tarixli, 6189/813 saylı icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 6a, 500-ci məhəllə (registr nömrəsi ***-*******3-002) ünvanında yerləşən, ümumi sahəsi 150.6 kv.m. təşkil edən, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini rəssamlıq emalatxanası məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verilmişdir. “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 28.02.2014-cü il tarixli 5276 saylı “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görü nür ki, “Alıcı” Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-ci məhəllə, 6a ünvanında yerləşən, 150.6 kv.m. qeyri-yaşayış sahəsini 7801 manata “Alıcı”ya satmışdır. RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-ci məhəllə, 6a ünvanında yerləşən, 150.6 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12643 nömrəli vərəqində 26.04.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin 07.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, 500-ci məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 150,6 kv.m olan qeyri-yaşayı ş sahəsindən həmin binanın kommunal xəttlərinin (su, qaz, işıq, rabitə, telekommunikasiya, yüksək gərginlikli xəttlər) keçib-keçməməsi, keçdiyi təqdirdə bu hall iddiaçıların və eləcə də, digər şəxslərin hər hansı bir şəkildə mənafeyinə (hər hansı bir halda) toxunub-toxunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 28.12.2020-ci il tarixli, 10/3427 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-ci məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 150.6 kv.m olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xətlərinin, o cümlədən su, qaz, işıq, rabitə, telekommunikasiya, yüksək gərginlik xətlərinin keçmədiyi müəyyən edilmişdir. Qeyriyaşayış sahəsi ndən həmin binanın hər hansı kommunal xəttləri keçmədiyindən, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-ci məhəllədəki 6 “A" nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv.m zirzəmiyə dair Cavabdeh ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh adına verilmiş ******* nömrəli, 26.04.2014-cü il tarixli çıxarışın ləğv olunması, cavabdehin həmin zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1975-ci ildə inşa olunmuş və istifadəyə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A saylı kooperativ binası "xxxx" MTK-ya məxsusdur. Binanın və zirzəminin MTK-ya məxsus olması ƏMDK tərəfindən verilmiş registrdən çixarışla surəti təsdiq edilir. İnşa işləri kooperativin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Həmin b ina 9 mərtəbədən və zirzəmidən ibarətdir. Qeyd olunan evin 32 ç mənzili İddiaçı1 və 13 saylı mənzil isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Həmin mənzillərə dair dövlət reyestri xidməti tərəfindən müqaviq sənədlər verilmişdir. Bu yaxın vaxtlarda, yəni məhkəmədə "xxxx" MTK-nın mübahisəsi getdiyi vaxtı onlara məlum olmuşdur ki, Cavabdeh evin altındakı 150.6 kv.m sahəyə malik zirzəmini alqı-satqı vasitəsi ilə özəlləşdirmişdir. Həmin işə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində qoşulmuşlar. 31.05.2020-ci il tarixli qərardadla mülki iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 "A” nömrəli 9 mərtəbəli bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlərin istifadə etmək hüquqları vardır. Mübahisəli olan zirzəminin icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından heç bir məlumatları olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın ümumi istifadə üçün nəzərdə tutulan zirzəmisi alqı-satqı əsasında müqavilə ilə satıldığından hüquqları pozulmuşdur. Qanunvericiləyə görə zirzəmidən kommunikasiya xəttləri keçdiyindən, satıla bilməzdi. Bundan başqa mübahisəli olan sahə zirzəmi olduğu halda, sonradan çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə ifadə və iradəni ifadə vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd olur və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin Cavabdeh ümumiyyətlə MTK-nın üzvü deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalar ının 6-cı bəndinə əsasən mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdırma, dənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir: mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş iki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.); zirzəmi divarları tağları daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası birləşdirildikdə; bina və qurğularda evakuasiya yolları olan sahələr bağlandıqda; konsol tipli balkonlar əlavə yükləməklə genişləndirildikdə; mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və ya tirlərin kənar çıxıntı hissələri ləğv edildikdə və ya hündürlük ölçüləri dəyişdirildikdə; panel binalarda düyün birləşmələri olan hissələrdə və ya onların yaxınlığında oyu qlar açıldıqda; mənzillərin genişləndirilməsi məqsədi ilə konstruktiv yükdaşıyıcı divar və ya arakəsmə, panellər söküldükdə; bina və qurğuların konstruktiv həllindən və mərtəbənin sayından asılı olmayaraq, lift və ventilyasiya şaxtalari ləğv edildikdə; zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda; zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda; yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah qurğulardan istifadə olunması nəzərdə tutulduqda; açılacaq oyuqlar mövcud oyuqların sırasından kənar açıldıqda; zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə. Həmin Qaydalara görə ümumi istifadə sahə lərinin, xüsusi ilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlığın azaldılmasına yol verilmir. İstinad olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunması yolverilməzdir. Belə ki, baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Hazırkı mübahisədə yaşayış binasının ümumi istifadədə olan zirzəmisinin qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd ba ğlamışlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv.m zirzəmiyə dair cavabdehlər arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh adına verilmiş ******* nömrəli, 26.04.2014-cü il tarixli çıxarışın ləğv olunması, Cavabdeh əşyaları ilə birlikdə həmin zirzəmidən çıxarılması və zirzəminin MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini eyni ilə iddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 öz iddia ərizələrində istinad etdikləri faktlardan istifadə etməklə əsaslandırmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-246/2021) iddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK-nın Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiasının təmin edilməməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı1 Firudinovnadan, İddiaçı2 və "xxxx" MTK-dan müştərək qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək hesab etmişdir ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-ci məhəllə, 6a ünvanında yerləşən, ümumi sahəsi 150.6 kv.m. təşkil ed ən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 14.02.2014-cü il tarixli, 6189/813 saylı icarə müqaviləsi və 28.02.2014-cü il tarixli 5276 saylı “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq bağlanmışdır və həmin müqavilələrin etibarsız hesab edilməsi, eləcə də, həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş 26.04.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK qeyd olunan müqavilələrin etibarsız olmasını iddia etsələr də, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edə bilməmişdir. Eyni zamanda iş materialları ilə "xxxx" MTK-nın mübahisəli binanın və zirzəminin mülkiyyətçisi olması barədə mülahizələri təkzib olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-4599/2021) İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin "xxxx" MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şi kayətləri təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi “Cavabdeh zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, zirzəminin MTK-ya təhvil verilməsi” tələblərinin təmin edilməməsi hissəsində, habelə məhkəmə xərcləri ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-4599/2021) İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin "xxxx" MTK-nın nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq, Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500cü məhəllədə yerləşən 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150,6 kv.m zirzəmiyə dair Cavabdehlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında 14.02.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, 28.02.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edılməsi, Cavabdeh adına verilmiş ******* nömrəli 26.04.2014-ci il tarixli çıxarışın ləğv olunması” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilmiş, İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs "x xxx" MTK-nın Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbləri üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən zirzəmi əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh icarəsinə verilmiş, sonradan isə ona satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs) isə faktiki olaraq həmin münasibət çərçiv əsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış icarə və alqı-satqı müqavilələri, həmçinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın icarəyə və mülkiyyətə verilməsi ilə bağlı bağlanan müqavilələrin, habelə onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4599/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadının ləğv olunması və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasi ya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh, vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, iş üzrə icraata xitam verilməsinə dair qərardadı mübahisələndirmiş, iddianın tam şəkildə təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadının qa nuniliyi iddiaçının kassasiya şikayətinə münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Qanun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənziml əyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasib ət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların x aricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməlidir. 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış s ahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq ö zəlləşdirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bil məz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4599/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar