Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5644/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı “b ağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1245/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə X7 22 oktyabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olublar və nikahdan sonra arvada “YYY” soyadı verilmişdir.
2. Onların nikah müddətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və 0,038 ha. torpaq sahəsi X2 adına əldə edilmişdir.
3. İddiaçı 04 may 2019-cu il tarixli notariat qaydada təsdiqlənmiş ərizə yazaraq, arvadı X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşa yış evinin və torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. 4. 13 mart 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X5 mülkiyyətində olan fərdi yaşayış evini və mülkiyyətində olan 0,038 ha torpaq sahəsini əvvəlki nikahından olan övladı Cavabdeh1 bağışlamışdır. X1 əvəzinə etibarnamə əsasında təmsil etdiyi övladı X8 tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan f ərdi yaşayış evi və 0,038 ha torpaq sahəsinin bağışlanması haqqında 13 mart 2020-ci il tarixli müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı arvadı Sevda YYY ilə birlikdə ünvan 2 ünvanında torpaq sahəsi alıb fərdi yaşayış evi tikmişlər. Torpaq sahəsi və ev iddiaçının arvadının adına qeydiyyata alınmışdır. Sonradan həmin evi satıb pulunu bölmək razılığına gəlmişlər. 04 may 2019-cu il tarixdə İddiaçı 4 saylı Bakı Cavabdeh2ndə ərizə yazaraq evin satılmasına etiraz etmədiyini göstərmişdir. Lakin 2021-ci ilin may ayında o, arvadından evin bu vaxtadək niyə satılmadığını soruşduqda Sevda YYY ona evi 13 mart 2020-ci il tarixdə bağışlama müqaviləsi əsasında ilk nikahından doğulmuş oğlu Cavabdeh1 verdiyini bildirmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 həmin əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Beləliklə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərib ki, sözügedən daşınmaz əmlak anası X5 tərəfindən bağışlama müqaviləsi əsasında ona verilmişdir. Prosedur tam qanuni həyata keçirilmişdir, əks halda notariat ofisi bu hərəkətlərin aparılmasından imtina edərdi, əmlak onun adına dövlət qeydiyyatına alınmazdı.
8. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il ta rixli, 2(012)-232/2022 nömrəli qətnaməsi ilə (hakim Vəkil) iddia təmin edilmiş, X5 ilə Cavabdeh1 arasında 13 mart 2020-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisində bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,038 ha torpaq sahəsinin Cavabdeh1 bağışlanmasına dair daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, sözügedən əmlak birgə nikah dövründə alğı-satqı əsasında əldə edildiyindən tərəflərin birgə mülkiyyəti hesab edilir. Lakin əmlak üçüncü şəxsə bağışlandığı üçün və bağışl ama əvəzsiz əqd olduğu üçün, yəni heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən həmin əmlakın bağışlanması iddiaçının mülkiyyət hüquqlarını pozmaqla gələcəkdə onu bu əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitdən faydalanmaq və bu vəsait barədə hər hansı iddia tələbi irəli sürmək hüququndan məhrum edir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci, 33.1-ci, 33.3-cü, 33.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 225.1-ci, 225.6-cı, 324.1-ci, 337.1ci, 389.1-ci 666.1-ci, 667.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməs ini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı və arvadı Sevda YYY xx.xx.2019-cu ildə notariat ofisində bir-birinə münasibətdə ərizə verərək bildirmişlər ki, mülkiyyətlərində olan əmlakların satılmasına etiraz etmirlər. Məhkəmə isə ərizədə bağışlanma ifadəsi yer almadığından bağışlama müqaviləsini etibarsız hesab etmişdir. Lakin bağışlanmanın da, alğı-satqının da nəticəsində əmlak üzərində üçüncü şəxslərin hüququ yaranır. Məhkəmə isə bunu nəzərə almamışdır. Əmlakın birgə nikah dövründə əldə edilən əmlak olub-olmaması məsələsi də mübahisəlidir. Bu məqsədlə vəkil kimi tərəfindən və məhkəmə vasitəsilə sorğu verilsə də səlahiyyətli orqandan sorğuya cavab ala bilməmişlər. Belə ki, nikahdan əvvəl üçüncü şəxsin mülkiyyətində bir neçə ev olub. Onları nikahdan əvvəl yüksək qiymətə satıb və ucuz evlər alıb. Məhəmmədi kəndindəki ev də həmin vaxt alınmış evlərdir. Bundan əlavə, tərəflər arasındakı nikah formal xarakter daşıyıb, birgə təsərrüfat aparılmayıb. Həmin ev üçüncü şəxsin birgə nikah dövründən əvvəl əldə etdiyi gəlir hesabına alınıb.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirib ki, nikahdan əvvəl onun mülkiyyətində əmlak olub. Nikahdan bir ay əvvəl o, torpaq sahəsi alıb, nikahdan sonra birlikdə pul vəsaiti qoyub ev tikiblər.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1245/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə v ə T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası cavabdehin mənzil birgə nikah dövründə alınsa da iddiaçı ilə Sevda YYYnın nikahının formal xarakter daşıması, iddiaçının mübahisəli evin özgəninkiləşdirilməsi üçün S.YYYya notariat qaydada təsdiq olunmuş razılıq ərizəsi verməsi, evin satılması və ya bağışlanmasının eyni hüquq yaratması, yəni özgəninkiləşdirilməsi barədə dəlillərini rədd etmiş və qeyd etmişdir ki, mübahisəli ev İddiaçıla Sevda YYYnın birgə nikahı dövründə əldə edilmişdir və onların nikahı hazırda da qüvvədədir, yəni tərəflər boşanmamışlar. Bundan başqa, alğı-satqı ilə bağışlama qanunvericiliyin tələblərinə görə bir-birindən fərqlənir. İş materiallarından görünür ki, iddiaçı evi n bağışlanmasına deyil, məhz satılmasına razılıq vermişdir. Belə ki, bağışlama əvəzsiz verildiyi halda alğı-satqı zamanı tərəf hər hansı bir vəsait əldə etmək hüququna malikdir. Hazırkı halda isə evin bağışlanması zamanı iddiaçı hər hansı bir vəsait əldə etmək imkanından məhrum olmuşdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ö dənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
17. Məhkəmə kollegiyası həmçinin mübahisəli evin üçüncü şəxsin şəxsi vəsaiti ilə əldə edildiyinə dair dəlillərini araşdıraraq bildirmişdir ki, cavabdehin vəkilinin vəsatətinə əsasən daxil olmuş sənədlərin hazırki mübahisə predmeti olan evə dair heç bir əlaqəsi yoxdur.
18. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1-ci, 225.1-ci, 225.6cı, 324.1-ci, 337.1-ci, 389.1-ci, 666.1-ci, 667.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci, 33.1-ci, 33.3-cü, 33.4-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 146-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə S.YYY arasındakı nikah yalnız formal xarakter daşımışdır, aralarında hansısa ailə bağlarından və birgə təssərrüfata aparılmasından söhbət belə gedə bilməz. Hətta bu nikahın qanuniliyinə inanıb onu qəbul eləsə belə, yenə də qanunvericiliyin “ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir” normasının müddəalarına tam şəkildə əməl edilmiş, Ailə Məcəlləs inin 33.4-cü maddəsinin tələbinə ciddi şəkildə riayət olunmuşdur. Məhkəmə iddiaçının mülkiyyətindən hansı şəkildə məhrum edilməsini ümumiyyətlə əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Kassasiya şikayətinə iddiaçı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalard a ola bilər.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
26. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 29.
24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 30.
25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. 31.
26. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaş mış olmasın. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə
46. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah d övründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir.
35. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
36. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
37. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qayda sında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat v erməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində qətnamənin ləğvi xa hiş edildiyindən kollegiya qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş iş in hallarından göründüyü kimi iddiaçı arvadı Sevda YYYya birgə nikah müddətində əldə edilmiş daşınmaz əmlakın satılması barədə yazılı razılıq verdiyi halda, Sevda YYY bu sərəncam razılığından kənara çıxaraq, evi əvvəlki nikahdan olan oğluna bağışlamışdır. İddiaçı evin onun iradəsinə zidd olaraq bağışlandığını bildirir və müqavilənin nəticələrinin etibarsız sayılmasını tələb edir.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Ailə Məcəlləsinin Maddə 33.4-cü maddəsidir. Bu normanın “ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlaması ü çün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır” müddəası, Konstitusiyanın 13 və 29-cu maddələri, habelə Mülki Məcəllənin 152-ci maddəsində müəyyən olunan mülkiyyət hüququnun məzmunu nəzərə alınmaqla başa düşülməlidir.
48. Həmin normalar baxımından mülkiyyətçinin əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ qorunur. Sərəncam hüququna - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi tərif verilir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
49. Özgəninkiləşdirmə əmlakın hüquqi müqəddəratının həlli imkanının ümumi nəticəsidir. Lakin mülkiyyətçi özgəninkiləşdirmə zamanı müxtəlif mənafe və maraqlara malik ola bilər. Bu maraqlar əmlakın əvəzli və ya əvəzsiz verilməsində ifadə olunur. Özgəninkiləşdirmə hüquqi baxımdan müxtəlif növ əqdlər əsasında həyata keçirilir və Ailə Məcəlləsinin 33.4-cü maddəsində bəhs olunan “digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı”nın məzmunu da, razılığın həmin əqdin mahiyyətinə uyğun olmasını ehtiva edir. Yəni əqdin əvəzli və ya əvəzsiz növdə bağlanması, mülkiyyətçinin əmlakın əvəzsiz və ya əvəzli özgəninkiləşdirilməsinə münasibətindən asılıdır. Başqa sözlə, nikah müddətində əldə olunmuş əmlakın əvəzsiz verilməsi, ər (arvadın) məhz bağışlanma üçün razılığı olduğu halda mümkündür. Bu baxımdan, hazırda mübahisələndirilən bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının “mənzilin satılmasına razılığı” ifadə edən ərizəsi, əmlakının əvəzsiz deyil, əvəzli özgəninkiləşdirməsinə yönələn sərəncamı nı ifadə etməklə, Ailə Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan “ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığının olmamasını” ehtiva edir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kol legiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1245/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.