Məhkəmə qərarları › İş №2(102)-5646/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5646/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5646/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMM-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5646/21 (Açar sözlər: xidmət haqqlarının ödənilməsi tələbi) Bakı şəhəri, 02 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMM-nin Cavabdeh qarşı xidmət müqaviləsinin imzalanması, yığılmış xidmət haqqı borcunun və cərimənin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1388/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMM tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK yaşayış binası inşa edərək sakinlərə təhvil vermişdir. Evin kommunal xidmət haqlarının yığılmasını "xxxx" MMM həyata keçirir. Cavabdeh ona satılmış mənzil üçün müəyyən edilmiş kommunal xidmət haqlarını ödəməkdən imtina edir. Ona görə hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları 2. "xxxx" MMM ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə sahiblik və istifadəsində olan Bakı şəhəri ünvan 1 ünvanı ilə Ə.Quliyev küçəsi 130 A) ünvanda yerləşən 16 saylı mənzilə dair MMM-in təqdim etdiyi 01.04.2017-ci il tarixli kommunal xidmət müqaviləsinin im zalanması öhdəliyinin qoyulması, cavabdehdən MMMin xeyrinə 8.696,49 manat xidmət haqqı borcu, indiyə kimi borc vəsaitinin bilərəkdən ödənilməməsi nəticəsində dəymiş 600 manat cərimə olmaqla, cəmi 9.326,49 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 11 iyun 2019-cu il tarixli, 2(006)-2977/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMM-in, ümumiyyətlə, hazırki iddia üzrə subyektiv hüququ yoxdur, həmçinin iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmişdir.

5. İddiaçı "xxxx" MMM qətnamədən apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) 24.02.2020-ci il tarixli, 2(103)-970/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMM tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)-2977/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və tələb əsassız olduğundan iddia müddətinin keçib-keçməməsinin əhəmiyyəti yoxdur.

8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə binanın idarə edilməsi üsulunun seçilməsi (iddiaçıya tapşırılması) barədə qanunvericiliyin tələblərinə əsasən, ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın qərarının mövcudluğu müəyyən edilmir. Ona görə də, iddiaçı "xxxx" MMM-nin üçüncü şəxs " xxxx" MTK ilə aralarında bağlanmış 06.02.2015-ci il tarixli müqaviləyə istinad etməsinin əsası yoxdur. "xxxx" MTK-nın belə bir səlahiyyəti olmamışdır ki, həmin müqavilə ilə binanın idarə edilməsini iddiaçıya tapşırsın. Belə olan halda isə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması istisna edilir.

9. İddiaçı "xxxx" MMM qətnamə ilə razılaşmayaraq qətnamədən kassasiya şikayəti vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Z.Əliyev, G.Quliyev və İ.Xələfov) 2(102)-3730/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli, 2(103)-970/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmı şdır.

11. Kassasiya instansiyası məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallarla bağlı və eləcə də analoji işlərə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşması üçün yerinə yetirilməsi vacib olan çoxsaylı göstərişlər vermişdir. Lakin, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq həmin göstərişləri yerinə yetirməmiş və qərarda sadalanan göstərişləri qətnaməyə köçürməklə kifayətlənmişdir.

12. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.

14. Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə riayət etməyərək kassasiya məhkəməsinin qərarında sadaladığı göstərişlərə heç bir münasibət bildirmədən qərar qəbul etməsi qətnamənin ləğv olunması üçün müstəqil əsaslardan biridir. Ona görə, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxan məhkəmə əvvəlki kassasiya instansiya sının qərarında sadalanan göstərişləri yerinə yetirməklə mübahisəyə hüquqi qiymət verməlidir.

15. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMM-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1388/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar