Məhkəmə qərarları › İş №2(102)-5647/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5647/2022

27.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5647/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh X və digərərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(105)-715/2022 saylı qətnaməsindən İddiaçı1 verdiyi kassasiya şikayəti üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, JN 002-saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Quba rayonu, Qırız Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 7.44 ha torpaq sahəsi Quba rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilib. JN 138-saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 5.94 ha torpaq sahəsi Quba rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı və DNK-nun 30 dekabr 2005 tarixli alqı-satqı müqavilələri ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilib. 21 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 və ailə üzvləri Quba ra yonu, Qırız Dəhnə kəndi ərazisində yerləşən JN138 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətlərində olan 5.94 ha torpaq sahəsini 36 000 manata Cavabdeh1 satıb və həmin pul vəsaiti notariusun depozit hesabına qəbul olununub. 10 iyul 2008-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı 1.187153 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 10 iyul 2008-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfarı təyinatlı 4.748947 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 26 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Şimali qəsəbəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsini X1 bağışlayıb. 24 dekabr 2020-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, Cavabdeh1 09 dekabr 2020-ci il tarixdə ölüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, X və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0138-saylı Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, 26 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinin, habelə həmin müqavilələrə əsasən verilmiş Çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər. İş üzrə Cavabdeh1 ölməsi səbəbindən o, hüquq varisi oğlu Cavabdeh5 ilə əvəz edilib. İddiaçılar tələblərini onunla əsaslandırıblar ki, onlara Quba rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-0002 saylı Dövlət Aktına əsasən kənd təssərrüfatı məhsullarının istehsalı məqsədilə Quba rayonu, Qırız Dəhnə kəndi ərazisindən 7,44 ha torpaq sahəsi verilib. Həmin torpaq sahəsi barədə onlar məlumat almaq istədikdə həmin torpaq sahəsinin artıq onlara məxsus olmadığı bildirilib. Məlum olub ki, onlara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0002 saylı Dövlət Aktında göstərilən 1,50 ha torpaq sahəsi 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqavilələri ilə satılıb, lakin həmin alqı-alqı müqaviləsi Notariat Kontorunda və arxivdə olmadığından, həmin müqaviləyə əsasən torpaq sahəsinin kimə satılması aydın deyil. Bundan sonra yerdə qalan 5,94 ha torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” JN-138 saylı Dövlət Aktı işlənib, həmin akt əsasında 21 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılıb. Lakin, onlar Cavabdeh1 tanımir, torpaq sahəsini ona satmayıblar. Alqı-satqı müqaviləsindəki imzalar onlara məxsus deyil. Bundan sonra onlara məxsus 1,178153 ha və 4,748947 ha torpaq sahələrinə dair Cavabdeh1 adına Çıxarışlar verilib. Cavabdeh1 isə həmin torpaq sahələrini 26 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 bağışlayıb. Göründüyü kimi, onlara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0002 saylı Dövlət Aktına əsasən 7,44 ha torpaq sahəsinin 1,50 ha hissəsinin satılmasından onların xəbəri olmayıb və onlar alqı-satqı müqaviləs inə imza etməyiblər və ümumiyyətlə belə bir alqı-satqı müqaviləsi mövcud deyil. Alqı-satqı müqaviləsi mövcud olmadığı üçün ona əsasən verilmiş JN-138 saylı Dövlət Aktı da etibarsızdır. JN-138 saylı Dövlət Aktı etibarsızdırsa, onun əsasında 21 sentyabr 2007-ci il tarixdə bağlanmış alqı-satqı, 26 avqust 2018-ci il tarixli bağışlama müqavilələri və bu müqavilələr əsasında verilmiş Çıxarışlar etibarsız hesab olunmalıdır. Quba Rayon Məhkəməsinin 16 noyabr 2011-ci il qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sübuetmə yükü baxımından iddiaçılar “Torpağa mülkiyyət hüququna dair” JN-0138 saylı Dövlət Aktının, 21 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin, Çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etsələrdə, istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməyiblər. Həmçinin, iddiaçılar hazırki iddia tələblərini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürüblər. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 354.1, 373.1, 373.2, 375.2 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov sədrlik edən, məruzəçi, S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Quba Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, 21 sentyabr 2007-ci il tarixli alqı-satqı, bağışlama müqavilələrinin və Çıxarışların etibarsızlığı üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçılar qeyd olunan bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia vermək üçün müvafiq subyektiv hüquqa malik olmayıblar. Onların 5,94 ha torpaq sahəsinə dair cavabdehlərlə olan mübahisəsi belə bir iddianı qaldırmaq üçün əsas vermir. Mübahisələndirilən alqı-satqı müqaviləsi 21 sentyabr 2007-ci il tarixdə bağlanıb, lakin bu müqavilə 05 iyul 2021-ci il tarixdə mübahisələndirilmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülüb. Başqa sözlə, iddiaçılar hazırkı iddiasını vaxtında qaldırmadığından, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu da itiriblər. Bundan başqa, iddiaçılar tələblərinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməyiblər və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməsinə baxmayaraq, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib və qanunu səhv təfsir edib. Apellyasiya instansiyas ı məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337-349, 404.1, 404.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçılara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0002 saylı Dövlət Aktından 1,50 ha torpaq sahəsi 30 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılıb. Həmin alqı-satqı müqaviləsi aş kar edilməyib və ümumiyyətlə belə bir alqı-satqı müqavilələri mövcüd olmayıb. Alqı-satqı müqaviləsi mövcüd olmadığı halda iddiaçıların adına verilmiş yeni Dövlət Aktı ilə alqı-satqı müqaviləsinin bağlanılması qanunsuzdur. Məhkəmə bu halı araşdırmayıb. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əs asında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğ u gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual h üquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, JN 002-saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Quba rayonu, Qırız Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 7.44 ha torpaq sahəsi Quba rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilib. JN 138-saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 5.94 ha torpaq sahəsi Quba rayon AİK-nın 15 dekabr 1997-ci il tarixli, 18 saylı qərarı və DNK-nun 30 dekabr 2005 tarixli alqı-satqı müqavilələri ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilib. 21 iyun 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 və ailə üzvləri Quba rayonu, Qırız Dəhnə kəndi ərazisində yerləşən JN138 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətlərində olan 5.94 ha torpaq sahəsini 36 000 manata Cavabdeh1 satıb və həmi n pul vəsaiti notariusun depozit hesabına qəbul olununub. 10 iyul 2008-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən əkin üçün nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı 1.187153 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 10 iyul 2008-ci il tarixli Çıxarışa əsasən, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən kənd təsərrüfarı təyinatlı 4.748947 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 26 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Şimali qəsəbəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsini X1 bağışlayıb. 24 dekabr 2020-ci il tarixli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən, Cavabdeh1 09 dekabr 2020-ci il tarixdə ölüb. A pellyasiya instansiyası məhkəməsi, İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Şimali qəsəbəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsini 26 avqust 2018-ci il tarixli müqaviləyə əsasən X1 bağışlayıb. Başqa sözlə, iddiaçıların mübahisələndirdikləri bağışlama müqaviləsinin onların mülkiyyətində olmuş 5,94 ha torpaq sahəsinə heç bir aidiyyatı olmadığı kimi, həmin əqdi mübahisələndirmək üçün də onların müvafiq subyektiv hüquqları olmayıb. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, iddiaçılar qeyd olunan bağışlama müqaviləsi üzrə iddia vermək üçün müvafiq subyektiv hüquqa malik olmayiblar. Onların 5,94 ha torpaq sahəsinə dair cavabdehlərlə olan mübahisəsi belə bir iddianı qaldırmaq üçün əsas vermir. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin tədqiq olunan faktiki hallarına qiymət verərək qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri ki, 21 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə üzrə Cavabdeh1 adına verilmiş Çıxarışların etibarsızlığı üçün əsaslar mövcud deyil. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Bu normaların tələbləri baxımından işin faktiki hallarına hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların tələbləri tam əsassızdır. İddiaçı1 kassasiya şikayətində mülkiyyətlərinə verilmiş torpaq sahəsini satmadıqlarını, onlara heç bir vəsait ödənilmədiyini, alıcını tanımadıqlarını, notariusa getmədiklərini, müqavilə imzalamadıqlarını, ümumiyyətlə bu əqddən xəbərlərinin olmadıqlarını iddia etsələr də, bu dəlillər mülki iş materiallarında olan sənədlərlə, o cümlədən şahid ifadələri ilə tam təkzib olunur. Belə ki, 21 sentyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı1 və ailə üzvləri Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən JN-138 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mülkiyyətinə verilən 5.94 ha torpaq sahəsini 36.000 manata Cavabdeh1 satıb. Həmin pul vəsaiti notariusun depozit hesabına qəbul olunub. Notariat işindən məlum olur ki, mübahisələndirilən əqd bağlanarkən bütün qaydalara əməl edilib, lazımi sənədlər toplanıb və əqd üzrə tərəflər onu öz imzaları ilə təsdiq ediblər. İddiaçı1, iddia ərizəsində, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində, eləcə də ilkin məhkəmə iclasında notariusa getmədiyini, müqavilə bağlamadığını bildirsə də, şahid ifadələrindən sonra notariusa getdiyini, dolayısı ilə də olsa müqavilə imzaladığını etiraf etdi. Doğrudur o, hansı müqaviləni imzaladığını bilmədiyini desə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun bu izahatına tənqidi yanaşır. Belə ki, “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. İşdən görünür ki, qeyd olunan alqı-satqı müqaviləsindən sonra mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Qeyd olunduğu kimi, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyat da qanuni əsaslara söykənir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daha sonra, işdən görünür ki, Cavabdeh5 iddia müddətinin tətbiqi barədə ərizə verib, birinci instansiya məhkəməsi də iddia müddətini tətbiq edərək iddianı rədd edib. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tari xli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibar sız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünü r ki, mübahisələndirilən alqı-satqı müqaviləsi 21 sentyabr 2007-ci il tarixdə bağlanıb, lakin bu müqavilə 05 iyul 2021-ci il tarixdə mübahisələndirilmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş bir illik kəsici müddət ötürülüb. Başqa sözlə, iddiaçılar hazırkı iddiasını vaxtında qaldırmadığından, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu da itiriblər. Mülki Prosessal Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndir ilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini əsassız sayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı düzgün olaraq rədd etsə də, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməyib. Bu isə Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilməl idir. Bu baxımda kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, İddiaçı1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasaiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(105)-715/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar