Məhkəmə qərarları › İş №2(102)-565/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-565/2023

01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-565/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “ASAN xidmət” mərkəzinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsızlığı, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)6526/2022 nömrəli qətnaməsində n iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X6, İddiaçı və X5 qardaş-bacıdırlar. Cavabdeh isə İradə Seyidovanın qızıdır.

2. X6 22 sentyabr 2021-ci il tarixdə Quba rayonu “Asan Xidmət” mərkəzində notariat ofisində verdiyi vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir. Vəsiyyətnamə vəsiyyət edən və iki şahid tərəfindən imzalanmışdır.

3. X6 01 mart 2022-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 tərəfindən 22 sentyabr 2021-ci il tarixdə Quba regional “ASAN xidmət” Mərkəzində notariat ofisində 2V-1127 nömrə ilə reyestrdə qeydə alınmış cavabdehə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 38, 55 saylı mənzil iddiaçının, qardaşı Aydının və bacısı İradənin hər birinin 1/3 hissədə payda olmaqla ümumi mülkiyyətlərində olmuşdur. Onlara analarından, eyni zamanda Quba rayonunun Digah kəndində fərdi yaşayış evi miras qalmış, lakin həmin evə dair heç bir sənəd olmadığı üçün miras əmlak siyahısına daxil edilməmişdir. Qardaşı Aydın həmin evdə yaşamaqla, heç vaxt ailə qurmamış və spirtli içki aludəçisi olmuşdur. İddiaçı 2021-ci ilin təxminən noyabr-dekabr aylarında Quba rayonunun Digah kəndində ola rkən qonşularından bilmişdir ki, bacısı İradə 2021-ci ilin sentyabr ayında kəndə Aydının yanına gəlmiş, Aydın qonşulara demişdir ki, bacısı onu Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə apararaq, orada vəsiyyətnamə vermiş və bu zaman sərxoş olmuşdur. Vəsiyyətnamənin məzmununda nə yazıldığını bilməmiş və vəsiyyətnamənin verilməsindən peşman olmuşdur. Bu barədə Aydının özündən soruşduqda bildirmişdir ki, bacısı İradədən 150 manat borc aldığı üçün onun hər sözü ilə razılaşmış və notariat ofisinə gedərkən sərxoş olduğuna görə nə üçün getdiyini bilməmişdir. Bu zaman o, Aydına bildirmişdir ki, əgər vəsiyyətnamə onun iradəsi ilə yazılmamışdırsa, istənilən vaxt onu ləğv edə bilər. Aydın isə bacısının ona vəsiyyətnaməni ləğv etməyin mümkün olmadığını bildirdiyini, həmçinin əgər vəsiyy ətnaməni ləğv edərsə, bacısı 150 manat pulu istəsə qaytara bilməyəcəyini demişdir. Ona görə də, qardaşı iddiaçıdan kömək istəmişdir. Bundan sonra, bacısı həm özünün, həm də qardaşı Aydının adından 2022-ci ilin yanvar ayında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətlərində olan mənzilin naturada bölünməsini tələb etmiş, iddia ərizəsinə qardaşı Aydının əvəzinə etibarnamə əsasında İradə imza etmişdir. Bu iddia ilə əlaqədar bir neçə dəfə Aydınla danışdıqda o, ümumiyyətlə İradəyə etibarnamə verilməsindən məlumatsız olduğunu, hansı şəraitdə verilməsini xatırlamadığını bildirmiş və iddiaçıdan xahiş etmişdir ki, həm vəsiyyətnamənin, həm də etibarnamənin ləğv edilməsi üçün Quba rayonun Digah kəndinə gələrək onu Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə apar sın. İddiaçı qardaşına gələcəyini və kömək edəcəyini bildirmiş, lakin bu danışıqlarından təxminən bir neçə gün keçdikdən sonra qardaşı Aydın heç bir xəstəliyi olmadan 01 mart 2022-ci il tarixdə naməlum şəraitdə 62 yaşında vəfat etmişdir. Payların naturada bölünməsi barədə olan iş üzrə icraat hüquq varisi müəyyən olunanadək dayandırılmışdır. Qardaşı Aydın əvvəllər anaları sağ olarkən onlarla birlikdə yaşamış, bacısı İradə ilə Aydın arasında münasibətlər pis olmuşdur. Belə ki, İradə Aydınla birlikdə qalmamaq üçün onunla münaqişə yaratmış və ona rayonda yaşamasını demişdir. Aydın isə heç yerdə işləmədiyi və analarının təqaüdü ilə yaşadığı üçün getmək istəməmiş, anaları həmin dövrdə Aydına bildirmişdir ki, İradə ondan polisə şikayət etməmiş yaşamaq üçün Quba rayonunun Digah kəndinə getsin. L akin Aydın rayona getmədiyi üçün İradə 2020-ci ilin mart ayında Aydın tərəfindən döyülməsi barədə polisə şikayət etmiş, bundan sonra Aydın yaşamaq üçün Quba rayonunun Digah kəndinə getmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(007)1586/2022 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 346.1, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1188, 1225.1, 1225.3-cü maddələrinə, “Notariat haqqında” Qanunun 35-cü maddəsinin 3-cü bəndinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 57, 58, 72-ci bəndlərinə istinad edərək hesab etmişdir ki, vəsiyyətnamə notariusda hazırlanarkən qanunvericiliyin tələbinə əməl edilmiş və X6 t ərəfindən vəsiyyətnaməyə imza çəkilmişdir.

8. Məhkəmə vəsiyyətnamənin X3 içkili vəziyyətdə olduğu, öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, X6 daha öncə çox içki içdiyindən, sərxoş vəziyyətdə olarkən öz hərəkətlərini idarə edə bilməməsi səbəbindən müalicə olunmamış, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmiş, həmçinin, iş üzrə şahid qismində ifadə vermiş mərhumun bacısı X2 vəsiyyətnamədən daha öncə 16 mart 2021-ci il tarixdə müəyyən hərəkətlərin edilməsi barədə 10 il müddətinə etibarnamə vermiş, onunla bərabər məhkəmədə İddiaçı qarşı iddia qaldırmış, verilən etibarnamə nə iddiaçı tərəfindən, nə də X6 tərəfindən mübahisələndirilməmiş, iddi açının məhkəmə iclasında bildirdiyi iş üzrə iddianı qaldırarkən və hazırda məhkəmədə mübahisələndirilən vəsiyyətnamə verilərkən X6 anlaqlı vəziyyətdə olmuş və etdiyi hərəkətlərin mənasını anlamışdır.

9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 da ifadəsində bildirmişdir ki, Aydın bir dəfə ondan etibarnaməni və vəsiyyətnaməni ləğv etmənin mümkün olubolmadığını soruşmuşdur. Həmçinin, X3 içkili olaraq özünü idarə edə bildiyini demişdir. Bu da, bir daha X3 öz hərəkətlərini idarə edə bildiyini, etdiyi hərəkəti dərk etdiyini, etdiyi hərəkətin nəticəsini başa düşmək qabiliyyətində olduğunu, vəsiyyətnamə verərkən ayıq vəziyyətdə olduğunu bir daha təsdiq edir.

10. Eyni zamanda, məhkəmə X3 vəsiyyətnamə verərkən sərxoş vəziyyətdə olması və öz hərəkətlərini idarə edə bilməməsi onun davranışlar ından aydın olduğu üçün vəsiyyətnamə tərtib edilərkən notariat orqanın və şahidlərin bu vəziyyəti anlamamasını və buna rəğmən vəsiyyətnamə tərtib etməsini də ağlabatan hesab etməmişdir.

11. Məhkəmə həmçinin X3 vəsiyyətnaməni hədə-qorxu və təsir altında verməsi dəlilinə münasibətdə bildirmişdir ki, bununla bağlı məhkəməyə hər hansı sənəd və sübut təqdim edilməmiş, bu fakt iddiaçı tərəfindən sübut edilə bilməmişdir. 2020-ci ilin mart ayında X6 ilə bacısı arasında baş verən münaqişədən sonrakı tarixlərdə mərhum X6 bacısına 16 mart 2021-ci il tarixdə baş etibarnamə vermiş, onun qızına isə 2021-ci ilin sentyabr ayında bütün əmlakını vəsiyyət etmişdir. 12. 2021-ci ilin sentyabr ayında verilmiş vəsiyyətnaməni 2022-ci ilin mart ayında vəfat etmiş X3 ləğv etdirməsi üçün kifayət qədər vaxtı olmuş, l akin o, bunu etməmişdir. Bütün bunlar ona dəlalət edir ki, X3 mübahisələndirilən etibarnaməni öz hərəkətlərini dərk edən vəziyyətdə şəxsi iradəsi ilə vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(007)-1586/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-6526/2022 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevin və N.Ş.Cəfərovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, e-2(007)-1586/ 2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən vəsiyyətnamə notariat qaydasında yazılı formada iki şahid ilə birlikdə tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin vəsiyyətnamənin X3 içkili vəziyyətdə, öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilməsi, onun vəsiyyətnaməni hədə-qorxu və təsir altında verməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsas mövcud deyildir. Kassas iya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-6526/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1188, 1225.1, 1225.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 76.2, 77, 272.4, 372.2, 380, 388-ci, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60, 66-cı bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi mirasqoyanın vəsiyyətnamədəki imzanı yoxlamamış, vəsiyyətnamənin etibarsızl ığa səbəb olmuş sübutlara qiymət verməmişdir. Mübahisələndirilən vəsiyyətnamə tərtib olunmamışdan əvvəl cavabdeh anası ilə birlikdə Quba rayonuna gedərək mərhumu Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə aparmış və vəsiyyətnamənin tərtibində iştirak etmişdir. Bundan başqa, vəsiyyət şahidləri vəsiyyətnamənin onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunması barədə heç bir qeyd aparmamışlar. Vəsiyyətnamənin miras qoyan tərəfindən imzalanmaması apellyasiya məhkəməsində iddiaçı tərəfə məlum olmuş, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, vəsatətləri təmin olunmamış və bu barədə protokolda qeyd olunmamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslanmışdır ki, kassasiya şikayətinin dəlilləri mülki iş üzrə icraatın əsassız uzanması məqsədini güdür. Mübahisəli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtibi edilmiş və notarius tərəfindən təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktla ra hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoya nın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı ha mılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1225.1-ci ma ddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəy yən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə top lanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin d əyərləndirmə ilə razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddianın əsasını miras qoyanın vəsiyyətnamə tərtib edilərkən sərxoş olması, cavabdehin və sonuncunun anasının təsiri altında olması təşkil etsə də, bu hallarla bağlı məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.

28. İzah olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

30. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vəsiyyətnamə Mülki Məcəllənin 1179.2, 1180.1 və 1188-ci maddələrinin tələblərinə uyğun tərtib olunmuş, iddiaçının şikayətində istinad etdiyi hallar vəsiyyətnamənin miras qoyanın iradə ifadəsinə uyğun olmamasını təsdiq etmir və həmin vəsiyyətnamənin etibarsız lığı üçün səbəb ola bilməz.

32. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməməsi barədə kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, iddiaçı vəsiyyətnamədə olan imzanın miras qoyana məxsusluğunu birinci instansiya məhkəməsində mübahisələndirməmiş və bununla bağlı dəlillər irəli sürməmişdir. Əksinə iddianın məzmunundan göstərilir ki, “Aydın qonşulara demişdir ki, bacısı onu Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə apararaq, orada vəsiyyətnamə vermiş və bu zaman sərxoş olmuşdur.” Yəni iddiaya görə miras qoyan özü vəsiyyətnaməni imzalamasını bildirmişdir. Hazırda vəsiyyətnamədəki imzanı mübahisələndirməklə iddiaçı iddianın faktiki əsasını dəyişdir ki, buna nə apellyasiya, nə də ki, kassasiya icraatında yol verilmir.

33. Göstərilənlərə əsasən məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-6526/2022 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar