Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5650/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X "xxxx" QSC-yə qarş ilkin, BOKT "xxxx" QSC-nin X qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1182/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X "xxxx" QSC tər əfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh QSC-yə qarşı birgə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında bağlanmış 010/17/121 saylı, 26.10.2017-ci il tarixli kredit və girov müqaviləsi üzrə 50 manat istisna olmaqla qalan kredit məbləğinin, 006/17/250 saylı, 14.12.2017-ci il tarixli, 006/18/101 saylı, 09.03.2018-ci il tarixli və 006/18/241 saylı, 20.06.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı1 verilməməsi və BOKT-un həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktı nın müəyyən olunmasına; BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış 006/18/316 saylı, 17.08.2018-ci il tarixli və 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı2 verilməməsi və BOKT-un həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunmasına, İddiaçı2 marağı itdiyindən 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsinə; BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı1 tərəfindən BOKT-a ödənilmiş 2.230 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 52.230 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən tutulub İddiaçı1 ödənilməsi; BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı2 tərəfindən BOKT-a ödənilmiş 3.250 manat və mənəvi ziyana görə 50.000 manat, cəmi 53.250 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən tutulub İddiaçı2 ödənilməsi; BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış 006/18/340 saylı. 19.09.2018-ci il tarixli kredit və girov müqaviləsinin təminatı kimi girov qoyulmuş iddiaçılara məxsus olan girov qoyulmuş 10 adda qızıl-zinət əşyalarının tam həcmdə iddiaçılara qaytarılmasına; İddiaçılar tərəfindən mübahisəli müqavilələr üzrə edilmiş ödənişlərin BOKT tərəfindən maliyyə sənədlərində tam əks etdirilməməsi və azaldılması faktının müəyyən olunmasına; BOKT "xxxx" QSC-nin adından iddiaçılara hazırkı iddianın predmeti olan kredit müqavilələrini bağlayan X2 həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması faktının müəyyən olunmasına; BOKT "xxxx" QSC-nin fəaliyyətində qanunvericiliyin pozulması hallarının araşdırılmasını xahiş etmişlər.
2. İddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-3905/2019 saylı mülki işin icraatı başlanmışdır.
3. BOKT "xxxx" QSC cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 QSC-nin xeyrinə 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.701 manat əsas, 1.381 manat faiz, 1.764 manat dəbbə pulu, cəmi 6.846 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. QSC iddi a ərizəsinə əlavə təqdim edərək, İddiaçı2 QSC-nin xeyrinə 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3.701 manat əsas, 2.973,49 manat faiz, 3.821 manat dəbbə pulu, cəmi 10.494,65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bu iddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-5280/2019 saylı mülki işin icraatı başlanmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-5280/2019 №-li iş üzrə qəbul etdiyi 10.12.2019-cu il tarixli qərardadla hər iki işin bir icraatda birləşdirilməsini qərara almışdır.
7. İşi n mübahisə edilməyən hallarından görünür ki, BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında 26.10.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən İddiaçı1 6 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 800,00 (səkkiz yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
8. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında 14.12.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı1 21 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000,00 (beş min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
9. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında 09.03.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı1 3 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.190,00 (beş min yüz doxsan) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
10. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında 20.06.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı1 1 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.180,00 (beş min yüz səksən) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
11. BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında 17.08.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı2 18 ay müddətinə, illik faiz dərəcəsi 50% olmaqla, ödəniş qrafiki üzrə hi ssə-hissə qaytarmaq şərti ilə 5.700,00 (beş min yeddi yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
12. BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında 19.09.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT "xxxx" QSC İddiaçı2 16 ay müddətinə, illik faiz dərəcəsi 48% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000,00 (beş min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.
13. BOKT "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış kredit və girov müqaviləsinə əlavə № 1-dən görünür ki, 19.09.2018-ci il tarixli BOKT "xxxx" MMC-yə girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən aşağıdakı əşyalar girov qoyulmuşdur: -750 əyarlı, 1 ədəd, xalis çəkisi 45,61 qr olan 1003 USD dəyəri olan Qarnitur; - 585 əyarlı, 4 ədəd, xalis çəkisi 12,26 qr olan 208 USD dəyəri olan Qolbaq; -750 əyarlı, 1 ədəd, xalis çəkisi 4,90 qr olan 108 USD dəyəri olan Qolbaq; -750 əyarlı, 1 ədəd, xalis çəkisi 5,23 qr olan 115,06 USD dəyəri olan Üzük; -585 əyarlı, 2 ədəd, xalis çəkisi 7 qr olan 119 USD dəyəri olan Üzük; -585 əyarlı, 5 ədəd, xalis çəkisi 24,95 qr olan 424,15 USD dəyəri olan Sırğa; -750 əyarlı, 1 ədəd, xalis çəkisi 10,64 qr olan 234,08 USD dəyəri olan Boyunbağı; -750 əyarlı, 2 ədəd, xalis çəkisi 8,95 qr olan 196,90 USD dəyəri olan Üzük; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 10,48 qr olan 178,16 USD dəyəri olan Üzük; -583 əyarlı, 1 ədəd, xalis çəkisi 4,32 qr olan 73,44 USD dəyəri olan Sırğa.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2020-ci il tarixli ekspert rəyi ilə iş materiallarında olan və birinci s ualda soruşulan 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi istisna olmaqla, digər kredit müqavilələrinin qeyd edilən şərtləri üzrə, bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə İddiaçı1 cavabdeh BOKT “X1 Cəmiyyətinə 739,48 manat məbləğində artıq ödənişi müəyyən edilir. Bundan əlavə ikinci sualda soruşulan sual üzrə BOKT “İnternationar’ QSC ilə İddiaçı2 arasında bağlanmış 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıların 19.01.2020-ci il tarixə 3.979.87 manat əsas borcu. 1.432.75 manat faiz bor cu olmaqla, ümumilikdə borcu 5.412,62 manat məbləğində müəyyən edilir.
15. İddiaçılar bildirirlər ki, İddiaçı1 BOKT "xxxx" QSC-də 800 manat, "xxxx" ASC-də isə 3.655 manat krediti olub. O, həmin krediti bir kredit təşkilatına ödəmək məqsədilə 14.12.2017-ci il tarixdə cavabdeh QSC ilə müqavilə bağlayıb və özü ilə digər İddiaçı2 ümumi birgə mülkiyyəti olan qızıl-zinət əşyalarını girov qoyaraq illik 60%-lə 5.000 manat kredit götürmüşdür. Lakin cavabdeh QSC tərəfindən hər iki kredit müqaviləsi üzrə borc əvəzləşdirilib və İddiaçı1 faktiki olaraq nağd şəkildə cəmi 50 manat pul vəsaiti ödənilmişdir. Ödənişlərdə gecikmələr olduqda cavabdeh QSC İddiaçı1nı qızılları satmaqla təhdid edərək müddəti yeniləmək üçün onu yeni kredit müqaviləsi bağlamağa məcbur etmişdir. Bu zaman gecikdirilmiş faiz və cərim ə borcları əsas borca əlavə olunmuş, faktiki pul verilmədən kredit məbləğinin həcmi artırılmış və onun üçün əlverişsiz kredit müqavilələri bağlanmışdır. Müqavilənin rəsmiləşdirilməsi və bununla bağlı həyata keçirilən görüşlər çox vaxt aparırdı və onun işinin xüsusiyyəti işdən qalmağa imkan vermədiyi üçün növbəti ödənişin gecikdirilməsi ilə bağlı yeni kredit müqaviləsi bağlamaq zərurəti yarananda, yəni 19.09.2018-ci il tarixdə İddiaçı2 ilə QSC arasında illik 48%- lə 5.000 manat kredit verilməsinə dair formal xarakterli müqavilə bağlanmışdır. Belə ki, qeyd olunan kredit müqaviləsi bağlanarkən müvafiq sənədləri imzalamasına baxmayaraq, ona kredit müqaviləsinin predmeti olan pul vəsaiti ödənilməmişdir. Kredit müqaviləsi bağlanarkən İddiaçı2 məxsus yuxarıda qeyd olunan qızıl-zinət əşyaları giro vdan çıxarılmadan birbaşa İddiaçı2 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi Bankda qalmışlar. Hər dəfə yeni kredit müqaviləsi bağlanarkən əvvəlki müqavilələrin əsli cavabdeh QSC tərəfindən İddiaçı2 geri alınmışdır. Bundan başqa ABŞ dolları kreditlərinə görə İddiaçı2 559 manat kompensasiya hesablanmış və həmin məbləğ cavabdeh QSC-ya ödənilmişdir. İddiaçılar tərəfindən cavabdeh QSC-yə 7.000 manat və Maliyyə Palatası tərəfindən əlavə olaraq 559 manat pul ödənilsə də, cavabdeh QSC 26.07.2019-cu il tarixdə İddiaçı2 borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir, baxmayaraq ki, İddiaçı2 cavabdeh QSC-yə olan borcu 1.000 manat həcmindədir. İddiaçılar bu məbləği ödəməklə girov qoyulmuş qızıl-zinət əşyalarının girovdan azad edilməsini tələb etsələr də cavabdeh QSC borcun hazırda 4.000 manat təşkil etdiyini bildirir. Cavabdeh QSC borcu əsassız olaraq şişirdib. 09.03.2018-ci il tarixli, 14.12.2017-ci il tarixli, 20.06.2018-ci il tarixli, 17.08.2018-ci il tarixli və 19.09.2018-ci il tarixli kredit və girov müqavilələri də qanunsuz bağlanmışdır. Belə ki, həmin müqavilələr üzrə müvafiq olaraq 800 manat, 5.000 manat, 5.190 manat, 5.180 manat və 5.700 manat məbləğlərində kreditin verildiyi bildirilsə də, həmin məbləğlər iddiaçılara ödənilməmişdir. Həmin müqavilələri QSC-nin adından X3 bağlayıb. Lakin QSC tərəfindən məhkəmələr təqdim olunan sənədlər arasında M.Hüseynovun QSC-nin adından müqavilə bağlamaq səlahiyyətinin olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Bu kredit müqavilələri üzrə onlar bilavasitə şəxsən QSC-yə hər hansı ödəniş etməmişlər. Cavabdeh QSC həmin müqavilə lər üzrə borcdan müvafiq ödənişlərin edildiyini bildirsə də bununla bağlı ödəniş qəbzlərini təqdim etməyib. Bu ödənişlər növbəti kredit məbləğinin hesabına QSC-nin əməkdaşları tərəfindən edilib
16. Cavabdehin nümayəndəsi bildirir ki, 19.09.2018-ci il tarixli 006/18-340 nömrəli kredit və girov müqaviləsinə əsasən cavabdeh İddiaçı2 aylıq 4%-lə 16 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Bu borcun təminatı olaraq İddiaçı2 özünə məxsus müxtəlif adlı və ümumi dəyəri 2.660 ABŞ dolları olan qiymətli metalları QSC-nin xeyrinə girovla yüklü etmişdir. Borc öhdəliyinin icrasını düzgün və vaxtında təmin etmək məqsədilə müqavilə bağlanan gün müqavilə ilə yanaşı İddiaçı2 ödəniş cədvəli verilmişdir. Eyni zamanda müqavilənin şərtlərinə əsasən müqavilədən əlavə o, iltizam yazaraq bəyan etm işdir ki, o, razılıq verir ki, bildirişi aldıqdan sonra 7 iş günü ərzində yüklülük predmetinin satılaraq, borcun əvəzinə yönəldiləcək. Borclu İddiaçı2 borc öhdəliyini vaxtında icra etməmiş və icranı əhəmiyyətli dərəcədə gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 17 sentyabr 2020-ci il tarixli, 2(005)-182/2020 nömrəli qətnaməsi ilə BOKT "xxxx" QSC-nin İddiaçı2 qarşı “borcun tələbi və tutmanın girov predmetinə yönəldilməsi”nə dair iddia tələbi təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “pul öhdəliyinin icra olunması və girov predmetlər inin qaytarılması” tələbinə dair iddası qismən təmin edilmiş, BOKT "xxxx" QSC-dən 739,48 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi, BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış 19.09.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsi, girov qoyulmuş AC20863040 saylı 19.09.2018-ci il tarixli zərgər aktında göstərilən 1 ədəd qarniturun, 5 ədəd qolbağın, 7 ədəd üzüyün, 6 cüt sırğanın, 1 ədəd boyunbağının İddiaçı2 qaytarılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun BOKT "xxxx" QSC-dən tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.
18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı2 ilə BOKT "xxxx" QSC arasında bağlanmış 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC kredit müqaviləsi üzrə nəzərdə tutulan öhdəlikləri icra etməmiş, həmin müqavilə üzrə təqdim edilməli olan lokal kart İddiaçı2 təqdim edilməmiş, habelə lokal karta müqavilədə nəzərdə tutulmuş pul məbləğinin köçürülməsi, o cümlədən həmin lokal kart üzrə köçürüldüyü iddia edilən pulun kim tərəfindən nə vaxt məxaric edildiyi barədə məlumatlar təqdim edilməmişdir.
19. Eyni zamanda İddiaçı1 “BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı1 tərəfindən BOKTa ödənilmiş 2.230 manat pul vəsaitinin ona ödənilməsi” tələbinə münasibətdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş hesabdan çı xarışlara və ekspert rəyinə əsassən iddia tələbi bu hissədə qismən əsaslı hesab edir, belə ki,19.09.2018-ci il tarixli kredit müqaviləsi istisna olmaqla digər müqavilələr üzrə İddiaçı1 BOKT "xxxx" MMC-yə 739,48 manat məbləğində artıq ödənişi müəyyən edilir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı BOKT "xxxx" QSC-nin cavabdeh İddiaçı2 qarşı “borcun tələbi və əvəzinin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh İddiaçı2 tərəfindən tərəflər arasında müqavilə bağlansa da həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər BOKT tərəfindən icra edilmədiyindən, həmin müqavilə üzrə borcun ödənilməsini tələb etməkdə BOKT haqlı olmamışdır.
21. Bundan başqa qeyd edilməlidir ki, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma o lmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə tərəflər arasında bağlanmış müqavilə üzrə BOKT "xxxx" QSC-nin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi müəyyən edilir. Ona görə də kredit öhdəliyi üzrə İddiaçı2 münasibətdə iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi BOKT "xxxx" QSC tərəfindən kredit müqaviləsi üzrə təqdim edilməli olan plastik kartların iddiaçılara təhvil verilməsinə dair məlumat və plastik kartlardan vəsaitin çıxarılmasına dair məlumatlar mövcud deyildir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından İddiaçı2 BOKT "xxxx" QSC qarşısında müqavilədən irəli gələn öh dəliklər üzrə borclu kimi çıxış edə bilməz, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu tələbi ondan tutula bilməz.
22. Bunnla yanaşı iddia tələbinin BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı2 tərəfindən BOKT-a ödənilmiş 3.250 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən tutulub İddiaçı2 ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, ekspertiza rəyi ilə həmin məbləğdə pulun artıq ödənilməsi halı müəyyən edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.
23. Mənəvi ziyana görə 50.000 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən tutulub İddiaçı1 ödənilməsi və mənəvi ziyana görə 50.000 manat pul vəsaitinin BOKT "xxxx" QSCdən tutulub İddiaçı2 ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehi n qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
24. Məhkəmə onu da qeyd etmişdir ki, BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında bağlanmış 010/17/121 saylı, 26.10.2017-ci il tarixli kredit və girov müqaviləsi üzrə 50 manat istisna olmaqla qalan kredit məbləğinin, 006/17/250 saylı, 14.12.2017-ci il tarixli, 006/18/101 saylı, 09.03.2018-ci il tarixli və 006/18/241 saylı, 20.06.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı1 verilməməsi və BOKTun həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması, BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış 006/18/316 saylı, 17.08.2018-ci il tarixli və 006/18/340 saylı, 19.09.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı2 verilməməsi və BOKT-un həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması, iddiaçılar tərəfindən mübahisə predtmeti ilə bağlı müqavilələr üzrə edilmiş ödənişlərin BOKT tərəfindən maliyyə sənədlərində tam əks etdirilməməsi və azaldılması faktının müəyyən olunması, BOKT "xxxx" QSC-nin adından iddiaçılara hazırkı iddianın predmeti olan kredit müqavilələrini bağlayan X2 həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması faktının müəyyən olunması kimi hallar qətnamənin əsaslandırıcı hissəsində qiymətləndirildiyindən, bu tələblərin ayrıca iddia tələbi kimi qeyd edilməsi zərurəti yoxdur.
25. Məhkəmə bildirmişdir ki, sadalanan məsələlər tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə məhkəmə tərəfindən qətnamənin əsaslandırıcı hissəsində qiymət verilməli olan hallardır, işdə iştirak edən şəxslərin öz iddia tələbləri və ya etirazlarını əsaslandırdıqları faktlardan ibarətdir. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin qiymətləndirməsindən asılı deyil və işə baxarkən aşkara çıxardığı faktları müşavirə otağında baxmaqla qətnaməni çıxararkən nəzərə alır. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb (iddia tələbi) kimi qiymətləndirilə o cümlədən, həmin məsələlərə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə, hər bir halda qətnamənin əsaslandırıcı hissəsində iddia tələbində əsas gətirilə n faktlara qiymət verdiyindən bununla bağlı əlavə araşdırma aparmağa ehtiyac olmadığı qənaətinə gəlir.
26. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası MPM 265.4-cü maddəsinə əsasən, BOKT "xxxx" QSC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 010/17/121 saylı, 14.12.2017-ci il tarixli; 006/18/101 saylı, 09.03.2018-ci il tarixli; 006/18/241 saylı, 20.06.2018-ci il tarixli; 006/18/316 saylı, 17.08.2018-ci il tarixli kredit müqavilələri və 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi bağlanan zaman tərəflərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsində ehtiva olunan cinayətin əlamətləri aşkara çıxdığından bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini əsaslı hesab etmişdir.
27. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21, 23, 385.1, 386, 389, 405, 406, 407, 421, 423, 424, 425, 432.3, 440.1, 442, 448.1, 739.2, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3, 39.3.3, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC apellyasiya şikayəti vermişdir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1182/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədova-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) BOKT "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, QSC, kredit müqavilələri üzrə borclular İddiaçı1 və İddiaçı2 kreditor olan QSC-yə borclarının olmaması, əksinə onlar tərəfindən QSC-yə 739,48 manat məbləğində artıq ödəniş edilməsi hissəsində Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2020-ci il tarixli ekspert rəyi ilə razı olmadığını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspertiza tərəfindən verilmiş rəyi həmin hissədə şübhə altına ala biləcək sübutları (məsələn: başqa ekspertiza rəyini) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə 19.09.2018-ci il tarixli kredit müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə bağlanmış eyni tarixli girov müqaviləsinin ləğvi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, həmin müqavilə üzrə pulun iddiaçılara verilməsi, kassadan məxaric edilməsinə dair heç bir sübut məhkəmələrə təqdim edilməmişdir. QSC bildirir ki, həmin müqavilə başqa məbləğdə kreditin verilməsi məqsədi ilə deyil, əvvəlki kredit müqavilələrinin müddətinin uzadılması məqsədi ilə bağlanılmışdır. Buna görə də məxaric orderi mövcud deyil.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, BOKT 19.09.2018-ci il tarixl i kredit müqaviləsinin əvvəlki müqavilələrin müddətinin uzadılması məqsədi ilə bağlanması barədə sübutları məhkəmələrə təqdim etməmişdir, həmçinin həmin müqavilənin məzmunundan da görünür ki, müqavilə, digər kredit müqavilələrinin müddətinin uzadılması ilə bağlanması barədə müddəanı özündə əks etdirmir. Bundan başqa qeyd edilməlidir ki, 19.09.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmiş Rayon Məhkəməsi haqlı olaraq, girov müqaviləsinin də ləğv edilməsi nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova da xitam verilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh Bank Olmayan Kredit Təşkil atı "xxxx" QSC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı1 və İddiaçı2 iddialarının rədd edilməsi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
35. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2020-ci il tarixli ekspert rəyi əsassız olduğu halda apelyasiya instansiyaı məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışd ır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
43. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (maddə 76.1)
44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2)
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
48. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində m üəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1)
49. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
50. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
52. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
54. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (49)
55. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2020-ci il tarixli ekspert rəyi ilə əsaslandırmışdır.
56. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də həmin rəyin mötəbərliyini əsaslandırmamışdır.
57. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair 16.06.2020-ci il tarixli eksper rəyinin tədqiqat hissəsində İddiaçı1 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 19 yanvar 2020-ci il tarixə (sualda soruşulan tarixə) cavabdeh BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5.412,62 manat borcu, o cümlədən: əsas borcu üzrə: 3979,87 manat, faiz borcu üzrə: 1432,75 manat müəyyən edildiyi qeyd edilmişdir.
58. İş materiallarından görünür ki, 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında deyil, İddiaçı2 arasında bağlanmışdır. Belə olan halda 19 sentyabr 2018-ci il tarixli k redit müqaviləsi üzrə İddiaçı1 borcunun ekspert rəyində hansı əsasla müəyyənləşdirildiyi göstərilməmişdir.
59. Bundan başqa qeyd edilən ekspert rəyinin nəticəsi hissəsində BOKT “İnternationar’ QSC ilə İddiaçı2 arasında bağlanmış 19.09.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıların 19.01.2020-ci il tarixə 3.979.87 manat əsas borcu. 1.432.75 manat faiz borcu olmaqla, ümumilikdə borcu 5.412,62 manat məbləğində müəyyən edildiyi göstərilmişdir.
60. Göründüyü kimi ekspert rəyinin tətqiqat hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır.
61. Belə ki, rəyin tədqiqat hissəsində İddiaçı1 19 sentyabr 2018-ci il ta rixli kredit müqaviləsi üzrə 5.412,62 manat borcu olduğu göstərilsə də nəticə hissəsində iddiaçıların 5.412,62 manat məbləğində borcu olduğu göstərilmişdir.
62. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi kifayət qədər əsaslandırılmadığından mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizasının keçirilməsinə zərurət yaranmışdır.
63. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizası keçirməli və həmin ekspertizanın nəticəsini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək müfaviq məhkəmə aktı qəbul etməlidir.
64. Bununla yanaşı qeyd edilməlidir ki, idd iaçılar 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə pul məbləğini almadıqlarını və həmin müqavilə üzrə ödəniş etmədiklərini bildirsələr də BOKT "xxxx" QSC-nin tələbindən görünür ki, həmin kredit müqaviləsi üzrə borcun müəyyən bir hissəsinin ödənilmişdir.
65. Belə ki, 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat kreditin verilməsi nəzərdə tutulduğu halda, BOKT "xxxx" QSC cavabdeh İddiaçı2 3.701 manat əsas, 1.381 manat faiz, 1.764 manat dəbbə pulunun tutulmasını tələb etmişdir.
66. Belə olan halda 19.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən edilməsinin müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır.
67. Bundan başqa iddiaçılar İd diaçı1 və İddiaçı2 Müşfiq qızının iddialarının və verdikləri izahatların məzmunundan görünür ki, 09.03.2018-ci il tarixli, 14.12.2017-ci il tarixli, 20.06.2018-ci il tarixli, 17.08.2018-ci il tarixli və 19.09.2018-ci il tarixli kredit müqavilələri üzrə nəzərdə tutulmuş pul məbləğləri onlara verilməmiş və əvvəlki borcların silinməsinə sərf edilmişdir.
68. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edlən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
69. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçıların iddia tələbləri kredit müqavilələri üzrə borcun verilməməsinin, həmin müqavilələr üzrə onların öhdəliklərinin olmamasının, o cümlədən kredit müqavilələri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyən edil məsi ilə bağlıdır.
70. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, borcun verilməməsinin yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özü nə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir.
71. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər.
72. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
73. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
74. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1182/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.