Məhkəmə qərarları › İş №2(105)-635/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-635/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-635/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-2776/2021 saylı qətnaməsindən cavadeh Qurbanova (Fətullayeva) Tahirə Marif qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-2776/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh 10.12.2007-ci il tarixli, 02 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2374.89 (iki min üç yüz yetmiş dörd Avro səksən doqquz sent) Avro, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1494.57 (min dörd yüz doxsan dörd Avro əlli yeddi sent) Avro faiz olmaqla, cəmi 3869.46 (üç min səkkiz yüz altmış doqquz Avro qırx altı sent) Avro kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə girov qismində qoyulmuş girov predmeti olan qızıl-zinət əşyalarına (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) yönəldilməsi, girov predmeti olan qızıl-zinət əşyaları (kolye bilərzik - 1 dəst, kolye qolbaq zəncir - 1 dəst, kolye qolbaq kəpənək - 1 dəst, kolye - 1 ədəd, klon - 1 ədəd) açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 3869.46 (üç min səkkiz yüz altmış doqquz Avro qırx altı sent) Avro kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavadeh Qurbanova (Fətullayeva) Tahirə Marif qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-2776/2021 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1 -ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavadeh Qurbanova (Fətullayeva) Tahirə Marif qızının apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(012)-2776/2021 saylı qətnaməsindən cavadeh Qurbanova (Fətullayeva) Tahirə Marif qızının verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar