Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5651/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Oğuz rayon Notariat Ofisinə və AR ƏMDK-ya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5651/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı3, onun və digər iddiaçıların vəkili Vəkil və Cavabdeh2 vəkili Vnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1014/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Oğuz rayon Notariat Ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Qatdarovan ilə AR ƏMDK arasında bağlanmış 10.05.2013-cü il tarixli, 4307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çı xarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Oğuz rayon Oğuz Bələdiyyəsinin 29.02.2008-ci il tarixli 02 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə mərhum X6 Oğuz şəhəri ərazisindən 0,01 hektar torpaq sahəsi satılmış, bununla bağlı torpaq sahəsinin alqı-satqısına dair 03.04.2008-ci il tarixli akt tərtib edilmişdir. Qeyd olunan 0,01 hektar torpaq sahəsinə dair mərhum X5 adına 11.04.2008-ci il tarixli **********19 nömrəli (qeydiyyat nömrəsi 1********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. 0,01 hektar torpaq sahəsi hazırda da xüsusi mülkiyyət hüququ əsasında mərhum X5 adına qeydiyyata alınmışdır. Cavabdeh1 X1 və qeyrilərinə qarşı Oğuz rayon Oğuz Bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 saylı iclas protokolu qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə apelyasiya qaydasında ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Qeyd olunan qətnamədən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 09.07.2009-cu il tarixli 2 (102)-2095/09 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980-ci il tarixli 23 nö mrəli iclas qərarına əsasən 5 nömrəli Tütünçülük sovxozunun Oğuz (Vartaşen) şöbəsinin ərazisində tikiləcək 90 yerlik uşaq bağçası - körpələr evinin tikintisi üçün sovxozun torpaq fondundan ayrılan 0,4 hektar torpaq sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi olan yarımçıq tikili əmlakdan pay haqqının verilməsi barədə aktla əmlak payı kimi Cavabdeh1 verilmişdir. Bu tikilinin ön hissəsində yerləşən 100 kv.metr (0,01 hektar) torpaq sahəsini isə Oğuz rayon Oğuz X2 satmışdır. Bundan əlavə, X5 iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 20.06.2011-ci il tarixli 2 (054)-246/2011 nömrəli qətnaməsinə əsasən Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən, X5 xüsusi mülkiyyətində olan 0,01 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlər in edilməsi Cavabdeh1 qadağan edilmişdir. Qeyd edilən 100 kv.metr (0,01 hektar) torpaq sahəsi İddiaçı1 ilə X5 birgə nikahı dövründə əldə edilmiş, onun vəfatından sonra hazırki iş üzrə iddiaçılar ondan miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etmiş, sahiblik və istifadə edərək həmin torpaq sahəsində tikili inşa etmişlər. Oğuz Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 2 (054)-223/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı3 və İddiaçı2 qarşı qeyri-qanuni inşa edilmiş qurğuların sökülməsi, torpaq sahəsinin qaytarılması tələbi barədə iddiası təmin edildikdən sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh1 satılmış və onun adına mülkiyyət hüququnu tanıyan sənəd verilmişdir. Bundan sonra Cavabdeh1 qeyd olunan torpaq sahəsini 08.07.2019-cu il tarixli alqı-satqı müqa viləsi əsasında Cavabdeh2 satmış və bu barədə sonuncunun adına mülkiyyət hüququnu tanıyan sənəd tərtib edilmişdir. Hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinin 0,01 hektardan ibarət hissəsi X6 məxsus olan torpaq sahəsidir və bu torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Bununla da onların həm vərəsəlik, həm də mülkiyyət hüquqları pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mülki işin məhkəmə araşdırılması ilə əlaqədar mərhum X5 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli **********19 nö mrəli (qeydiyyat nömrəsi 1********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,01 hektar torpaq sahəsinin hansı ərazidə yerləşdiyini, qeyd olunan torpaq sahəsinin hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsi və ya onun bir hissəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və adı çəkilən idarənin əməkdaşı mütəxəssis qismində məhkəməyə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən səlahiyyətli nümayəndəsi Qoşqar Axundov tərəfindən verilmiş mütəxəssis şərhi və 19.02.2021-ci il tarixli məlumat məktubu ilə müəyyən edilmişdir ki, X5 bələdiyyədən satın aldığı 0,01 hektar torpaq sahəsinə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, həmin torpaq sahəsinə dair 09.04.2008-ci il tarixdə hazırlanmış Torpaq sahəsinin planı və ölçüsü sənədin in (kadastr planı) koordinatlarına uyğun, WGS-84 koordinat sistemində zona üzrə UTM-39 proyeksiyasında aparılmışdır. 0,2099 hektar torpaq sahəsi isə Cavabdeh1 tərəfindən özəlləşdirmə yolu ilə satın alınmış tikiliyə aid və dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Cavabdeh1 0,2099 hektar torpaq sahəsini də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən qanunla müəyyən edilmiş qaydada satın almışdır. Həmin torpaq sahəsi 12.08.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq Cavabdeh1 adına hüquqmüəyyənedici sənədlər verilmişdir. Cavabdeh1 0,2099 hektar torpaq sahəsini 09.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, sonuncunun müraciəti əsasında onun adına 29.07.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Cavabdeh1 tərəfindən satın alınan 0,2099 hektar torpaq sahəsi elektron kadastr məlumat bazasında WGS-84 koordinat sistemində zona üzrə UTM-38 proyeksiyasında, X8 tərəfindən satın alınan 0,01 hektar torpaq sahəsi isə WGS-84 koordinat sistemində zona üzrə UTM-39 proyeksiyasında aparıldığından torpaq sahələrinin koordinatlarında olan uyğunsuzluqlar səbəbindən o zaman həmin torpaq sahələrinin elektron kadastr məlumat bazasında üst-üstə düşməsi faktı aşkar edilməmişdir. X5 adına 2008-ci ildə dövlət reyestrində qeydiyyata alınmış 0,01 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mövcud kadastr məlumat bazasın a müasir koordinat sisteminə uyğun daxil edilmədiyindən hazırda 0,01 hektar torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. İddiaçılar mərhum X5 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,01 hektar torpaq sahəsinin Cavabdeh1 satıldığını və sonuncunun da həmin torpaq sahəsini Cavabdeh2 satdığını, bununla da onların mərhum X4 miras qalmış torpaq sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının pozulduğunu iddia etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Qeyd olunan xüsusatlar məhkəmə iclasında da təsdiq olunmamış, eyni zamanda, məhkəmə araşdırması zamanı mütəxəssis X6 verilmiş 0,01 hektar torpaq sahəsinin naturada yerini müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların X6 verilmiş 0,01 hektar torpaq sahəsinin Cavabdeh1 satılan ərazidə yerləşdiyi və sonuncunun da həmin torpaq sahəsini Cavabdeh2 satdığı, bununla da onların mərhum X4 miras qalmış torpaq sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının pozulduğu barədə iddiaları sübut olunmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,2099 hektar torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsi, eyni zamanda, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqavilə si qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunmuşdur. İddiaçılar həmin müqavilələrin etibarsız hesab edilməsinin əsası kimi həmin müqavilələrin mərhum X6 verilmiş 0,01 hektar torpaq sahəsinin də daxil olduğu torpaq sahəsinə dair bağlandığını bildirirlər. Ancaq mərhum X6 verilmiş 0,01 hektar torpaq sahəsinin yerini naturada yerini müəyyən etmək mümkün olmadığından mübahisələndirilən müqavilələrin X6 verilmiş 0,01 hektar torpaq sahəsinə münasibətdə hazırki iş üzrə iddiaçıların mənafeyinə hər hansı şəkildə toxunduğu və onların hüquqlarına təsir göstərdiyi öz təsdiqini tapmamışdır. Qeyd olunan alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb ola biləcək digər hər hansı hal da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 0,2099 hektar torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir. Cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin verilməsinə əsas olmuş sənədlərə münasibətdə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 10.05.2013-cü il tari xli 4307 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) və 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi tələbinə dair hissəsi də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 394.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İmanverdi Şükürov, Vəzirxan Məlikov) 2(107)-1014/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kol legiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti on unla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Apelyasiya kollegiyası bununla da maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin və AR ƏMDK-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməm işlər. Cavabdeh Oğuz Rayon Notariat Ofisinin notariusu məhkəməyə məktub ünvanlayaraq işə onların iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı3, onun və digər iddiaçıların vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
29. Hər kəsin mülk iyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 394.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 40 7.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, iddiaçılar kasasiya şikayətini iş materiallarında olan və qüvvədə olan qətnamələrə istinadən cavabdehlər tərəfindən onlara vərəsəlik qaydasında çatmalı olan torpaq sahəsinin qanunsuz alqı-satqı edilməsi əsası ilə həmin müqavilələrinin etibarsız hesab edilməli olması ilə əsaslandırmağa çalışsalar da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən mütəxəssis cəlb edilmiş, mütəxəssis müəyyən etmişdir ki, iddiaçıların özlər inə aid olmasını bildirdikləri 0.1 ha torpaq sahəsi ilə cavabdehlər arasında alqı-satqı müqavilələri bağlanmış torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Yoxlama nəticəsində həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının qeyd etdiyi kimi, iddiaçılar tələblərini təsdiq edə biləcək hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişlər. Odur ki, kasasiya şikayətinni dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1014/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.