Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5652/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı alıcının hüquqlarının müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız və çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qusar rayon Aqrar İslahat Komissiyasının 29 XXX 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə X2, X5, X3, X1 və X4 mülkiyyətlərinə XXX rayonunun XXX kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bununla bağlı JN-0003 saylı, XXX kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı təsdiq olunmuşdur. Həmin torpaq sahəsinin 2,65 ha hissəsinə dövlət reyestrindən çıxarış verilmişdir.
2. JN-0352 saylı, XXX kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 68,43 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Dövlət aktının verilməsinə əsas kimi Qusar Rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 2-158 saylı qətnaməsi göstərilmişdir. 3. ünvan 1ində yerləşən 3,134336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ 04 iyun 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır.
4. Cavabdeh2 həmin torpaq sahəsini 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmış, həmin torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququ 14 sentyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Qusar Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli məktubuna əsasən həmin məhkəmənin 2006-cı il üzrə arxivində mövcud olan 2-158 saylı mülki iş başqa şəxslər arasında olan mübahisə ilə əlaqədardır və Cavabdeh2 həmin iş üzrə tərəf və ya digər işdə iştirak edən şəxs deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda cavabdehlər Cavabdeh2 və C avabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli, 4ƏXXX reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslanmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 XXX 1997-ci il tarixli 15/1 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə XXX rayonunun XXX kəndi ərazisindən 4,04 hektar torpaq sahəsi verilmiş, lakin onlar maliyyə cəhətdən imkanları məhdud olduğundan həmin torpaqdan istifadə etməmişlər. 2006-cı ildə qeyd e dilmiş torpaq sahələrinə Çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar iddiaçı həmin dövrdə Gündüzqala bələdiyyəsinin sədri vəzifəsində işləmiş X12 müraciət etmiş, torpağa dair Dövlət Aktının əslini ona vermişdir. Uzun müddət keçməsinə baxmayaraq X7ytarmaq istəməmiş və yaxın gələcəkdə Çıxarış alıb ona verəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayında torpaq sahəsini satmaq məqsədilə Gündüzqala bələdiyyəsinin sədri X13 müraciət edərək torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qaytarılmasını xahiş etdikdə, sonuncu torpaq sahəsinin kənar şəxslərə satıldığını bildirmişdir. Məlum olmuşdur ki, JN0003 KOD XXX saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq sahəsinə dair Dövlət reyestrindən Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixdə Seriya MH № ******* saylı Çıxarış verilmiş, Cavabdeh2 həmin torpaq sahəsini Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Sözü gedən alqı-satqı müqaviləsi saxtadır və etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş Çıxarışlar isə ləğv edilməlidir.
8. Qusar Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddia qismən təmin edilmiş, 3,13434 hektar torpaq sahəsinin satılmasına dair Qusar rayon Notariat Kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış 31 iyul 2018-ci il tarixli 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinin 2,65 hektar torpaq sahəsinə dair hissədə etibarsız hesab olunması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı və Cavabdeh1 adına verilmiş 14 sentyabr 2018-ci il tarixli Seriya RX № ******* saylı Çıxarışların 2,65 hektar torpaq sahəsinə dair hissədə ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsinin 2,65 hektar hissəsinə Cavabdeh2 adına 04 iyun 2007-ci il tarixli Seriya MH № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi, Qusar rayon Notariat Kontorunun 31 iyul 2018-ci il tarixli, AN-İ № ******* saylı, 4Ə-XXX reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satması və Cavabdeh1 adına Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi iddiaçı X2 və ailəsinin özlərinə məxsus 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.65 hektar hissəsi üzərində mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətlərindən əsassız olaraq məhrum olmalarına səbəb olmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 149.2, 337.1, 337.2, 337.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsinin lə ğv edilməsi və ona qarşı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iş üzrə çıxarılmış qətnamə qanunsuzdur. Mübahisə araşdırılarkən məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, bununla da qanunsuz nəticəyə gəlinmişdir. Mübahisəli torpaq sahəsinə dair onunla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır və bu zaman mülki qanunvericiliyin hər hansı norması pozulmamışdır. Əqd bağlanarkən torpaq sahəsinə dair Cavabdeh2 adına olan reyestrdən çıxarışın həqiqiliyi və tamlığı prizumpsiyası pozulmamışdı. Bu əməliyyatdan öncə əmlakın Cavabdeh2 tərəfindən hansı qaydada əldə edilməsindən onun məlumatı olmadığından və əmlakın dəyərini alıcıya tam ödədiyindən o, vicdanlı əldə edə ndir. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Mülki Məcəllənin 140 və 149.2-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, ona qarşı qaldırılmış iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 XXX 2021-ci il tarixli, 2(105)-2352/2021 nömrəli qətnaməsi ilə (hakim Şəmsəddin Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər Səyyad Qafaridən və Telman Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2(029)-571/2020 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməs i hesab etmişdir ki, iddiaçının və ailə üzvlərinin mübahisəli 2,65 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ kənar şəxslərin, hazırki halda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz müdaxiləsindən müdafiə edilməlidir. Mülkiyyətçinin ona məxsus əmlakdan istifadə etməməsi onu qətiyyən həmin əmlaka olan hüquqlardan məhrum etmir və başqa şəxslərə həmin hüquqları bu səbəblə mənimsəməyə əsas vermir. İddiaçının torpaq sahəsindən istifadə etməməsi cavabdehlərə həmin əmlakı göstərilən qaydada qanunsuz olaraq ələ keçirməyə əsas ola bilməz və onların bu hərəkəti yolverilməzdir.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 adına tərtib edilmiş reyestrdən çıxarışın həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması barədə apellyasiya şikayətinin dəlili əsassızdır, çünki sonuncu mübahisələn dirilən 2,65 ha torpaq sahəsini qanunsuz əsaslarla əldə etmişdir.
16. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 mübahisəsiz vicdanlı sahib kimi qəbul etmək çətindir. Belə ki, o, mübahisəli torpaq sahəsini satın alarkən satıcı qismində Cavabdeh2 deyil, onun nümayəndəsi X16 iştirak etmişdir. Həmin dövrdə Cavabdeh2 Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilmiş və 12 il azadlıqdan məhrum edilmişdir.
17. Digər tərəfdən Cavabdeh2 mübahisəli torpaq sahəsini mövcud olmayan məhkəmə qətnaməsi əsasında əldə etmişdir. Cavabdeh1 qeyd olunan qətnamənin mövcud olmadığını bilməyə bilərdi, lakin onun məhkəmə yolu ilə əldə edilmiş torpaq sahəsinə dair mübahisə olmasını bilməməsi ağlabatan görünmür. Ən azı o, bunu bilməli və görməli idi. Göründüyü kimi alıcı kimi Cavabdeh1 bu b arədə lazımi ehtiyatlılıq tədbirləri görməmiş, sayıqlıq göstərməmiş, qanunsuz əsaslarla ələ keçirilmiş başqasının mülkiyyətində olan əmlakı almaqla əsl mülkiyyətçilərin hüquqlarını pozmuşdur. Bu halda isə onun həmin torpaq sahəsinə dair vicdanlı sahib olmasından söhbət gedə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 XXX 2021-ci il tarixli, 2(105)2352/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli RX ******* saylı çıxarışın ləğv edilməs i hissəsində iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi kassatorun mülkiyyətinə keçməzdən əvvəl QSC “Bank Standard” KB-də Cavabdeh2 tərəfindən götürülmüş kreditlə ipoteka yolu ilə yüklü edilmiş və həmin borc məbləği kassator tərəfindən qarşılandıqdan sonra, alqı-satqı əsasında onun mülkiyyətinə verilmişdir. Məhkəmə “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 XXX 2004-cü il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, həmin qərara əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul edilir. Mübahisəli torpaq sahəsinə Cavabdeh2 adına JN-0352 saylı, XXX kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilərkən və bu əsasında sonuncunun adına 04 iyun 2007-ci il tarixli, MH-000898 saylı reyestrdə çıxarış verilərkən nə iddiaçının, nədə ki, başqa üçüncü şəxslərin iddiaları olmamışdır. Bütün bu müddət ərzində Cavabdeh2 mübahisəli torpaq sahəsini mülkiyyətində olan torpaq sahəsi kimi istifadə etmişdir. Alqı-satqı müqaviləsi Cavabdeh2 öz oğluna verilmiş olduğu etibarnamə əsasında həyata keçirilmiş, etibar namə cavabdeh tərəfindən oğluna onun Azərbaycan Respublikası CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsindən əvvəl verilmiş və müvəqqəti saxlandığı təcridxananın rəhbərliyi tərəfindən deyil, notariat kontoru tərəfindən təsdiq edilmişdir.
20. Ali Məhkəmənin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(102)-1374/2022 nömrəli qətnaməsi ilə (hakim Elşad Şamayev (sədrlik edən və məruzəçi), hakimlər Elşanə Vəliyeva və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli RX ******* saylı çıxarışın ləğv edilməsi hissəsində yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini maddi hüquq normaları və işin faktiki halları ilə əsaslandırmamışdır. Belə ki, müqavilə tərəfinin səlahiyyətli nümayəndə ilə təmsil olunmasının, habelə əmlaka dair özgəninkiləşdirən tərəfin hüquqlarının məhkəmə aktına əsasən qeydə alınması əqdin qarşı tərəfinin vicdanlığını istisna edən hal deyil. Həmçinin apellyasiya məhkəməsi müqavilə bağlandığı zaman Cavabdeh1 aldığı daşınmaz əmlaka dair hüquqları qeydə alınmış X10 məhkum olunmasını, sonuncunun həmin əmlak üzərinə hüquqlarının məhkəmə aktı əsasında rəsmiləşdirilməsini bildiyini və ya bilməli olduğunu təsdiq edən hər hansı hala istinad etməmişdir. Belə ki, iş materiallarınd a olan alqı-satqı müqaviləsi üzrə tərtib olunmuş notariat işində bu hallara dair hər hansı məlumat mövcud deyildir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 140, 148.2, 149.2-cı maddələrinə uyğun araşdırılmalı və müəyyən olunan hallara hüquqi qiymət verilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13, 29, 60.1, Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, Məhkəmə qətnaməsi haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 1, 2.2, 2.4, 17-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(105)-125 6/2022 nömrəli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən-iddia tələbinin «Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin» hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını iddia tələbinin «Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 31 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əs asında verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX ******* saylı çıxarış ləğv edilsin» hissəsində tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır.
25. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13, 29, 60.1, Mülki Məcəlləsinin 139.1, 140, 148.2, 149.2, 152.1, 152.5, 337.1, 560.1, 560.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt apellyasiya Məhkəməsinin MK-sı sözü gedən qətnaməni qəbul edərkən MPM-nin 14.1 və 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə kollegiyası işin faktiki hallarına obyektiv hüququ qiymət verməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və mübahisələndirilən torpaq sahəsinin yaşadığı kənddən 40 km aralıda yeləşməsinə və həmin torpaq sahəsinin harada yerləşməsinə və cavabdehin torpaq sahəsinin harada yerləşməsinin bilməməsinə münasibət bildirmək istəməmişdir. Kollegiya cavabdehin vicdanlı alıcı olması tələbinin rədd olunmasına dair iddiaçı tərəfindən təqdim edilmiş etirazın təmin olunmamasını hüquqi cəhətdən əsaslandırmamış və Azərbaycan Respublikasında Mülkiyyət haqqında Qanunun 22-ci maddəsinin tələblərini kobud sürətdə pozmuşdur.
28. Məhkəmə kollegiyası Cavabdeh2 həbs olunaraq istintaq aparılarkən tərəfindən qeyd olunmuş torpaq sahəsinin Cavabdeh1 satıldığına münasibət bildirməmişdir. Belə bir vəziyyətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-ni 265.4-ci maddəsinin tələbinə uyğun olaraq baş vermiş cinayət hadisəsinə obyektiv hüququ qiymət vermək üçün prokurora xəbər vermək üçün qərardad qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və döv lət tərəfindən müdafiə olunur.
31. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
32. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
34. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
36. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əs assızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
37. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surə tdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
40. Madə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
50. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
55. Cavabdehin torpaq sahəsini satın alarkən satıcının əsl mülkiyyətçi olmaması hallarının məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmaması, alıcı Cavabdeh1 vicdansız alıcı olmasına dəlalət edən halların aydınlaşdırılmaması ilə bağlı məsələlər işin faktiki hallarına aid məsələlər olduğundan hazırkı icraatda yoxlanıla bilməz.
56. Kassasiya instansiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəl lənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
57. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 XXX 1997-ci il tarixli, 15/1 nömrəli qərarı ilə iddiaçı X8 və onun ailə üzvləri X11, X9, X6 və X4 mülkiyyətlərinə XXX rayonunun XXX kəndi ərazisindən 4,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, daha sonra isə Cavabdeh1 adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri məluma tlarına əsasən həmin sahə üzərindəki mülkiyyət hüququ RX ******* saylı, ********** qeydiyyat nömrəli, 14 sentyabr 2018-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən **********01 reyestr nömrəli 3,1343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır.
58. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur.
59. Reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçı istinad etdikləri halları sübuta yetirməlidirlər.
60. Nəzərə al maq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (26-27&).
61. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət vermişdir. 62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual h üquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1256/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar q