Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-566/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » fevral 2019-cu il İş № 2(102)-566/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(035)-917/2017 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddiaçılar İddiaçı2 və İd diaçı1 Cavabdeh və maraqlı şəxs Dövlət Yanğın Nəzarəti Xidmətinin Maraqlı şəxsnə qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şükürov, hakimlər M.Hüseynov və R.Əliyev, İş № 2(107)-2238/2018) iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(035)-917/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh və maraqlı şəxs Dövlət Yanğın Nəzarəti Xidmətinin Maraqlı şəxsnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus Zərd ab şəhəri ünvan 1-də yerləşən özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1 və vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hər iki məhkəmə instansiyaları MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, eləcə də maddi və prosessual hüquq nrmalarının tələbləri pozulmuşur. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasını n iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-187/2016 saylı, 28.10.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı Zərdab rayonu xxxx küçəsindən keçən orta təzyiqli D 219 mm-lik qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, həmin ərazidə ti kilmiş qanunsuz tikilinin sökülməsi barədə iddiası sözügedən tikilinin qaz xəttinin mühafizə zonasına düşməməsi əsası ilə təmin edilməmişdir. 2(035)-187/2016 saylı mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12.08.2016-cı il tarixli, 11418 saylı rəyindən görünür ki, Zərdab rayonu xxxx küçəsindən keçən Cavabdeh inşa etdiyi tikili (mağaza) ərazidə yerləşən “Azərqaz İstehsalat Birliyi” İdarəsinə məxsus olan yerüstü orta təzyiqli D 219 mm-lik qaz xətdindən 4.0 m məsafədə inşa edildiyindən, Azərbaycan Respublıikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiqedilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən orta təzyiqli (qazın təzyiqi 0,05-3 kqq/sm2) qaz kəmərindən binaların və tiki lilərin özülünə, yolüstü körpülərə və tunellərə qədər olan minimum məsafə 4,0 m-dən az olmayan qaz borusunun mühafizə zonasına düşmədiyi müəyyənləşdirilmişdir. Zərdab Bələdiyyəsinin 29 mart 2007-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışdan görünür ki, şəhərin xxxx küçəsi istiqamətində yolun cənub istiqamətində olan boş və istifadəsiz ərazidən 70 kv.metr torpaq sahəsinin dəyəri ödənilməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Cavabdeh (hazırki cavabdehə) satılması qərara alınmışdır. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının 28.06.2011-ci il tarixli, 70 saylı Sərəncamın surətindən görünür ki, Zərdab Bələdiyyəsinin 29 mart 2007-ci il tarixli, 03 saylı qərarı ilə Zərdab şəhər sakini Cavabdeh (hazırki cavabdehə) ayrılmış 70 kv.metr torpaq sahəsində mağaza tikintisinə icazə verilmişdir. DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Zərdab şəhər sakini Cavabdeh (hazırki cavabdehə) mağaza tikintisi üçün şəhərin 8-ci məhəlləsində, M.Hüseyn küçəsi istiqamətindən 70 kv.metr torpaq sahəsi ayrılmasına DT və XK-nin Zərdab rayon şöbəsi etiraz etməmişdir. Zərdab rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Zərdab rayon İHB Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş layihə-smeta sənədləri əsasında Cavabdeh sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsində mağaza tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edilmişdir. Zərdab bələdiyyəsinin sədri Ə.M.Qafarov, Zərdab rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri S.Əhmədov, DT və XK Zər dab rayon şöbəsinin müdiri A.Orucov, Zərdab rayon Mülki Müdafiə Qərargahının rəisi İ.Hüseynov, 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi M.Hacıyev, Zərdab rayon Paylayıcı elektrik şəbəkəsinin rəisi R.Rəhimov, Yanğından Mühafizə İdarəsinin rəisi Ə.Məmmədov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru R.Hüseynov, Telekommunikasiya Qovşağının rəisi Ş.İmanov, Zərdab rayon Qaz İstismar İdarəsinin rəisi Z.Xəlilov, Zərdab rayon Su Kanal idarəsinin rəisi C.Məmmədov və şəhər sakini Cavabdeh tərəfindən tərtib edilmiş 23.02.2007-ci il tarixli aktdan görünür ki, şəhərin xxxx küçəsi istiqamətində yolun cənub istiqamətində boş və istifadəsiz ərazidən 70 kv.metr torpaq sahəsinin Zərdab şəhər sakini Cavabdeh (hazırki cavabdehə) ayrılması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia tələbi sözügedən tikilinin - mağazanın özbaşına tikili olmaqla iddiaçıların mənafeyinə toxunması baxımından əsassız, orta təzyiqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında tikilməsi ilə bağlı tələbin irəli sürülməsi baxımından isə subyektiv hüquqa malik olmadıqları üçün qanunsuzdur. Ona görə də təmin edilməməlidir. İddiaçılar sözügedən tikilin özbaşına tikili olduğunu idda etsələrdə, bu məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Birinciinstаnsiyаməhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Birinciinstаnsiyаməhkəməsi iddianı təmin etməməklə düzgünnəticəyəgəldiyindən və qətnа mə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2(035)-917/2017 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 180.1-ci mаddəsinə əsаsən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 180.4-cü mаddəsinə əsаsən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MM-in 560.1-ci mаddəsinə əsаsən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassızdır belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Beləliklə işin araşdırılmış hallarından aydın olduğu kimi iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki-prosessual qanunvericiliyin (MP M-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsaıs kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Ancaq hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası olan torpağının zəbt edilməsi və ağaclarının kəsilməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiya kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal mülahizələrə əsaslandığından həmin dəlillər mahiyyətcə qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellya siya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-566/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-566/2019
04.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver