Məhkəmə qərarları › İş №2(102)-566/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-566/2024

16.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-566/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin standard şərtlərinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibd ə, İddiaçı cavabdehlər Cavabdeh2 və 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5910/2023 nömrəli, 10 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci ildə vəfat edən 1936-cı il təvəllüdlü X4 övladlığa g ötürülmüş oğludur. 2. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.41 kv/m olan 2 otaqlı mənzil tam mülkiyyət hüququ ilə X8 məxsus olmuş və xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 15000 manata Cavabdeh2 satılmışdır.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilən çıxarışa əsasən, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır.

4. X13 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölmüşdür.

5. İddiaçı bioloji anası mərhum X11 bacısı X5, Cavabdeh2 mərhum X4 qardaşı qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına dair X3 ilə cavabdeh arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özü xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ermənistan Respublikasından qaçqın düşdükləri vaxtdan - xx.xx.1989-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Qəsəbəsi, ev 1B, 39 saylı mənzili alaraq qeydiyyata düşməklə köçüb orada atası və anası ilə birgə yaşamışdır. X22 Mahmud oviç xx.xx.1991-ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra Bakı şəhərində yaxşı iş tapa bilmədiyindən Rusiya Federasiyasına pul qazanmaq üçün yollanmış, orada işləyərək anasının maddi və mənəvi dəstəyini özü qarşılamışdır. Anası yaşlandığından ona baxıcı lazım olduğu üçün qohum olan Cavabdeh2 anasına baxmasını və vaxtlı-vaxtında maddi cəhətdən tələbatlarını ödəmək üçün pul göndərəcəyini və həmin puldan istədiyi zaman xərcləyə bilməsini söyləmişdir. Şövkətlə razılığa gəlmiş və Şövkət Rusiya Federasiyasından Azərbaycana anasına qulluq etməsi üçün gəlmişdir. Anası yaşlı olduğu üçün artıq yaddaşı getmişdi və demək olar ki, öz hərəkətlərinin tam olaraq mənasını başa düşə bilmirdi. Hətta arasıra qonşuların qapısını döyərək öz evi sanırdı. Qonşular isə bu barədə ona məlumat ve rirdilər. Bu səbəbdən ona qulluq edə biləcək qohumu olan Şövkətlə anasına baxması üçün razılaşmışdır. X3 xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. Anasının 86 yaşlı ahıl qoca olduğundan yaddaşı gedib gəldiyini bilirdi, lakin hər hansısa ölümünə səbəb olacaq bir xəstəliyi yox idi. Anasının hansı səbəbdən rəhmətə getməsini Cavabdeh2 soruşduqda hər dəfə söhbətdən qaçmağa çalışmışdır. Belə ki, anasının bütün yas xərcələrini verdikdən sonra məlum olmuşdur ki, guya anası qeydiyyatda olduğu və orada uzun müddət yaşadığı evi Şövkətə satmışdır. Şövkətlə bu məsələləri aydınlaşdırmaq üçün dəfələrlə söhbət etmək istəsə də, heç vaxt danışığa gəlməmişdir. Hətta son zamanlar anasının ölüm səbəbinin Şövkət tərəfindən edilməsi barədə onda şübhələr yaranmışdır. İndi isə məlum olmuşdur ki, anasının yaşlı olmasından və yaddaş pozğunluğundan sui-istifadə edən Cavabdeh2 qeydiyyatda olduğu evi anasından 15000 manat məbləğinə alqı-satqı yolu ilə mülkiyyətinə keçirmişdir (5 saylı Bakı “Asan” Xidmət mərkəzinidə Ədliyyə Nazirliyinin notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1063 № iş). Qeyd olunanları nəzərə alaraq hesab edir ki, X4 2015-ci ildən yaddaş pozuntularının müşahidə olunması, onun öz hərəkətlərinin mənasını tam başa düşmək iqtidarında olmaması, gözlərinin və qulağının zəifləməsindən istifadə edərək Cavabdeh2 ünvan 5 ünvanına dair Notariat ofisində ölümündən 5 ay əvvəl alqı-satqı yolu ilə rəsmiləşmiş 4Ə1063 reyestr nömrəsi ilə qeydə alınmış müqavilə etibarsız hesab edilməlidi.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 vəkili və nümayəndəsi iddia ərizəsinə e tirazını təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi halların heç bir hüquqi və faktiki əsası mövcud deyildir. İlk öncə bildirir ki, İddiaçı bibisı X13 tərəfindən övladlığa götürülmüşdür, yəni, onun doğma övladı deyildir. Onlar Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Rəşid ümümiyyətlə anasına baxmamış, həmin vaxtdan isə Rusiya Federasiyasına yollanmışdır. O, Rusiya Federasiyasının vətəndaşıdır, hal-hazırda Moskva şəhərində pasport qeydiyyatında olmaqla yaşamaqdadır. Qeyd edir ki,uşaq olarkən atası və anası ayrılmışdır. Buna görə də, uşaqlıqdan ona həm ana, həm ata qayğısı bibisi Aşa Rəşidova tərəfindən göstərilmişdir. Aşa Rəşidova faktiki olaraq bibisi olsa da, hər zaman ona öz övladı kimi yanaşmışdır. Uşaqlıqdan onun himayəsində böyüdüyündən onu özümə valideyn kimi bilmişdir. Bildirir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya ona pul verib ki, həmin pulun müqabilində bibisinə baxması üçün Rusiya Federasiyasının Uzaq Sibir bölgəsində yerləşən Krasnoyarsk şəhərindən AR-na gəlsin. Qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusat tamamilə absurddur, birbaşa olaraq məhkəməni yanıltmağa yönəlmişdir. Onun maddi vəziyyəti hər zaman yaxşı olduğundan yaşadığı Krasnoyarsk şəhərindən uzun yol gəlib hər hansı bir maddi vəsait hesabına yaşlı bir şəxsə baxacaq qədər acınacaqlı durumda deyil. Yuxarıda da qeyd etdiyi kimi bibisini hər zaman öz valideyni kimi bilmişdir. AR-na gələndə də bibisinin qayğısına qalmış, onun səhhəti ilə maraqlanmış, onun vaxtlı-vaxtında mü alicə olunması üçün köməklik etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X6 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Təqdim edilmiş video görüntüdən şəxsin anlaqsız olmasından daha çox onun anlaqlı olması qənaəti yaranır. Unutqanlıq isə şəxsin öz hərəkətlərini idarə edə bilməməsi hüquqi nəticəsini doğurmur, necə ki, bir çox insanlarda, xüsusilə yaşlı insanlarda adla bağlı yaddaş pozuntularının olması hamıya bəllidir. Üstəlik müqavilə asan xidmətdə notariusda bağlanılıb və notarius şəxsin iradəsini və müqavilənin hüquqi nəticələrini ona izah etmişdir, bun un əksini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı mülkiyyət hüququ məhdudlaşdırıla bilməz və qanunda şəxsin yaşının iradə ifadəsini məhdudlaşdıran amil olduğu təsbit olunmamışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Rəşid sənədnən onun bacısı oğludur. Lakin Rəşid onun öz oğludur. Bacısı Aşanın övladı olmadığından əri ilə razılaşaraq Rəşidin 40-ı çıxandan sonra bacısı Aşaya övladlığa vermişdir. Rəşid anadan olana qədər 8 uşağı olmuşdur. Bacısı Aşa və onun əri Rəşidi oxutdurdular. Rusiya Federasiyasında əsgərliyini çəkdi və orada işləməyə başladı. Daha sonra Rəşid Rusiyada evləndi, qazancını Aşaya və Abdullaya göndərirdi. Pandemiyaya qədər tez-tez Bakı şəhərinə gəlirdi. Hətta Rəşid öz uşağını da Bakı şəhərinə gətirmiş və qohumları ilə tanış etmişdir. Rusiyada işlədiyi dövrlərdə qohumları və Zirəli dostu vasitəsilə Aşaya pul göndərirdi. Şövkət onun qardaşı Şahbəndiyarın qızıdır. Şahbəndiyar vəfat edənə qədər Şokolad fabrikinin direktoru olmuşdur. Şahbəndiyar təxminən 1975-ci ildə arvadı və övladı Şövkət ilə birlikdə onların kəndinə gəldilər. Qardaşının toyu olandan ailəvi kəndə gəlməmişdir. Qardaşının ailəsi ilə birinci dəfə kəndə gəldiyi üçün qonaqlıq təşkil etmişlər. Şövkətin anası da qonşu kənddən idi. Həmin qonaqlıqdan sonra Şövkətin anası öz ata evinə qaçdı. Qardaşı da arvadının arxasınca getmədi. Qardaşı Bakı işinə geri dönməli olduğundan Şövkəti analarının yanında saxladı. Şövkətə bir müddət anası, sonra özü, daha sonra Aşa baxmışdır. Daha sonra Şövkətin atası vəfat etdi v ə Şövkətə digər qardaşı Qələndər baxmışdır. Şövkət təxminən 16-17 yaşında Qələndərin yanından öz anasının yanına qaçdı. Onların bütün zəhmətini yerə vurdu. Sonra eşitmişlər ki, anası Şövkəti öz qaynı oğluna ərə verir. Bundan sonra məcbur qalıb Şövkətlə barışmış və Şövkətin toyuna getmişlər. Şövkət ailə qurduqdan sonra əri ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür və onlarla münasibətləri kəsilmişdir. Son vaxtlar bacısı Aşa xəstələndiyindən ona Sona adlı dayə tutmuşlar. Dayənin pulunu da Rəşid verirdi. Şövkət Rəşidin xəbəri olmadan dayəni çıxartmışdır. Ümumiyyətlə Aşanın bütün xərclərini Rəşid qarşılayırdı. O, bacısı uşaqları dəfələrlə Aşaya evini satıb aşağı mərtəbədən ev almasını təklif etmişlər, lakin Aşa onlarla razılaşmamışdır ki, “ev Abdulladan Rəşidə yadigardır, Rəşidin evin sata bilmərəm”. Aşa həmişə deyirdi ki, ev Rəşidindir. Pandemiyaya qədər Rəşid Aşanı dəfələrlə müxtəlif sanatoriyalaraYesentukiyə, iki dəfə İstisuya göndərmişdir. Bacısı xəstələnən də, tez-tez onun yanına getmişdir. Hətta bir dəfə bacısıgildə olanda, Rəşid bacısına zəng edərək bildirmişdir ki, “Şövkətə pul verəcəm sənə baxsın.” Rəşid həmin evi təmir etdirəndən sonra mənzilə paltaryuytan, qaz peçi, soyuducu və digər əşyalar almışdır. Təmiri də, onun xalası nəvəsi etmişdir. Rəşid Aşaya bahalı şuba da alıb, ümumiyyətlə Rəşidin qazancı Aşa idi. O, özü Rəşidin göndərdiyi 3000 ABŞ dolları Aşaya vermişdir. Aşanın son dövrlər yaddaş pozğunluğu var idi, yaddaşı gedib-gəlirdi, hətta arada onu da tanımırdı. Bacısı evi satmış olsaydı, ona deyə bilərdi. Şövkətin pulu olmayıb, Şövkət hətta onun anasının adına olan evidə satıb pulunu özünə götürmüşdür.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında bildirmişdir ki, Aşa onun xalası, Şövkət dayısıqızı, Rəşid isə xalası oğludur. Şövkət 1975-ci ildə hələ dayısı sağ olanda kəndə gəlmişdir. Həmin ərəfədə Şövkətin anası uşağı kənddə qoyub öz atası evinə getmişdir. Şövkətin atası onu yanına gətirmişdir. Şövkətə bir müddət özü baxmalı olduğunu bildirmişdir. Bir müddət özü baxmışdır. Sonra özü ailəli olduğundan Şövkətə nənəsi baxmışdır. Daha sonra uşağa Aşa baxmışdır. Hətta digər xalası da baxıb. Sonra dayısı Sumqayıtda qaldığından Şövkəti öz yanına gətirmişdir. Şövkətin 18-19 yaşı olanda anasının yanına qaçdı. Anasının qaçandan sonra hamısı, həmçinin Aşa da ondan küsmüşlər. Daha sonra məlum oldu ki, Şövkəti anası öz qohumuna ərə verib. Bu ndan başqa Qələndər dayısı öz anasının adına olan evi Şövkətin adına keçirtmişdir. Şövkət həmin evidə satıb əri ilə birlikdə Rusiyaya köçmüşdür. Şövkət Rusiyaya köçəndən sonra əlaqələri kəsilmişdir. Daha sonra Aşa xalam bütün qohumlara tapşırdı ki, qardaşının yadigarıdı, Şövkətin oğlunun toyunda iştirak etməlidirlər. Qohumlar hamısı həmin toyda iştirak etmişlər. Aşanın yaddaş xəstəliyi var idi. Aşa xala xəstə olanda demək olar ki, hər gün səhər-axşam onlara getmiş, yeməyi bişirmişdir. Şövkət mart ayında Bakıya gəlmiş, oğlunun toy ərəfəsində, Aşaya demişdir ki, may ayında gəlib ona özü baxacaq. Aşaya 0107 iyun 2022-ci il aralığında xalası qızı Nailə də baxıb. Daha sonra X24 yanından götürüb özü baxmışdır. Eşitməmişdir ki, Aşa xala evi satdığını desin. Əkisnə Aşa deyirdi ki, “evi təzə təmir etmişik niyə satım”. Xalasının yanında tez-tez olmuş, bir dəfə də eşitməmişdir ki, xalası desin ki, evi Şövkətə satmışdır. Rəşid həmin evi iki dəfə təmir edib. Aşanı Moskvaya aparıb, orada ona qızıl qolbaq, 7000 ABŞ dollarına şuba alıb.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, Rəşid onun xalası oğludur, Şövkət isə dayısı qızı. Özü Aşanın ən böyük bacısı Gülsafanın oğludur. Aşagilə hər həftə getmiş, ona baş çəkmişdir. Belə ki, özü Aşanın evinə yaxın ünvanda qalır. Ona Rəşid deyirdi ki, “get anama bax, nə lazımdır mənə de pul göndərim al”. 2016-cı il tarixdə Rəşid ona 600 ABŞ dolları göndərdi və bildirdi ki, evlərinə kondisioner alsın. Özüm Servis müdiridir. Bundan başqa Aşagildə paltaryuyan xarab olmuşdu, xalasına düzəltməyi təklif etsə də, xalası nara zıçılığını bildirmişdir. Rəşid Nailəyə pul göndərdikdən sonra, təzə paltaryuyan aldılar. Rəşid ümumiyyətlə Bakıya kim gəlirdisə onunla Aşaya pul göndərirdi. Aşa xala 5-ci mərtəbədə yaşayırdı, xəstə olduğundan dəfələrlə xalasına təklif etmişdir ki, evi sataq birinci mərtəbəyə dəyişək. Lakin xalası etiraz edərək, deyirdi ki, Rəşid icazə vermir evi sataq. Rəşid atasını çox istəyirdi, həmişə deyirdi ev atamın yadigarıdır. Aşa Rəşidin yanında 3 il Moskvada qalıb. Son vaxtlar xalamın ayağı şişmiş, yaddaşı getmişdi. Xalasından eşitməmişdir ki, desin ki, notariusa gedib. Rəşid evi təmir etdirib və təmirə təxminən 10000 manata yaxın pul qoyub. Rəşid Şövkəti anasına qulluq etmək üçün pul müqabilində Bakı göndərib. Aşanın 15000 manata ehtiyacı olmayıb. Hətta Aşa öləndə evdən 7000 manatdan çox pul v ar idi, pulu götürüb Tofiq adlı qohumlarına vermişdir ki, yasa nə lazımdır alsın.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X14 izahatında bildirmişdir ki, Cavabdeh2 qardaşının arvadıdır.Mən Şövkətin göstərişi həmişə Aşa yaşayan evə gedib gələn adam olmuşam. Evin təmir işlərinə köməklik və nəzarəti özü etmiş, eyni zamanda Aşa xala evə bazarlıq edəndə həmişə o, aparmışdır. Onu da qeyd etmək istəyir ki, mübahisə Xanımla Şövkət arasında ev üstündə olub. Xanım evin bacısı tərəfindən evin Şövkətə satıldığını bilirdi. Özüm usta olduğunda, evdə nəsə qırılanda özü düzəltmiş, Şövkətin tapşırığı ilə evin hamam otağını və sanitar qovşağını özü təmir etmiş, təmirin pulunu isə Aşa verib. Aşanın özünün də, imkanı yaxşı olub. Mənzilin digər təmir xərclərini qardaşı, Şövkət ya da ki, Aşa özü verirdi. Təmir üçün Rəşid ümumiyyətlə pul göndərməyib, Şövkət göndərib. Evin təmiri də, 3 il əvvəl olub. Şövkət isə sonuncu dəfə 2022-ci ildən 2023-cü ilədək Aşagildə qalıb. Aşanın əksər qohumları onunla danışmırdılar. Aşa xəstələnənədək bacısı Xanım, qohumu Tamaşa onunla danışmırdılar. Nailəni isə Aşagilə gəlib gedəndə görmüşdür. Xanım isə Aşa vəfat etməmiş son 10 gündə gəlibgedirdi. Aşa öz qohumları ilə küsülü olması barədə dəfələrlə onlara danışıb. Lakin Aşanın xəstə olmasını digər qohumlarının bilib-bilməməsi barədə dəqiq məlumatı yoxdur. Şövkətin Aşanın evini aldığını bilirdi. Təxminən iyun-iyul aylarında alıb. Aşadan eşitmişdir ki, evi Şövkətə cehiz kimi vermişdir, hətta bizdə bu barədə videogörüntüdə var. Həmin videonu Şövkət çəkib və evə görə 15000 manat pul verib. Aşanın yas pulu saxlama sından xəbəri yoxdur. Yasın xərci Şövkət və Tolikdə olub. Aşanın şəkəri yüksək olsa da, yaddaş pozğunluğu yox idi. Şövkətin telefonunda səs yazı var ki, Aşa Rəşidə Bakı gəlməsi üçün yalvarır, lakin Rəşid işi ilə əlaqədar Bakıya gələ bilməyəcəyini bildirirdi.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X15 izahatında bildirmişdir ki, Cavabdeh2 onun qardaşı arvadıdır. Özü Aşanı tanımışdır, çünki Aşa ilə qonşuluqda qalır. Aşa onun qızının toyunda da iştirak edib. Şövkət Aşa vəfat edənədək onun yanında qalıb və ona qulluq edib. Rəşidi tanımır, Rəşidi Aşanın yas mərasimində görmüşdür. Aşa Xanım və onun uşaqları ilə danışmırdı, heç gediş-gəlişləri də olmayıb. Aşanın Tamaşa ilə də, münasibəti yaxşı olmayıb, o da Aşanın son günlərində gəlib-gedirdi. Aydın isə tez-tez Aşanın yanına gəlirdi. Rəş idin Aşaya pul göndərməsini görməmiş, eşitməmişdir. Aşa ilə qonşuqlda yaşadığı üçün Şövkətin xahişi ilə Aşanın kommunal xərclərin özü ödəmişdir. Aşa Şövkətə deyirdi ki, “Rəşidi çağırdım gəlmədi, amma sən ailəni Rusiyada qoyub mənə baxmağa gəldin, ona görə də evi sənə verəcəm” Rəşid Aşaya baxmaq üçün Şövkəti çağırmayıb. Şövkət Aşa ölməmişdən 5-6 ay əvvəl təxminən 2022-ci ilin may-iyun ayında Bakıya gəlib. Aşaya bir müddət dayə baxıb, dayənin pulun Şövkət verib.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X19 izahatında bildirmişdir ki, Cavabdeh2 onun əmisioğlunun arvadıdır. Aşanın evinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olur. Ona görə də, əmisioğlunun tapşırığı ilə Aşanı bir neçə dəfə bazarlığa aparmışdır. Aşa gəzməkdə çətinlik çəkirdi. Aşanı bazara, yas yerlərinə, xəstəxanaya v ə digər yerlərə aparmışdır. Aşanın evinin yaxınlığından notariat ofisi mövcuddur.

16. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında bildirmişdir ki, Aşa ilə anası uzaq qohumdurlar. Anası vəfat edəndən Aşagilnən tez-tez gediş-gəlişləri olub. Biləcəridə Xəstəxanda işləyir və onun iş yeri Aşanın evinə yaxındır. Aşa vəfat etməmişdən 6-7 ay əvvəl görmüş, hətta ondan niyə gedibgəlmədiyini soruşmuşdur. Aşa çox gümrah insan idi. Cavabdeh2 qardaşının arvadıdır. Aşanı tanıyır, Aşa ilə qonşuluqda qalır. Aşa onun qızının toyunda da iştirak edib. Şövkət Aşa vəfat edənədək onun yanında qalıb və ona qulluq edib.

17. Məhkəmə iclasında şahid qismində dindirilən X17 izahatında bildirmişdir ki, Aşa qaynanası Gülsəfanın bacısıdır. Şövkət yoldaşının dayısı qızı, Rəşid isə xalasının oğludur. Yold aşının anası uşaq yaşında öldüyündən, yoldaşını Aşa himayəsində saxlayıb. Arvadı Kifayət ilə 1977-ci ildə evləniblər. Toyları Aşanın evində olub. Aşanı son vaxtlarda ölümündən yarım ay əvvəl görüb. Ölümündən əvvəl baldızı qızına zəng vuraraq demişdir ki, xalasının vəziyyəti yaxşı deyil və Nailə özü ilə baxmaq üçün evinə aparıb. Həmin ərəfədə baxıcısı yox idi. Lakin onun həmişə baxıcısı olub. Çünki Rəşid baxıcılara anasına baxmaq üçün pullar göndərirdi. Rəşid həmin pulu onun vasitəsilə göndərməsə də, Tamaşadan eşidirdi ki, pulu rəşid göndərib. Aşanın evinin ilk təmirini özü edib. Hətta həmin təmirin pulunu da, Rəşid ödəyib. Sonuncu dəfə qapılara görə 800 manat göndərib. Axırıncı dəfə iyul ayında Aşa gilə gedəndə, evdə Şövkət, Tamaşa, Aydın olub. Aşa həmin vaxt yatmışdır. Oyanan kimi salamla şdıqda onu tanımamışdır. Dedilər ki, “xala gələn Zakirdi” ondan sonra yadına düşmüş, hətta Kifayəti ondan soruşmuşdu. Halbuki, Kifayət ölmüşdü. Bu zaman Tamaşa demişdir ki, fikir verməsin, çünki xalanın yaddaşı pozulur. Aşa Rəşidlə bağlı həmişə söhbət edirdi. Təkcə şikayəti Rəşidin gec gəlməsi ilə bağlı olub. Deyirdi ki, Rəşid 2-3 aydı gəlmir. Aşa özü demişdir ki, Şövkəti Rəşid ona baxması üçün göndərib. Əvvəllər 2014-cü ildən 2022-ci ilə kimi Şövkəti görməyib. Hətta yoldaşının yas mərasimində də, Şövkəti görməyib. Mərhum arvadı ilə nişanlı olan vaxt Şövkət hələ uşaq olmuşdur. Aşanın bacıları ilə arasında olan sözsöhbətdən xəbəri yoxdur. İyul ayının 8-9-da evlərində Şövkət, Tamaşa və Xanım xala olub. Aşaya çayı Şövkət gətirir, tualetə aparır, qablarını yuyurdu. Şövkətə münasibəti yaxşı idi. Mübahisəli evlə bağlı bütün qohumları kimi Aşaya məsləhəti o olub ki, evini satsın aşağı mərtəbədən ev alsın. Lakin Aşa demişdir ki, “mən öləndən sonra Rəşid özü bilər, məndən sonra ev Rəşidindir”. Rəşid meyidin dəfninə çatmamış, basdırılandan 1-2 gün sonra gəlmişdir. 7-sində dedilər ki, Rəşid öyrənib ki, anası evi Şövkətə satıb. Rəşid bu məsələnin üstünə Şövkətlə danışığa cəhd edib. Ona deyib ki, ev atasından ona qalan yadigardır. Həmin evin qarşılığında halallığı ilə bağlı nə lazımdırsa, edə bilər ki, evi ona qaytarsın. Şövkətdə qarşılığında ona Aşanın 40 mərasimində danışmağı təklif edib. Lakin 40 mərasimində Şövkət iştirak etmədi. Hətta məclisi həmin evin yanında vermişlər. Həmin vaxt isə evin qapısı bağlı olmuşdur. Yasın xərcini Tolik dedikləri, Tofiq Abdullayev çəkib. Tolik Aşanın səs yazısını dinlətmişdir. Bəlkə də, həmin səs yazısı hələ də qalıb. Həmin səsdə Aşa deyir ki, vəsiyyət olaraq Tolikə 5600 manat pul verərək, yasını təşkil etməsini, heç kimi əziyyətə salmamasını bildirib. Yasın pulunu Şövkət verməyib. Bütün xərci Tolik çəkib. Həmin pulun Rəşidin göndərdiyi pul olması ona məlum deyil. Yəqin ki, həmin pul olar. Yoxsa o qədər pul Aşada ola bilməz. Evin satılmasından, Aşanın belə bir hərəkətindən onun məlumatı olmamışdır. Ev söhbəti ümumiyyətlə onun yanında olmayıb ki, belə bir söhbətə şahid olsun. Evin son təmiri 10-15 il əvvəl olub. Evin pəncərələri o biri bacısı oğlu tərəfindən dəyişdirilib. Ev yerləşin köhnə daş binanın 5-ci mərtəbəsində. Təmiri ortadır. Evin divarları kağızdır. Evdə yaşayış üçün hər cür əşya var. Aşa özü nazlı qadın olub. Rəşid onu çox y axşı saxlayırdı. Eyni zamanda Növruzova Şövkət ona mesaj yazaraq bildirmişdir ki, qohumlarım məni təkləyiblər və Aşanın huşunun yerində olmadığını sübut etməyə çalışırlar və mənim məhkəmə iclasında Aşanın huşunun yerində olduğunu bildirməyimi xahiş etdi. O isə cavabında neytral olduğunu və hansı hadisələrə şahid olduğunu məhkəmədə bildirəcəyini bildirmişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyun 2023-cü il tarixli 2(001)-1515/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia təmin edilməmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, alqı-satqı müqaviləsi Asan Xidmətdə yerləşən notariat ofisində bağlanmışdır və bu zaman hər hansı ani yaddaş pozğunluğunun iradə ifadəsinin həqiqiliyini istisna etməsindən söhbət gedə bilməz. Çünki hamıya bəllidir ki, daşınmaz əmlakın notarial qaydada alqı-satqı proseduruna bir neçə saat sərf edilir (növbə, arayışlar, banka ödənilən rüsumlar, pulun köçürülməsi, notariusun hüquqi izahları və.s) və arada ani yaddaş pozuntusu olan şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi barədə dəlillər inandırıcı deyildir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəfdən dindirilən şahidlər də mərhumun qısa müddətli ani yaddaş pozuntusu olduğunu bildirmiş və bu hərəkətlərin uzun müddət kəsiyində davam etdiyini göstərməmişlər. Bundan başqa iddiaçı tərəf hər iki tərəfin qəbul etdiyi və alqı-satqı müqaviləsinin bağlandığı gün mərhumun onun evindən notariusa getmiş olduğu Nailə Şərif qızının şahid qismində məhkəmədə iştirakını təmin edə bilməmişlər. Halbuki, iddiaçı tərəfdən dindirilən şahi dlər Nailə Şərif qızının bu barədə kifayət qədər məlumatının olduğunu, cavabdeh tərəf də həmin şəxsin şahid qismində dindirilməsinə etiraz etmədiklərini və əksinə işin obyektiv həlli üçün əhəmiyyət kəsb edəcəklərini bildirmişdir.

20. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən və məhkəmə iclasında tədqiq edilən videogörüntüdə mərhum X4 öz hərəkətlərinin mənasını başa düşdüyü və ya onlara rəhbərlik edə bildiyi açıq aşkar görünür. Hansı ki, həmin videoda görünən şəxsin mərhum X13 olması mübahisə doğurmur və mərhum həmin videoda X2 (videoda görünməsə də ona dediyi məlumdur) üçüncü şəxslərin soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən ifadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir. Tədqiq edilən video görüntü həmçinin o qənaətə gəlməyə əsas verir ki, satıcının müqavilə bağlanan zaman iradə ifadəsinin qüsurlu olduğu sübut edilmiş olsaydı belə, əqd sonradan da bəyənilmişdir.

21. İddiaçı tərəfin video çəkilişin məqsədli şəkildə aparılmasına əsaslanaraq, əqdin etibarsız hesab edilməsinə dair cəhdlərini məhkəmə uğursuz hesab edir. Belə ki, cavabdehin gələcəkdə baş verə biləcək mübahisələrin qarşısını almaq məqsədilə gördüyü tədbir heç də onun vicdansızlığına və əqdin aldatma yolu bağlanmasına dəlalət etmir. Bundan əlavə iddiaçı tərəfin dəvət etdiyi şahid hətta mərhum X4 gələcəkdəki dəfn xərcləri ilə bağlı da video çəkdiyini bildirmişdir.

22. Bundan əlavə iddiaçı tərəf cavab dehin X12 aldatdığını və evin qiymətinin 15000 manat olmadığını mübahisələndirmişdir. Bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, müqavilənin aldatma yolu bağlanması ilə bağlı hər hansı sübut təqdim edilmədiyi kimi, istinad edilən hallar da öz təsdiqini tapmamışdır. Belə ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Alqı-satqının qiyməti isə müqavilə azadlığı prinsipi baxımından əqdin etibarlılığını şübhə altına almır.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçının evin qiyməti ilə bağlı mübahisəsi və pulun aqibəti ilə bağlı etirazları əqdin etibarsız hesab edilməsindən sui-istifadədir. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilmə sindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Yəni iddiaçı tərəfin evin real qiymətindən xeyli ucuza satılması ilə bağlı etirazının dəlilləri və müqavilənin yalan əqd hesab edilməsi ilə bağlı cəhdləri də uğursuzdur. Yuxarıda qeyd edildiyi kimi mərhum X4 cavabdeh barəsində işlətdikləri ifadələr əmlakın bağışlanma formasında (cehiz kimi) və ya ucuz qiymətə verildiyinə işarə etsə belə, əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq e dilməsini istisna etmir və nəticədə tərəflərin arzu etdikləri hüquqi nəticəyə təsir etməmişdir. Bunu mübahisələndirmək isə yuxarıda qeyd edildiyi kimi hüquqdan suiistifadədir. Bundan əlavə iddiaçı tərəfin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, qeydiyyatda olan şəxslərin razılığının alınmaması əqdin etibarsızlığı üçün əsas deyildir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 339.1, 339.2, 339.3, 339.6, 346.1, 346.3, 646.1, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Plenum Qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 119.1, 217.4-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq belə əsaslandırılmışdır ki, Cavabdeh2 anasını aldatmış və bu işləri əvvəlcədən planlı şəkildə düzüb qoşmuşdur. Belə ki, anasının evin satılmasından məlumatı olmamışdır. Olmuş olsaydı bu barədə ən azından yaxınlarına məlumat verərdi. Bundan başqa evin satılmasında göstərilən 15000 manat təşkil etmişdir. Həmin pulu isə onun hissə-hissə anasına göndərdiyi pul olmuşdur. O pulu evdən götürərək notariusa getmişlər və iş materialllarından da göründüyü kimi əvvəlcədən notariat orqanı ilə razılaşdırılmış şəkildə alqı-satqı müqaviləsinə imza çəkdirmişlər. Planlı şəkildə əvvəlcədən düşünülmüş formada edilmiş hərəkətlə başqa bir əqdi pərdələmək üçün alqı-satqı müqaviləsi bağlanılmışdır. Çünki bağışlama müqaviləsi bağlansaydı konstitusiya məhkəməsinin qərarına əsasən bağışlanmış əmlak 2 il ərzində bağışlayan ölmüşsə vərəsə ona çatacaq payını tələb etmək hüququna malik olardı. Bu hissədən də açıq aydın görsənir ki, digər əqdi pərdələmək üçün bağışlama müqaviləsini, alqı-satqı kimi rəsmiləşdirmişlər. Alqı-satqı müqaqviləsində isə məbləğ olaraq real dəyər 70000 manat olduğu halda 15000 manat göstərilmişdir. Bu isə evin dəyərindən böyük bir məbləğdə və miqdarda fərqli məbləğ edir.

27. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə verilərək, apellyasiya şikayətinin təmin ed ilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsi xahiş edilmişdir. Əlavədə göstərilmişdir ki, faktlar sübut edir ki, əslində Aşa Rəşidovanın öz sağlığı dövründə cavabdehə mübahisəli mənzili satmaq deyil, məhz bağışlamaq niyyəti olmuşdur. Lakin buna baxmayaraq cavabdeh məqsədli şəkildə müqavilənin bağışlama deyil, məhz alqı-satqı müqaviləsi kimi qeydə alınmasına nail olmuşdur ki, hazırda o, həmin mənzildən hər hansısa pay hüququnu tələb etməkdən m əhrum olsun.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5910/2023 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin həm aldatma yolu ilə bağlandığını, həm də müqavilə bağlayarkən satıcının öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyini iddia edərək, alqı-satqı müqaviləsinin etibarsızlığını tələb e tmişdir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinə əlavə təqdim edərək, mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsini xahiş etmişdir.

30. Yəni, iddiaçı hazırki iddiasının faktiki əsasları kimi ona istinad etmişdir ki, cavabdeh əqd bağlandığı zaman məhrum Aşa Rəşidovanın öz hərəkətlərinin mənasını başa düşməməsindən və onlara rəhbərlik edə bilməməsindən istifadə edərək onu aldatmışdır. Ona görə də həmin əqd Mülki Məcəlləsinin 339 və 346-cı maddələrinin tələblərinə əsasən etibasız sayılmalıdr.

31. Bundan fərqli olaraq, apelyasiya şikayətində qismən, şikayətə verilmiş əlavədə isə tam olaraq iddia tələbinin faktiki və hüquqi əsasları dəyişdirilərək bildirilmişdir ki, əslində cavabdehlə mərhum Aşa Rəşidova arasında bağışlama əqdi bağlanmış, lakin gələcəkdə iddiaçını məcburi paydan məhrum etmək məqsədilə həmin əqd alqı-satqı müqaviləsi ilə pərdələnmişdir. Ona görə də mübahisələndirilən əqd Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız hesab olunmalıdır.

32. Kollegiya qeyd etmişdir ki, MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər.

33. İddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.

34. İddiaçı apellyasiya şikayətinə əlavə ilə iddianın faktiki əsasını dəyişdirməyə çalışsa da, hazırki mərhələdə bu imkanı yoxdur. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı irəli sürülmüş ilkin faktiki əsaslar üzrə yoxlanılır.

35. Mərhum iddiaçının anası, cavabdehin isə bibisi olmuşdur. İddiaçı Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh mərhumun qayğısına qalmış, ona qulluq etmişdir.

36. Mərhum özünə məxsus evi alqı-satqı müqaviləsinə əsasən 15000 manata cavabdehə satmışdır.

37. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, Azərbaycana gəldikdən sonra Rəşiddən fərqli ola raq hər zaman bibisinə öz diqqət və qayğısını göstərmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasında hər hansı qanunsuz əməllərə yol verməmişdir. O, hər zaman bibisini öz valideyni kimi, bibisi isə onu öz övladı kimi görmüşdür. Buna görə də tərəfindən mənzilin alınmasında bibisinin müəyyən qədər güzəştlər etməsi tamamilə qanuni və haqlı məsələdir.

38. Təqdim edilmiş videogörüntüdə mərhum X13 cavabdehə ünvanlayaraq danışır və üçüncü şəxslər soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən ifadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir.

39. Kollegiya hesab edir ki, mənzilin cehiz verilməsi il ə bağlı mərhum Aşa Rəşidovanın bildirdikləri birmənalı olaraq həmin mənzilin sonuncu tərəfindən cavabdehə bağışlmanması anlamına gəlmir, çünki aşkar şəkildə görünür ki, mərhum Aşa Rəşidova həmin ifadəni cavabdehi gələcəkdə (özünün ölümündən sonra) mənzillə bağlı digər qohumların mümkün iddialarından qorumaq məqsədilə işlədir.

40. Videogörüntüdən aşkar şəkildə o da müəyyən olunur ki, mərhum Aşa Rəşidova həmin vaxt tam olaraq anlaqlı olmuş, öz hərəkətlərinin mənasını dərk etmişdir. Yəni, bununla bağlı iddiaçının dəlilləri təsdiq olunmur.

41. Evin dəyəri ilə bağlı müəyyən edilmiş hallar bu nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona baxdığı üçün mərhum tərəfindən məbləğdə güzəştlər edilməsi ağlabatan və inandırıcıdır. Birinci instansiya məhkəməsində şahid ifadələrindən məlum olmuşdur ki, mər hum öləndə mənzildə 7000 manatdan çox pul olmuşdur. İstisna olunmur ki, həmin vəsait məhz cavabdehin mənzilin dəyəri kimi mərhuma ödədiyi pulun qalığı olmuşdur.

42. Kollegiya hesab etmişdir ki, iddiaçının tələbini əsaslandığı hallar sübut edilməmiş, müqavilənin etibarsızlığı üçün istinad etdiyi hallar öz təsdiqini tapmamışdır.

43. Odur ki, məhkəmə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apelly asiya baxışına qaytarılması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti Mülki Məcəllənin 5.3, 14.3, 144.1, 146.1, 337.1, 340.2, 406.1, MPM-in 77.1, 88, 217.3, 372.1, 372.3 və 416-cı maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, ilkin redaksiyada məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində apellyator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına istinad etmiş və həmin qərarın demək olar ki, tam mətnini şikayətdə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarının nəticə hissəsində qərara alınmışdır ki, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nə ticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri buQərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin yuxarıda adı çəkilən qərarında vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəs ində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmamasımüəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmamasıməsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi o lan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması(məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbi t etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası(əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Həmçinin həmin qərarda qeyd olunur ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barə sində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Hazırda həmin qərarda qeyd olunanları bir daha Ali Məhkəmənin Mülki Kollegiyasının diqqətinə çatdıraraq, bildirmək istəyirlər ki, iddiaçının öz iddia ərizəsində mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi məhz Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni Bağışlama Müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, hazırda həmin müqavilənin (əqdin) yalan olub-olmaması məsələsi m əhkəmədə araşdırılarkən yalnız xx.xx.2022-ci il tarixli müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Yəni mərhumə Aşa Rəşidovanın öz sağlığında ümumiyyətlə mübahisəli mənzilin alqı-satqı yolu ilə cavabdehin adına keçirmək niyyətinin olubolmaması ilə video görüntüdə həmin mərhumənin öz adına olan mənzilin öz sağlığında cavabdehə cehiz kimi vermək niyyətinin bildirməsinə dair gətirilən dəlillərə düzgün hüquqi qiymət verilməlidir. Bu zaman məhkəmə əqd üzrə tərəflərinin əsl davranışını, tərəflər arasında formalaşan münasibətləri, yəni mərhumə X4 Cavabdeh2 doğma bibisi olması, onların həmin əqd bağlanan z aman cavabdehin mərhuməyə qulluq göstərməsi və mərhumənin faktiki olaraq fiziki baxımdan cavabdehdən asılı vəziyyətdə olması, o cümlədən tərəflərin əqd bağlanan zaman hərəkətlərinin baş vermə vaxtı(mübahisələndirilən müqavilə bağlandığı vaxtdan 5 ay sonra Aşa Rəşidovanın rəhmətə getməsi faktı) kimi halları nəzərə almalıdır. Odur ki yuxarıda gətirilən əsaslara görə hesab edirik ki, kassasiya şikayəti təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və Ali Məhkəmənin müvafiq qərarına əsasən iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

46. Apellyasiya şikayətində iddiaçı ilkin olaraq şikayətini iddia ərizəsi ilə eyni məzmunda tərtib etmiş və apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh2 anası nı aldatmış və bu işləri əvvəlcədən planlı şəkildə düzüb qoşmuşdur. Belə ki, anasının evin satılmasından məlumatı olmamışdır. Olmuş olsaydı bu barədə ən azından yaxınlarına məlumat verərdi. Bundan başqa evin satılmasında göstərilən 15000 manat təşkil etmişdir. Həmin pulu isə onun hissə-hissə anasına göndərdiyi pul olmuşdur. O pulu evdən götürərək notariusa getmişlər və iş materialllarından da göründüyü kimi əvvəlcədən notariat orqanı ilə razılaşdırılmış şəkildə alqı-satqı müqaviləsinə imza çəkdirmişlər. Planlı şəkildə əvvəlcədən düşünülmüş formada edilmiş hərəkətlə başqa bir əqdi pərdələmək üçün alqı-satqı müqaviləsi bağlanılmışdır. Çünki bağışlama müqaviləsi bağlansaydı konstitusiya məhkəməsinin qərarına əsasən bağışlanmış əmlak 2 il ərzində bağışlayan ölmüşsə vərəsə ona çatacaq payını tə ləb etmək hüququna malik olardı. Bu hissədən də açıq aydın görsənir ki, digər əqdi pərdələmək üçün bağışlama müqaviləsini, alqı-satqı kimi rəsmiləşdirmişlər.

47. Alqı-satqı müqaqviləsində isə məbləğ olaraq real dəyər 70000 manat olduğu halda 15000 manat göstərilmişdir. Bu isə evin dəyərindən böyük bir məbləğdə və miqdarda fərqli məbləğ edir. Həmçinin apellyasiya baxışı zamanı iddiaçı(onun yeni vəkili) tərəfindən apellyasiya şikayətinə əlavə verilərək, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq həmin müqavilənitərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasınd a bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsi xahiş edilmişdir. Həmin əlavədə göstərilmişdir ki, faktlar sübut edir ki, əslində Aşa Rəşidovanın öz sağlığı dövründə cavabdehə mübahisəli mənzili satmaq deyil, məhz bağışlamaq niyyəti olmuşdur. Lakin buna baxmayaraq cavabdeh məqsədli şəkildə müqavilənin bağışlama deyil, məhz alqısatqı müqaviləsi kimi qeydə alınmasına nail olmuşdur ki, hazırda o, həmin mənzildən hər hansısa pay hüququnu tələb etməkdən məhrum olsun. Lakin işə baxan apellyasiya məhkəməsi, iddiaçı tərəfin istər ilkin redaksiyada verilmiş apellyasiya şikayətində göstərilən dəlilləri, istərsədə şikayətə əlavə kimi verilmiş dəlilləri əsassız sayaraq apellyasiya şikayətini təmin etməmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir k i, iddiaçı tərəf ilkin redaksiyada vermiş olduğu apellyasiya şikayətində qismən, şikayətə əlavədə isə tam olaraq iddia tələbinin faktiki və hüquqi əsaslarını dəyişdirmişdir. Məhz bu baxımdan, yəni iddia tələbinin faktiki və hüquqi əsasları hazırda dəyişdirildiyindən, hazırki mübahisəyə faktiki olaraq yeni tələb kimi qiymət verilməlidir və buna hazırda apellyasiya məhkəməsinin səlahiyyəti yoxdur ki, birinci instansiya məhkəməsi kimi bu tələbə qiymət verə bilsin. Ona görədə BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5910/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmiş və rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə də düzgün deyildir və apellyasiyanın həmin qətnaməsi Ali Məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, Apellyasiya Məhkəməsinin qətnaməsinin özündə də məhkəmə məhz MPM-nin 372.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Yəni buradan da göründüyü kimi, iddiaçı istənilən halda öz tələbində məhz ünvan 3 ünvanına dair anasıX13 ilə cavabdeh arasında 5 saylıBakı“ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış alğısatqımüqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhz rayon məhkəməsinə təqdim edilmiş iddia ərizəsində həmin müqavilə mübahisələndirilərkən, iddiaçıMülki Məcəllənin 339 və 346-cımaddələrinin tələblərini rəhbər tutmuş, daha sonra isə apellyasiya baxışında məhz Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinə istinad edərək, iddiaçı hazırki iddia tələbi üzrə ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdiyi iddiasının haqlı olaraq hüquqi əsasını dəyişmişdir. Buna göründüyü kimi, MPM-nin 372.3-cü maddəsidə yol verir. Hesab edirik ki, apellyasiya baxışında iddia tələbinin faktiki əsasının dəyişdirilməsi isə ümumiyyətlə baş verməmişdir. Belə ki, istənilən halda iddiaçı apellyasiya baxışında Mülki Məcəllənin 340.2ci maddəsinin tələblərini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340. 2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilənləri rəhbər tutuaraq öz iddiasının əslində hüquqi əsasını dəyişmişdir və nəticə etibarı ilə, məhkəmədən məhz dəyişdirilmiş hüquqi əsasa görə yenə də, ünvan 3 ünvanına dair X3 ilə cavabdeh arasında 5 saylıBakı“ASAN Xidmət” Mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2022- ci il tarixli, 4Ə-1063 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqımüqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz, yəni etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi də məhz MPM-nin 372.1-ci maddəsinə əsasən, həmin tələbə apellyasiya instansiyası məhkəməsi olaraq, tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalıdır. Belə ki, iş materiallarında olan bütün sübutlardan və birinci instansiya məhkəməsinin qətnaməsində yer alan şahid ifadələrindən də müəyyən edilir ki, mərhumə X13 İddiaçı anası, Cavabdeh2 isə doğma bibisidir. İşin faktiki hallardan görünür ki, bəli Cavabdeh2 ilə mərhumə Aşa Rəşidovanın münasibətləri normal və yaxşı olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən müəyyən edilir ki, əslində Aşa Rəşidovanın öz mənzilini sağlığı dövründə faktiki olaraq satmaq niyyəti olmamışdır. Belə ki, mübahisəli mənzil binanın 5-ci mərtəbəsində yerləşməsinə baxmayaraq, mərhumə heç bir vaxt hətta həmin mənzilin satılaraq 1-ci mərtəbədə yeni mənzil alınması təklifi ilə öz sağlığında razılaşmamışdır. Əksinə məhkəməyə hətta cavabdeh tərəfindən təqdim edilmiş video çəkilişdən də müəyyən edilir ki, Aşa R əşidova Cavabdeh2 tərəfindən ona yaxşı baxdığına və qulluğ etdiyinə görə sanki həmin cehizin, yəni əslində mübahisəli mənzilin onun haqqı olduğunu bildirir. Bu faktlar onu sübut edir ki, əslində Aşa Rəşidovanın öz sağlığı dövründə Cavabdeh2 mübahisəli mənzili satmaq deyil, məhz bağışlamaq niyyəti olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh2 mərhumə Aşa Rəşidova ilə notariat orqanında mübahisəli mənzilin özgəninkiləşdirilməsinə dair əqdi rəsmiləşdirərkən, məqsədli şəkildə həmin müqavilənin bağışlama müqaviləsi kimi deyil, məhz alqısatqımüqaviləsi kimi qeydə alınmasına nail olmuşdur. Burada məqsəd açıq-aydın görünməkdədir ki, əgər hazırki mübahisəli mənzil məhz bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına keçirilmiş olsaydı, bu zaman İddiaçı qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasə n iki il müldətində həmin bağışlamanı mərhumə Aşa Rəşidovanın vərəsəsi kimi mübahisələndirmək və həmin mənzildən pay tələb etmək hüququ olacaqdır. Ona görə də, işin bütün bu halları onu deməyə əsas verir ki, cavabdeh məqsədli şəkildə mübahisəli mənzili iddiaçının mərhum anasından məhz alqı-satqı yolu ilə əldə edilməsinə nail olmuşdur ki, hazırda iddiaçı həmin mənzildən hər hansısa pay hüququnu tələb etməkdən məhrum olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Nümayəndə3 Cavabdeh2 nümayəndəsi kimi kassasiya şikayətinə qarşı etiraz versə də həmin etiraz Cavabdeh2 tərəfindən Nümayəndə3 verilmiş etibarnamənin qüvvədə olduğu son tarix olan 06 dekabr 2023-cü il tarixindən sonra-11 yanvar 2024-cü il tarixində verildiyinə görə ( Ali Məhkəmədə Nümayəndə3 Cavabdeh2 hüquqlarının müdafi əsi ilə əlaqədar vəkil orderi də təqdim edilməmişdir) həmin etiraz nəzərə alınmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

50. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

51. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

52. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

53. Maddə 337.1. Bu Məcəllədə müə yyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

54. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

56. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağla mağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

57. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

58. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadı lma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin

59. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

60. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticə sində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

61. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı o lmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

69. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya b axışının hədləri

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayətində qismən, şikayətə verilmiş əlavədə isə tam olaraq iddia tələbinin faktiki və hüquqi əsasları dəyişdirilərək bildirilmişdir ki, əslində cavabdehlə mərhum Aşa Rəşidova arasında bağışlama əqdi bağlanmış, lakin gələcəkdə iddiaçını məcburi paydan məhrum etmək məqsədilə həmin əqd alqı-satqı müqaviləsi ilə pərdələnmişdir. Ona görə də mübahisələndirilən əqd Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız hesab olunmalıdır. Kollegiya qeyd etmişdir ki, MPM-in 372.3-cü maddəsinə əsasən apellyasiya qaydasında işə baxıldıqda tərəflər yalnız iddianın hüquqi əsasını dəyişdirə bilərlər.İddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. İddiaçı apellyasiya şikayətinə əlavə ilə iddianın faktiki əsasını dəyişdirməyə çalışsa da, hazırki mərhələdə bu imkanı yoxdur.

78. Kassasiya kollegiyası apellyasiya i nstansiyası məhkəməsinin iddiaçının iddiasının həm faktiki, həm də hüquqi əsasını dəyişdirərək iddianın həm predmetini, həm də əsasını dəyişdirdiyi barədə mövqeyi ilə razılaşmır.Belə ki, hər bir halda da əqd onun etibarsız (əhəmiyyətsiz) olması iddia edilərək mübahisələndirilir.Lakin fərqli maddi hüquq normalarına istinad edilir.Ümumiyyətlə isə əqddən irəli gələn iddialara baxılarkən əqdin əhəmiyyətsizliyi ilə əlaqədar irəli sürülən dəlillərə hüquqi qiymət verilməlidir.Ona görə də iddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə istinad edərək bunun da səbəblərini göstərməsi ilə əlaqədar iddianın həm iddianın predmetinin, həm də əsasının dəyişdirilməsi kimi qəbul edilməməlidir.

79. Apellyasiya instansiya məhkəməsi kassasiya kollegiyasının razılaşmadığı yuxarıdakı mövqeyi ifadə etsə də, əslində iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tətbiq edilərək olaraq həmin müqaviləni tərəflər bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni bağışlama müqaviləsinin qaydaları tətbiq edilməklə, anası ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğundan əhəmiyyətsiz hesab edilməsi xahişinin əsası kimi göstərilmiş mərhum X8 aid videogörüntüyə hüquqi qiymət verərək qeyd etmişdir ki, təqdim edilmiş videogörüntüdə mərhum X13 cavabdehə ünvanlayaraq danışır və üçüncü şəxslər soruşduğu halda ona bibisinin cehiz verdiyini deməyi tapşırır. Eyni zamanda videoda X1 Şövkət Şahbəndiyar qızına ona yaxşı qulluq etdiyini və sanki həmin cehizin onun haqqı olduğuna işarə edən i fadələr işlədir, bununla yanaşı vəsiyyət tapşırığı məzmunlu tapşırıq verir, arzularını şer kimi ifadə edir.Kollegiya hesab etmişdir ki, mənzilin cehiz verilməsi ilə bağlı mərhum Aşa Rəşidovanın bildirdikləri birmənalı olaraq həmin mənzilin sonuncu tərəfindən cavabdehə bağışlanması anlamına gəlmir, çünki aşkar şəkildə görünür ki, mərhum Aşa Rəşidova həmin ifadəni cavabdehi gələcəkdə (özünün ölümündən sonra) mənzillə bağlı digər qohumların mümkün iddialarından qorumaq məqsədilə işlədir. Videogörüntüdən aşkar şəkildə o da müəyyən olunur ki, mərhum Aşa Rəşidova həmin vaxt tam olaraq anlaqlı olmuş, öz hərəkətlərinin mənasını dərk etmişdir. Yəni, bununla bağlı iddiaçının dəlilləri təsdiq olunmur.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kollegiyanın razılşmadığ ı yuxarıda qeyd edilən mövqeyi düzgün qətnamə qəbul edilməməsi ilə ilə nəticələnməmişdir. Çünki, razılaşılmayan mövqe prosessual hüquq normalarının tətbiqi ilə əlaqədardır və Azərbaycan Respublikasının MPM-in 418.3-cü maddəsinə əsasən də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsasla ndırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(103)-5910/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar