Məhkəmə qərarları › İş №2(102)-5666/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5666/2019

18.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5666/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X2 ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 onların vəkili Vəkil1, üçüncü şəxs BYYYnun və Cavabdeh XXXoğlunun vəkili Əliyev Seyfəddin Sadıx oğlunun iştirakları ilə, İddiaçı X10X8 və İddiaçı1 Cavabdeh XXXoğluna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış qeydiyyatın, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs BYYYnun cavabdeh X10X10, İddiaçı1 və Cavabdeh XXXoğluna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)-333/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə və müstəqil tələb irəli sürən üçüncü şəxs BYYY tərəfindən ayrıca verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10X13 və İddiaçı1 Cavabdeh XXXoğluna qarşı iddia ərizəsi (iddianın dəyişdirilmiş formasında) ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X15 miras qalmış Bakı şəhəri, Yasam al rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), 27.03.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsinin, 14.05.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), 20.11.2015-ci il tarixli, ******* №-li çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, BYYY müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmaqla (iddia verməklə), Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10cu Xrebtovı ev 39) dair, 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş 03.09.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 № ilə qeydiyyata alınmış), 27.03.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM-3-451 reyestr nömrə ilə qeydə alınmış bağışla nma müqaviləsinin, 14.05.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsinin (235 №-li reyestr kitabının, 15451-ci səhifəsində 13351 № ilə qeydiyyata alınmış), 20.11.2015-ci il tarixli, ******* №-li çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 23 iyun 2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsi ilə iddia ərizələri təmin olunmamışdır. İddiaçılar və müstəqil tələb irəli sürən üçün şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması, iddiaların təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər X.Mərdanova, İ.Vəliyev, E.Həsənov) 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 39 saylı fərdi yaşayış evinə dair (keçmiş 10-cu Xrebtovı küçəsi, ev 39) 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş 03 sentyabr 1993-cü il tarixli qeydiyyat vəsiqələrinin, 27 mart 1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış bağışlama müqaviləsinin, 14 may 1998-ci il tar ixli qeydiyyat vəsiqəsinin, 20 noyabr 2015-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, həmin evə vərəsələrdən İddiaçı2 143/480 hissədə payının (15/60 atasından, 23/480 anasından qalan paylar), İddiaçı1 23/480 hissədə payının (anasından qalmış məcburi pay), Üya 23/480 hissədə payının (anasından qalmış məcburi pay), RRRya 23/480 hissədə payının (anasından qalmış məcburi pay), Qə 92/480 hissədə payının (vəsiyyətnamə üzrə keçən pay), 000a 96/480 hissədə payının (atasından qalan pay, 000 vəfat etdiyindən, bu pay onun vərəsələrinə çatmalıdır) və LLLa 80/480 hissədə payının (atadan qalan pay, bu pay LLL vəfat etdiyindən onun vərəsələrinə çatmalıdır) müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər İ.Xələfob,Q.Allahverdiyev və Ə.Şadıyev) 2 8 fevral 2018-ci il tarixli 2(102)-939/18 saylı qərarı ilə Cavabdeh XXXoğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova və V.Həsənov) 06 iyun 2018-ci tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının (hakimlər Ə.Rüstəmov, M.Əhmədova və Ə.Nurməmmədov) 08 oktyabr 2018-ci il tarixli 2(102)-6463/18 saylı qərarı ilə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin k assasiya şikayətləri qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 iyun 2018-ci tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Rafael YYY(sədrlik edən və məruzəçi) Zaur Əliyev, Fuad Talışinski) 27 fevral 2019-cu iltarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin olunması, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(004)4293/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X10X8 və İddiaçı1 Cavabdeh XXXoğluna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın reyestr xidmətində aparılmış qeydiyyatın, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hü ququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs BYYYnun cavabdeh X10X10, İddiaçı1 və Cavabdeh XXXoğluna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 birgə kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 27.02.2019-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs BYYY kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, onun iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 39 (keçmiş 10-cu Xrebtovı ev 39) ilkin olaraq 23.10.1961-ci ildə mərhum ataları X19 adına qeydiyyatdan keçmişdir. X22 ilə X9 faktiki olaraq 1939-cu ildə ailə qurublar, 14.12.1962-ci il tarixdə faktiki ailə münasibətlərini rəsmiləşdiriblər. X22 03.01.1990-cı ildə rəhmətə gedib. Ataları rəhmətə gedəndə vərəsələri arvadı V.V.V və 7 övladı qalmışdır: 1941-ci il təvəllüdlü YYYƏhməd, 1946-cı il təvəllüdlü İddiaçı2, 1948-ci il təvəllüdlü Quliyeva Elmira, 1949-cu il təvəllüdlü YYYAtakişi, 1951-ci il təvəllüdlü YYY, 1953-cü il təvəllüdlü Hacıyeva Səadət, 1954-cü il təvəllüdlü İddiaçı1. Ataları rəhmətə gedəndən sonra hesab etmişlər ki, miras bütünlüklə analarının adına keçib. X9 11.12. 2016-cı il tarixdə rəhmətə getdikdən sonra İddiaçı2 mirasın qəbul edilməsi üçün 19 saylı notariat orqanına müraciət etmiş, Notariat orqanı ona anasının adına hər hansı bir daşınmaz əmlakın olmadığını bildirmişdir. Belə olan halda atasının adına mirasın açılmasını xahiş etmiş, lakin notariat orqanı atasının adına bu günə qədər sistemdə vərəsəliyin açılmadığını bildirsə də, evin sənədini ondan tələb etmiş, evin sənədini notariat orqanına təqdim edə bilmədiyinə görə vərəsəliyə dair notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Bundan sonra evin sənədi ilə bağlı apardıqları araşdırmalardan məlum olmuşdur ki, X15 miras qalmış ev - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 39 (keçmiş 10-cu Xrebtovı ev 39) ataları rəhmətə getdikdən 3 il sonra 27.08.1993-cü il tarixdə 19 saylı Notariat Kontorunda digər vərəsələrdən xəbərsiz saxta yollarla və təqdim edilən saxta sənədlər əsasında X9nın və mərhum qardaşları YYYın adına keçmişdir. Daha sonra isə 27.03.1998-ci il tarixdə həmin evi yenə də saxta yollarla, evdə qeydiyyatda olanların yazılı razılığı olmadan YYYXXXvə guya V.V.V mərhum qardaşları YYYın oğlu Cavabdeh XXXoğluna bağışlayıblar. Elə həmin bağışlanma müqaviləsindəki X9na məxsus olmayan imza da sənədlərin saxtalaşdırıldığına dəlalət edir. Bütün bunlardan ancaq X9 rəhmətə gedəndən sonra xəbər tutmuşdur. Ataları rəhmətə gedəndən sonra vərəsələrdən İddiaçı2 ailəsi, qardaşı LLL ailəsi və qardaşı XXX YYYailəsi ilə miras əmlakda yaşayıbl ar. İddiaçı2 2003-cü ilə qədər sonra miras əmlakda yaşamağını cavabdeh və məhkəmədə iştirak edən üçüncü şəxslər də təsdiq etdilər, bu hal qətnamədə də öz əksini tapmışdır. İddiaçı2 24 dekabr 1974-cü il tarixdən 28.01.2011-ci il tarixə qədər həmin evdə pasport qeydiyyatında olmuş, 1974-cü ildən 2003-cü ilə qədər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, üç övladı bu gün də həmin evdə qeydiyyatdadırlar. Lakin 1993-cü ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən XXXYYYmiras əmlakı ələ keçirtmək məqsədilə notariat orqanı ilə əlbir olaraq digər vərəsələrə mirasın açılması barədə hər hansı bir məlumat verməmişdir. Yasamal rayonu, 22 saylı Mənzil Kommunal İstismar sahəsindən saxta arayış alaraq guya X22 ölənə qədər yalnız YYYXXXoğlu ilə birlikdə yaşadığı barədə 19 saylı Notariat orqanın a arayış təqdim etmişdir. Həmin arayış vərəsəlik işinin içindədir. Həmin saxta sənəd əsasında qanun üzrə vərəsəlik şəhadətnaməsinə LLLvə X9nı qeyd etdirmişdir. Notarius isə qanunvericiliyə əməl etmədən vərəsələrin dairəsini tam araşdırmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. İddiaçı2 atası rəhmətə gedəndən sonra və atasını sağlığında miras əmlakı idarə etmiş, əmlakın bütün kommunal xərcləri tərəfindən ödənilmiş, evin təmir işləri aparılmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs BYYY kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun və iddiaçıların mübahisəli əmlakın özgəninkiləşdirilməsindən məlumatları olmamışdır. Məhkəmə nənəsi V.V.Vnın ona vəsiyyət verərkən qeyd edilən miras əmlakın nənəsinə məxsus olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, nənə si miras əmlakın onun adında olduğunu hesab etmiş, bağışlanmadan isə məlumatsız olmuşdur. İş üzrə məhkəmə ekspertizası keçirilsəydi, imzanın həqiqətən nənəsinə məxsus olub-olmaması aydınlaşdırılardı. Ali məhkəmə öz qərarında ekspertiza keçirilməsinin zəruriliyini vurğulasa da, apellyasiya instansiyası məhkəməsi ekspertiza keçirilməsinin lazım olmaması nəticəsinə gəlmişdir ki, bununla da AR MPMnin 420-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 17 fevral 2015-ci il tarixdə notarial qaydada təsdiqlənmiş vəsiyyətnamənin mübahisəli evə - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı evə (keçmiş 10-cu Xrebtovı ev 39) münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki vəsiyyətnamə verilən zaman və ya sonra həmin ev V.V.Vnın mülkiyyətində olmayıb. Məhkəmə nəzərə almayı b ki, miras əmlak V.V.V ilə X16 faktiki nikah dövründə alınmışdır, eyni zamanda X6 Böyük Ağanın vərəsəsidir. Məhkəmədə qaldırılan tələb də ondan ibarət idi ki,1993-cü ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilərək miras əmlak əvvəlki vəziyyətinə qaytarılmalı və vərəsələrə düşən pay müəyyən edilməlidir. Sözsüz ki, miras əmlak ilkin vəziyyətinə qaytarılarsa, V.V.Vna düşən paya vəsiyyətnamə üzrə onun hüququ tanınmalıdır. V.V.Vnın hansı əmlaka hüququ yaranarsa vəsiyyətnaməyə əsasən həmin əmlaka onun hüququ yaranacaq. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil1, üçüncü şəxs BYYY tərəflərindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahi ş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh XXXoğlunun vəkili Əliyev Seyfəddin Sadıx oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yo xlayır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən - Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 39 ilkin olaraq 23 oktyabr 1961-ci il tarixdə X19 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, 03 yanvar 1990-cı il tarixdə X22 vəfat etmişdir. 27 avqust 1993-cü il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən mərhumun 1962-ci ildən rəsmi nikahda olduğu arvadı V.V.Vnın və oğlu YYYX11 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 03 sentyabr 1993-cü il tarixdə mübahisəli mənzilə dair V.V.Vnın və oğlu YYYX11 adına mülkiyyət hüquqlarını bildirən qeydiyyat vəsiqəsi verilmişdir. 27 mart 1998-ci il tarixli notariatda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən V.V.V və YYYX18 mənzili Cavabdeh XXXoğluna bağışlamış (1-cinin nəvəsi, 2-cinin oğlu) və 14 may 1998-ci il tarixdə Cavabdeh XXXoğlunun adına mənzilə mülkiyyət hüququnu bildirən qeydiyyat vəsiqəsi verilmişdir. 03 sentyabr 2004-cü il tarixdə Cavabdeh XXXoğlu evin sahəsi 14,8 kv.metr olan bir otağını X1. 18 noyabr 2015ci il tarixli alqı satqı müqaviləsinə əsasən X4 mübahisəli evin sahəsi 14,8 kv.metr olan bir otağını Cavabdeh XXXoğluna satmışdır. Hazırda 20 noyabr 2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ev Cavabdeh XXXoğluna məxsusdur. 11 dekabr 2016-cı il tarixdə V.V.V vəfat etmişdir. 2017-ci ilin fevral ayında X10X13 atasından miras qalmış evə dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 19 saylı Notariat Kontoruna müraciət etmiş, lakin notariusun 27 fevral 2017-ci il tarixli qərarı ilə nota riat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə müəyyən etmişdir ki, miras qoyanın vəfat etdiyi məqamda arvadı V.V.V, uşaqları – İddiaçı2, İddiaçı1, LLL, RRR, Atakişi Eyvazov, XXXYYYvə Ü vərəsə qalmışlar. Həmin vərəsələrdən heç biri 552-ci maddədə müəyyən olunmuş müddətdə və qaydada mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər. Yalnız 1993-cü ilin avqust ayında vərəsələrdən V.V.V və YYYX18 mirası qəbul etmək üçün notariat orqanına müraciət etmiş və onların adlarına 27 avqust 1993-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılardan İddiaçı1 mirası nə notariat orqanına ərizə vermək yolu ilə, nə də ki, onu faktiki qaydada qəbul etməmişdir. İşin müəyyən olunmuş faktiki hallarına ə sasən İddiaçı1 1982-ci ildən etibarən, eləcə də atasının ölümündən sonra ümumiyyətdə miras qalmış daşınmaz əmlakda yaşamamış (iddiaçı özü də bu halı mübahisələndirmir) və onu faktiki qəbul etməmişdir. Eyni zamanda, İddiaçı2 da atasının ölümündən sonra 6 ay müddət ərzində notariat orqanına mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Lakin, həmin iddiaçının dəlili miras əmlakı faktiki qəbul etməsi ilə bağlıdır. Belə ki, İddiaçı2 iddia etmişdir ki, o miras əmlakı faktiki olaraq qəbul etmiş, atasının ölümündən sonra bir müddət (2003-cü ilədək) orada yaşamış, sonradan başqa ünvana köçmüşdür. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin (1965-ci ildən qüvvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş) 552-ci maddəsinə istinadən bu nəticəyə gəlmişdir ki, İddiaçı2 məhkəmə araşdırması zamanı mirası həqiqətən faktiki qəbul etməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi istər cavabdehin, istərsə də üçüncü şəxslərin izahatlarına və işdə olan sübutlara əsasən iddiaçı tərəfin mirasın V.V.V və YYYX18 tərəfindən qəbul edilməsindən və sonralar əmlakın özgəninikləşdirlməsindən elə həmin dövrdə məlumatlı olduğu, bu səbəbdən də, həmin vaxt mirasla bağlı mübahisənin yaranmadığı qənaətinə gəlmiş və qeyd etmişdir ki, tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqları), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamaları sadə məntiqə sığmır. İddiaçı tərəf izahatlarında həmin döv rdə qohumları arasında mirasın qəbulu və özgəninkiləşdirilməsi ilə bağlı danışıqların getməsini təsdiq etmişlər, lakin analarının sağlığında, sonuncunun guya onlara bunun yalan olmasını deməsinə inanıb məsələni aydınlaşdırmadıqlarını göstərmişlər. Həmin dövrdə mirasın qəbulu ilə bağlı məsələni dəqiqləşdirmək üçün iddiaçı tərəfə hər hansı hal mane olmamışdır. Lakin, üzərindən 27 il keçdikdən sonra iddiaçı tərəf mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməklə, müddəti də ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166, 1151.1-ci maddələrinə istinadən müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə gəldiyi nəticələrə əsasən isəvəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırki vaxtda mübahisə predmeti olan evə hüquqi qü vvəsi mövcud deyildir. Çünki, vəsiyyətnamə verilərkən ev V.V.Vna məxsus olmamışdır. Həmçinin də üçüncü şəxsin mübahisə predmeti olan evə dair tələb (subyektiv) hüquqları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bi ldirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predm etini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yeni baxış zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qərarında sadalanan göstər işlərin tam və hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarında İddiaçı2 mübahisəli miras evdə yaşasa da, onun davaranışında “evə sahiblik” “evə yiyələnmək” əlamətlərinin müəyyən olunmaması, onun atasının ölümündən sonra ata evini miras kimi qəbul etmək niyyəti olmadan orada müəyyən müddət yaşaması və sonra yeni mənzilə köçüb getməsi və beləliklə mirası qəbul etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qəbul edilməyərək, göstərilmişdir ki, miras açılan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığ ı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Məhkəmə kollegiyasının qənaətinə görə mirasın qəbulu dedikdə miras toplusunun miras qoyandan vərəsəyə keçməsini reallaşdırmaq üçün vərəsənin vərəsəlik hüququnu əldə etməyə razılığın əks etdirən müəyyən hərəkətləri həyata keçirilməsi başa düşülür. Mirasın qəbulu əslində elə hərəkətlər toplusundan ibarətdir ki, onun vasitəsi ilə vərəsə özünün miras əmlakı əldə etmək niyyətini bildirir, miras qoyanın vərəsəsi olmağa razılığını ifadə edir. Mirası əldə etmək üçün vərəsə ilk növbədə onu qəbul etməlidir. Yəni mirasın qəbulu üçün elə hərəkət etməlidir ki, onun mirası qəbul etmək niyyətini, istəyini ifadə etmiş olsun. Qanunvericiliyin qeyd olunan normasının məzmunundan göründüyü kimi, vərəsə mirası həm notariat orqanına ərizə verməklə, həm də faktiki qəbul edə bilər. Vərəsənin əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası faktiki qəbul etməsini təsdiq edən hallara vərəsənin müəyyən müddət ərzində miras qoyanın evində, mənzilində yaşaması, miras qoyanın borclarını ödəməsi, miras əmlakı saz vəziyyətdə saxlaması üçün onları təmirini həyata keçirməsi, habelə vərəsə mirasın qorunması barədə tədbirlər gördükdə, öz hesabına miras qoyanın vergi, sığorta, kommunal və s borclarını ödədikdə mirası qəbul etmiş sayılır. Bu və bu kimi digər hərəkətlər həm vərəsənin özü tərəfindən, həm də onun tapşırığı ilə digər şəxslər tərəfindən vərəsənin adından həyata keçirilə bilər. İddiaçı2 və 3-cü şəxslərin izahatlarından və işdə olan digər məlumatlardan görünür ki, İddiaçı2 197 4-cü ildən mübahisəli atası X21 məxsus evdə ailəsi ilə birgə yaşamağa başlamış, atası miras qoyan Cavabdeh 01 yanvar 1990-cı ildə ölmüş, bundan sonra da İddiaçı2 həmin evdə ailəsi ilə birlikdə 2003-cü ilədək yaşamışlar. İddiaçı2 kassasiya şikayətində qeyd olunanlarla yanaşı onu da göstərmişdir ki, miras əmlakının bütün xərcləri onun tərəfindən ödənilib, evin təmir işlərini aparmış, hər ailə öz yaşadığı hissəsinin təmirinə, təmizliyinə cavabdeh olmuş, ümumi həyətin saxlanılması, xərclərin ödənilməsi onun öhdəsində olmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin qeyd olunan halları ilə bağlı iddiaçıları, cavabdehi, 3-cü şəxsləri dindirmədən və ümumiyyətlə araşdırma aparmadan gəldiyi nəticə əsaslı sayıla bilməz. Həmçinin kassasiya məhkəməsinin həmin qərarında apellyasiya m əhkəməsinin iddiaçıların və 3-cü şəxs Qin iddia ərizələrində mübahisələndirdikləri vərəsəlik hüquqi haqqında şəhadətnamənin, qeydiyyat vəsiqələrinin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi üçün əsaslarının olub-olmaması barədə dəlillərinə və həmçinin apellyasiya şikayətinin dəlillərinə qiymət verilmədiyini, iş materiallarında olan 17 fevral 2015-ci il tarixli vəsiyyətnamədəki vəsiyyət edən V.V.Vnın adından edilmiş imza ilə, 23 mart 1998-ci il tarixli bağışlama müqaviləsindəki İsmət Cəlil adından edilmiş imzanın birinin digərindən əhəmiyyətli dərəcədə fərqlənən imzalar olmasını, imzaların hər ikisinin V.V.V tərəfindən icra edilməsində şübhə doğurduğunu, belə vəziyyətdə iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq, qeyd olunan bağışlama müqaviləsində və vəsiyyətnamədəki im zaların hər ikisinin V.V.Vna məxsus olubolmamasını müəyyən etmək üçün zərurət olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmədiyini, iddiaçıların və 3-cü şəxs R.Babayevin qeyd olunan vərəsəlik haqqında şəhadətnaməsinin qeydiyyat vəsiqəsinin, çıxarışın verilməsini və bağışlama müqaviləsinin bağlanmasını nə vaxt bilmələri və ya bilməli olduqlarını aydınlaşdırılmadığını, 3-cü şəxs BYYYnın əri LLLun mirası qəbul edib etməməsinə isə ümumiyyətlə heç bir münasibət bildirmədiyini qeyd etmişdir. İşin apellyasiya instansiya məhkəməsində təkrar araşdırılması zamanı İddiaçı2 həyat yoldaşı X5 1982-ci ildən 2003-cü ilə kimi mübahisəli evdə yaşaması, 1983-cü ildən 2007-ci ilədək isə qeydiyyatda olması barədə 22 saylı MKİS-nin arayışları təqdim edilmişdir. Əvvəlki məhkəmə araşdırmaları zamanı da İddiaçı2 özünün 2003-cü ilə kimi faktiki olaraq həmin evdə yaşadığı, 24.12.1974-cü ildən 28.01.2011-ci il tarixədək qeydiyyatda olması, 3 övladının hələ də həmin ünvanda qeydiyyatda olduğu məhkəməyə təqdim edilən sənədlər və iş üzrə tərəflərin izahatları ilə təsdiq edilib. Göründüyü kimi, 27 avqust 1993-cü il tarixdə mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən şəhadətnamə almış digər iki vərəsə kimi İddiaçı2 da həmin evdə faktiki yaşayırdı və mirası idarə edirdi. Lakin digər iki vərəsənin notariat orqanına yazdığı 26.08.1993-cü il tarixli ərizələrdə İddiaçı2 da mirası faktiki qəbul edən vərəsə olduğu qeyd edilməmiş və notarius digər vərəsələrin olması barədə müvafiq sübutlar (qeydiyyatda olanlar barədə ar ayış) tələb etmədən 1 gün ərzində V.V.V və YYYX12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. (iş v 44-56, 1 cild) Məhkəmə kollegiyası təkrarən vərəsənin miras qoyulmuş evdə yaşaması faktının özüözlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərə kətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. İddiaçı2 atasının vəfatından keçən 6 ay ərzində mübahisəli evdə yaşamaqla onu qəbul etməsi iş üzrə müəyyən edildiyindən və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğundan, onun tərəfindən vərəsəlik şəhadətnaməsinin vaxtında rəsmiləşdirilməməsi bu mirasa qarşı hüququn itirilməsi üçün əsas ola bilməz. Oxşar yanaşma mirasın açıldığı z aman qüvvədə olmuş Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında 28.09.1979-cu il tarixli 5 nömrəli qərarının 10-cu bəndində də qeyd edilmişdir. Həmin bənddə əsasən miras qanunun tələbinə əsasən qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların miras əmlakda yaşamaları ilə mirası faktiki qəbul etmə hallarına diqqət yetirməyərək işin bu halına mülki qanunvericiliyin tələblərinə uyğun düzgün hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışı n ləğvi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoy ulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən miras əmlakının faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlak münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi haqqında nəticə kifayət qədər əsaslı hesab oluna bilməz Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflərin yaxın qohum olmaları (bacı-qardaş və onların uşaqları), uzun müddət yaxın münasibətlərdə olmaları və keçən müddət ərzində (27 il) işin qeyd edilən hallarından məlumatlı olmamalarının sa də məntiqə sığmamasına dair nəticəsi ehtimallara əsaslanmaqla, iddiaçıların vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsindən məlumatlı olmasını təsdiq edən heç bir konkret sübuta söykənmir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır, eləcə də tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 06.11.2007-ci il tarixli qərarının Azərb aycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.11.2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Əvvəlki MM-nin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki MM-nin 77-ci maddəsi iddia müddətləri ilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəmənin səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməs ini iddianı rədd etmək üçü əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin iddia müddətinin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. İddiaçıların nə vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı vərəsə olmaları barədə məlumatın verilməməsi, nə də 1998-ci ildə bağışlama müqaviləsi zamanı həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, İddiaçı2 və onun ailə üzvlərinin bağışlamaya razılığının alınmaması iddiaçının bu faktlardan məlumatlı olması qənaətinə gəlməyə əsas vermir. İddiaçıların işin faktiki hallarından çoxdan məlumatlı olması, onunla razılaşması, susması, 2003-cü ildə paya uyğun müəyyən pul məbləği alaraq evdən çıxaması barədə cavabdehin bildirdikləri isə heç bir konkret sübutlara əsaslanmır. Belə olan halda, sadəcə baş vermiş hadisələrdən 27 il keçməsi əsası ilə iddiaçıların qeyd edilən hallardan məlumatlı olması qənaətinə gəlinməsi və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə gəlinən nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi V.V.Vnın 17 fevral 2015-ci il tarixdə Qə verdiyi vəsiyyətnamə ilə bağlı dəlillər üzrə də tam araşdırma aparmayaraq 27 mart 1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bəhruz XXXoğluna bağışlanmasına və 14 may 1998-ci il tarixdə Cavabdeh XXXoğlunun adına mülkiyyət hüququnu bildirən qeydiyyat vəsi qəsi verilməsinə istinad edərək vəsiyyətnamə verilərkən evin V.V.Vna məxsus olmaması, vəsiyyətnamənin istər verildiyi tarixdə, istərsə də hazırki vaxtda mübahisə predmeti olan evə hüquqi qüvvəsi mövcud olmaması kimi nəticələri əsaslı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən vəsiyyətnamə üzrə obyektiv və qanuni hüquqi qiymət 1993-cü ildə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuniliyinə düzgün hüquqi qiymət verilməsindən daha çox, 1998-ci ildə bağlanmış bağışlama müqaviləsinin qanuniliyinə qiymət verilməsindən tam asılıdır və belə olan halda hazırki iş üzrə iddiaçıların və müstəqil tələb irəli sürən 3-cü şəxsin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbləri əsaslı sayıldığı və təmin olunduğu halda miras əmlakın V.V.Vna məxsus hissəsinə münas ibətdə vəsiyyətnamə hüquqi qüvvəsini alacaqdır. İddia tələblərinin bu hissəsi ilə bağlı isə dəlillər bağışlama müqaviləsindəki imzanın V.V.Vna məxsus olmaması barədədir və sonuncu kassasiya instansiya məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən bu şübhəli halın yoxlanılması üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin edilmədiyi iradı göstərilmişdir. Kollegiya kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla t əsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2 8 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırd ığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rəd d edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Ofe rta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhk əmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7, 420-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əs asən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən b axan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, həmçinin qanun üzrə şəhadətnamə vermiş notariusun hərəkətlərinin qanuniliyinə, bağışlama müqaviləsi ilə bağlı dəlillərə (V.V.Vnın 27 mart 1998-ci il tarixli bağışlama müqaviləsi bağlamaması, imzanın saxtalaşdırılması) hüquqi qiymətverilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 tərəfindən birgə və müstəqil tələb irəli sürən üçüncü şəxs BYYY tərəfindən ayrıca verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)333/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar