Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5671/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 MMC-yə, İddiaçı2 oğlunun Cavabdeh1 MMC və İddiaçı1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil2, Cavabdeh1 MMC-nin vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5312/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı2 ilə Cavabdeh1 MMC-nin arasında 15 yanvar 2019-cu il tarixdə bağlanmış 05/19 nömrəli müqaviləyə əsasən, Cavabdeh1 MMC icraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı2 isə sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. 15 yanvar 2019-cu il tarixli 05/19 saylı müqaviləyə əlavəyə əsasən, müqavilə üzrə mənzilin ümumi dəyəri 128782 manat, ilkin pay ödənişi 128782 manat müəyyən edilmişdir. Mənzil üzrə qalıq pa y borcu qalmamışdır.
2. İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında 25 mart 2019-cu il tarixdə bağlanmış 12/19 nömrəli müqavilədən görünür ki, MMC icraçı olaraq Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilin bütün tikinti quraşdırma işlərinin görülməsini, İddiaçı1 isə sifarişçi olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əsasən mənzilin qiyməti 128782 manatdır. Cavabdeh1 MMC tərəfindən 25 mart 2019-cu il tarixdə verilmiş A-12/19 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı1 12/19 saylı 25 mart 2019-cu il tarixli müqaviləyə əsasən 104 saylı mənzilə görə 128.782 manat məbləğində pu l ödəmişdir. Hal-hazırda İddiaçı1 heç bir borcu yoxdur.
3. İddiaçı1 tərəfindən 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-ə ünvanlanmış ərizədən görünür ki, MMC-nin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində inşa etdiyi 17 mərtəbəli yaşayış binasında yerləşən 104 və 107 saylı mənzillər 125000 manat (1 USD=1,70 manat) məbləğində verdiyi borcun müqabilində onun adına qeydiyyata alınmışdır. Verdiyi 125000 manat borc 6 ay müddətində geri qaytarıldıqdan sonra həmin mənzillər MMC-nə geri qaytarılacaq. Əks halda mənzillər tam onun ixtiyarına keçəcək.
4. Bakı şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi Təhqiqat şöbəsində 23 dekabr 2019-cu il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı1 İddiaçı2 və Cavabdeh1 MMC-nin rəhbərliyinə qarşı ünvanladığı ərizələr üzrə cinayət işinin başlanması rədd edilmişdir. Səbəb kimi mübahisənin mülki xarakterli olması göstərilmişdir.
5. İddiaçı2 tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 25 mart 2019-cu il tarixli ərizənin surətindən görünür ki, o, MMC-nin Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində inşa etdiyi 17 mərtəbəli yaşayış binasında yerləşən 104 və 107 saylı mənzillərin alınacaq pul müqabilində girov əvəzində müvəqqəti olaraq İddiaçı1 adına keçirilməsinə etiraz etmir.
6. Cavabdeh1 MMC tərəfindən 25 mart 2019-cu il tarixdə verilmiş A-01/19 nömrəli arayışın surətindən görünür ki, İddiaçı1 25 mart 2019-cu il tarixli 12/19 saylı müqaviləyə əsasən 104 saylı və 25 mart 2019-cu il tarixli 13/19 saylı müqaviləyə əsasən 107 saylı mə nzillərin müqabilində onun Cavabdeh1 MMC-yə borc verdiyi 125000 manat məbləğ əsasında verilmiş A-13/19 saylı 25 mart 2019-cu il tarixli və A-12/19 saylı 25 mart 2019cu il tarixli tam maliyyə arayışları 6 ay müddətində həmin borc qaytarıldıqdan sonra etibarsız sayılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 25 mart 2019-cu il tarixli A-12/19 və A-13/19 saylı maliyyə arayışları və müqavilələr üzrə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m ² olan 3 otaqlı 104 nömrəli mənzil və həmin binanın 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə görə ödənilən 125000 manat məbləğində vəsaitin və əlavə olaraq öhdəliyin vaxtında icra edilməməsinə görə 24000 manat miqdarında vəsaitin tutularaq onun xeyrinə ödənilməsi, ödəniləcək məbləğin göstərilən mənzillərin məcburi qaydada hərraca çıxarılıb satılaraq ödənilməsi yolu ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı2 isə cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 15-ci mərtəbəsində yerləşən, ü mumi sahəsi 135,56 m² olan 3 otaqlı 104 nömrəli mənzilə dair bağlanan 25 mart 2019cu il tarixli 12/19 saylı müqavilənin və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində, 2942A saylı məhəllədə inşa edilən yaşayış binasının “B” blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 135,56 m² olan 3 otaqlı 107 nömrəli mənzilə dair bağlanan 25 mart 2019-cu il tarixli 13/19 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(005)2606/2020 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun qaytarılması tələbinə dair” 2(005)-961/2020 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(005)961/2020 saylı qətnaməsi ilə (hakim V.Quliyev) ilkin iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 125000 manat məbləğində pulun ilkin iddia üzrə İddiaçı1 xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 15-ci mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m olan 3 otaqlı, 104 saylı mənzilə dair 25 mart 2019-cu il tarixdə ba ğlanmış A-12/19 nömrəli və Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 saylı məhəllədə inşa edilən yaşayış binasının B blokunun 16-cı mərtəbəsində, ümumi sahəsi 135,6 kv.m. olan 3 otaqlı, 107 saylı mənzilə dair 25 mart 2019-cu il tarixdə bağlanmış A-13/19 nömrəli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-nə 125 000 manat məbləğində pul vəsaitini 6 ay müddətində qaytarmaq şərti ilə borc kimi vermişdir. Sonuncu 15 yanvar 2019-cu il tarixdə Cavabdeh1 MMC-dən aldığı 104 və 107 nömrəli mənzilləri həmin borc məbləğinin qaytarılmasına zəmanət kimi girov qoymuş və tərəflərin, o cümlədən Cavabdeh1 MMCnin iştirakı ilə müvafiq sənədləşmə işi a parılmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisə tərəfləri həm məhkəməyə verdikləri iddia ərizələri ilə, həm iddia ərizəsinə qoşma olaraq təqdim etdikləri sənədlərlə, həm də məhkəmə iclaslarında verdikləri izahatlarla İddiaçı1 ilə İddiaçı2 arasında 25 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin tikdiyi yaşayış binasının 104 və 107 saylı mənzillərinin İddiaçı1 adına rəsmiləşməsi barədə bağladıqları müqavilələrin əslində mənzilin alınması ilə bağlı olmadığını bildirmişlər.
13. Məhkəməyə verilmiş iddia ərizələri, təqdim edilmiş sübutlar və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarla sübuta yetirilmişdir ki, İddiaçı2 İddiaçı1 125 000 manat məbləğində pul vəsaitini almışdır. Həmçinin, Cavabdeh1 MMC verdiyi arayışla həmin borc məbləğinin əslində Cəmiyyətin ehtiyacı olduğu üçün alın dığını dolayı yolla etiraf etmişdir.
14. Məhkəmə Cavabdeh1 MMC-nin nümayəndəsinin və İddiaçı2 verilmiş borc məbləğinin bir hissəsinin qaytarılması haqqında izahatlarını və iddia tələblərini inandırıcı saymayaraq borc məbləğinin tam şəkildə MMC-dən tutulması qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 25 mart 2019-cu il tarixdə bağlanmış A12/19 saylı və A-13/19 saylı müqavilələr başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır.
15. İddiaçı1 və Cavabdeh1 MMC qətnamədən apelyasiya şikayətləri vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 07 iyun 2021-ci il tarixli, 2(103)-5312/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 və Cavabdeh1 MM C tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(005)-961/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, tərəflərin həmin əqdləri bağlayarkən əslində nəzərdə tutduqları ipoteka əqdinə aid olan qaydaların tətbiq edilməsi də mümkün deyildir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmaqla, qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiasının tam təmin edilməsini, birləşdirilmiş iş üzrə iddianın isə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçı1 və onun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
22. Cavabdeh1 MMC-nin vəkili Nümayəndə2 kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Maddə. 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə. 337.4. Etibarsız əqd onun etibar sızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Müqavilənin etibarsız sayılması tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi n əticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4).
37. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əq d tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
39. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
40. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yal nız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
41. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı fakt ı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
43. İşə baxan məhkəmələr bu əsaslarla təqdim edilmiş sübutları tərəflərin izahatları və işin digər halları ilə təhlil edərək müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 MMC-nin arasında mənzillərin alğı-satqına dair 25 mart 2019-cu il tarixdə bağlanmış 12/19 və 13/19 nömrəli müqavilələr əslində həmin mənzillərin alğı-satqı məqsədi ilə bağlanmamış, tərəflər arasında olan borc münasibətlərinin təminatı olaraq formal olaraq bağlanmışdır, buna görə də, həmin əqdlər yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmin əqdlər tərəflər verilmiş borc məbləğinin təminatı kimi bağlamışlar, hazırda iddiaçı Aygün Abbasovanın tələbi əsasında, həmin pulun MMC-dən tutulması qənaətinə gəlinmişdir.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5312/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.