Məhkəmə qərarları › İş №2(102)-5676/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5676/2021

09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5676/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər Maraqlı şəxs1nə və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlaka payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1690/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və üçüncü şəxslər X8 və X10 doğma bacılardır. Onların ataları X14 1999-cu ildə vəfat etmiş və ondan X kəndində 0.25 ha torpaq sahəsində yerləşən 48.0 kv.m. yaşayış sahəsindən 20.5 kv.m. köməkçi sahədən, 12.2 kv.m. açıq eyvandan, 12.0 hamamdan, 53.0 kvm. mal damından ibarət fərdi yaşayış evi miras qalmışdır. X11 vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı X12 və qızları İddiaçı1, İddiaçı2, Cavabdeh, X8 və X10 qalmışdır. 2011-ci ildə qanun üzrə vərəsəlik müəyyən edilərkən İddiaçı2, Cavabdeh, 3-cü şəxslər X10 və X8 notariat kontorunda miras əmlakı qəbul etmədiklərinə dair ərizələr vermişlər. İdiaçı İddiaçı1 adı vərəsəlik işinə əlavə edilmiş arayışda və digər sənədlərdə göstərilmiş, lakin o, bu barədə həmin vaxt məlumatlı olmasına baxmayaraq vərəsəliklə bağlı müraciət etməmişdir. Beləliklə notariat kontorunda 16.08.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun arvadı X12 onun vərəsəsi kimi tanınmışdır. Buna uyğun olaraq hüquq sahibi X adına 04.10.2011-ci il tarixli çıxarış verilmişdir. 17.02.2020-ci il tarixli bağışlanma müqaviləsi ilə X mülkiyyətində olan daşınmaz əmlakı notarial qaydada qızı Cavabdeh bağışlamışdır. 17.02.2020-ci il tarixli bağışlanma müqaviləsinə əsasən 0,25 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi hüquq sahibi Cavabdeh adına daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınmış və ona 06.03.2020-ci il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızma, üçüncü şəxslər Maraqlı şəxs1nə və X qarşı, Samux rayon Notariat Kontorunun 16.08.2011-ci il tarixli, 2V- 01-164 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında X6 adına verilmiş 04.10.20TT-Cİ il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Gəncə şəhər 5 saylı Notariat ofisində tərtib edilmiş 17.02.2020-ci il tarixli, 4Ə-218 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 06.03.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edi lməsi və iddiaçıların ataları X11 qanun üzrə vərəsəsi tanınaraq ondan miras qalmış X kəndində 0,25 ha torpaq sahəsində yerləşən 48,0 kv.m yaşayış sahəsindən, 20,5 kv.m köməkçi sahədən, 12,2 kv.m açıq eyvandan, 12,0 kv.m hamamdan və 53,0 kv.m mal damından ibarət fərdi yaşayış evi üzərində paylarının müəyyən edilməsi tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsində məhkəmə tərəfindən X8 və X10 müstəqli tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ataları X11 və anaları X6 adına X kəndində 0.25 ha torpaq sahəsində yerləşən 48.0 kv.m. yaşayış sahəsindən 20.5 kv.m. köməkçi sahədən, 12.2 kv.m. açıq eyvandan, 12.0 hamamdan, 53.0 kvm. mal damından ibarət fərdi yaşayış evi miras qal mışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamədə X11 vərəsəsi olan övladı kimi onun adı və icra nümayəndəliyinin arayışında ailə üzvü kimi göstərilsə də onun razılığı olmadan notarius evi və torpaq sahəsini atası Əvəzin adından anası X adına keçirmişdir. Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 04 avqust 2011-ci il tarixli müqavilə və digər əşyalar üzrə vəfat etmiş şəxsə məxsus olmuş üzərində mülkiyyət və digər əşya hüquqları Daşınmaz Əmlakın Dövlət Reystrindən qeydə alınmamış əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə verdiyi arayışda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux Rayon Şöbəsi tərəfdən 06 dekabr 2020-cİ il tarixli, Jİsf-llOF KOD 50704018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsində torpaq mülkiyyətçiləri X14. X4, X12, X10 və X13 göstərilsə də əmlak X11 tam mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bununla da mülkiyyətçilər gizlədilmiş 16.08.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında X saylı şəhadətnamədə mülkiyyətçilərin adları göstərilmişdir. Torpaq mülkiyyətçisi nənəsi Tanrı verdiyeva X olmasına baxmayaraq bütün hüquqverici sənədlərdə adı gizlədilərək, saxta arayışlar tərtib edilmişdir. Bundan başqa məhkəmənin nəzərmə çatdırmaq istəyir ki, Samux Rayon İcra Hakimiyyətinin Dövlət Arxivinin 30.07.2020-ci il tarixli, 127 saylı arayışında nənəsi X3 adı birmənalı olaraq gizlədilmişdir. Samux Rayon Notariat Kontorunun Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində bacılan X, X, X, X ərizələrində qeyd edilmişdir ki, atası X9 qalmış Xi kəndində yerləşən miras əmlakın onlara çatan hissəsini qəbul etməmişlər. Bundan başqa ata mülkündən varis kimi hüquqları taptalanaraq heç bir hüquqverici sənədlərə imza atmamış və bütün notariat əməliyyatları onun iştirakı olmadan birtərəfli aparılmışdır. Təqdim etdiyi sənədlərdən də görünür ki, Samux Rayon Notariat Kontoru saxtakarlığa yol verərək qanunsuz vərəsəlik şəhadətnaməsi vermişdir. Əlavə olaraq qeyd edir ki, Samux Rayon Dövlət X5 mülkiyyətə verilməsinə dair X1 adı qeydiyyata alınmışdır. Bu fakt bir daha onu sübuta yetirir ki, Samux Rayon Aqrar İslahat Komissiyasının 15.12.1997-ci il tarixli, 18 saylı qərarı ilə ailə başçısı X14 yox, onun anası X3 adı qeyd olunmalı idi. Göstərilənlərlə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Samux Rayon Məhkəməsinin 2(058)-973/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (S.Zeynalova) iddia tələ bi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıların etibarsızlığını tələb etdikləri qanun üzrə vərəsəlik şəhadətnaməsi notariat orqanı tərəfindən mülki qanunvericilik normalarına əməl edilməklə tərtib edilmiş və İddiaçı1 miras əmlakı müəyyən edilmiş müddətdə qanunauyğun olaraq qəbul etmədiyindən Mülki Məcəllənin 1273-1-ci maddəsinin şərtləri tətbiq olunmaqla X ölən şəxsin vərəsəsi sayılmışdır.

7. İddiaçı1 2011-ci ildə mərhum atasının miras əmlakı ilə əlaqədar notariat əməliyyatının aparıldığını bilsə də, notariat kontoruna müraciət etməmiş, həmçinin atasının ölümündən sonra miras əmlakı hər hansı şəkildə qəbul etdiyinə dair sübutları təqdim etmədiyindən notarius tərəfindən mülki qanunvericiliyin qüvvədə olan norması tətbiq olunmuşdur.

8. Digər iddiaçıya münasibətdə məhkəmə bildirmişdir ki, onun özünün də təsdiq etdiyi kimi 2011-ci ildə ərizə təqdim edərək mirası qəbul etmədiyini bildirmişdir. Belə olan halda hər iki iddiaçıya münasibətdə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir.

9. İddianın daşınmaz əmlakın dövlət reyestrindən X adma verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddianın bu hissəsi də rədd edilməlidir. Belə ki, iddianın həmin hissəsi törəmə hüquq münasibəti olub, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barəsində iddia tələbindən asılıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin et ibarsız hesab edilməsi barəsində hissəsi rədd edilməli olduğundan, iddia tələbinin digər hissələri, yəni həmin şəhadətnamə əsasında dövlət reyestrində aparılmış qeyd barəsində verilmiş çıxarışın, habelə bağışlanma müqaviləsinin və cavabdehin adma verilmiş çıxarışın ləğv edilməsi, eləcə də miras əmlak üzərində payların müəyyən edilməsi hissələri də təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1256, 1262, 1263, 1273-1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(104)-1690/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) Samux Rayon Məhkəməsinin 2(058)-973/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 2(058)-973/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericilik mirasın faktiki qəbulunun iki üsulunu müəyyən etmişdir. Onlardan biri miras əmlaka faktiki sahiblik etməklə yiyələnmək, digəri isə miras əmlakı faktiki idarə etmək üsuludur. Faktiki sahiblik etmək ü suluna görə vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirməklə ona sahib durmalı, miras əmlakı faktiki idarə etməklə isə vərəsə öz hərəkətləri ilə öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması imkanlarını təmin etməlidir. İddiaçı tərəfindən isə miras qalmış əmlaka faktiki sahiblənmə və ya əmlakın saxlanılması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası İddiaçı1 mirası qəbul etməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, onun atasından miras qalmış saatı, samovarı, müəyyən qab-qacağı miras kimi qəbul etməsi, bununla əlaqədar olaraq da Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən mirası qəbul etmiş hesab edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, samovar, müəyyən qab-qacaq ümumiyyətlə təy inatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların sonradan əldə edilməsi mirasın qəbul etməsi kimi qiymətləndirilə bilməz.

14. Bundan başqa iş üzrə İddiaçı2, cavabdeh və üçüncü şəxs atlarına məxsus saatın sonradan anası tərəfindən iddiaçıya verildiyini bildirmişlər ki, iddiaçı qol saatının ona mirasdan pay olaraq verilməsini sübut edə bilməməməklə, mirasın yalnız iddiaçının anası tərəfindən qəbul edilməsi faktı nəzərə alındıqda onların bu izahatı inandırıcı olmuşdur. Həmçinin, iddiaçının atası vəfat edəndən sonra bacısı X azyaşlı və ya anasının xəstə olması və onlara qulluq etməsi ilə əlaqədar müəyyən müddət mübahisəli evdə qalması milli və mənəvi dəyərlərdən irəli gəlməklə, qeyd edilən hal mövcud olduğu halda belə mirasın faktiki qəbul edilməsi kimi hesab edilə bilməz.

15. Ən əsası olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, mirasın qəbul edilməsi müddəti, o cümlədən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açılması müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

16. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, 2011-ci ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəahdətnaməyə əsasən mirası anası X12 qəbul etmişdir. Həmçinin, İddiaçı1 mirasın anası tərəfindən qəbul edilməsindən məlumatı olmuşdur. Belə ki, İddiaçı1 birinci instansiya məhkəməsində verdiyi izahatından görünür ki, o, na razı olduğundan notariusa getməmişdir. Bundan başqa o, apellyasiya şikayətində də göstərmişdir ki, 2011 -ci ildə vərəsəliklə bağlı notariat kontoruna getmək lazım olmasını bacıları ona təklif etmişdir. Ancaq o, mirasın bacısı Günelə bağışlanmasına razı olmadığı və mirasdan ona da pay vermək istəmədikləri üçün o, notariat kontoruna getməmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” mirasın qəbul edilməsini təsdiq edən sənəd hesab edilir ki, hazırkı iş üzrə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 16.08.2011-ci il tarixdə verilmişdir ki, şəhadətnamənin verildiyi vaxt qüvvədə olan Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi g ündən iki ay ərzində açıla bilər. Göründüyü kimi iddiaçının mirasın qəbulu ilə bağlı şəahdətnamə verildiyi zaman müvafiq rəsmiləşmələrin aparılmasından məlumatı olsa da, o, 9 ildən sonra həmin şəhadətnaməni mübahisələndirmişdir ki, bununla da qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. İşin hallarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı miras əmlakın anası tərəfindən qəbul edilməsi barədə məlumatı olsa da, anası tərəfindən əmlakın 17.02.2020-ci il tarixdə Cavabdeh bağışlanmasından məlumatı olmamışdır. Buna görə də anasının 05 avqust 2020-ci il tarixdə vəfat etməsindən dərhal sonra, anasından miras qalmasını güman edərək, mirasın qəbul etməsi məqsədi ilə 20 avqust 2021-ci il tarixdə müvafiq sənədləri əldə etmək üçün DƏDRX-ə müraciət etmişdir. Lakin, DƏDRX tər əfindən verilmiş arayışla anasına məxsus əmlakın bacısı Cavabdeh qızma bağışlandığını bildiyindən və artıq miras əmlakın mövcud olmadığını anladığından Samux rayon Notariat Kontoru tərəfindən verilmiş 16.08.2011-ci il tarixli, 2V-01-164 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbini irəli sürmüşdür.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Gəncə şəhər 5 saylı Notariat ofisində tərtib edilmiş 17.02.2020-ci il tarixli, xxx reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş 06.03.2020-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və miras qalmış əmlak üzərində onun da payının müəyyən edilməsi ilə bağlı tələbləri, İddiaçı1 mirası faktiki olaraq qəbul etməsi və Samux rayo n Notariat Kontoru tərəfindən verilmiş 18.06.2011-ci il tarixli, 2V-01-164 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbləri ilə bağlı olmuşdur. Həmin tələblər isə təmin olunmadığından sonrakı tələblərin də təmin edilməsi mümkünsüzdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə İddiaçı1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

26. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Mülki Məcəlləsi

27. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. (maddə 527)

28. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad ) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. (maddə 532)

29. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. (maddə 552)

30. Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. (maddə 555) Mülki Məcəllə

31. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ö trü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. (maddə 1272) Mülki Prossesual Məcəllə

32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

33. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

35. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1690/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar