Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5677/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(103)3132/2022 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativinə üzvlüyü haqqında MTK-nın üzvlərinin ümumi yığıncağının ümumi iclasının 2 nömrəli protokolundan çıxarışın (qərarın) etibarsız hesab edilməsi, ünvan 1 ünv anında yerləşən 75 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 76 saylı mənzilə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ haqqında qeydin və bu barədə RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilərək, Cavabdeh2 "xxxx" MTK üzvlüyü haqqında ümumi yığıncağın iclasının 02 saylı protokolundan çıxarışın (qərarın), həmçinin Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75 və 76 saylı mənzillərinin dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsinə dair "xxxx" MTK tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışlarının, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 “A” saylı evin 75-ci mənzilinə dair Cavabdeh2 adına verilmiş 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın, həmin evin 76-cı mənzilinə dair 19 dekabr 2015-ci il qeydiyyat tarixli Çıxarışın etibarsız hesab edilməsi, dövlət rüsumunun əvəzi qismin də ödənilmiş 10 manatın Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)13172/2019 nömrəli qətnaməsi ilə (hakimlər- R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) 2(102)-2658/2020 nömrəli iş üzrə 11 sentyabr 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs X2 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 19 noyabr 2019-cu il tarixli, 2(103)-13172/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) 26 may 2021-ci il tarixli, 2(103)-672/21 nömrəli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsinın ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) 2(102)-371/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il ta rixli qərarı ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli, 2(103)-672/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) 27 aprel 2022-ci il tarixli, 2(103)-3132/22 nömrəli qətnaməsi ilə üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5466/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Üçüncü şəxs X2 tərəfindən iş üzrə 2(102)-3132/2022 nömrəli xx.xx.2022-ci il tarixli kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3132/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsində müəyyən edilmiş formada verilməməsi, Mülki Prossesual Məcəlləyə 3 saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda üçüncü şəxs X2 (Vəkil3) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3132/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə 3-cü şəxsin ərizəsi əsasında kassasiya şikayəti vermə müddəti bərpa edilərək, kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, kassator təkrarən verdiyi kassasiya şikayətində əvvəlki qərardadda göstərilən nöqsanları aradan qaldırmadan, təkrarən kassasiya şikayətini 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib etməmiş, şikayətdə yalnız Mülki Məcəllənin 1145, 243.1, 1243.2, 1246,1256, 112.4, 1133.1, 1151.1, 152.1, 139.1, 389.1, 406.3 və 407.2-ci maddələrini sa dalamaqla və onların məzmununu göstərməklə kifayətlənmiş, hər maddənin qarşısında hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, qeyd edilən maddələrin məhkəmə tərəfindən nəzərə alınmamasının nədə ifadə edilməsini şikayətdə şərh etməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilm əlidir. Həmçinin Mülki Prossesual Məcəlləsinin 407.2-ci maddəsinə əsasəm kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də Mülki Prossesual Məcəlləsinə 3 saylı Əlavədə nəzərdə tutulmuş forma tələblərinə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkü nlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Müstəqil tələb sürməyən 3-cü şəxs X2 (Vəkil3) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3132/2022 nömrəli 27 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5677/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5677/2022
04.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver