Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5682/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə Şəhəri 1 saylı Notariat Kontoruna, Gəncə Şəhəri 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrli yi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1630/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları DƏDRX-in 3 saylı Ərazi İdarəsinin Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 04.03.2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Kirovabad şəhəri, Dəmiryolu küçəsi, 1-ci döngə, 10 saylı fərdi yaşayış evinin yerləşdiyi 360.0 m2 torpaq sahəsinə dai r X10 və X8 adlarına 25.09.1953-cü il tarixli torpaq qeydi işlənmişdir. Kirovabad şəhər notariat kontorunun 21.12.1953-cü il tarixli 136-30986 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mülkün 1/2 hissəsinin 1/3 hissəsi X10 adından X4 adına keçmişdir. Bundan sonra bu əmlak iki hissəyə bölünmüşdür. Tikili “A”-da 16,0, 19,7 m2 yaşayış otağı, 18,4 m2 köməkçi sahə X10 adında qalmışdır (Dəmiryolu küçəsi, 1-ci döngə, 8), tikili “A”-da 18,0 m2, 10,5 m2 iki yaşayış otağı, 17,2 m2 köməkçi sahə, tikili “B”-də 26 m2 iki yaşayış otağı, 32,9 m2 köməkçi sahə X4 (Dəmiryolu küçəsi, 1-ci döngə, 10) adında olmuşdur. Kirovabad şəhər notariat kontorunun 31.06.1958-ci il tarixli 10-2k-1366 saylı alqı-satqı müqaviləsinə əsasən Dəmiryolu küçəsi, 1-ci döngə, 10 saylı fərdi yaşayış evi İddia çı2 Abduləli oğluna satılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli 2(044)-2119/2014 saylı qətnaməsi və icra vərəqəsinə əsasən X1 Əli Abduləli oğlunun qanun üzrə vərəsəsi tanınmış, İddiaçı2 Abduləli oğlunun adına olan və hal-hazırda ünvanı Azərbaycan küçəsi, 1-ci döngə, 8 olan ünvanda 240.0 m2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26,7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tikililərə X5 mülkiyyət hüququ tanınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 08.01.2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnamə və icra vərəqəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı ünvanda 240.0 m 2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26.7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tikililərə X5 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.10.2015-ci il tarixli 2(102)-4277/2015 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 08.01.2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. X9 21.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 1 saylı notariat kontorunun 07.11.2018-ci il tarixli 2V-210 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə bu əmlak X11 adına keçmişdir. Gəncə şəhər 3 saylı notariat ofisinin 10.07.2019-cu il tarixli 4Ə-177 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh2 satılmışdır. Alıcıya 25.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X2 adına olan hissəsi (onunda ünvanı Azərbaycan küçəsi, 1-ci döngə, 8-dir) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Ölüm haqqında arayışın surətindən görünür ki, Abdullayev Fikrət Əli oğlu 23.11.2007-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli 2(044)2119/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, X13 08 dekabr 1958-ci il tarixdə vəfat etmiş İddiaçı2 Abduləli oğlunun qanun üzrə vərəsənin tanınması və ünvan 2 ünvanda 240.0 m2 torpaq sahəsində yerləşən 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqları, 26,7 m2 örtülü eyvan, 9,7 m2, 2,4 m2 mətbəx, 6,4 m2, 17,8 m2 dəhliz, 8,9 m2 açıq eyvandan ibarət tik ililərə X5 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 08 yanvar 2015-ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. 08 dekabr 1958-ci il tarixdə vəfat etmiş İddiaçı2 Abduləli oğlundan miras qalmış ünvan 3 ünvanda yerləşən 240.0 m2 torpaq sahəsində olan 18,7 m2, 11.3 m2, 21,6 m2, 17,6 m2 yaşayış otaqlarından, 26.7 m2 örtülü eyvandan, 9,7 m2 ibarət mətbəxdən, 6,4 m2 və 17,8 m2 dəhlizdən, 8,9 m2 açıq eyvandan ibarət tikililərə və 240 m2 torpaq sahəsi X5 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli 2(102)4277/2015 saylı qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 08.01.2015 -ci il tarixli 2(104)-136/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Doğum haqqında arayışın surətindən görünür ki, 25 noyabr 1795-ci il tarixdə anadan olmuş İddiaçı2 atası Abdullayev Fikrət Əli oğlu, anası X3r. Doğum haqqında arayışın surətindən görünür ki, 27 dekabr 1978-ci il tarixdə anadan olmuş X6 atası Abdullayev Fikrət Əli oğlu, anası X3r. Ölüm haqqında şəhadətnamədən məlum olur ki, X13 21 yanvar 2016-cı il tarixdə ölmüşdür. 07.11.2018-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngədə yerləşən 8 nömrəli ev X5 miras əmlakı qismində X12 verilmişdir. 10.07.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 2 Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngədə yerləşən 8 nömrəli evi X11 adından etibarnamə əsasında çıxış edən X16 almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı fərdi yaşayış evi 25.07.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 1-ci döngə, 8 saylı fərdi yaşayış evi 21.01.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyes trində 113 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X17, Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı notariat kontoru tərəfindən 07 noyabr 2018-ci il tarixdə X11 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, cavabdeh X17 ilə digər Cavabdeh2 arasında olan ünvan 4 ünvanda yerləşən mülkə dair 3 saylı notariat kontorunda aparılmış alqı- satqı müqaviləsinin və 3 saylı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına 25.07.2019-cu il tarixdə verilmi ş çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Azərbaycan küçəsi 1-ci döngə 8 №-li ev onların bibiləri, ataları Abdullayev Fikrət Əli oğlunun bacısı X9 məxsus olmuşdur. Gəncə şəhəri 1 saylı notariat kontorundan verilmiş 07.11.2018-ci il tarixli 2V-210 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu əmlak digər bibiləri X11 adına keçmişdir. Bibilərinin adına olan əmlak digər bibilərinin adına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən keçərkən ataları Abdullayev Fikrət Əli oğlunun vərəsəsi kimi onların hüquqları kobud şəkildə pozulmuşdur. Ataları 23.11.2007-ci ildə vəfat etmişdir. Ataları vəfat edəndən onlar hal-hazıra kimi mira s mülkdə yaşayıb mirası vərəsəlik açılarkən mirası qəbul etmişdirlər. Ancaq vərəsəlik şəhadətnaməsi verilərkən Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onlar iddiaçılar atalarının bacısı olan X5 ikinci növbə vərəsə kimi atalarına çatan miras paydan ataları sağ olmadığı üçün pay almaq hüquqları vərəsəlik şəhadətnaməsi verilərkən kobud şəkildə pozulmuşdur. Miras mülkə bağlı cavabdeh X17 miras əmlakdan 1/1 hissədə pay almışdır. Bu şəhadətnamə verilərkən mərhum X7 vərəsələrinin dairəsi müəyyən edilmədən mərhumun 2-ci növbə vərəsəsi kimi mərhum atalarına miras əmlakdan düşən paya olan onların hüquqları kobud şəkildə pozulmuşdur. Məhz bu qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Azərbaycan küçəsi 1-ci döngə 8 saylı fərdi yaşayış evi cavabdeh X11 adına keçmiş o da bu əsasda mülkü digər Cavabdeh2 satmışdır. Ona görə də məhkəmə qaydası ilə 1 saylı notariat kontorunda X5 adına olan ünvan 3 ünvanda yerləşən mülkə dair cavabdeh X11 adına verilmiş 07 noyabr 2019-cu il tarixli 2V-210 N reyestr qanun üzrə vərəsəlik şəhadətnaməsinin bunun əsasında mülk X11 adından digər Cavabdeh2 satılmasına dair 3 saylı notariat kontorunda 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və mülkə dair Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilməli mülk əvvəlki vəziyyətinə qaytarılmalıdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Qocayev, iş № 2(043)-2896/2020) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X12 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı mü qaviləsinin, çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçılar mirası özlərinin də qəbul etdiyini, bibilərinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasdan paylarının verilmədiyini bildirirlər. İddiaçılardan İddiaçı1 mirası nə notariat orqanında ərizə verməklə, nə də faktiki olaraq qəbul etməsinə dair heç bir sübut təqdim etməmişdir. Əksinə digər İddiaçı2 də izahatından göründüyü kimi İddiaçı1 mirasın açılmasından xeyli əvvəl ailə quraraq başqa yerə köçmüşdür və miras açıldıqdan sonra da mirasa sahiblik etdiyinə dair heç bir sübut yoxdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən m irasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Lakin, göründüyü kimi iddiaçı cavabdehin mirasın qəbulundan imtina etməsindən 5 ildən artıq vaxt keçdikdən sonra mübahisə açmışdır ki, bununla da qanunvericilikdə müəyyən edilmiş müddəti də ötürmüşdür. İddiaçılardan İddiaçı2 mirası faktiki olaraq qəbul etdiyini həmin evlə bir həyətdə yerləşən digər evdə yaşaması ilə əsaslandırmışdır. Məhkəmə əvvəlcə qeyd etmişdir ki, ilk növbədə İddiaçı2 mirasın açıldığı 21 yanvar 2016-cı il tarixdən etibarən mirasın qəbulu üçün müəyyən edilmiş altı ay müddət ərzində miras əmlaka faktiki sahiblik və idarə etməyə başladığını təsdiq edən sübutlar təqdim etməmişdir. İddiaçı2 miras əmlakla bağlı şahidlər X25 və Babaşov Rafiq Əli oğlu ilə sövdələşməsi mirasın açılmasından bir ildən artıq müddət keçdikdən sonra baş vermişdir. Bununla belə hətta mirasın İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş olduğunu fərz etsək də yenə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, İddiaçı2 öz izahatından da göründüyü kimi mübahisəli evin Cavabdeh2 satılması üçün bibisi X11 adına sənədləşdirilməsi ilə bağlı onun öz razılığı olmuş, bu məqsədlə zəruri sənədləri və etibarnaməni X19 vermiş, X16 buna görə pul almışdır. Hazırda İddiaçı2 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin mübahisələndirilməsi hüquqdan sui-istifadə deməkdir. Həmçinin, məhkəmə araşdırması zamanı X17 ilə Cavabdeh2 ara sında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız əqd olması ilə bağlı iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırkı iddia üzrə əqdin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tələbi irəli sürülsə də həmin tələblər yalnız digər tələbə, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbinə söykənmişdir. Əqdin etibarsızlığı üçün heç bir əsas məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Cavabdeh2 hüquqları həm də daşınmaz əmlakın dövlət reyestrinin tamamlığı və həqiqiliyi prezumpsiyasına əsasən müdafiə olunmalıdır. Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində X11 adına mülkiyyət hüququ ilə qeydə alınmış əmlakı reyestrdəki qeydə heç bir etiraz olmadan qanunvericilikdə n əzərdə tutulmuş qaydada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna görə də onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi üçün də heç bir əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışlar ki, mübahisəli miras mülk olan Gəncə şəhəri Azərbaycan küçəsi 1-ci döngə 8 nömrəli ev mərhum bibiləri X5 adına olmuşdur. Ataları Abdullayev Fikrət Əli oğlu rəhmətə getdiyi üçün bibiləri X5 qanun üzrə vərəsəsi onlar olmuşlar. Onlar qanun üzrə vərəsə ola-ola, miras olan hüquqları qüvvədə olduğu halda Gəncə şəhər 1 saylı notariat kontorunun 07.11.2018-ci il tarixli 2 №-210 saylı qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnaməyə əsasən əmlak onlardan xəbərsiz, onların razılığı olmadan bibiləri X11 adına keçmiş, o da mülkü 10 iyul 2019-cu il tarixdə alqı-satqı müqaviləsi ilə digər Cavabdeh2 satmışdır. Məhkəmə bibilərinin onlardan xəbərsiz miras əmlaka vərəsəlik şəhadətnaməsi olmasına heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamədə göstərir ki, guya onlar mirasın qəbulu ilə bağlı müddəti ötürmüşlər. Guya İddiaçı1 miras açılandan xeyli vaxt əvvəl ərə getmiş, miras açılandan xeyli əvvəl ailə qurub başqa yerə köçmüşdür. Guya İddiaçı2 mirasın açıldığı 21 yanvar 2016-cı ildən etibarən miras əmlaka faktiki sahiblik və idarə etməyə başladığını təsdiq edəcək sübut təqdim etməmişdir. Bütün bu qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, onlar vərəsəlik şəhadətnaməsi və mirasın alqı-sa tqısına dair məhkəmədə Babaşov Rafiq Əli oğluna iddia qaldırılanda bilmişlər. Bundan sonra Kəpəz rayon Məhkəməsində məlum iddianı qaldırmışlar. Mirasın qəbulu ilə bağlı onu bildirirlər ki, miras mülk həmişə onların sahibliyində olmuşdur. Belə olan halda onların sahibliyində olan mülkü onlar faktiki qəbul etmişlər. Əgər mirası onlar idarə edib sahiblik etmişlərsə bu mirasın onlar tərəfindən qəbul edilməsi deyil bəs nədir. Onlar mirasın qəbulu ilə bağlı məhkəməyə təqdim etdikləri işıq pulu, qaz pulu ilə bağlı adlarına olan ödəniş qəbzləri mirasın qəbulu deyilmi. Məhkəmə buna da heç bir hüquqi qiymət verməmişdir. Onların məhkəməyə təqdim etdikləri işıq pulu, qaz pulu ilə bağlı ödəniş qəbzləri onu sübut edir ki, mirası onlar qəbul etmişlər. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 n oyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Quliyev (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və A.Hüseynzadə, iş № 2(104)-1630/2021) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2(043)-2896/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı qeyd edir ki, fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülkü hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vər əsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Lakin iddiaçılar miras əmlakı əldə etmək və almaq niyyətini ifadə etməmiş və bu istiqamətdə iradəvi hərəkətlər yerinə yetirməmişlər ki, bu da vərəsəlik hüququnun itirilməsi ilə nəticələnmişdir. İddiaçılar nəinki miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş 6 aylıq müddət ərzində mirası qəbul etməmiş, həmçinin mirasın açılmasından 4 ildən artıq müddət keçməsinə baxmayaraq bu müddət ərzində buraxılmış müddətin bərpa edilməsi barədə hər hansı iddia qaldırmamış, bununla da, miras əmlaka hər hansı hüquqi və faktiki bağlılıq nümayiş etdirməmişlər. Bundan başqa Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh X17 ilə digər Cavabdeh2 arasında ünvan 4 ünvanda yerləşən mül kə dair 3 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçılar sözügedən müqavilənin ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyillər. Belə ki, iddiaçılar həmin müqavilədə tərəf kimi çıxış etməmişlər. İddiaçıların hazırki iddia ilə bağlı cavabdehlərə qarşı tələbləri yalnız onların ikisi arasında yaranmış öhdəliklərə aid edilə bilərdi və iddiaçıların hazırki iddiası tərəf olmadıqları müqavilənin ləğvinə səbəb ola bilməz. Müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsini yalnız müqavilənin tərəfləri tələb etmək hüququna malikdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçılar ləğv edilməsi tələb edilən alqı-satqı müqaviləsində tərəf kimi çıxış etməmişlər. Məhkəmə kollegiyası tərəfi ndən iddiaçılara müqavilənin etibarsızlığı ilə ləğvinin ayrı-ayrı tələblər olmaqla müxtəlif hüquqi nəticələrə səbəb olduğu izah edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçılar verilmiş tələb üzrə işə baxılmasını xahiş etmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadıqlarından, iddia tələbinin çıxarışın ləğvi hissəsinin geniş müzakirəsi lüzumsuzdur və həmin hissədə də iddia tələbi təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə bax arkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1630/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsini əsassız olduğu üçün ləğv edib, işin yenidən araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə l azımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunm ası ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti vermişlər və qətnaməni tam mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikası Mülki Məcə lləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 144.1-ci mad dəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanı nın aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, bin anı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları vərəsə hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən t ərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, k assasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1630/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5682/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5682/2021
25.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver