Məhkəmə qərarları › İş №2(102)-5686/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5686/2019

11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5686/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 BOKT ASC-nə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 000nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019cu il tarixli 2(103)-3417/2019 nömrəli qətnaməsindən Cavabdeh1 MMC-nin direktoru FFF və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, hərrac təşkilatı olaraq 000 küçəsində yerləşən 000nə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 108 nömrəli “hərracın yekunlarına dair protokolun, habelə 29 avqust 2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi, 000 küçəsində yerləşən 000nə dair mülkiyyət hüquqlarının, Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin 29 oktyabr 2018-ci il tarixli qeydlə mülkiyyət hüquqlarının tanınmasına dair ******* nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 000 küçəsində yerləşən 000nə dair mülkiyyət hüquqları 29 oktyabr 2018-ci il tarixli qeydlə, habelə ******* nömrəli “Çıxarış”la Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mövqeyinə görə cavabdeh tərəf bilərəkdən ona uydurma vədlər vermiş, nəticə etibarı ilə qeyri-müəyyən əsaslarla evin artıq Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin adına rəsmiləşdirilməsi faktı ilə üzləşmişdir. Qeyd edilməl idir ki, İddiaçı heç bir yerdə işləmir, təqaüdçüdür, qeyd edilən ünvanda yerləşən mənzil onun yeganə yaşayış yeridir. İddiaçı tərəfin mövqeyinə görə cavabdeh iddiaçınınn əlverişsiz vəziyyətdə olmasından və digər amillərdən istifadə etməklə qanunvericiliyin tələblərinə zidd olaraq 000 küçəsində yerləşən 000nə dair mülkiyyət hüquqlarının öz adına rəsmiləşdirilməsinə nail olmuşdur və belə olduğu təqdirdə ******* nömrəli “Çıxarış” etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2016-ci il tarixli 2(006)-8816/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin İddiaçı qarşı iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə 22 oktyabr 2015-ci il tarixli 2015/00210-01 nömrəli kredit müqa viləsinə əsasən 01 sentyabr 2016-ci il tarixə yaranmış 14.452,11 (on dörd min dörd yüz əlli iki dollar on bir sent) ABŞ dolları əsas borc, 2.193,68 (iki min yüz doxsan üç dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu və 154,21 (bir yüz əlli dörd dollar iyirmi bir sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16.800 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması qət edilmişdir. Eyni zamanda, İddiaçı tutulacaq pul məbləğinin ipoteka ilə yüklü edilmiş 000 küçəsində yerləşən 000nə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 (qırx min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbini n realizə edilmiş əmlak dəyərində ödənilməsi habelə borcun ödənilməsindən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması məhkəmə aktı ilə müəyyən edilmişdir. Məhkəmə aktı yuxarı instansiyalarda da mübahisələndirilmişdir. İddiaçı öhdəliyin yerinə yetirilməsi üçün səylər göstərmiş, lakin maliyyə vəziyyəti ağır olduğundan dəfələrlə vaxt verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona vaxtın veriləcəyinə dair vədlər eşitmiş və bununla da eyni zamanda hərracdan hər hansı bildirişin daxil olmaması nəzərə alınaraq Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin vədinə əməl etdiyini düşünmüşdür. Yalnız carı ilin 05 noyabr 2018-ci il tarixində ona məxsus evin “Cavabdeh2" Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən özgəninkiləşdirilməsi ona məlum olmuşdur. B elə ki, Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətində alınan sənədlərin surətindən görünür ki, cavabdeh Hərrac Təşkilatının 108 nömrəli protokolu ilə hərracın keçirilməsi rəsmiləşdirilmişdir. 29 avqust 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilə əsasında əmlak qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) 08 aprel 2019-cu il tarixli 2(103)-3417/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddiasının təmin edilməsi, 000 küçəsində yerləşən 000nə dair Cavabdeh1 tərəfindən tərtib edilmiş 108 nömrəli “hərracın yekunlarına dair protokol”, habelə 29 avqust 2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqısatqı” müqaviləsi etibarsız hesab edilməsi, 000 küçəsində yerləşən 000nə dair mülkiyyət hüquqlarının, Cavabdeh2 Bank Olmayan Kredit X7 Cə miyyətinin 29 oktyabr 2018-ci il tarixli qeydlə mülkiyyət hüquqlarının tanınmasına dair ******* nömrəli çıxarışin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh1 MMC-nin direktoru FFF və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassız olaraq maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Prosessual məsələlər: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. La kin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş materiallarında olan sənədlərdən görünür ki: ünvan 6 (yeni qaydalarla-Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, 57, M3, mənzil 2) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “pulun tutulması, tələbin ipoteka predmetınə yönəldilm əsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8816/2016 nömrəli 10 oktyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cavabdeh İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə 22 oktyabr 2015-ci il tarixli 2015/00210-01 nömrəli kredit müqaviləsinə əsasən 01 sentyabr 2016-cı il tarixə yaranmış 14.452,11 (on dörd min dörd yüz əlli iki dollar on bir sent) ABŞ dolları əsas borc, 1.055,57 (bir min əlli beş dollar əlli yeddi sent) ABŞ dolları faiz borcu və 154,21 (bir yüz əlli dörd dollar iyirmi bir sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15.661,89 (on beş min altı yüz altmış bir dollar səksən doqquz sent) ABŞ dolları məbləğində pulun tutuldu ğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, İddiaçı tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 000nə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 (qırx min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakı dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, cavabdeh İddiaçı Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması, cavabdeh İddiaçı dövlət büdcəsinə 50 (əlli) manat ekspertiza xərcinin tutulması mü əyyən edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1300/2017 nömrəli, 10 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15.661,89 (on beş min altı yüz altmış bır dollar səksən doqquz sent) ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tələbkar Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 000nə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 40.000 (qırx min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və bankın tələb i realizə edilmiş əmlakın dəyərindən ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılmalıdır. Borclu İddiaçı dövlət büdcəsinə 50 (əlli) manat ekspertiza xərci tutulmalıdır. Göstərilənlərə əsasən, qeyd edilən əmlakın satışını təşkil edib, satışdan əldə olunan məbləğin Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsi xahiş edilmişdir; 000ov küçəsi, 41 nömrəli evin, 3 nömrəli mənzili 40.000 (qırx min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə İddiaçı, Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon icra və probasiya Şöbəsinə məlumat verilmişdir Müvafiq bildiriş 16.06.2018-ci il tarixində göndərilmiş, göndərilməsini təsdiq edən zərfin üzərində “ünvan düzgün deyil” qeydi yazılaraq məktub göndərən şəxsin ünvanına qaytarılmışdır; ünvan 1li mənzilik 40.000 (qırx min) manat qiymətinə 16 iyul 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir; 000ov küçəsi, 41 nömrəli evin, 3 nömrəli mənzili 34.000 (otuz dörd min) manat qiymətinə (ilkin hərrac qiymətindən 15% aşağı- 40.000-15%=34.000) 24 avqust 2018-ci il tarixdə saat 11:00da açıq auksion formasında təkrar hərraca çıxarılması barədə İddiaçı, Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya Şöbəsinə ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/77-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş bildirişlə məlumat verilmişdir. Müvafiq bildiriş 05.08.2018-ci il tarixində göndərilmiş, göndərilməsini təsdiq edən zərfin üzərində “bu ünvanda yaşamır” qeydi yazılaraq məktub göndərən şəxsin ünvanına qaytarılmışdır; ünvan 1li mənzilin 34.000 (otuz dörd min) manat qiymətinə 24 avqust 2018-ci ıl tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə elan dərc edilmişdir; Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyəti İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı Azərbaycan Respublikası ipoteka Haqqında Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 25.500 (iyirmi beş min beş yüz) manata əldə edilməsinə razı olmasını bildirərək, müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsini xahiş etmişdir; İddiaçı məxsus Bakı şəhəri, 000in, 3 nömrəli mənzili 25.500 (iyirmi beş min beş yüz) manat dəyərində “Cavabdeh2" Bank Olmayan Kredit X7 Cəmiyyəti əldə etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 6 (yeni qaydalarla-Bakı şəhəri Nəsimi rayonu, Kaveroçkin küçəsi, 57, M3, mənzil 2) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Bank Olmayan Kredit X7 Cəmiyyətinə məxsusdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 15 iyun 2018-ci il tarixli İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/77 nömrəli bildirişi ünvan 6-ə deyil, səhvən 000ov küçəsi ev 41, mənzil 3-ə göndərilmiş və həmin bildiriş “ünvan düzgün deyil” qeydi ilə ge ri qaytarılmışdır. Eləcə də Cavabdeh1 25 iyul 2018-ci il tarixli İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/77-1 nömrəli bildirişi də ünvan 6-ə deyil, səhvən Bakı şəhəri, ünvan 4 ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan başqa “xxxx” MMC-nin 14 saylı poçt şöbəsinin zərflərdə qeyd etdiyi ştampdan görünür ki, İddiaçı ünvanı kimi göstərilmiş ünvan 5 14 saylı poçt şöbəsi xidmət edir, lakin məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin 01.04.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının rəsmi və faktiki yaşadığı ünvan 6 ünvanı 22 saylı poçt şöbəsinin (AZ 1022) xidmət ərazisinə daxildir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələbləri nə uyğun qaydada məlumat verilməmişdir. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olm ayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Hərracın nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərra cın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş g öndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipotek a qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndəri lməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, hərracın keçirilməsi barədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-ciuil tarixli 2(103)3417/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar